Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə60/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   83
az dili

ŞƏKİLÇİLƏRİN YAZILIŞI
&170.Şəkilçilərin yazılışca qruplaşdırılması.Azərbaycan ədəbi dilində işlənilən şəkilçilər ahəng qanunu ilə əlaqədar olaraq yazılışca, əsasən, iki qrupa bölünür:
a)Ahəng qanununa tabe olmayanlar
b)Ahəng qanununa tabe olanlar
Ahəng qanununa tabe olmayan şəkilçilərin çoxu alınmadır, bitişdiyi sözün son heca­sındakı saitlə və ya samitlə uyuşmur və ancaq bir cür yazılır. Bunlardan başqa təkcə bir samitdən ibarət olan şəkilçilər də bir cür yazılır. Buna görə də belə şəkil­çi­lər ümumiləşmiş halda bir cür yazılan şəkilçilər adlanır.
Ahəng qanununa tabe olan şəkilçilərin çoxu ancaq saitlər ahənginə tabe olur, bir qismi isə həm saitlər ahənginə, həm samitlər ahənginə, həm də saitlərlə samitlər ahən­ginə tabe olur.
Saitlər ahənginə görə şəkilçilər açıq saitli və qapalı saitli olmaq üzrə iki qrupa ayrılır. Açıq saitli şəkilçilər iki cür yazılır, qapalı saitli şəkilçilər dörd cür yazılır. Samitlər ahənginə tabe olan şəkilçilər sözün sonundakı samit ilə uyuşaraq şəkilçinin başındakı samitin kar və cingiltili olmasına görə fərqlənir. Beləliklə, saitlər ahənginə görə iki cür və dörd cür yazılan bəzi şəkilçilər baş samitinə görə kar və cingiltili olmaq üzrə iki variantda yazılır. Müasir Azərbaycan ədəbi dilində samitlər ahənginə görə iki variantda ancaq q, ğ, k, g samitləri ilə başlanan bir neçə şəkilçi –qan, -ğan, -kən, -gən, -qın, -ğın, -kin, -gin; -qı, -ğı, -ki, -gi şəkilçiləri yazılır.
Müasir Azərbaycan ədəbi dilində saitlərlə samitlər ahənginə görə iki variantda tə­ləf­füz olunan şəkilçilər də vardır: -maq, -mək, -lıq, -lik, -luq, -lük, -dığı, -duğu, -diyi, -düyü. Nümunələrdən aydın görünür ki, buradakı variantlar da həmin şəkilçilərin tərki­bin­də (əsasən sonunda) olan q, k samitlərinin variant kimi işlənilməsi ilə əlaqə­dar­dır, həm də bu variantlar saitlərlə samitlərin ahəngi qanunu əsasında törə­miş­dir. Lakin belə fərqli cəhətlərə baxmayaraq bu variantlarda tələffüz olunan şəkilçilər, əsasən, sait­lər ahənginə görə fərqləndiyi üçün onların yazılışı da açıq saitli şəkilçilər; qapalı saitli şəkilçilər halında, iki cür yazılan şəkilçilər və dörd cür yazılan şəkil­çi­lər qruplarına mənsub şəkilçilər kimi (variantlar nəzərə alınmaq şərti ilə) müəy­yən­ləş­di­ri­lir.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə