Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə59/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   83
az dili

Tarixi-ənənəvi prinsip. Əvvəlki dövrlərdə tətbiq olunan bu və ya digər orfoq­ra­fik qaydanın mühafizə olunması və müasir yazıda davam etdirilməsi ümumiləşmiş halda və müasir yazıda davam etdirilməsi ümumiləşmiş halda tarixi-ənənəvi prin­sip adlanır.
Müasir Azərbaycan dili orfoqrafiya qaydalarında bu prinsipdən də istifadə olunur. Lakin qabaqcadan qeyd etməliyik ki, bu prinsipdən tam halda öz mənasında deyil, bir qədər şərti mənada istifadə olunur. Məhz bu baxımdan yanaşdıqda demək olar ki, tarixi-ənənəvi prinsipdən əsasən aşağıdakı qruplara mənsub dil vahidlərinin orfoq­ra­fi­ya qaydalarının müəyyənləşdirilməsində istifadə olunur.
1.Azərbaycan dilinin öz sözlərinin və şəkilçilərinin yazılışında.
Məlum olduğu üzrə, Azərbaycan dilində yazı əvvəlki dövrlərdə ərəb əlifbası əsa­sın­­da olmuşdur. Buna görə də ərəb əlifbası əsasındakı yazının orfoqrafiya qay­da­la­rını müasir əlifbada davam etdirmək həm mümkün deyil, həm də məqsədəuyğun de­yil. Çün­ki bizim ərəb əlifbasını müasir əlifba ilə əvəz etməyimizin başlıca səbəbi ərəb əlifbası əsasında qurulmuş yazının orfoqrafiyasında Azərbaycan dilinin əsas xü­su­siy­yət­lərini əks etdirmək imkanlarının yoxluğu olmuşdur. Ərəb əlifbasında xüsu­sən sait səsləri bildirən hərfi işarələrin məhdud miqdarı Azərbaycan sözlərinin düz­gün yazı­lı­şı­nı təmin etməmişdir. Buna görə də müasir orfoqrafiyada əsil Azərbaycan sözlərinin yazılışını müəyyənləşdirərkən əvvəlki yazıda, xüsusən saitlərlə əlaqədar orfoqrafik qay­daları eynən təkrarlamağa ehtiyac duyulmur, lakin bəzi sözlərin, şəkil­çi­lərin yazı­lı­şında tarixi-ənənəvi prinsipdən istifadə etmək məqsədəuyğun sayılır. Bu baxımdan orfoq­rafiya qaydalarını aşağıdakı maddələrini xüsusi qeyd etmək olar:
Son səsi d, həm də t ilə deyilib d ilə yazılır; məsələn: bulud, qurd, kənd və s.
Son səsi k, g və ya y ilə deyilən ikihecalı (və ya çoxhecalı) sözlər k ilə yazılır; mə­sə­lən: böyük, çiçək, külək, çörək və s.
Son səsi ğ, x və ya q ilə deyilən ikihecalı sözlər q ilə yazılır; məsələn: qonaq, ya­naq, yarpaq və s.
Son səsi c, ç, j və ya ş ilə deyilən sözlər c ilə yazılır; məsələn: ağac, gec, güc, süz­gəc və s.
Beləcə də -maq, -mək, -dıq, -dik, -lıq, -lik kimi şəkilçilərin sonunda q və k samit­lə­ri­nin yazılması əsasən tarixi-ənənəvi prinsiplə əlaqədardır.
2.Alınma sözlərin və şəkilçilərin yazılışında.
Müasir Azərbaycan dilində işlənilən alınma sözlər həm alınma tarixinə görə, həm də mən­sub olduğu dilə görə, əsasən, iki qrupa bölünür:
a)orta əsrlərdə ərəb və fars dillərindən alınma sözlər və şəkilçilər;
b)müasir dövrdə rus və Avropa dillərindən alınma sözlər və şəkilçilər.
Ərəb və fars dillərindən alınma bəzi şəkilçilərin də orfoqrafiyası tarixi-ənənəvi prin­­­sip əsasındadır. Buna görə də belə şəkilçilər Azərbaycan dilinin ahəng qanunu əsa­­sında dəyişdirilmədən, əslinə uyğun olaraq bir cür yazılır: tarix-i, cənub-i və s.
Müasir dövrdə rus və Avropa dillərindən alınma sözlərin yazılışında daha çox rus orfoqrafiyasına uyğunluq nəzərdə tutulur və əksərən sözlər belə də yazılır: balon, du­ma, telefon, laborant və s.
Bunun isə iki səbəbi vardır. Birincisi, əlifbanın eyni əsasda olması, ikincisi isə belə sözlərin rus yazılı ədəbi dilindən alınmasıdır.
Lakin buradan belə nəticə çıxarmaq olmaz ki, sözlər tamamilə rus yazısında oldu­ğu kimi Azərbaycan yazısına köçürülür. Burada qarşılıqlı surətdə rus və Azər­bay­can əlifbasında olan və ya olmayan hərflərə görə müəyyən dəyişiklik edilir. Əgər rus orfoq­­rafiyasına görə bu və ya digər sözdə я, ю, э, ц, щ, бж, ъ hərfləri varsa, belə hərflər Azərbaycan əlifbasına uyğun hərflərlə əvəz olunur: я əvəzinə ya, ю əvəzinə yu, e əvəzinə müəyyən məqamda ye, müəyyən məqamda isə e,э əvəzinə e, ц əvəzinə bəzən s, bəzən ts, щ əvəzinə ş, bəzən şş, dж əvəzinə c yazılır, ъ isə yazlmır. Bəzən də Avropa dillərinə mənsub sözlərin əslindəki g, h, c, ü kimi səslər rus dilində olma­dı­ğı­na görə, bu səslər rus orfoqrafiyasında г, dж, ю,x hərfləri ilə yazılır.Avropa dillərində olan belə səslər Azərbaycan dilində olduğu üçün Azərbaycan əlifbasında da bu səs­lə­rin xüsusi hərfi işarələri vardır. Buna görə də belə sözlərin yazılışı rus qra­fikasından və orfoqrafiyasından bir qədər fərqli olur. Belə sözlərdə həmin səslər əslinə uyğun olaraq Azərbaycan əlifbasındakı c (cember), h (hidro), g (geoloq), ü (bülleten) hərfləri ilə yazılır.
Belə bir faktı da qeyd etmək lazımdır ki, məhz rus və Avropa dillərindən alınma bir sıra sözlərin orfoqrafiyasında eynən köçürmə halında təzahür edən tarixi-ənənəvi­prinsip ilə əlaqədar olaraq k hərfi iki fonemin hərfi işarəsi kimi işlənir ki, bun­­lardan biri, yəni ka ancaq rus və Avropa dillərindən alınma sözlərin orfoqrafiyası və orfo­epi­ya­sı ilə bağlıdır: kollektiv, keks, etika və s.
Rus dilindən alınma bəzi şəkilçilər də tarixi-ənənəvi prinsipdə əslinə uyğun, yəni rus orfoqrafiyasına uyğun yazılır: -ov, -yev, -ova, -yeva (Əhmədov,Əliyeva) və s.
Tarixi-ənənəvi prinsip əsasında bu və ya digər mənalı vahidin orfoqrafiyasını mü­əy­­yənləşdirərkən, bu vahidlər fonetik və morfoloji prinsiplər baxımından da az-çox nəzər­dən keçirilir, hətta bir sıra vahidlərin orfoqrafiyasında iki, bəzən də üç prinsip uzlaşması əsas olur.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə