Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə71/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   83
az dili

Daxili (lal) nitq daha sərbəstdir. Çünki səni nə eşidir, nə də yazdığını oxuyurlar. İlk baxışda bu sərbəstlik nitqin hər cür – vulqar sözlər, jarqonlar, dialektizmlər işlətmək mümkün olduğunu göstərir. Amma nitq mədəniyyətinin sirrlərini bilən mədəni adam heç vaxt öz daxili nitqində belə sözləri işlətməz. Daxili nitq zamanı insan sanki özü ilə dialoqa girir, öz hərəkətləri haqqında özü ilə müzakirə aparır.

Səlis, aydın, zəngin ifadəli nitqdə ədəbi dilin normalarını və xüsusən də üslubiyyatı üslub qaydalarını vil vahidlərindən məqsədəuyğun istifadə etmə yollarını bilmək əsas şərtdir. Hər bir azərbaycanlı nitq mədəniyyətinə həssasla yiyələnmək üçün qayda və qanunlarını, onun fonetik leksik semantik, orfoqrafik və orfoepik, morfoloji və sintaktik üslubi və fonetik normalarını yaxşı mənimsəməli və onları nitqdə düzgün etməyi bacarmalıdır.


Ədəbi dilin mənimsənilməsi 2 mərhələlidir. Nitqin düzgünlüyü ədəbi dilin mənimsənilməsinin ilkin mərhələsidir. Söhbət ədəbi nitqə və onun normalarına yiyələnməkdən gedir. Mədəni nitq sözün həqiqi mənasında ədəbi dilə yiyələnməyin yüksək mərhələsidir. Savadlanma hər kəsin öz ana dilinə yaxşı bələd olması yazılı və şifahi ədəbi dilin normalarına düzgün riayət etməsi, ona yiyələnmə bacarığı başa düşülür. Nitqi mədəni və qeyri – mədəni forması var. Mədəni nitqin özü də 2 formalıdır. Orta, yüksək.
Yüksək mədəni fikrin dil vasitələri ilə düzgün, dəqiq və ifadəli olması imkanıdır. Orta və mədni nitq dil vasitələrindən istifadə zəifdir, ifadəlilik aşağı səviyyədədir.
Qeyri – mədəni nitqdə normalar pozulur. Ədəbsiz sözlərə yer verilir. Dialektizm və loru sözlər öz əksini tapır. Nitqin hər iki formasından məqsədli istifadə edilmə özünü göstərir. Mədəni nitq özü də məqsədlilik baxımından 2 yerə bölünür. Belə ki, mədəni nitqin bir qismi də məqsəd dinləyicilərə mövzu ilə əlaqədar obyektiv məlumat verməkdir. Belə nitqdə fikir aydın məntiqli ifadəli olunur. Burada təlim – tərbiyə , öyüd – nəsihət, əxlaq qaydalarının təbliği əsas yer tutur.
Savadsız adamların da nitləri müxtəlifdir. Elə savadsız adamlar var ki, həqiqətən onların nitqləri elmi qrammatik və məntiqi cəhətdən dinləyicilərə pis təsir bağışlayır. Lakin elə savadsız adamlar var ki, dilin qrammatik qayda – qanunlarını, elmi əsaslarını bilmir. Amma məntiqli danışır. Nitqi ümumxalq danışıq dili əsasında qurur ki, dinləyicilər onu dəfələrlə dinləmək istəyirlər.
Kollektiv içərisində bir nəfər bədxasiyyət adam olanda bütün kollektivə ləkə gətirir. Onu pis vəziyyətə salır. Ayın işığı, ətri onun xoş rəftarı, xoş xasiyyətidir.
Gözəl və mədəni danışmaq üçün zəngin söz ehtiyatına malik olmaq, dilin qrammatik qaydalarını kamil bilmək, ondan düzgün istifadə etmək lazımdır.
Nitqin gözəlliyi ilə yanaşı, ona xələl gətirən sözlər də var.
Əzizbaycan, vəxtilə, dəvam, hası (hansı)
Nazlı – Naziçka və s. bu cür sözlər nitqdə qüsurdur. Bir qüsur da da vurğu ilə bağlıdır.
Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur. Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər, bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidirlər. Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir” (17, 194). Bu tərifi başqa bir şəkildə ifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir. Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğun olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə edə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündə ehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcud variantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən daha uyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə üslubiyyatın vəhdətidir. Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadə vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadə etmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitq mədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir. Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınların nitqi ilə bağlı aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitq düzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bu nəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq üçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əli buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir. “Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan” (84). Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması ilə çox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var”. A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir. Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isə tədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmış bir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”. Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar mədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar
Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005


Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə