Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə58/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   83
az dili

Belə yazılır

Belə tələffüz olunur

Kənd, kənddə, kəndli
Getsin, getsə idi
Başlayır
Adamlar
Ondan
Candan
Qarlı
Canlı
Söyləyir

Kənt, kəntdə, kəntdi
Gessin, gesseydi,
Başdıyır
Adamnar
Unnan(onnan)
Cannan
Qarrı
Cannı
Söyliyir

Bu variantlardan hansının məqbul sayılması əsasən həmin dil vahidlərinin qram­ma­tik, etimoloji və tarixi xüsusiyyətləri ilə, eləcə də müasir dildəki vəziyyəti ilə bağ­lı­dır.
Ümumiyyətlə, morfoloji prinsip müxtəlif çalarlıqda tələffüz olunan söz və şəkil­çi­lərin bir cür yazılması prinsipidir. Lakin buradan belə bir nəticə çıxarmaq, əlbəttə, doğ­ru olmaz ki, guya müxtəlif çalarlıqda tələffüz olunmayan sözlərin və şəkilçilərin yazılışı ancaq fonetik prinsip ilə əlaqədardır. Əlbəttə, bir cür tələffüz olunan sözlərin və şəkilçilərin orfoqrafiya qaydalarını müəyyənləşdirmək üçün fonetik prinsipin əsas olması belə vahidləri morfoloji prinsipdən uzaqlaşdırmır. Çünki belə vahidlər tək-tək səslərinə görə deyil, səslər birləşməsindən düzələn mənalı vahidlər olmasına görə fərq­­lənir və məhz belə vahidlərin bütövlüklə yazılması daha çox morfoloji prinsipə əsas­lanır. Daha doğrusu, belə vahidlər səslərlə formalaşaraq təzahür etdiyi üçün, səslərlə yazıdakı hərflərin uyğunluğuna görə fonetik prinsipdə yazıldığını, yazıda mənalı bir vahid kimi əks olunduğuna görə morfoloji prinsipdə yazıldığını söyləmək olar. Burada isə belə bir nəticəyə gələ bilirik ki, sövti tərkibi ilə hərfi tərkibi tam ey­niy­yət təşkil edən mənalı dil vahidlərinin orfoqrafiyası həm fonetik, həm də mor­fo­lo­ji prinsipə müvafiq olur. Bu iki prinsipi birləşdirən əsas isə müxtəlif məqamda və fonetik şəraitdə necə tələffüz edilməsindən asılı olmayaraq dilin mənalı vahidlərinin təzahür əsasının yazıda vahidliyini, sabitliyini mühafizəetmə prinsipidir.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə