MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

Müasir şəraitdə müxtəlif firmalarda iqtisadi durumun vəziyyətini 3  əsas  amil  
müəyyən edir:  a) texnika  və  texnologiyanın vəziyyəti; b) iş qüvvəsinin 
keyfiyyəti; v) istehsalın təşkili və idarə edilməsi (menecerlik). Bu amillərdən üçün-
cüsü, sistemyaradıcı xarakter daşıyır. Tədqiqatlar göstərir ki, menecerliyin 
vəziyyəti texnikanın, texnologiyanın və eləcə də işçi qüvvəsinin səviyyəsinə təsir 
göstərir. 
Dünya  ədəbiyyatında elmi menecment, əməyin elmi təşkili nəzəriyyəsi və 
metodologiyasının  əsasını qoymuş Amerika mühəndisi və  tədqiqatçısı F.Teylora 
xüsusi yer verilir. F.Teylor idarəetməyə «nə etmək lazımdır və bunu ən yüksək şə-
kildə və ucuz başa gəlməklə necə etməyi dəqiq bilmək məharəti» kimi baxmışdır. 
Onun fikirləri 1911-ci ildə çapdan çıxmış «Elmi menecerliyin prinsipləri» əsərində 
verilmişdir. Burada idarəetmə prinsipləri dörd qrupa bölünür: 
1. Məqsədin seçilməsi; 
2. Məqsədə çatmaq vasitələrinin seçilməsi; 
3. Məqsədə çatmaq vasitələrinin hazırlanması; 
4. Nəticələrə nəzarət edilməsi. 
Teylorun müasiri fransız A.Fayol özünün zəngin təcrübəsini də  nəzərə 
almaqla «Ümumi və  sənaye idarəetməsi» (1916-cı il) əsərində menecment 
nəzəriyyəsini inkişaf etdirmişdir. A.Fayol müəssisədə aparılan bütün əməliyyatları 
altı qrupa bölür: 1) Texniki, 2) Kommersiya, 3) Maliyyə, 4) Mülkiyyətin və şəxsin 
mühafizəsi, 5) Uçot, 6) İnzibati.  Əslində idarəetməyə o, altıncı qrupu aid edir. 
A.Fayola görə, idarəetmə - müəssisənin resurslarından ən əlverişli şəkildə istifadə 
etməyə cəhd göstərilməklə onu məqsədə çatdırmaq, göstərilən altı əsas funksiyanın 
düzgün gedişini təmin etməkdən ibarətdir. Onun fikrincə, idarəetmə  təcrübəsi 
özünə bunları daxil etməlidir: əvvəlcədən görmək, təşkil etmək, sərəncam vermək, 
razılaşdırmaq, nəzarət etmək. 
A.Fayol tarixdə ilk dəfə menecmentə sistemli baxış, onu funksional 
əlamətlərinə, operativ planlaşdırma, təqvimi tənzimləmə, idarəetmə koordinasiyası 
və təşkilə nəzarətə əsasən təhlil etmişdir. 
Teylorun və Fayolun irəli sürdükləri idarəetmə prinsiplərindən hazırda da 
geniş istifadə olunur. Bu, onlar tərəfindən irəli sürülmüş prinsiplərin ənənəvi olub, 
bütün müəssisələr üçün universal xarakter daşıması ilə izah olunur. 
Menecerlik nəzəriyyəsi sonrakı dövrlərdə daha da təkmilləşdirilmiş  və öz 
əksini çox müxtəlif təzahür formalarında tapmışdır. Müxtəlif problemlər müxtəlif 
formalarda ön plana çəkilmişdir. 50-60-cı illərdə idarəetmənin təşkilati strukturu 
diqqət mərkəzində durmuşdur. 60-70-ci illərdə strateji planlaşdırma baş verir. 80-cı 
illər isə qabaqcıl Qərb firmalarının strateji planlaşdırmadan strateji idarəetməyə 
keçməklə xarakterizə olunurdu. 
 
§5. Azərbaycanda firmanın (müəssisənin) 
fəaliyyət xüsusiyyətləri 
 
Məlum olduğu kimi, Azərbaycan XIX əsrin  əvvəllərində Rusiya-İran və 
Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiya tərəfindən istila edilmişdi və 
burada müstəmləkə rejimi yaradılmışdı.  
 
102


Azərbaycanda köhnə çar üsul-idarəsi yıxıldıqdan sonra yaradılmış 
Azərbaycan Demokratik Respublikasının (28 may 1918 - 27 aprel 1920) 
Parlamenti tərəfindən qəbul olunmuş bir sıra qərarlar kapitalist münasibətləri 
əsasında formalaşmış firmaların,  şirkətlərin sürətli inkişafına imkan verdi. Lakin 
sosialist inqilabı adı (pərdəsi) altında Azərbaycanın Rusiya tərəfindən yenidən iş-
ğal olunması ilə bütün bunlara son qoyuldu. 
Bu sistemin dağılması ilə əlaqədar olaraq yenidən siyasi müstəqillik qazanan 
Azərbaycan öz qarşısına bazar iqtisadiyyatına keçmək kimi mühüm bir məqsəd 
qoymuşdur. 
Bazar iqtisadiyyatına keçidlə  əlaqədar olaraq həyata keçirilən islahatlar 
nəticəsində Azərbaycanda mülkiyyətin və  təsərrüfatçılığın müxtəlif formaları 
yaranmaqdadır. Bu proses son illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin 
geniş xarakter alması ilə daha da sürətlənir. 
 
    
   
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 15. SAHİBKARLIQ FƏALİYYƏTİ 
 
§1. Sahibkarlıq fəaliyyətinin məzmunu və bazar iqtisadiyyatının 
formalaşmasında onun rolu 
§2. Sahibkarlıq subyektlərinin funksiyaları və onların reallaşdırılması 
mühiti 
§3. Sahibkarlıq fəaliyyətinin məqsədləri və formaları 
§4. Müasir dövrdə Azərbaycanda sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1.  «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin,  Ə.P.Babayevin və 
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999. 
2.  «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu. 
Bakı, 1994. 
3.  M.X.Meybullayev, Q.N.Manafov, S.C.Hacıyev. «Özəlləşdirmə  və 
sahibkarlıq. Bakı, 1993. 
4.  T.S.Vəliyev. Bazar münasibətlərinin formalaşmasında sahibkarlıq 
fəaliyyətinin yeri və rolu. «İqtisad elmləri: nəzəriyyə və praktika», 1994, № 
2-3. 
5.  Q.N.Manafov. «Sahibkarlığın nəzəri və praktiki məsələləri»,  Bakı, 1997. 
6.  A.B.Abbasov. «Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf 
problemləri. Bakı, 1998. 
7.  F.H.Abbasov, R.A.Quliyev, S.Ə.Əbdürrəhmanova. «Sahibkarlıq 
fəaliyyətinin əsasları». Bakı, 1996. 
 
103


8.  A.Ş.Şəkərəliyev, «Biznesin əsasları», Bakı, 1996. 
9.   «Azərbaycan iqtisadiyyatında kiçik və orta sahibkarlıq: nəticələr, 
problemlər və perspektivlər. 
10. İ.M.Niftullayev. «Sahibkarlığın əsasları», Bakı, 2002. 
11. A.B.Abbasov və digərləri. «Biznesin əsasları», Bakı, 2005. 
12. Q.N.Manafov. «Sahibkarlıq haqqında elmi baxışların təkamülü. Nəzəri və 
praktiki aspekt». «İqtisad elmləri: nəzəriyyə və praktika», Bakı, 2004, №2. 
 
 
 
 
§1. Sahibkarlıq fəaliyyətinin məzmunu və bazar 
iqtisadiyyatının formalaşmasında onun rolu 
 
Sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının fərqləndirici xüsusiyyətlərindən 
biridir. Buna uyğun olaraq kapitalizm cəmiyyətinin tarixi təkamülü boyu 
sahibkarlıq fəaliyyəti haqqında olan təlim də  tədriclə formalaşmış, keyfiyyətcə 
zənginləşmiş, sistemli xarakter almış, mürəkkəb məzmun kəsb etmişdir. 
İqtisadi  ədəbiyyatda sahibkarlıq fəaliyyətinin məzmununun öyrənilməsi ilk 
əvvəl onu həyata keçirən sahibkar anlayışı ilə başlayır. Buna uyğun olaraq bu gün 
sahibkar dedikdə, iqtisadi, yaradıcı, təşkilati qabiliyyətlərə, mürəkkəb bazar kon-
yukturası  şəraitində düzgün qərar qəbul etməyə, ağıllı risk etməyə qadir olub 
iqtisadi fəaliyyəti həyata keçirən təşəbbüskar insanlar başa düşülür. 
Qərb iqtisadiyyatında sahibkar anlayışının məzmununu  əks etdirən ifadə ilk 
dəfə ingilis iqtisadçısı R.Kantilyon (1680-1734) tərəfindən işlənilmişdir. Onun 
fikrincə, feodalizm cəmiyyətindəki torpaq mülkiyyətçilərinə  və müxtəlif növlü 
muzdurlara, yeni iqtisadi sistemdə  mənfəət götürmək məqsədilə, digərlərindən 
məhsulu müəyyən qiymətə alaraq, bazarda özünə  hələ  də  mə’lum olmayan 
qiymətə satmağa çalışan yeni insanlar qrupu əlavə olunmuşdur. Bu insanları, 
R.Kantilyon sahibkarlar adlandırmışdır. Onun fikrincə, sahibkarlıq xüsusi növ 
iqtisadi funksiya olub, müxtəlif növ əmtəələr bazarında tələblə  təklif arasında 
uyğunluq yaratmağa xidmət edir. 
Sahibkarlıq fəaliyyəti haqqında baxışlar A.Smitin (1723-1790) iqtisadi 
nəzəriyyəsində öz şəxsi mənfəəti naminə çalışan, lakin bu zaman “gözə görünməz 
əl“ vasitəsilə ictimai mənafeyə xidmət etməyə yönəldilən insanlar (sahibkarlar) 
haqqında olan iqtisadi fikirlərində öz əksini tapmışdır. A.Smit sahibkarı öz 
istehsalını planlaşdıran və təşkil edən, onun nəticələri üzərində müstəqil sərəncam 
verən, mənfəət götürmək məqsədilə kommersiya ilə bağlı  hər hansı bir ideyanı 
reallaşdırmaq üçün risk edən mülkiyyətçi kimi səciyyələndirirdi. 
İlk dəfə iqtisadi nəzəriyyəyə sahibkar anlayışını  gətirən R.Kantilyondan, 
sahibkarlığın bəzi cəhətlərini və  vəzifələrini təhlil edən A.Smitdən sonra 
sahibkarlıq fəaliyyətinin daha geniş təhlili fransız iqtisadçısı J.B.Sey (1767-1832) 
tərəfindən verilmişdir. O da A.Smit kimi, sahibkarı risk etməsinə baxmayaraq, 
mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən şəxs kimi qələmə 
verir. Bununla belə J.B.Sey öz təhlilini dərinləşdirərək sahibkarlıq fəaliyyətini 
 
104


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə