Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə67/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   83
az dili

Yazılı nitqin xüsusiyyətləri.

  1. Bu nitq yazılıdır və oxunur.

  2. Yazılı nitqdə elmi, texniki, siyasi və başqa terminlər çox işlədilir.

  3. Yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir.

  4. Yazılı nitqdə intonasiya, fasilə, vurğu və s. şifahi nitq ünsürlərini əks etdirən

durğu işarələrindən istifadə edilir.

  1. Yazılı nitqdə mimika və jest əsas rol oynamır.

  2. Yazılı nitq hər hansı məlumatın nəsildən – nəslə keçməsində əsas rol

oynayır.

İkinci.
1. Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və
sözdür;
2. Yazılı nitq sərbəst və müfəssəl bir ünsiyyət formasıdır. Burada həmsöhbətlə əks əlaqə olmur. Yazan fikrini başqalarına nə dərəcədə çatacağını, aydın olub-olmayacağını daim diqqət mərkəzində saxlayır, bacardığı qədər şərhini aydın, anlaşıqlı qurmağa çalışır. Bunun üçün nitqin bu növündə daha münasib və yararlı dil vasitələrindən istifadə olunması lazım gəlir. Yazı prosesində dil vahidləri və formalarından, danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan, dilin ifadəlilik vasitələrindən (emfatik vurğu, epitet, inversiya, ellipsis, anafora, ritorik sual və s.) daha tutarlısını fikirləşib tapmaq və yerində işlətmək, fikri səlis, aydın, düzgün ifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır. Şifahi nitqdə isə belə bir imkan olmadığından, danışan fikrini yığcam və üslubi cəhətdən düzgün qurmaqda çətinlik çəkir, qüsurlara yol verir. Həyatda rabitəsiz və məntiqsiz danışıqlara təsadüf etmək o qədər də çətin deyildir.
3. Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər daha çox
işlədilir.
4. Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir.
5. Şifahi ədəbi dildə yarımçıq cümlələrə, qısa replikalara, yazılı ədəbi dildə isə bütöv, mürəkkəb cümlələrə daha geniş yer verilir. Buna görə də yazılı dilin sintaksisi daha mürəkkəb olar.
6. Şifahi ədəbi dil fikrin əsas incəliklərini, müxtəlif intonasiya çalarlarını özündə əks etdirən canlı dildirsə, yazılı nitq bir növ sünidir, bu keyfiyyətə istənilən səviyyədə malik deyildir. “Söz özünün ən güclü təsirini, öz əlvan qiyafəsini yalnız şifahi nitqdə tapmağa qadirdir. Əgər o yazılı nitqdə açılmamış bir qönçədirsə, şifahi nitqdə ətirli bir çiçəyə çevrilir” .
7. Ədəbi dilin şifahi formasında fikrin ifadəsi üçün yardımçı vasitələrdən – mimika, jest və bədən hərəkətlərindən istifadə olunur. Yazılı ədəbi dildə isə həmin vasitələrin ifadə etdiyi məna çaları müəyyən təsvir yolu ilə oxucuya çatdırılır.
8. Şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə çatdıra bilmir. Lakin yazılı nitq bu funksiyanı yerinə yetirə bilir. Yazılı nitq insanların öz bilik və informasiyalarını bir-birinə ötürmək ehtiyacından yaranmışdır. Bu nitq xüsusi təlim yolu ilə formalaşır. Lap qədimdə yazılan ədəbiyyat – Nizami, Füzuli, Nəsimi və başqalarının əsərləri yazılı dilin köməyi ilə
gəlib bizə çatmışdır.
9. Şifahi ədəbi dilin tempi sürətli, yazılı ədəbi dilin tempi isə aşağıdır,zəifdir.
Deyilənlərdən aydın olur ki, yazılı nitq tam, dəqiq, subyekt və predikatı olan nitqdir, müfəssəl və böyük quruluş mürəkkəbliyinə malikdir. Yazıdan istifadənin çətinlikləri də bununla bağlıdır. Nitqdənkənar vasitələrlə zənginləşdirilən şifahi nitq isə daha müxtəsər, şəraitlə şərtlənən ünsiyyət formasıdır.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə