Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə70/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   83
az dili

Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, yeyin, tez, hazır, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Adamlar öz gündəlik fəaliyyətində rəy söyləmək, məlumat vermək, münasibət bildirmək, müəyyən məsələni izah etmək, aydınlaşdırmaq və s. formalarda danışmağa cəlb olunurlar. Belə nitq təşkil olunmuş nitqlə müqayisədə xeyli çətindir. Burada danışan ani vaxt ərzində fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri qeyd edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür əsaslandıracağını, həmin məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə necə başlayacağını, fikrinin daha aydın, daha təsirli olması üçün hansı söz və ifadələri, cümlələri işlədəcəyini, nitqin intonasiyasını və s. özü üçün müəyyənləşdirməlidir. Spontan nitqdə dil vahidləri, faktlar sərbəst şəkildə, dilin təbii axını nəticəsində yaranır, onlardan ən yararlısı, asanı işlənilir. Nitqin bu şəklində məzmun və forma, demək olar ki, eyni zamanda, paralel şəkildə yaradılır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, təbiətinin coşqun və rəvanlığı, fikri istedadı və hazırcavablığı böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.
Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümimiləşdirmələrdən ibarət şərhidir. Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Mühazirənin məruzədən bir fərqi ordadır ki, birincidə dioloqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilər. “Mühazirə oxumaq” ifadəsi şərti olaraq işlədilir. Mühazirə materialı heç də üzündən oxunmur, o söylənilir. Mühazirəçi ehtiyac olanda mətnə müraciət edə bilər, mətndəki sitatları üzündən oxuya, yaxud digər qeydlərə baxa bilər.
Mühazirə idraki əhəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlənməlidir.Orada elmi ümumiləşdirmələrə, faktiki materialın təhlilinə geniş yer
verilməlidir. Xüsusən, ali məktəb auditoriyasında edilən mühazirələrdə tərbiyə, əxlaq məsələləri, milli ideologiyanın, elmi dünyagörüşünün formalaşdırılması, təfəkkürün inkişafı ön plana çəkilməlidir. Hal-hazırda ali məktəb auditoriyalarında yüksək səviyyədə mühazirə oxuyan müəllimlərimiz çoxdur. Təəssüf ki, onların natiqlik məharəti öyrənilib ümumiləşdirilmir, yazılmır, başqaları bundan faydalana bilmir.
Məruzə. Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, elmi-praktik konfranslarda məruzə və s. Mövzu ilə bağlı məruzə qısa və geniş ola bilər.
Məruzə giriş, əsas hissə və nəticə olaraq üç hissəyə bölünür. Birinci hissədə bəhs edilən məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində isə mətnin məzmunu göstərilir, ona münasibət bildirilir. Sonda araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
Məruzənin hazırlanması üçün onun əhatə etdiyi mövzunun həcmi, sərhəddi, mövzuya aid ədəbiyyat əvvəlcədən müəyyənləşdirilməlidir. Bunlardan sonra məruzə hazırlanmalıdır. Məruzə oxunduqdan sonra tənqidi fikirlər varsa, nəzərə alınmalıdır.
Məruzənin yüksək səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə edəcəyi mövzunun həcmi, sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də digər mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni hazırlanmalıdır.
Çıxış. Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir. “Çıxış” sözü hazırda bir qədər də geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təşviqat xarakterli çıxışlar, matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziyada, qəzet vasitəsilə edilən çıxışlar və s. Çıxış sözünün ifadə etdiyi məna müəyyən cəhətdən nitqdən fərqlənir.
Çıxış edən şəxs bir qayda olaraq müzakirə olunan məsələ ilə əlaqədar şəxsi mülahizələrini söyləyir. Bu şəxsi mülahizə, fikir çıxışın əsas əlaməti hesab edilir. Nitqdə isə bundan fərqli olaraq şəxsi mülahizə deyil, rəhbər, istiqamətverici göstərişlər üstünlük təşkil edir. Orada irəli sürülən məsələlər icra üçün əsas olur. Dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, həmin fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət bildirmək və s. məqsədlərlə çıxış etməli olurlar.
Dinləyicilər dinlədikləri məruzə ətrafında çıxış etməli olurlar. Çıxışlar üçün az vaxt tələb olunur.Çıxışlar o zaman dinləyiciləri razı salır ki, yığcam, ardıçıl olsun, mövzudan kınara çıxılmasın, söz və çümlələr aydın tələffüz edilsin.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə