Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008


Mürəkkəb sözlərin yazılışı. Müasir



Yüklə 195,81 Kb.
səhifə63/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   83
az dili

Mürəkkəb sözlərin yazılışı. Müasir Azərbaycan dili orfoqrafiyasının əsas prinsipləri dildəki ayrı-ayrı bütöv sözlərin yazılışına aiddir. Bu prinsiplər tərkibində iki və daha ar­tıq söz olan nitq vahidlərinə aid ola bilmir. Elə buna görə də sözün bitişik, yarım­bi­ti­şik və ayrı yazılması qaydalarının əsasını başqa prinsiplər təşkil edir. Burada leksik prin­siplər, söz və söz birləşmələrinə müvafiq prinsiplər əsas götürülür.Müasir Azər­bay­can dilində sözlərin bitişik, ayrı və yarımbitişik (defislə) yazılması halları dilin lüğət tərkibi ilə bağlıdır..

1. Bitişik yazılan mürəkkəb sözlər. Bir vurğu və bir mənaya malik olub, tamamilə bir leksik vahidə çevrilmiş mürəkkəb sözlər bitişik yazılır. Azərbaycan dilində bitişik ya­zılan mürəkkəb sözlərin formaları çox rəngarəngdir
1. Miqdar sayı ilə isim və ya sifətdən düzəldilən mürəkkəb sözlər; məs.: üçbucaq, iki­hecalı, birmənalı və s.
2. İsimlə mənsubiyyət şəkilçili zərfdən düzəldilən mürəkkəb zərf və sifətlər; məs.: də­niz­kənarı, həyətyanı və s.
3. Çıxışlıq halda olan isimlə feli isim tərkibindən ibarət mürəkkəb sözlər; məs.: ucdan­tutma, anadangəlmə və s.
4. İki sadə ismin qovuşmasından düzələn mürəkkəb isimlər; məs: giləmeyvə, rəsm­xət, qayınana və s.
5. Sadə isimlə feli sifət tərkibindən ibarət mürəkkəb sözlər: məs.: aşsüzən, günbatan və s.
6.Sadə isimlə feli isim birləşməsindən düzələn mürəkkəb sözlər; məs: səsvermə, polad­əritmə və s.
7. Sadə və ya düzəltmə isimlə mənsubiyyət şəkilçisi qəbul etmiş başqa bir ismin bir­ləş­­məsindən düzələn mürəkkəb sözlər; məs.: suiti, eloğlu, ayaqqabı və s.
8. Sadə və ya düzəltmə sifətlə sadə isimdən düzəldilən mürəkkəb isimlər; məs.: xam­mal, sarıköynək, qaratikan və s.
9. İsimlə -lıq, -lik, -luk, -lük şəkilçisi qəbul etmiş sadə və ya düzəltmə sifətdən iba­rət mürəkkəb sözlər; məs.: əliəyrilik, qanunauyğunluq və s.
10. Təkrarlanan felin ha vasitəsi ilə qovuşdurulmasından düzəldilən mürəkkəb söz­lər; məs.: vurhavur, dehade və s.
Qeyd. Təkrarlanan fel kar samit ilə bitərsə, ha əvəzinə a və ya ə yazılır; məs.: basa­bas, içəiç və s.
11. Sonuna xana, namə qoşmaq ilə düzəldilən sözlər; məs.: kitabxana, qiraətxana və s.
12. Sadə sifətlə sadə isim birləşməsindən düzəldilən coğrafi adlar; məs.: Ağdaş və s.
13. İki ismin birləşməsindən düzələn coğrafi adlar; məs.: Arpaçay və s.
14. İsimlərə abad sözünün qoşulması ilə düzəldilə yer adları; məs.: Sabirabad və s.
15. İnsan adlarını bildirən mürəkkəb isimlər; məs.: Xoşqədəm və s.
Qeyd. İnsan adlarını bildirən mürəkkəb sözlərdə iki sait yanaşı gələrsə, birinci sözün sonundakı sait ixtisar olunur; məs.: Ələkbər (Əli-Əkbər) və s.
16. Tərkibində zadə oğlu sözləri olan familiyalar; məs.: Əzimzadə, Azəroğlu və s.
17. Rütbə, ləqəb, titul bildirmədən mürəkkəb adın tərkib hissəsi məqamında işlənilən mir, mirzə, hacı, şah, seyid, sultan, ağa, bəy, bəyim olan mürəkkəb isimlər; məs.: Xan­bacı, Balabəyim, Şahsənəm və s.
18. Sadə sifətlə sadə isim birləşməsindən düzəldilən mürəkkəb sifətlər; məs.: dazbaş, ağ­ciyər və s.
19. Sadə və düzəltmə sifətdən əmələ gətirilən mürəkkəb sifətlər; məs.: ağsaçlı, uzun­boy­lu və s.
20. Tərkibində az, bərabər, bir, düz, eyni, müxtəlif, ümum, həm, çox sözləri olan mü­rək­kəb sifətlər; məs.: həmkar, ümumxalq, çoxhecalı, bərabərhüquqlu və s.
21. Sadə isimlə verici, dəyişdirici, düzəldici, edilməz, olunmaz, gəlməz, batmaz, sevər, əmər, edici və s. kimi düzəltmə sifətlərdən əmələ gələn mürəkkəb sifətlər. əvəzedilməz, südəmər, məhvedici, əməksevər
22. Mənsubiyyət şəkilçili sadə isimlə sadə (və ya düzəltmə) sifətdən əmələ gələn mü­rək­kəb sifətlər; məs.: ağzıboş, qanıqara, ağzıaçiq və s.
23. Sifətin şiddətləndirmə dərəcəsini bildirmək üçün sözün ilk hecasındakı saitdən sonra m, p, s, r ünsürləri artırmaqla düzələn hissəciklər sifətin əvvəlinə bitişdirilir; məs.: gömgöy, qapqara və s.
24. Sadə isimlər bir sayının birləşməsindən düzələn zərflər; məs.: əlbir, canbir və s.
25. Sadə isimlə məsubiyyət şəkilçili isim və ya zərf birləşməsindən düzələn mürək­kəb zərflər; məs.: dilucu, əlaltı, barmaqarası və s.
26. Təkrar edilən müxtəlif nitq hissələrinin ba, bə vasitəsilə qovuşdurulmasından düzələn mürəkkəb zərflər; məs.: elbəel, aybaay, növbənöv və s.
27. Aşağıdakı mürəkkəb baölayıcılar: yainki, yaxud, nəinki, sanki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.


Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə