3. Kriterial xassələr və optimal İEİS sintezi
İEİS-in çoxsaylı üfqi və şaquli, daxili və xarici, düz və əks-əlaqələr düyünü kimi təsəvvür edilməsi göstərir ki, onun olduqca yüksək etibarlı fəaliyyət göstərməsi üçün hal-hazırda hər cür daxili və xarici şərait mövcuddur. Bu şəraitin məzmunu isə mürəkkəblikdən ibarətdir. Mürəkkəblik gah qarşılıqlı təsirdə olan elementlərin çoxsaylı olması kimi, gah funksiya və reallaşdırma sxemlərinin tərkibi, quruluşu və məzmunu şəklində, gah sistemin ayrılmaz əlavəsi olan informasiyanın xammalı (entropiya) formasında, gah sistemi təşkil edən müxtəlif pillələrdə duran ”iqtisadi piramidalar” çoxluğu və onların arasında mövcud olan çoxnövlü və çoxkonturlu əlaqələr şəbəkəsi kimi, gah da obyektin fəaliyyətini vahid mövqedən, həm də bütün xırdalıqları ilə müşahidə etməyin çətinliyi mənasında özünü göstərir. Odur ki, mürəkkəblik İEİS-in ayrılmaz xassəsidir. Deməli, ”sistem”, ”informasiya” və ”mürəkkəblik” bir-birindən ayrılıqda mövcud ola bilməyən anlayışlardır.
Mürəkkəblik” anlayışı ilə ”səmərəlilik” və ”etibarlılıq” anlayışları arasında da sıx əlaqə vardır. ”Əgər idarəetmə və ya tədqiqat qarşısında müəyyən konkret məqsəd vardırsa, onda səmərəlilik - həmin məqsədə nail olma dərəcəsini, xüsusi halda, məqsədəçatma sürətini, mürəkkəblik – bu məqsəd üçün istifadə edilən vasitələrin kəmiyyət və keyfiyyətini, etibarlılıq isə – verilmiş ehtimallı maneələr şəraitində məqsədəçatma ehtimalını göstərir. Bu kateqoriyaların birini qeyd edib, ikincisini dəyişdirməklə, üçüncüsünü idarə etmək mümkündür. Belə ki, mürəkkəbliyə toxunmadan səmərəlilik yüksəldilərsə, etibarlılıq azalar; etibarlılıq sabit qalarkən, səmərəliliyi yalnız mürəkkəbliyi artırmaq hesabına yüksəltmək mümkündür; səmərəliliyin səviyyəsini saxlamaqla, mürəkkəblik artırılarsa, etibarlılıq azalar. Göründüyü kimi, etibarlılıq həm səmərəliliklə, həm də mürəkkəbliklə tərs mütənasib asılılıqdadır. Buradan belə bir nəticə hasil olur ki, çox mürəkkəb və çox yüksək etibarlı sistem azsəmərəli olur. Odur ki, İEİS-in səmərəliliyinin yüksəldilməsi onun mürəkkəbliyi və etibarlılığının optimal səviyyəsinin axtarışı probleminə çevrilir.
İş burasındadır ki, İEİS-in yüksək səviyyədə etibarlı fəaliyyəti üçün əsas şərtlərdən olan çoxnövlü əlaqələr şəbəkəsinin mövcudluğu və ayrı-ayrı lokal inteqrasiya mərkəzlərinin müəyyən müstəqilliyə malik olması, eyni zamanda İEİS məkanının müxtəlif nahiyələrində yerləşən və zamanca biri digərini gözləyən, çox hallarda fəaliyyətləri çulğalaşan və beləliklə də İEİS daxilində arzuolunmaz ”informasiya, səlahiyyət və məsuliyyət burulğanlarının” meydana çıxmasına səbəb olan məsləhətçi, funksional, operativ və təchizat xidmətlərinin inteqrasiyası lazımi qərarın vaxtında və keyfiyyətli hazırlanmasına ciddi əngəl törədir. Nəticədə qərar təyinat məkanında lazımi səviyyədə mənimsənilmir, qlobal istehsal funksiyasının reallaşdırılmasında maddi sxemin xüsusi çəkisi artır, obyektin qərarı mənimsəmə qabiliyyəti azalır, fəaliyyət sürəti ləngiyir, idarəetmə işi ağırlaşır və İEİS-in bütövlükdə fəaliyyətinin ahəngdarlığı pozulur. Deməli, İEİS-in etibarlılığını təmin edən şərt müəyyən həddə və hallarda həm də onun aşağı düşməsinin səbəbi kimi çıxış edir. ”İki bərabər hüquq bir-biri ilə toqquşanda isə məsələni qüvvə həll edir”. Bu o deməkdir ki, ənənəvi idarəetmə metod və vasitələrini köklü surətdə dəyişdirmədən İEİS-in fəaliyyətinin səmərəliliyini yüksəltmək mümkün deyildir.
İEİS elementlərinin manevretmə qabiliyyətini artırmaqla, onların sayını ixtisar edib, elementlərarası əlaqələri azaltmaq yolu ilə fəaliyyətin səmərəliliyini artırmaq olar. Bu isə o deməkdir ki, həm istehsal-təsərrüfat fəaliyyətində, həm də idarəetmədə intensiv metodlara üstünlük vermək lazımdır.
Lakin İEİS-də mövcud olan sınanmış element və quruluşun dəyişdirilməsi onun etibarlılıq səviyyəsinə çox ciddi təsir edə bilər. Bununla belə, bəllidir ki, kifayət qədər mürəkkəb sistemin bu və ya digər elementlərindən biri və ya bir neçəsi işdən imtina etdikdə də o, öz işini dayandırmır. Deməli, İEİS-də müəyyən elementin imtinası onun tam imtinasına səbəb olub-olmaya bilər.
İEİS-in heç bir əsas xarakteristikası (mürəkkəbliyi, etibarlılığı və səmərəliliyi) sabit kəmiyyət deyildir. Belə ki, İEİS-in fəaliyyəti zamanı istər onun element bazasında, istərsə də quruluşunda və təşkilolunmasında mütəmadi dəyişikliklər baş verir. Məsələn, fəaliyyət zamanı sıradan çıxan hər hansı element İEİS-in ümumi iş keyfiyyətinə bu və ya digər dərəcədə təsir edərək sözügedən xarakteristikaları, xüsusən də, səmərəliliyi xeyli dəyişdirə bilir. Bununla əlaqədar olaraq, bəzən sistemin etibarlılıq göstəricisi kimi, onun səmərəliliyinin müəyyən səviyyədə saxlanması ölçüsünü götürmək təklif edilir. Bu, maşın və avadanlıqların dəyişdirilib-dəyişdirilməməsi məsələsini optimal həll etmək üçün faydalı olsa da, İEİS-in etibarlılığını təyin etmək üçün əl vermir. Çünki, sistemin etibarlılıq səviyyəsini hesablamaq üçün səmərəliliyin minimal həddi məlum olmalıdır. Belə ki, bu baxımdan, sistem yalnız o halda imtina etmiş sayılır ki, onun səmərəliliyi minimal həddən də aşağı enmiş olsun. Lakin səmərəliliyi lazımi səviyyədə olmadığına görə sosial-iqtisadi mahiyyət daşıyıcısı olan İEİS-i imtina etmiş hesab etmək qətiyyən mümkün deyildir.
Dedik ki, mürəkkəblik, etibarlılıq və səmərəlilik İEİS-in əsas keyfiyyət xarakteristikalarıdır.
İEİS-in keyfiyyəti, ən ümumi halda, onun qlobal funksiyasının məqsəd kriterisinə uyğunluq dərəcəsi ilə təyin edilir.
İEİS-in qlobal funksiyası idarəedici və istehsal funksiyalarının inteqrasiyasıdır. Həm də bu funksiyalar bir-biri üçün mövcudluq şərti və reallaşdırma sxemidir. Odur ki, bu funksiyaların bir-birində ”ərimə” qabiliyyəti və ya bir-birini ”həzmetmə” qabiliyyəti əslində, həmin funksiyaları icra edən ”inteqrasiya mərkəz”lərinin səmərəlilik səviyyəsini nümayiş etdirir. Buradan aydın olur ki, İEİS-in ümumi səmərəlilik göstəricisi də qlobal funksiyanın məzmununa müvafiq olaraq mürəkkəb quruluşlu, çoxgedişli və çoxparametrlidir. Belə ki, o, ilk növbədə, İEİS-in 2 daxili qütbünün səmərəliliklərinin vektorial cəmindən ibarətdir. Bu baxımdan, idarəedicinin səmərəliliyi də onu təşkil edən 2 fazanın səmərəli fəaliyyətindən əmələ gəlir.
Hər bir səmərəlilik vektoru, aid olduğu qütbdən asılı olmayaraq, həm də texniki, texnoloji, təşkilati və iqtisadi aspektlərin inteqrasiyası kimi meydana çıxır. Çünki, bu 4 ünsür istehsal (həmçinin, hər cür dəyişdirmə) prosesinin daxili məzmununu təşkil edir.
Məlum metodikaya görə, səmərəlilik müxtəlif variantların müqayisəsi formasında təyin edilir. Yəni, müqayisə edilən variantlardan birinin digərinə nisbətən üstünlüyü aşkara çıxarılır. Lakin nisbətən üstün variant da nöqsansız olmur. Buna görə də müqayisədə ”ideal variant”dan istifadə etmək məqsədəuyğundur.
Bu qoyuluşda ideal variantla real variant arasındakı fərqin azaldılması səmərəliliyin yüksəldilməsi mexanizmi kimi çıxış edir.
İdeal variant real varianta analoji şəkildə qurulur. Bunun üçün ilk növbədə variantın keyfiyyət xarakteristikaları müəyyənləşdirilir.
Bu baxımda, mürəkkəblik, etibarlılıq və səmərəlilik İEİS-in fəaliyyətini yaxşılaşdırmaq üçün təklif edilən variantın kriterial xassələri kimi çıxış edir.
Bu qoyuluşda əsas məqsəd İEİS-in real fəaliyyət keyfiyyətini ideal keyfiyyətə maksimum yaxınlaşdırmaqdan ibarətdir.
Sözügedən metodika üzrə qurulan ideal variantın keyfiyyəti kriterial xassələrin sərhədlərindən asılı olaraq dəyişdiyindən, həmişə nisbidir. Nisbi ideal variant isə, əslində, optimal variantdan başqa bir şey deyildir. Odur ki, İEİS-in fəaliyyət səmərəliliyinin yüksəldilməsini də optimallaşdırma məsələsi kimi qoyub həll etmək lazım gəlir.
Bəs İEİS-in səmərəlilik vektorunun mahiyyəti və onu təşkil edən parametrlərin məzmunu nədən ibarətdir?
Bəllidir ki, İEİS, sosial-iqtisadi vahid olmaqla, hər şeydən əvvəl, müəyyən təbiət maddəsini maddi nemətə çevirən sistemdir. Ona görə də İEİS-in baş məqsədi sözügedən çevirməni minimal resurs sərfi ilə və yüksək keyfiyyətlə həyata keçirməkdən ibarət olmalıdır. Bu isə ya mənfəətin (yaxud gəlirlərin və ya rentabelliyin) maksimumlaşdırılması, ya da xərclərin minimumlaşdırılması məsələsi kimi qoyulub həll edilə bilər.
Təhlil göstərir ki, əvvəla, riskin dəyəri riskin özünü doğrultması ilə tərs mütənasibdir. İkincisi də, məqsədlə resurs arasındakı fərq çoxaldıqca, sürətlər arası fərq azalır. Bu o deməkdir ki, Hökumət maliyyə defisiti şəraitində fəaliyyət göstərərkən daha böyük risklərə yol verməli olur. Halbuki mənfəət kütləsi artdıqca, İEİS-in məqsədəçatma sürəti (səmərəliliyi) müəyyən və mümkün olan ən yüksək səviyyədə qərarlaşır.
Optimal İEİS sintezi mövcud sistemə həm yeni element daxil edilməsi, həm də mövcud elementlərdən bəzilərinin sistemdən çıxarılması şəklində baş verə bilir. Birinci halda, sistem yeni elementlərlə zənginləşdirilirsə, ikinci halda, o, ömrünü başa vurmuş, sistemə artıq yük olan elementlərdən təmizlənir. Bu məsələnin metodoloji aspektdə həllinə baxaq.
Dedik ki, İEİS (), ən ümumi halda, müəyyən girişi () müvafiq çıxışa () çevirən sistemdir:
Fərz edək ki, - xərci, - gəliri ifadə edir.
1. “Qara qutu”“ səviyyəsində:
1.1. Giriş artırıla bilər: .
Əgər bu artım sistemdə quruluş dəyişikliyi törətməzsə, aşağıdakı hallardan biri baş verər:
1.1.1.
1.1.2.
1.1.3.
Aydındır ki, bu qoyuluşda girişin qədər artırılması, 1.1.3. halında qətiyyən yolverilməz (çünki bu, qədər itki deməkdir), 1.1.2. halında qədər ziyanlı, 1.1.1. halında isə, qədər səmərəlidir.
1.2. Giriş azaldıla bilər: .
Əgər bu azalma sistemdə quruluş dəyişikliyinə səbəb olmazsa, aşağıdakı hallardan biri baş verər:
1.2.1.
1.2.2.
1.2.3.
Girişin qədər azaldılması 1.2.3. halında qədər səmərəli, 1.2.2. halında qədər səmərəli, 1.2.1. halında isə yalnız qədər səmərəlidir.
İndi tədqiqatımızı bir pillə dərinləşdirib, “qara qutu” səviyyəsindən “sistemin tərkibi” səviyyəsinə keçirək.
2. “Sistemin tərkibi” səviyyəsində:
2.1. Əvvəlcə fərz edək ki, girişə toxunmadan sistemin strukturunda dəyişiklik edilir.
2.1.1. Tutaq ki, struktur dəyişikliyi də gəlir elementidir (). Bu halda:
2.1.1.1. Sistemin strukturu artırıla bilər: .
Əgər strukturun bir gəlir elementi olaraq artırılması girişin bu və ya digər istiqamətdə dəyişdirilməsini tələb etmirsə, aşağıdakı hallardan biri baş verər:
2.1.1.1.1.
2.1.1.1.2.
2.1.1.1.3.
Bu o deməkdir ki, strukturun qədər artırılması 2.1.1.1.1. halında qədər səmərəli, 2.1.1.1.2. halında qədər səmərəli, 2.1.1.1.3. halında isə qədər səmərəlidir.
2.1.1.2. Sistemin strukturu azaldıla bilər: .
Əgər strukturun azaldılması girişin bu və ya digər istiqamətdə dəyişdirilməsini tələb etmirsə, aşağıdakı hallardan biri baş verər:
2.1.1.2.1.
2.1.1.2.2.
2.1.1.2.3.
Göründüyü kimi, gəlir məzmunlu strukturun azaldılması 2.1.1.2.1. halında qədər səmərəli, 2.1.1.2.2. halında qədər ziyanlı, 2.1.1.2.3. halında isə qədər ziyanlıdır.
2.1.2. İndi tutaq ki, struktur dəyişikliyi də xərc elementidir (). Bu halda:
2.1.2.1. Sistemin strukturu artırıla bilər: .
Əgər xərc məzmunlu strukturun artırılması girişin bu və ya digər istiqamətdə dəyişdirilməsini tələb etmirsə, aşağıdakı hallardan biri baş verər:
2.1.2.1.1.
2.1.2.1.2.
2.1.2.1.3.
Bu o deməkdir ki, xərc məzmunlu strukturun artırılması 2.1.2.1.1. halında qədər səmərəli, 2.1.2.1.2. halında qədər ziyanlı, 2.1.2.1.3. halında isə qədər ziyanlıdır.
2.1.2.2. Sistemin xərc məzmunlu strukturu azaldıla bilər: .
Əgər xərc mahiyyətli strukturun azaldılması girişin bu və ya digər istiqamətdə dəyişdirilməsini tələb etmirsə, aşağıdakı hallardan biri baş verər:
2.1.2.2.1.
2.1.2.2.2.
2.1.2.2.3.
Göründüyü kimi, xərc mahiyyətli strukturun azaldılması 2.1.2.2.1. halında qədər səmərəli, 2.1.2.2.2. halında qədər faydalı, 2.1.2.2.3. halında isə qədər faydalıdır. Yəni, xərc mahiyyətli strukturun azaldılması ilə gəlir mahiyyətli strukturun artırılması eyni şeydir. Deməli, apardığımız təhlildə güclü simmetriya vardır. Bu, təhlili xeyli qənaətcil edir.
2.2. İndi fərz edək ki, sistemin girişinin dəyişməsi onun strukturunda müəyyən dəyişiklik törədir.
2.2.1. Struktur xərc elementidir.
2.2.1.1. Girişin artırılması strukturu artırır:
.
Bu halda aşağıdakı hallardan biri baş verə bilər:
2.2.1.1.1.
2.2.1.1.2.
2.2.1.1.3.
2.2.1.1.4.
2.2.1.1.5.
2.2.1.1.6.
2.2.1.1.7.
Yəni, girişin və strukturun eyni zamanda artımı 2.2.1.1.1. halında çıxışın hər iki amilə görə artımına səbəb olur. Lakin əgər struktur xərc elementi kimi iştirak edirsə, bu tədbirin səmərəliliyi yalnız şərtində təmin olunur. Bu qoyuluşda 2.2.1.1.2. halının səmərəli olması üçün , 2.2.1.1.3. halının səmərəli olması üçün isə olmalıdır.
2.2.1.1.4. halında görülən tədbirlər qədər ziyanlıdır. 2.2.1.1.5. halı olduqda səmərəli, 2.2.1.1.6. halı olduqda səmərəlidir.
2.2.1.1.7. halında isə, sözügedən tədbir, yəni girişin və strukturun eyni vaxtda xərc elementi kimi artırılması qətiyyən yol verilməzdir. Çünki bu, qədər ziyan deməkdir.
2.2.1.2. Girişin artırılması strukturu xərc elementi kimi azaldır: .
Bu halda aşağıdakı hallardan biri baş verə bilər:
2.2.1.2.1.
2.2.1.2.2.
2.2.1.2.3.
2.2.1.2.4.
2.2.1.2.5.
2.2.1.2.6.
2.2.1.2.7.
Bu zaman, yəni, girişin artımı və strukturun xərc elementi kimi azalması zamanı səmərəlilik şərtləri aşağıdakı kimi olacaqdır:
2.2.1.2.1.
2.2.1.2.2.
2.2.1.2.3.
2.2.1.2.4.
2.2.1.2.5.
2.2.1.2.6.
2.2.1.2.7.
2.2.2. Əgər struktur gəlir elementi kimi çıxış edirsə:
2.2.2.1. Girişin artırılması strukturu artırır: .
Bu halda aşağıdakı hallardan biri baş verə bilər:
2.2.2.1.1.
2.2.2.1.2.
2.2.2.1.3.
2.2.2.1.4.
2.2.2.1.5.
2.2.2.1.6.
2.2.2.1.7.
Bu zaman səmərəlilik şərtləri aşağıdakı kimi olacaqdır:
2.2.2.1.1.
2.2.2.1.2.
2.2.2.1.3.
2.2.2.1.4.
2.2.2.1.5.
2.2.2.1.6.
2.2.2.1.7. .
2.2.2.2. Sistemin girişinin artırılması onun strukturunu azaldır: .
Bu halda aşağıdakı hallardan biri baş verə bilər:
2.2.2.2.1.
2.2.2.2.2.
2.2.2.2.3.
2.2.2.2.4.
2.2.2.2.5.
2.2.2.2.6.
2.2.2.2.7.
Bu zaman, yəni, sistemin girişinin artırılması zamanı onun strukturu gəlir mahiyyətli olaraq azalırsa, səmərəlilik şərtləri aşağıdakı kimi olacaqdır:
2.2.2.2.1.
2.2.2.2.2.
2.2.2.2.3.
2.2.2.2.4. qədər ziyan baş verəcək.
2.2.2.2.5.
2.2.2.2.6.
2.2.2.2.7. qədər ziyanlıdır.
Bu qayda ilə girişin azaldılması şərtində gəlir və xərc mahiyyətli strukturun artırılması və azaldılması variantlarını da təhlil etmək olar.
Lakin buna elə bir ehtiyac yoxdur. Çünki, artıq dediyimiz kimi, bu variantlar yuxarıda nəzərdən keçirdiyimiz variantlarla simmetrikdir.
İEİS-in ”informasiya sistemi”nin inteqrasiya səviyyəsinin yüksəldilməsinə gətirilən intensiv idarəedilmə problemləri bu variantların hamısını əhatə edir.
Beləliklə, İEİS-in səmərəliliyi quruluş və fəaliyyətin optimallaşdırılması istiqamətində həll edilməyə ehtiyac duyan məsələ kimi meydana çıxır.
Bu məsələlərin müvəffəqiyyətli həlli üçün isə müasir informasiya texnologiyasından və müvafiq iqtisadi-riyazi model və metodlardan istifadə etməyə keçilməz ehtiyac vardır.
İndi isə sistem təhlilinin ətraflı şərhinə keçək.
Dostları ilə paylaş: |