Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə65/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   83
az dili

Nitqdə tələffüz pozulması hallarının biri də bəzi alınma sözlərin kitab tələffüzü ilə bağlı olması hesabınadır. Məsələn: Maskva, intanasiya, kankret, fanetika, arfaqrafiya və s. kimi deyilməli olan sözlər elə yazıldığı kimi – Moskva, intonasiya, konkret, fonetika, orfoqrafiya şəklində səhv tələffüz olunur.
Uşaqlar ailədən, radio və televiziya verilişlərindən, bağçada tərbiyəçilərdən, məktəbdə müəllimlərdən tələffüz qaydalarını eşidib mənimsəməli, mədəni nitqə verilən tələbləri öyrənməlidir. Belə vasitələrlə nitq mədəniyyəti vərdişlərinin çox erkən yaradılma qayğısına qalınmalıdır.
Orfoepik qaydaların müəyyən olunmasında, əsasən, fonetik prinsipə üstünlük verilir. Bu prinsipə görə orfoepik norma xalq danışıq dilinin ən işlək formasına əsaslanır. Məsələn, alsa idi-alsaydı- alseydi; gəlsə idi-gəlsəydi-gəlseydi və s. Lakin əhalinin əksəriyyətinin işlətdiyi eyni variantı-(alseydi, gəlseydi) orfoepiyada norma kimi görürülmüşdür.
Dilimizin orfoepiya və orfoqrafiya qaydaları bir-biri ilə qarşılıqlı əlaqədədir. Sözlərin bir qisminin yazılışı ilə tələffüzü fərqlənmədiyi halda, başqa bir qisminin yazılışı ilə deyilişi uyğun gəlmir. Ümumişlək olmayan, terminoloji səciyyəli alınma sözlərdə o foneminin a kimi verilməsi ana dilimizin orfoepiya normalarının pozulması kimi sayılmamalıdır. Əgər lüğətlərdə viktorina, vokal, voleybol, borjom, doktirina, boykot etmək, bronxit və s. kimi sözlərin viktarina, vakal, valeybol, barjom, daktirina, baykot etmək, branxit şəklində tələffüzünə rast gəliriksə, bu söz götürülən dilin tələffüz xüsusiyyətləri sayılmalı, Azərbaycan dilinin orfoepiya normaları kimi götürülməməlidir.
Orfoqrafik və orfoepik qaydalara əsaslanan normaların mədəni nitqdə gözlənilməsi çox zərurudir. Bu yazılı və şifahi nitqin qüsursuz olmaqla mədəni, savadlı səviyyədə qurulmasını təmin etmiş olur.
Qeyd etməliyik ki, nitqimizin şifahi qolunun son yüz ildə fəaliyyət dairəsi, inkişafı son dərəcədə genişlənmişdir. Azərbaycan xalqının içtimai-siyasi, mədəni, iqtisadi həyatında baş vermiş dəyişikliklər, kino, radio və televiziya kimi tribunaların yaranması və s. amillər şifahi nitqin ünsiyyət imkanlarını xeyli artırmışdır. Bunlar da öz növbəsində Azərbaycan şifahi ədəbi dilinin normalarının, ədəbi tələffüz qaydalarının elmi təhlilinin lazımı dərəcədə izah olunmasına imkan vermişdir. Bu sahədə Ə. Dəmirçizadə, M. Şirəliyev, Ə. Əfəndizadə apardıqları tədqiqat işlərində dəyəli fikirlər söyləmişlər. Ə. Dəmirçizadə tələffüz normalarını müəyyənləşdirərkən göstərir ki, xüsusən şifahi ədəbi dilin təzahür vasitəsi olan tələffüzün normaları, qayda-qanunları da məhz seçmə və əvəzetmə yolu ilə müəyyənləşdirilir.



Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə