Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə68/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   83
az dili

Dioloji nitq. Burada danışan şəxs əvvəlcə daxilən düşünür, sonra isə xarici nitqə keçir, yəni demək istədiyini sözlə ifadə edir. Fikri dinləyən isə əvvəlcə dinyəyir, sonra düşünür, daxili nitqdən keçərək müsahibinə müvafiq cavab verir.
Dialoji nitqin bütün formalarında (dialoji söhbət, danışıq formalarında) onun iştirakçıları hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir, dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müraciətlər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəhdət yaradır. Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir. Əlbəttə, belə ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün normalarına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır.
Nitqin dioloji forması mükalimə də adlanır. Bu yığcam və ixtisar olunmuş nitqdir. Belə nitqdə ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox istifadə olunur. Nitqin bu növündə jest, mimika, əl-qol hərəkəti və s.-dən istifadə olunur. Dioloji nitqdə intonasiya əsas rol oynayır.
Dioloji nitq 2 və daha çox şəxs arasında gedən qarşılıqlı söhbətdir. Dialoq replikalardan təşkil olunur. Dioloji nitqin 5 forması var.
1.Monoloji. 2. Söhbət və danışıq. 3. Sual – cavab. 4. Müsahibə. 5.Müzakirə
Monoloji nitq. Dioloji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi firkin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahib-lərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır. Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir
Fikrin bir şəxs tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə olunmasıdır. Burada danışanın müsahib ilə əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin təsvir, təsdiqləmə, fikir söyləmə və s. vasitələrindən istifadə etməklə məzmunun başqalarına çatdırılmasıdır. Bu nitq təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Belə nitq danışanın fikrinə uyğun olmalıdır. Şifahi monoloji nitq iki formada qurulur; təşkil olunmuş nitq, təşkil olunmamış nitq.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə