Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə66/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   83
az dili

Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005

Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə

Yazılı və şifahi nitq
Nitq mədəniyyətindən söhbət gedəndə, adətən, onun (nitqin) şifahi forması nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması, dil vahidlərinin məqsədəuyğun, dəqiq, ahəngdar, aydın, məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Nitq mədəniyyəti problemi bunlarla yanaşı, əyani, konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcədə bağlıdır.
Nitq fəaliyyəti danışma, dinləmə, yazı və oxu proseslərini birləşdirir. Buna gərə də nitq daha çox şifahi və yazılı, monoloji və dioloji, zahiri və daxili(lal) növlərinə bölünür.
Ədəbi dilin şifahi və yazılı formalarının hər birinin özünəməxsus xüsusiyyətləri, bu səbəbdən irəli gələn fərqli cəhətləri vardır. Bunların təqdim edilməsinə dilçilik ədəbiyyatlarında iki formada rast gəlmək olur. Hər iki halın burada diqqətə çatdırılması daha effetli olar. Birinci halda konkret göstəricilər verilir. İkunci də isə belə göstəricilər əlavə şərhlərlə təqdim olunur.

Birinci.
Şifahi nitqin əsas xüsusiyyətləri:

  1. Şifahi nitq danışılır və eşidilir.

  2. Şifahi nitq leksikasında hamıya aydın ümumişlək sözlərə daha çox yer

verilir.

  1. Şifahi nitqdə cümlələr, əsasən qısa və sadə olur.

  2. Şifahi nitqdə danışıq dilin xüsusiyyətləri mühafizə olunur.

  3. Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. vasitələrdən istifadə olunur.

  4. Mimika, jest və başqa hərəkətlər özünü göstərir.

  5. Şifahi nitqin axını sürətli olur.



Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə