Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə62/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   83
az dili

Dörd cür yazılan şəkilçilər.
1. -qı, -ğı, -qu,-ğu, -ki, -gi, -kü, -gü şəkilçisi: bitki, silgi və s.
2. -qın, -ğın, -qun, -ğun, -kin, -gin, -kün, -gün şəkilçisi: kəskin, əzgin və s.
3. -dı, -di, -du, -dü şəkilçisi: oldu, yazdı və s.
4. -dır, -dir, -dur, -dür xəbər şəkilçisi: sözdür, sudur və s.
5. Felin icbar növü şəkilçisi –dır, -dir, -dur, -dür: pozdur, əzdir və s.
6. -dıqda, -duqda, -dikdə, -dükdə şəkilçisi: aldıqda, üzdükdə və s.
7. -dıqca, -dikcə, -duqca, -dükcə şəkilçisi: getdikcə, gəldikcə və s.
8. -dığı, -duğu, -diyi, -düyü şəkilçisi: gördüyü, bildiyi və s.
9. Sifət düzəldən –ıq, -uq, -ik, -ük şəkilçisi: sökük, əzik və s.
10. –ıb, -ub, -ib, -üb şəkilçisi: alıb.Saitlə bitən sözlərdə -yıb, -yub, -yib, -yüb: deyib, anlayıb və s.
11. -ıl, -ul, -il, -ül şəkilçisi: yazıl, əzil, və s.
12. Feldən isim düzəldən –ım, -um, -im, -üm şəkilçisi: atım, tutum və s.
13. Əmr forması 1 şəxsin təkinin şəkilçisi –ım, -um, -im, -üm: qaçım, çıxım.Saitlə bitən sözlərdə -yım, -yum, -yim, -yüm: söyləyim və s.
14. Birinci şəxsin təkinin şəkilçisi –ım, -um, -im, -üm: elim günüm və s.
15. Birinci şəxsin cəminin mənsubiyyət şəkilçisi –ımız, -umuz, -imiz, -ümüz: qanımız, dilimiz.Samitlə bitən sözlərdə -mız, -miz, -muz, -müz: anamız və s.
16. Feldən isim düzəldən şəkilçi –ın, -in, -un, -ün: axın, qoşun və s.
17. Yiyəlik hal şəkilçisi –ın, -in, -un, -ün: yarın, gülün.Saitlə bitən sözlərdə şəkilçinin əvvəlinə n samiti artırılır: dünyanın, ordunun və s.
18. Təsirsiz fel əmələ gətirən şəkilçi –ın, in, -un, -ün:bilin, görün.Saitlə bitən sözlərə bitişdirildikdə şəkilçinin saiti düşür, n qalır: qorun və s.
19. Əmr forması 2-ci şəxsin təkinin şəkilçisi –ın, -in, -un, -ün:alın, durun.Saitlə bitən sözlərdə -yın, -yin, -yun, -yün: anlayın, oxuyun və s.
20. Əmr forması 2-ci şəxsin cəminin şəkilçisi –ınız, -iniz, -unuz, -ünüz: alınız, oturunuz.Saitlə bitən isimlərdə -yınız, -yiniz, -yunuz, yünüz: deyiniz və s.
21. -ınca, -incə, -unca, -üncə şəkilçisi: gəlincə.Saitlə bitən sözlərdə -yınca, -yincə, -yunca, -yüncə: ağlayınca və s.
22. -ıncı, -inci, -uncu, -üncü şəkilçisi: onuncu.Saitlə bitən sözlərə bitişdirildikdə şəkilçinin baş hərfi düşür: -ncı, -nci: altıncı və s.
23. Feldən ad düzəldən –ınc, -inc, -unc, -ünc şəkilçisi: sevinc, gülünc və s.
24. İndiki zaman şəkilçisi –ır, -ir, -ur, ür: olur, gəlir.Saitlə bitən sözlərdə -yır, -yir, -yur, -yür: ələyir və s.
25. Təsirli fel düzəldən –ır, -ir, -ur, -ür: bişirmək və s.
26. Təsirlifel düzəldən –ıt, -it, -ut, -üt şəkilçisi: axıtmaq, oxutmaq və s.
27. Feldən isim düzəldən –ıntı, -inti, -untu, -üntü şəkilçisi: qazıntı, ovuntu və s.
28. Feldən ad düzəldən –ıcı, -ici, -ucu, -ücü şəkilçisi: alıcı, vurucu.Saitlə bitən sözlərdə -yıcı, -yici, -yucu, -yücü: yuyucu və s.
29. Feldən isim düzəldən –ış, -iş, -uş, -üş: duruş, eniş.Saitlə bitən sözlərdə -yış, -yiş, -yuş, -yüş: arayış və s
30. Felin qarşılıq növünü düzəldən şəkilçi -ış, -iş, -uş, -üş: yazışmaq, görüşmək və s.
31. -lı, -li, -lu, -lü şəkilçisi: qarlı, güllü və s.
32. -lıq, -lik, -luq, -lük şəkilçisi: daşlıq, otluq və s.
33. -mış, -miş, -muş, -müş şəkilçisi: yazmış, oxumuş və s.
34. -mı, -mi, -mu, -mü şəkilçisi: azmı, çoxmu və s.
35. -kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bağdakı və s.
36. -sız,-siz, -suz, -süz şəkilçisi: adsız, saysız və s.
37. Əmr forması 3-cü şəxsin təkinin şəkilçisi –sın, -sin, -sun, -sün: alsın, oxusun və s.
38. -sınız, -siniz, -sunuz, -sünüz şəkilçisi: gedəsiniz, alasınız və s.
39. -tı, -ti, -tu, -tü şəkilçisi: ağartı, göyərti və s.
40. -çı, -çi, -çu,-çü şəkilçisi: yazıçı, topçu və s.


Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə