22. İŞGÜZAR OYUNLAR
İşgüzar oyun dedikdə, real hadisələrin elə imitasiya modeli nəzərdə tutulur ki, oyun prosesində iştirakçılar özlərini elə aparırlar ki, guya həqiqətən onlara müəyyən iş tapşırılıb, onu icra edirlər.
Artıq bir neçə dəfə qeyd etdiyimiz kimi, istənilən fəaliyyəti təkmilləşdirmək üçün onu alqoritmləşdirmək lazımdır. Bu mənada, sistem təhlilinin də alqoritmləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Lakin bu xeyli çətinliklərlə bağlı bir işdir. Hər şeydən əvvəl, bu, sistem təhlilinin tamamilə formallaşdırıla bilməməsi ilə bağlıdır. İ.Priqojin və İ.Stenqers yazırlar ki, “bizim üçün eksperimental metod əsil sənətdir, yəni burada ümumi qaydalardan çox vərdiş və bacarıq əsasdır. Eksperimental metod maraqlı sual qoyulması sənətidir...”
Lakin alqortim fəaliyyətin praqmatik (normativ) modelidir. Buna görə də bir məsələnin müxtəlif alqoritmləri ola bilir. Odur ki, sistem təhlilində həm elmə, həm də sənətə xas cəhətlər çulğalaşır. C.K.Cons sistemlərin layihələşdirilməsi (xüsusi halda sistem təhlili) barədə yazır ki, “layihələşdirməni nə sənətlə, nə təbiət elmləri ilə, nə də riyaziyyatla qarışıq salmaq olmaz. Bu, son dərəcə mürəkkəb prosesdir və burada uğur qazanmaq üçün dərketmənin həmin üç vasitəsini düzgün əlaqələndirmək vacibdir”. Daha sonra C.K.Cons yazır: ”İxtiyari layihələşdirmə məsələsi həll edilərkən məntiq və intuisiyanın müəyyən qovşağından istifadə edilməlidir”.
Sistemlər nəzəriyyəsindən fərqli olaraq sistem təhlili tətbiqi elmdir. Bunun məqsədi mövcud situasiyanı qoyulmuş məqsədə uyğun olaraq dəyişdirməkdən ibarətdir.
P.Çeklend sistemləri 3 tipə bölür:
-
təbii sistemlər. Buraya fiziki, kimyəvi, bioloji, ekoloji və s. sistemlər aiddir ki, bunlardakı əlaqələr də təbii qaydada əmələ gəlib fəaliyyət göstərir.
-
real süni sistemlər. Buraya maşınlar, cihazlar, digər texniki sistemlər daxildir ki, bunlardakı əlaqələr insan fəaliyyətinin nəticəsində yaranıb fəaliyyət göstərir.
-
sosial sistemlər. Bu sistemlərdə əsas əlaqələr təbiətə deyil, mədəniyyətə aiddir. Yəni istənilən situasiya subyekt tərəfindən qiymətləndirilir. Real problemli situasiyaların çoxu məhz bu tipə aiddir. Sistem təhlili sistemlərin hər üç tipinə tətbiq edilir.
R.Akoff sistem təhlilinin xüsusi bölməsini işləyib hazırlamış və “praktika nəzəriyyəsi” adlandırmışdır. O, praktika dedikdə, tədqiqat nəticəsində aşkar edilən istiqamətdə sistemi dəyişməyə səlahiyyəti olan müştəriyə işləməyi nəzərdə tutur.
R.Akoffun “praktika nəzəriyyəsi”ndə “inkişaf” anlayışı mühüm yer tutur. Burada “inkişaf” dedikdə, həm arzuların artımı, həm də təşkilatın özünün və başqalarının ehtiyaclarını, həmçinin özünü doğruldan arzuları ödəyən qabiliyyətinin artımı başa düşülür. Arzular o zaman “özünü doğruldan” sayılır ki, birinin xətrinə onların ödənməsi başqalarının inkişafına mane olmur. Ehtiyaclar—ölməmək üçün zəruri olanlara deyilir. Lakin burada da müxtəlif kombinasiyalar mümkündür. Belə ki, zəruri olanı istəməmək də, zəruri olmayanı arzulamaq da mümkündür.
Artımla inkişafı fərqləndirmək lazım gəlir. Bunlar həm eyni şey deyil, həm də bir-biri ilə bağlılığı vacib deyil. Halbuki iqtisadiyyatda bəzən iqtisadi inkişafı iqtisadi artımla eyniləşdirmək hallarına rast gəlinir.
İnkişaf mövcud resursların özü ilə deyil, onlardan istifadə bacarığı ilə əlaqədardır. İnkişaf material resurslarından çox, informasiya resursları ilə bağlıdır. Material resurslarının çatışmaması inkişafı deyil, yalnız artımı dayandıra bilər. Odur ki, R.Akoff inkişafı sistemliklə, təşkilolunma ilə bağlayır. İnkişaf təhsillə, təlimlə bağlıdır. Başqasının əvəzinə təhsil almaq mümkün olmadığına görə başqasının kənardan inkişaf etdirilməsi mümkün deyildir. İnkişafın yeganə yolu özünüinkişafdır. Bununla belə, başqasının inkişafına kömək etmək, onu inkişafa həvəsləndirmək mümkündür, bir şərtlə ki, bu işdə o özü də iştirak etsin. R.Akoffun nəzəriyyəsində ən vacib şərtlərdən biri də könüllülük şərtidir. Onun fikrincə, maraqlı tərəfin iştirakı könüllü deyilsə, sistem səmərəli ola bilməz.
İstənilən problemlə işləmək üçün azı 4 üsul vardır: birincisi odur ki, gözləyəsən ki, bəlkə problem öz-özünə aradan çıxa. İkincisi, problemi qismən həll edib, vəziyyəti yumşaltmaq. Üçüncüsü, problemi mövcud şərtlər daxilində optimal həll etmək. Nəhayət, dördüncüsü, mövcud şəraiti elə dəyişdirməli ki, həm problem aradan qalxsın, həm də gələcəkdə təkrar olunmasın, işdi təkrar olunsa, qarşısını almaq mümkün olsun.
“Praktika nəzəriyyəsi”nin mühüm tələblərindən biri də etikadır. Bu, elmi vicdanlılıq, düzlük, obyektivlik, gerçəkliyə vurğunluq, öz səriştəsinə tələbkarlıq, həmkarlarla münasibət norması və s. kimi anlayışları özündə birləşdirir.
Beləliklə, müasir sistem təhlili praktiki mövqedən problemli situasiyanı aradan qaldırmağın nəzəriyyəsi və praktikasıdırsa, metodoloji cəhətdən də tətbiqi dialektikadır.
23. Sistem təhlilinin metodolji problemi və onun assosiativ həlli
Qoyulmuş hər bir tədqiqat sualının düzgün cavabını yalnız sistemli təhlil və sintez yolu ilə vermək mümkün olsa da, bunun üçün hökmən “mümkün hallar ansamblı” modelindən istifadə etməklə, “bitkin cavablar oblastı”na müvafiq “proqnoz üfüqü”nü təyin edib, sonra həmin oblastın daraldılması yolu ilə hədəfə tədricən yaxınlaşmaq lazımdır. Bu isə o deməkdir ki, hər şeydən əvvəl, qoyulmuş problemin həllinə geniş metodoloji hazırlıqdan başlamaq tələb olunur. Çünki hər bir tədqiqat işi, ilk növbədə, sualın qoyuluşu və cavabın formalaşdırılması prosesi kimi meydana çıxır.
Elmi metodologiyadakı problemli situasiyanın təməlində paradiqmanın özü, yəni, sistem anlayışı dayanır.
Aparılan elmi-nəzəri araşdırmalar göstərmişdir ki, inkişaf mahiyyətcə, zamanda informasiyanın toplanması ilə ifadə edilən elementar vektorial kəmiyyətlərin inteqrasiyasıdır.
İstisnasız olaraq bütün hallarda az-çox ciddi qoyuluş tələb edən kifayət qədər mürəkkəb məsələlər həmişə ümumidən xüsusiyə, universaldan ixtisaslaşdırılmışa assosiativ keçidlərin təyin edilməsi yolu ilə həll edilməyə ehtiyac duyurlar.
Assosiativ keçid - bir-biri ilə müəyyən əlaqə və münasibətdə olan obyektlər arasında mövcud olan forma və ya məzmun keçidləridir ki, bu da, mahiyyətcə, assosiativ informasiya kanalı olub, xüsusi növ informasiya ötürücüsüdür.
İstənilən tədqiqat obyekti inteqrasiya sistemi kimi götürülməlidir. Çünki bu halda əks-əlaqə ön plana keçir. Əslində əks-əlaqəni nəzərə almadan az-çox gerçək nəticə almağa güman azdır. Çünki əks-əlaqə həm uzununa, həm də eninə assosiasiyalardakı səbəb-nəticə zəncirinin bütün həlqə və vəsilələri üçün vacibdir.
Tədqiqat obyektinə inteqrasiya sistemi kimi baxdıqda, onu daxili və xarici, şaquli və üfqi, müsbət və mənfi əks-əlaqələrin dinamik şəbəkəsində götürmək lazım gəlir. Çünki bu halda gerçəklik çoxmərtəbəli, çoxyaruslu və çoxaspektli təsvir edilir ki, bu da daha dolğundur.
Gerçəkliyin bütün hallarda çoxmərtəbəli, çoxyaruslu və çoxaspektli olmasını qəbul etmədən yaradıcılığın heç bir sahəsində yeni söz demək mümkün deyildir.
Tədqiqat obyektini xarakterizə edən əlamətlərin sayı çoxaldıqca, onun hansı cəhətinin daha aktual olmasını təyin etmək çətinləşir.
Elmi-tədqiqatın əsas məsələsi mümkün cavablar oblastında gerçəkliyin gizləndiyi aktual sahəni müəyyənləşdirib, minimumlaşdırmaqdan ibarətdir.
Gerçəkliyi gizlədən qeyri-müəyyənliyin bumeranq xassəsi vardır. Odur ki, aktual sahə axtarışı qeyri-müəyyənlik bumeranqının dönüş məqamını təyin etməklə bitir.
Elmi düşüncə tərzində üstünlük qazanan assosiativ təfəkkürün təsvir etdiyi dünyanın assosiativ əlaqə və münasibətlər dünyası olması xüsusi maraq doğurur.
Assosiativ dünya bütün nöqteyi-nəzərlərdən azı üç ünsürdən ibarət olan dünyadır ki, bunlardan da ikisi assosiativ əlaqə və ya münasibətdə olanlar, üçüncüsü isə assosiativ əlaqə və ya münasibətin özüdür.
Obyektiv dünyanın assosiativ mənzərəsinin yaradılması zərurəti Assosialogiya və ya Assosiasiyalar nəzəriyyəsi adlandırıla biləcək yeni elmi istiqamətin yaranması üçün güclü bir stimuldur.
Assosialogiya - təbiətdə, cəmiyyətdə və təfəkkürdə assosiasiyaların yaranması, fəaliyyəti, inkişafı və idarə edilməsinin ən ümumi qanunauyğunluqlarını öyrənən elmdir.
Assosialogiya qeyri-müəyyənlik, qeyri-sabitlik və qeyri-səlislik kimi təməl prinsiplər üzərində formalaşmalıdır.
Ənənəvi elm səbəb-nəticə zəncirini əsasən uzununa assosiasiyalarda öyrənir və eninə assosiasiyalardakı səbəb-nəticə zəncirləri çox zaman tədqiqatı həddən artıq mürəkkəbləşdirməmək xatirinə bilərəkdən, bəzən isə tədqiqata cəlb edilən proseslərin prioritetinin düzgün təyin edilməməsi üzündən diqqətdən kənarda qalır. Bu, yolverilməzdir.
Assosiativ tədqiqatın əsas metodu müxtəlif təbiətli forma və məzmun analogiyalarının tapılıb müqayisə edilməsi yolu ilə onlardakı ən ümumi cəhətləri aşkara çıxarmaqdan və hasil edilmiş əqli nəticələrdən məntiqi zəncir yaratmaqdan ibarətdir.
Assosiativ təfəkkürün ilk mərhələsi olan assosiativ duyum problemin və ya eksperimentin qoyuluşunu formalaşdırmaq üçün mühüm əhəmiyyət daşısa da, yanlış nəticələrə də gətirə biləndir. Odur ki, assosiativ duyum ideya axtarışı üçün daha səmərəlidir.
İstər elmdə, istərsə də sənətdə yaradıcılıq uğurlarına aparan yol istisnasız olaraq assosiativ körpülərdən keçir.
Assosiativ tədqiqat göstərir ki, kibernetikada idarəedici qərarları kvantlar zənciri, qərar kvantlarını isə virtual təsir daşıyıcıları kimi təsəvvür etmək imkanı vardır.
Assosialogiyanın baş təməl anlayışı olan ”assosiasiya”nın iki tipini fərqləndirmək lazımdır: uzununa və eninə assosiasiya. Uzununa assosiasiya müxtəlif zamanlı prosesləri, eninə assosiasiya isə eyni zamanlı prosesləri ifadə edir.
Assosiasiyada hər şey, həm aktuallaşan elementin xarakteri, həm mövqeyi, həm də elementlər arasında aktuallaşan əlaqə və ya münasibət çox mühüm əhəmiyyət kəsb edir.
”Assosiasiya” və ”sistem” anlayışlarının müqayisəsi göstərir ki, bunlar arasında həm genetik əlaqə və ortaq cəhətlər, həm də quruluş və təşkilolunma fərqləri mövcuddur.
Sistemologiya, sinergetika və kibernetika kimi möhkəm təməl üzərində formalaşmaqda olan assosialogiya həmin elmlərin tənqidi təhlili nəticəsi kimi meydana çıxdığından, bir tərəfdən yeni dünyagörüşü elmi, digər tərəfdən də ”problem sahibi” qarşısına çıxan real çətinlikləri aradan qaldırmağa yönələn tətbiqi elmdir.
Assosialogiyanın mərkəzi anlayışı yalnız şaquli və üfqi əlaqələr şəbəkəsi kimi təsəvvür edilən ”sistem”dən fərqli olaraq, ikiölçülü çertyojlar üzrə qurulan üçölçülü memarlıq ansamblı kimi təsəvvür edilən ”assosiasiya”dır ki, burada cərəyan edən güclü idarəedici informasiya axınları istisnasız olaraq mürəkkəb assosiativ informasiya burulğanları mühitində meydana çıxır.
Assosiasiyanı problem yaradır, münasibət qüvvəsi isə yaşadır.
Assosiasiyanın mövcudluğu təşəbbüsə münasibətlə şərtlənəndir.
Assosiasiya bir tərəfdən, problemlər düyünü, digər tərəfdən də, qüvvələr düyünü kimi meydana çıxır.
İnformasiya kvantı assosiasiya daxilindəki dəyişdirmənin substratı olan semantik cəhətdən bölünməz minimal informasiya yığımıdır. Yəni, informasiya kvantı təsiredici missiya daşıyıcısıdır. Bu isə onun müəyyən gücə malik olduğunu göstərir.
Enerji kvantı hədəfdə dəyişiklik törədə bilən enerji porsiyası olduğundan, informasiya kvantı da ünvandakı dəyişikliyin səbəbi kimi təsəvvür ediləndir. Bu halda, informasiya kvantı bir tərəfdən, mənbəyin hasil etdiyi informasiyanın miqdarını, digər tərəfdən də ünvana çatan informasiyanın qiymətliliyini ifadə edəndir.
İnformasiya ünvan üçün yalnız istehlak momentində qiymətli olduğundan, kvantın gücü məhz bu məqamda təzahür edir.
İnformasiya kvantının mənbədəki gücü nominal güc olaraq mənbəyin qeyri-müəyyənliyinin ləğv edilməsi dərəcəsini əks etdirirsə, kvantın real gücü də ünvanda törətdiyi dəyişikliyin dərəcəsini xarakterizə edir.
İnformasiya yükü sıfır olan elementin bütün münasibətlərinin informasiya yükü sıfra bərabər olur. Yəni, mənası bəlli olmayan elementin heç bir münasibəti təyin edilə bilməz. Odur ki, yalnız problemi özlərinə az-çox məlum olan sistemlər assosiasiya təşkil edə bilir.
Kvantın faktiki gücü aktuallaşdırdığı münasibətlərin məcmu sanballıq intensivliyi ilə, münasibətin sanballıq intensivliyi isə onu aktuallaşdıran kvantların məcmu real gücü ilə xarakterizə ediləndir.
Hər bir assosiasiya həm də öz giriş-çıxışının assosiasiyasıdır.
Assosiativ idarəetmə sistemin ətraf mühitlə assosiasiyasının nəticəsi kimi meydana çıxır.
İnformasiyalaşdırma prosesinin iki aspekti kimi çıxış edən kod və informasiya ötürülüşü bu prosesin də dalğa təbiətli olduğunu göstərir. Bu halda kod fiziki, informasiya isə həndəsi mahiyyət daşıyıcısı kimi çıxış edir. Yəni, informasiya kanaldakı ötürülüş mühitinin üfqi yerdəyişməsidir. Buna görə də informasiyada ünvanı lərzəyə salan dalğa gücü vardır!
İdarəetmənin Viner konsepsiyasından fərqli olaraq, assosiativ idarəetmədə həm qərar, həm də obyektin qərara münasibəti özlərini mümkün hallar ansamblı kimi təqdim edirlər və bu ansamblda assosiativ tamamlama prinsipi çox mühüm əhəmiyyət daşıyır. Odur ki, idarəetmənin xalis Viner anlamından fərqli olaraq, assosiativ idarəetmə obyekti yalnız sistemin öz idarəedicisinin tam “təhkimlisi” deyildir. Bu, qeyri-səlis münasibət daşıyıcısı olduğundan, həm qərar hasil edənin, həm də qərarı həzm edənin bütövləyicilərinin fəal müdaxiləsinin nəticəsi kimi meydana çıxır. Yəni, assosiativ idarəetmədə həm qərar, həm də obyektin davranışı “keçidlər matrisi” şəklində təsvir edilən məzmun kəsb edir. Məhz bunun birbaşa nəticəsidir ki, kifayət qədər mürəkkəblik nümayiş etdirən idarəetmə sistemlərində idarəetmə prosesi həmişə bu və ya digər dərəcədə stoxastik xarakter daşıyır və eyni qərar həmişə eyni nəticə vermir və əksinə.
Assosiativ idarəetmə sistemində hər bir qərar bir tərəfdən, özünü müəyyən gücə malik “təsir kvantı” kimi aparır, çünki yalnız bu halda obyektə dəyişdirici təsir etmək mümkündür, digər tərəfdən isə, o, mahiyyətcə, informasiya şüalandırması olduğundan, qərarların difraksiyası və interferensiyası baş verir. Yəni, bütövlükdə idarəetmə prosesi korpuskulyar-dalğa təbiətli dualizm nümayiş etdirəndir. Odur ki, sözügedən sistemdə idarəedici qərar vektorial kəmiyyət olub, idarəedici sistemin məxsusi qərarı ilə assosiativ idarəetmə situasiyasından doğan şəraitin vektorial cəmindən yaranır.
Assosiasiya yalnız onu yaradan problem həll edilənə qədər mövcud olduğundan, sıradançıxma ehtimalı, əslində, həmin problemin həlli ehtimalıdır. Yəni, assosiasiyanın dözümlülük ehtimalı onu yaradan problemin həlli ehtimalı ilə xarakterizə edilir. Digər tərəfdən, problemin həlli də yalnız özünün yaratdığı assosiasiyanın mövcudluğu şəraitində mümkündür.
Assosiasiya əzəl-başdan və ömrü boyu problemli situasiyalar ocağı kimi fəaliyyət göstərir. Odur ki, bu və ya digər assosiasiyanı yaradan və qoruyub saxlayan problem həm də çox hallarda arzuolunmaz situasiyaları qabaqlamaq probleminə çevrilir.
Assosiasiya müvəqqəti formalaşan virtual qurum olduğundan, burada funksional idarəetməyə nisbətən situasion idarəetmə, xüsusilə də assosiativ situasion idarəetmə problemi üstünlük təşkil edir. Bu, onunla bağlıdır ki, funksional kanallardakı qərar kvantları assosiativ kanallardan keçərək üfqi və çəpinə induktiv qərarlardan ibarət dairəvi rezonanslar törədir. Həmin rezonanslar funksional kanallardakı proseslərlə sıx interferensiya və difraksiya münasibətlərinə girib, qeyri-sabit dissipativ mühit formalaşdırır ki, bu da son dərəcə mürəkkəb assosiativ situasion idarəetmə şəraiti yaradır.
Hər bir funksional kanal müxtəlif assosiativ kanallarda müxtəlif assosiasiyalar törədə bildiyindən, assosiativ situasion idarəetmə probleminin həlli hökmən keçidlər matrisindən keçir.
Elmi təhlil göstərir ki, assosiativ situasion idarəetmə problemi funksional idarəetmə problemindən assosiativ kanallardakı situasion problem qədər mürəkkəbdir.
Funksional idarəetmə problemi mahiyyətcə, assosiativ situasion informasiya defisiti kimi, assosiativ situasion idarəetmə problemi isə bütövlükdə funksional və assosiativ kanallardakı dissipativ prosesə qarşı duran informasiya defisiti kimi meydana çıxır.
24. Assosiativ struktur təhlil modeli
Müəyyən mühitdə formalaşan tələbat () müvafiq problemə çevrilərək özünün həlli üçün münasib struktur () yaranmasını şərtləndirir ki, bu da mühitdən aldığı girişi () çıxışa () çevirib mühitə qaytarır:
Q
S
F R
Məsələn, cəmiyyətin çörəyə tələbatı konkret məqsəd (Q) şəklində formalaşaraq, tələbata uyğun çörək istehsalını təmin edən çörək zavodu (S) yaradır ki, bu da məlum ilkin şərtlərdən (F) istifadə edərək müvafiq çörək (R) istehsal edir. Yəni: . Bu qoyuluşda quruluş (operator) şəklində təsəvvür edilir. Bu isə o deməkdir ki, məqsədin formalaşdırdığı quruluş (operator) yalnız məqsədin reallaşdırılması və ya problemin neytrallaşdırılması məqamınadək məna daşıyır. Problem neytrallaşdırılan kimi, həmin quruluşa (operatora) ehtiyac qalmır. Yəni: halında olur.
Göründüyü kimi, sözügedən kibernetik sistem mahiyyətcə assosiasiyadır:
(1)
Burada -eninə assosiasiya; - isə uzununa assosiasiyadır.
Göstərək ki, eninə assosiasiyada qoyulan problem uzununa assosiasiyada, uzununa assosiasiyada meydana çıxan problem isə eninə assosiasiyada həll edilir.
assosiasiyası həm də ””, ”” və ”” kimi təşkiledici assosiasiyaların inteqrasiyasıdır.
Hər bir assosiasiya, o cümlədən, təşkiledici assosiasiya müəyyən münasibətin mənbəyi, ünvanı və daşıyıcısıdır.
Beləliklə, assosiasiya adətən kifayət qədər sərbəst fəaliyyət göstərən bir neçə sistemin müvəqqəti formalaşan və axıradək aydın olmayan məqsəd ətrafında birləşməsindən əmələ gələn qurumdur və həmin qurumun ömür müddəti onu təşkil edən sistemlərin bir-birinə münasibətlərindəki az-çox sabit cəhətlərlə xarakterizə edilir. Bu o deməkdir ki, xüsusi növ informasiya tutarı olan assosiasiya onu təşkil edən sistemlərarası assosiativ münasibətlər şəbəkəsidir. Həmin münasibətlər isə, mahiyyətcə, təşkiledicilər arasındakı informasiya yaxınlığı dərəcəsinin ifadəsidir. Bu baxımdan, assosiasiya yaxınlıq dərəcəsinin funksiyası kimi nəzərə gəlir:
(2)
Yaxınlıq dərəcəsi isə:
(3)
kimi təyin edilir ki, burada da - -də formalaşan və -də reallaşan müxtəlif təsirlərin sayı, başqa sözlə, -in -ə müdaxiləsi; - isə -də hasil edilən və -də istehlak olunan təsirlərin sayı, daha doğrusu, -in -dən etdiyi iqtibaslardır.
Fərz edək ki, baxdığımız assosiasiya 8 təşkiledicini birləşdirir və bunların bir-birinə təsiri aşağıdakı göstəricilərlə xarakterizə olunur:
Cədvəl 1.
|
|
|
|
|
|
|
|
|
|
|
|
76
|
10
|
9
|
2
|
15
|
-
|
18
|
42
|
96
|
172
|
|
11
|
52
|
13
|
16
|
5
|
2
|
22
|
36
|
105
|
157
|
|
12
|
6
|
81
|
4
|
12
|
6
|
18
|
28
|
86
|
167
|
|
2
|
5
|
3
|
32
|
5
|
-
|
6
|
27
|
48
|
80
|
|
2
|
9
|
8
|
2
|
74
|
12
|
-
|
12
|
45
|
119
|
|
4
|
-
|
4
|
-
|
20
|
85
|
-
|
24
|
52
|
137
|
|
2
|
-
|
1
|
4
|
-
|
-
|
52
|
10
|
17
|
69
|
|
1
|
-
|
-
|
-
|
-
|
-
|
7
|
84
|
8
|
92
|
|
34
|
30
|
38
|
28
|
57
|
20
|
71
|
179
|
457
|
|
|
110
|
82
|
119
|
60
|
131
|
105
|
123
|
263
|
|
993
|
Matrisin sətirləri iqtibas, sütunları isə müdaxilə münasibətlərini əks etdirir. Elementdaxili assosiativ əlaqələr diaqonalda təsvir edilmişdir.
Matrisin strukturuna əsasən aşağıdakıları yazmaq olar:
Yəni, assosiasiyada münasibətsiz elementə yer yoxdur.
Matrisdən görünür ki, məsələn, elementi cəmi 110 münasibət yaratsa da, onun 76-sını öz daxilində istifadə edir. Bundan əlavə, həmin element öz problemini həll etmək üçün assosiasiyadakı elementlərdən 96 iqtibas edir. Beləliklə, -in assosiasiyadakı münasibət balansı 34//96 nisbətindədir. Bu o deməkdir ki, assosiasiyaya fayda verməkdən daha çox assosiasiyadan faydalanmaqdadır.
Müxtəlif elementlərin assosiativ enerjisi aşağıdakı kimidir:
Yəni, assosiasiyaya müxtəlif problemlərlə gələn sistemlər həm də müxtəlif assosiativ enerji daşıyıcıları kimi fəaliyyət göstərirlər.
Matrisdən aydın görünür ki, bütün təşkiledici elementlər bir-biri ilə eyni münasibət sıxlığına malik deyillər. Belə ki, , və assosiasiyanın bütün elementləri ilə bu və ya digər sıxlıqda münasibətdə olduqları halda, bu cəhətdən xeyli passivdir və ən zəif element -dür. isə daha çox assosiativ enerjiyə malik müdaxiləedici elementdir.
Müxtəlif assosiativ enerji daşıyıcısı olan hər bir elementin assosiasiyadakı xüsusi çəkisi də müxtəlifdir:
Cədvəl 2.
|
|
|
|
|
|
|
|
Cəmi
|
11%
|
8%
|
12%
|
6%
|
13%
|
11%
|
12%
|
26%
|
100%
|
Elementlərarası münasibətlərdə müdaxilə münasibətinin xüsusi çəkisi:
Cədvəl 3.
|
|
|
|
|
|
|
|
Cəmi
|
7%
|
7%
|
8%
|
6%
|
12%
|
4%
|
16%
|
39%
|
100%
|
Ayrı-ayrı elementlər üzrə iqtibas münasibətlərinin xüsusi çəkisi:
Cədvəl 4.
|
|
|
|
|
|
|
|
Cəmi
|
21%
|
23%
|
19%
|
11%
|
10%
|
11%
|
4%
|
2%
|
100%
|
Elementlər üzrə müdaxilə münasibətlərinin iqtibas münasibətlərinə nisbəti isə aşağıdakı kimidir:
Cədvəl 5.
|
|
|
|
|
|
|
|
35%
|
29%
|
44%
|
58%
|
127%
|
38%
|
418%
|
2238%
|
Matrisdə verilən şərti rəqəmlərə əsasən elementlərarası qarşılıqlı əlaqələr əmsalını aşağıdakı kimi təyin etmək olar:
Bu halda, müvafiq qarşılıqlı əlaqə əmsalları matrisi aşağıdakı kimi olacaqdır:
Cədvəl 6.
|
|
|
|
|
|
|
|
|
|
1
|
0,16
|
0,13
|
0,04
|
0,11
|
-
|
0,16
|
0,27
|
|
0,16
|
1
|
0,14
|
0,25
|
0,11
|
-
|
-
|
-
|
|
0,13
|
0,14
|
1
|
0,07
|
0,13
|
0,06
|
0,14
|
-
|
|
0,04
|
0,25
|
0,07
|
1
|
0,07
|
-
|
0,12
|
-
|
|
0,11
|
0,11
|
0,13
|
0,07
|
1
|
0,20
|
-
|
-
|
|
-
|
-
|
0,06
|
-
|
0,20
|
1
|
-
|
-
|
|
0,16
|
-
|
0,14
|
0,12
|
-
|
-
|
1
|
0,12
|
|
0,27
|
-
|
-
|
-
|
-
|
-
|
0,12
|
1
|
Bu və ya digər iki təşkiledici arasında heç bir əlaqə yoxdursa, yaxınlıq dərəcəsi sıfır, qarşılıqlı əlaqə əmsalı isə qeyri-müəyyən qiymət alır.
Əlaqə birtərəflidirsə, qarşılıqlı əlaqə əmsalı xüsusi çəkiyə, yəni, məsələn, -ə çevrilir. Odur ki, matrisdə bu hallara müvafiq xanalarda tire qoyulmuşdur.
Göstərək ki, müxtəlif təşkiledicilər arasındakı qarşılıqlı əlaqələrin qeyri-müəyyənlik səviyyəsi də müxtəlifdir:
Göründüyü kimi, -in əlaqə və münasibətləri daha çox müəyyən, -nınkı isə daha çox qeyri-müəyyəndir.
Modeldən aydın olur ki, assosiasiyanı təşkil edən 7 element faktiki olaraq –in ətrafına yığışmışdır. Çünki, elə element yoxdur ki, o, -dən faydalanmasın. isə yalnız və -dən, həm də çox cüzi faydalanır.
Aydındır ki, bütün bu deyilənlər bir anın statik təhlilidir.
İndi fərz edək ki, assosiasiya dinamik qurumdur. Yəni, onu təşkil edən elementlərin tərkibi, xüsusi çəkiləri və fəaliyyəti daim dəyişir.
Bunu nəzərə alsaq, -i şəklində yazmaq daha doğru olar. Onda baxılan assosiasiya vəziyyətindən vəziyyətinə keçərkən aşağıdakı hallar mümkündür:
Assosiasiya tamamilə və ya qismən ya dağılar, ya qalar, ya da artar.
Assosiasiya tamamilə dağılarsa, onun heç bir təhlilə ehtiyacı qalmaz. Qismən dağılma bir və ya bir neçə elementin assosiasiyanı tərk etməsi halında mümkündür ki, bu da müxtəlif səbəblərdən, başlıcası isə, həmin elementlərin öz problemlərini həll edib qurtarması üzündən baş verə bilər.
Assosiasiya tamamilə olduğu kimi qalarsa, model yeni vəziyyətdə də strukturu gerçək təsvir edəcəkdir. Qismən qalma ya dağılma, ya da artma istiqamətində gedən prosesin nəticəsi ola bildiyindən, birinci variant qismən dağılma ilə üst-üstə düşür. İkinci variant ya yeni elementin, ya da yeni münasibətin meydana çıxması ilə bağlıdır. Yeni element (münasibət) mövcud elementi (münasibəti) əvəz edə və etməyə bilər. Birinci hal doymuş, ikinci isə doymamış assosiasiyada mümkündür.
Assosiasiya tamamilə artarsa, bu o deməkdir ki, köhnə assosiasiyadan əsər-əlamət qalmamışdır və yeni assosiasiya köhnədən xeyli iridir. Qismən artma isə yalnız doymamış assosiasiyaya aid olan haldır.
Göründüyü kimi, hər bir dəyişiklik əslində, yeni assosiasiya yaranması deməkdir. Yəni, assosiasiyada baş verən bu və ya digər dəyişiklik mahiyyətcə, assosiasiyaların əvəzlənməsindən başqa bir şey deyildir. Assosiasiyanı sistemdən fərqləndirən cəhətlərdən biri də məhz budur.
Dostları ilə paylaş: |