Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə47/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   83
az dili

A. Əmrin mahiyyəti – Nazirliklərin, baş idarələrin, yerli idarəetmə orqanlarının, onların şöbə və idarə rəhbərlərinin, habelə birliklərin, müəssisə, təşkilatların rəhbərlərinin idarəetmə aktı. Hüquqi təbiətinə görə əmr müəyyən ictimai münasibətləri nizama salan hüquq normaları aktıdır. Bəzi hallarda müəssisə rəhbəri əmr verərkən həmkarlar təşkilatının razılığını almalı, əmri hüquqşünasla razılaşdırmalıdır. Əmr imzalandığı andan qüvvəyə minir.
B. Əmrin məzmunu – Hüquqi akt olaraq əmrlər çoxməzmunlu olur. İşə qəbul etmək, işdən azad etmək, töhmət vermək, təşəkkür etmək, iş rejimində dəyişiklik etmək, idarə və müəssisənin daxilində struktur dəyişiklikləri etmək və s. bu kimi məsələlər müəssisə rəhbərinin əmri ilə hüquqi qüvvəyə minir.
Əmrlər xüsusi formada verilir. Vərəqin birinci sətrində əmr verilən müəssisənin adı qeyd edilir. İkinci sətirdə “əmr” sözü yazılır. Üçüncü sətirdə sol tərəfdən əmrin verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı yazılır. Aşağıda əmrin verilmə səbəbi və məqsədi göstərilir. Ondan aşağıdakı sətirdə vərəqin ortasında «ƏMR EDİRƏM» sözləri yazılır. Sonra isə əmrin məzmunu verilir. Əgər əmr müəyyən şəxsə və ya şəxslərə aiddirsə, onda şəxsin (şəxslərin) adı, atasının adı və soyadı əvvəlcə qeyd edilir. Onun qаrsışında isə əmrin ona aid hissəsi verilir. Əmrin aşağı hissəsində əmrin əsası verilir. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və soyadı göstərilir. Rəhbər imzasından sonra əmri hazırlayan və əmri verməyə razılıq vermiş şəxsin imzası verilir. Əmrin icrası ilə bağlı olan, yəni əmrlə əlaqəsi olan qurumlara göndərilməsi haqqında qeydlə tamamlanır.
C. Əmrin dil xüsusiyyəti Əmrlər ədəbi dildə verilir. Onların dili rəsmi olur. Orada heç bir subyektiv münasibət bildirən söz və ifadəyə yol verilmir.
Əmrlərin hazırlanması və tətbiq edilməsi

Əmr, bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur. Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır. Əmrin sərəncam hissəsi mətn qaydalarından «əmr edirəm» sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icrasının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.


Əmrin mətni əlaqədar struktur bölmələri lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər. Əmri hazırlayarkən icraçı onun struktur bölmələrə və tabelikdə olan təşkilatlara göndərilmək zərurətini və əmrin tirajını müəyyən edir. Ünvan sahiblərinin siyahısı həmin əmrin son vərəqinin əks tərəfində çap olunur və ya müstəqil sənəd kimi əlavə edilir ( tiraj böyük olduqda).
Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır



Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə