MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

yildir. O, həm qanunvericilik, həm də etik-mə’nəvi normalarla məhdudlaşır. İqti-
sadi azadlığın bu iki cəhəti özünü daha dolğun  şəkildə sahibkarın hüquqları  və 
vəzifələri vasitəsilə  əks etdirir. Belə ki, sahibkarın hüquqlarına müstəqil surətdə 
istənilən müəssisələr yaratmaq, onun iş proqramını müəyyən etmək, xammal 
göndərənləri axtarıb tapmaq, hazır məhsulların qiymətlərini müəyyənləşdirmək, 
müəssisəyə  işçilər götürmək və onları  işdən azad etmək,  əldə edilmiş  mənfəət 
üzərində  sərəncam vermək və s. aiddir. Bununla yanaşı sahibkarın vəzifələrinə 
qanunvericiliklə müəyyən edilmiş vergilər ödəmək, işə  qəbul etdiyi işçilərlə 
müqavilələr bağlamaq, istehsal etdiyi məhsulları markalaşdırmaq, antiinhisar 
qanunvericiliyinə riayət etmək, haqsız rəqabət metodlarına yol verməmək, dövlət 
orqanlarına fəaliyyəti haqqında vaxtaşırı hesabatlar vermək və s. daxildir. 
Sahibkarlıq fəaliyyətinin məzmununa aid olan məsələlərdən biri onun obyekti 
və subyektlərinin müəyyən edilməsidir. Ən ümumi mənada sahibkarlığın obyekti 
kimi əmtəələr istehsalı, onların satışı və müxtəlif növ xidmətlər göstərilməsi çıxış 
edir. Sahibkarlıq fəaliyyətinin subyektlərinə gəldikdə isə bazar iqtisadiyyatı şəra-
itində hər kəs özünə peşə seçməkdə tam iqtisadi azadlığa malik olduğu üçün hər 
adamın sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır. 
Bazar iqtisadiyyatı  şəraitində sahibkarlıqla  əlaqədar olan anlayışlar 
mövcuddur ki, onlardan ən  əsası  “biznes“ anlayışıdır. Qeyd etməliyik ki
sahibkarlıq və biznes anlayışlarını birləşdirən bir sıra aşağıdakı ümumi cəhətlər 
vardır: 
- Hər ikisinin reallaşdırılmasının bazar vasitəsilə baş verməsi; onların hər 
ikisinin bilavasitə məqsədinin mənfəət əldə edilməsindən ibarət olması; şəxsi maddi 
marağı ödəmək məqsədi ilə  əmtəə istehsalı  və yaxud xidmətlər göstərilməsi ilə 
bağlı olması; onların fəaliyyəti üçün zəruri iqtisadi mühitin, hər şeydən əvvəl isə 
iqtisadi azadlıq şəraitinin tələb olunması və s. 
Bununla belə biznes fəaliyyəti ilə sahibkarlıq fəaliyyəti arasında bəzi fərqli 
cəhətlər vardır: 1) Biznes fəaliyyəti tarixçilik baxımından daha tez, əmtəə 
istehsalının meydana çıxması ilə yaranmışdır. Sahibkarlıq fəaliyyətinə  gəldikdə 
isə o, bazar iqtisadiyyatı  şəraitində  biznes  fəaliyyətinin  varlıq    forması    kimi 
çıxış edir. 2) Kapitalizm cəmiyyətində sahibkarlığın məzmunu biznesə nisbətən 
daha genişdir, çünki o özünə  hər  şeydən  əvvəl yenilikçilik axtarışı kimi bir 
fərqləndirici cəhəti daxil edir. Gündəlik həyatda bizneslə məşğul olan hər bir kəs 
sahibkar adlandırılırsa, sözün əsl mə’nasında sahibkarlar iqtisadi davranışı axtarış 
xarakteri daşıyan işgüzar insanlardır. 3)Biznes fəaliyyəti əsasən birdəfəlik bir akt 
kimi sövdələşmənin reallaşdırılması ilə  əlaqədardır. Lakin, ondan fərqli olaraq, 
sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının daimi bir prosesi, həmin cəmiyyətin 
müəyyənedici şərti, onun mövcudluğunun və inkişafının başlıca hərəkətverici qüv-
vəsidir. Ümumiyyətlə, demək lazımdır ki, bu iqtisadiyyatın inkişaf səviyyəsi, 
sahibkarlıq fəaliyyətinin səviyyəsi, onun üçün yaradılmış iqtisadi mühitin 
xarakteri ilə müəyyən olunur. Qərb ölkələrinin müasir təcrübəsi sübut edir ki, sosial 
yönümlü bazar iqtisadiyyatının yaradılması istiqamətində  həmin ölkələrin yüksək 
nailiyyətləri burada sahibkarlığın geniş inkişafının nəticəsidir. Buna görə  də bir 
sıra hallarda kapitalist iqtisadiyyatını sahibkarlıq iqtisadiyyatı deyə adlandırırlar. 
 
 
107


§2. Sahibkarlıq subyektlərinin funksiyaları 
və onların reallaşdırılması mühiti 
 
İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin təcrübəsindən çıxış edən müasir 
iqtisadi nəzəriyyə, sahibkar tərəfindən yerinə yetirilən və bir-birilə qarşılıqlı əlaqə-
də olan müxtəlif funksiyaları əsasən aşağıdakı kimi qruplaşdırır. 
1. Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün resursları bir yerə 
toplayır.  Ən ümumi mənada bu funksiyanın məzmununu iqtisadi resurslar kimi 
çıxış edən torpaqdan (təbii resurslardan), kapitaldan (investisiya resurslarından) 
və insan amilindən (əmək resurslarından) sahibkar tərəfindən iqtisadi fəaliyyəti 
həyata keçirmək məqsədi ilə vəhdət halında, həm də bu və ya digər nisbətdə (kom-
binasiyada) istifadə olunması  təşkil edir. Sahibkar tərəfindən öz sərəncamında 
olan istehsal resurslarının birləşdirilməsinin konkret kombinasiyasının seçilməsi 
bacarığı, son nəticədə onun iqtisadi fəaliyyətinin nəticəsini də müəyyən edir. 
İstehsal amillərinin səmərəli kombinasiyasına nail olmaq zərurəti, hər şeydən 
əvvəl, istehsal resurslarının məhdudluğu ilə  əlaqədardır. Belə bir şəraitdə sahibkar 
öz iqtisadi fəaliyyəti qarşısında dayanan məqsədlərə nail olmaq üçün sərəncamında 
olan və yaxud əldə edə biləcəyi resursların həcmindən çıxış edərək onlardan ən 
səmərəli şəkildə istifadə etmək məcburiyyəti qarşısında qalır. 
İqtisadi resursların kombinasiyası sabit olmayıb, dəyişkən xarakterdədir. 
Təklif amillərinin qiymətindən, istehsalın texniki səviyyəsindən, müəssisənin 
həcmində  və buraxılan məhsulun kəmiyyətində baş verən dəyişikliklərdən asılı 
olaraq iqtisadi resursların kombinasiyası da dəyişikliklərə  mə’ruz qalır. Məsələn, 
müəssisə  tərəfindən istehsal edilən məhsulun birinci yüz ədədi üçün ən  əlverişli 
hesab edilən kombinasiya, onun sonrakı  hər bir yüz ədədi üçün öz əvvəlki 
əhəmiyyətini saxlamaya da bilər. Bundan başqa, istehsal resurslarının 
kombinasiyasına müəssisənin yerləşdiyi  ərazidə  əmək, xammal, material, enerji 
ehtiyatlarının mövcudluğu, onların ümumi həcmi, keyfiyyəti və s. təsir göstərir. 
2. Sahibkar iqtisadi fəaliyyətin ən əsas məsələləri üzrə qərarlar qəbul edir. Bu 
qərarlar sahibkar tərəfindən yerinə yetirilən vəzifələrin həcmi və xüsusiyyətləri 
ilə bilavasitə  əlaqədardır və  hər  şeydən  əvvəl onlarla müəyyən olunur. Bu 
funksiyanın məzmunu həmçinin ondadır ki, sahibkar iqtisadi fəaliyyətin çoxsaylı 
mürəkkəb məsələlərinin hamısı üzrə deyil, yalnız  ən  əsasları, biznesin taleyüklü 
məsələləri barədə qərar qəbul edir. Əsasən ikinci dərəcəli məsələlər üzrə qərar qəbul 
etmək işi isə sahibkarlıq fəaliyyətinin digər iştirakçılarına, onların hər birinin bu 
işdə tutduğu mövqeyə  və oynadığı rola uyğun olaraq həvalə edilir. Sahibkarlıq 
fəaliyyətinin subyekti kimi bir şəxs deyil, bir neçə sahibkar eynihüquqlu 
partnyorlar (şəriklər) kimi çıxış etdikdə, onların hər biri və yaxud bir neçəsi 
biznesin konkret sahələri üzrə ixtisaslaşır və məhz bu sahənin fəaliyyəti ilə bağlı 
əsas qərarları qəbul edirlər. 
Biznes fəaliyyətinin əsas məsələləri üzrə səmərəli qərarların qəbul edilməsi 
sahibkarın özünün də bir sıra  şəxsi keyfiyyətlərə malik olmasını  tələb edir ki, 
bunlara aiddir: sahibkarlıq fəaliyyəti üçün tələb edilən ümumi biliyə, habelə iqtisadi 
təfəkkürə, işgüzar mədəniyyətə, biznes təcrübəsinə malik olmaq, iqtisadi 
vəziyyəti operativ təhlil etmək, əvvəlcədən görmək, öz imkanlarını düzgün qiymət-
 
108


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə