MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

ya  əsasən bazar iqtisadiyyatının infrastruktur elementləri–banklar, birjalar
reklam, lizinq, sığorta kampaniyaları və s. daxildir. 
Hər hansı bir ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli və ya qeyri-əlverişli 
iqtisadi mühitin formalaşması öz-özünə deyil, bir sıra amillərin tə’siri altında baş 
verir. Bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, sahibkarlıq üçün 
əlverişli iqtisadi mühitin formalaşması amilləri kimi aşağıdakılar çıxış edir: sahib-
karlığın zəruri qanunvericilik bazasının yaradılması; sahibkarlığa dövlət tərəfindən 
himayə edilməsi (yə’ni rəqabət mühitinin qorunub saxlanılması, sahibkar 
statusunun, azad yaradıcılığın, fərdi və kollektiv, intellektual mülkiyyətin mühafizə 
edilməsi, dövlət tərəfindən müəssisələrin qeydiyyatı ilə bağlı proseslərin son də-
rəcə sadələşdirilməsi və s.); yeni müəssisələrin işə düşməsinə, fəaliyyətdə olanların 
isə genişlənməsinə imkan verən vergi, gömrük, kredit dərəcələrinin müəyyən edil-
məsi; dövlət və xüsusi bölmə  tərəfindən sahibkarlığın inkişafına yönəldilən 
maliyyə vəsaitlərinin durmadan artması; firmaları geniş surətdə xarici iqtisadi əla-
qələrə cəlb edə bilən tədbirlərin həyata keçirilməsi; sahibkarlıq infrastrukturunun 
(innovasiya mərkəzlərinin, müxtəlif növlü birjaların, sahibkarların hazırlanması və 
ixtisasartırma məktəblərinin və s.) formalaşması  və onların səmərəli fəaliyyəti 
üçün zəruri şəraitin təmin edilməsi və s. 
 
§3. Sahibkarlıq fəaliyyətinin məqsədləri  
və formaları 
 
Müasir bazar iqtisadiyyatının təcrübəsi sahibkarlıq fəaliyyəti qarşısında bir 
neçə məqsəd dayandığını göstərir. İqtisadiyyatın inkişaf mərhələsindən, səviyyə-
sindən və həcmindən asılı olmayaraq bu fəaliyyət qarşısında duran başlıca iqtisadi 
vəzifə, strateji məqsəd, həmçinin onun əsas hərəkətverici amili mənfəət əldə edil-
məsidir. Bu da təbiidir, çünki hər bir iqtisadi subyekt öz iqtisadi fəaliyyətində hər 
şeydən  əvvəl öz şəxsi mənafeyindən, marağından çıxış edir. İqtisadi fəaliyyət 
nəticəsində mənfəət əldə edilməsinə göstərilən cəhd, hər şeydən əvvəl, sahibkarın 
özünə müəyyən rifah halının tə’min edilməsi zərurətindən doğur, lakin iş bununla 
bitmir. Sahibkarlıq fəaliyyəti nəticəsində  əldə edilmiş  mənfəət az və ya çox ola 
bilər. Bununla belə onun həm aşağı, həm də yuxarı  səviyyəsinin öz tə’yinatı, öz 
rolu və  əhəmiyyəti vardır.  İqtisadi fəaliyyətin formasından və ya həcmindən asılı 
olmayaraq mənfəətin aşağı  səviyyəsi biznes üçün qoruyucu amil rolunu oynayır, 
yə’ni sahibkara öz əldə edilmiş mövqeyini qoruyub saxlamağa, öz fəaliyyətinin 
mövcud səviyyəsini təmin etməyə, kapitalın təkrar istehsalını  həyata keçirməyə 
şərait yaradır. Mənfəətin yüksək səviyyəsi isə sahibkarlıq fəaliyyəti dairəsini daha 
da genişləndirməyə, kapitalını itirmədən və müflisləşmədən qorxmayaraq risk 
etməyə, mürəkkəb bazar konyukturası  şəraitində  rəqiblər ilə müvəffəqiyyətlə 
rəqabət aparmağa, biznes sahəsində daha da möhkəmlənməyə, məhsulun istehsalı 
və satışı üzrə malik olduğu payını daha da artırmağa, son nəticədə isə əvvəlkindən 
daha artıq səviyyədə mənfəət götürməyə xidmət edir. Bununla belə hər bir dövrdə 
iqtisadi fəaliyyət qarşısında duran problemlərdən asılı olaraq ümumiyyətlə, mənfəət 
əldə edib-edilməməsi və yaxud onun aşağı, yoxsa yuxarı səviyyəsinin əldə edilməsi 
vəzifəsi arxa və ya ön plana çəkilə bilər. Dediklərimizi izah edək: 
 
111


1. Məlumdur ki, sahibkarlıq fəaliyyəti qarşısında duran əsas problemlərdən 
biri satışın və ya göstərilən xidmətin həcminin artırılmasıdır. Lakin bir sıra 
hallarda bu vəzifənin yerinə yetirilməsi mənfəətin artırılması vəzifəsi ilə ziddiyyət 
təşkil edə bilər. İş burasındadır ki, satışı artırmaq probleminin ən’ənəvi həlli yolla-
rından biri məhsulun qiymətinin aşağı salınmasıdır ki, bu da son nəticədə 
mənfəətin həcmini azaldır. 
2. Məhsulun keyfiyyətinin yüksəldilməsi, qablaşdırılması, xarici görünüşünün 
yaxşılaşdırılması, reklam edilməsi və s. məhsulla bağlı  xərcləri və deməli, onun 
qiymətini də yüksəldir. Bununla belə, sahibkar həmin məhsula olan tələbi 
formalaşdırmaq üçün müəyyən müddət  ərzində onu lazım olandan ucuz qiymətə 
sata və beləliklə  də bilərəkdən öz mənfəətinin həcmini aşağı sala bilər. Bundan 
əlavə, qiymətin aşağı salınması hesabına mənfəətin bir hissəsindən müvəqqəti də 
olsa imtina edilməsi sahibkarlıq fəaliyyətinin rəqabət qabiliyyətinin 
yüksəldilməsi, xarici bazarlarda möhkəmlənmək üçün dempinq siyasətinin həyata 
keçirilməsi və s. zərurətindən də doğa bilər. Digər bir halda, müəssisə üçün yüksək 
mənfəət gətirən, lakin eyni zamanda məhdud satış bazarına malik olan məhsulla, 
yüksək tələblə xarakterizə edilib müəssisə üçün az mənfəətli olan məhsuldan 
hansının istehsalına üstünlük verilməsi zərurəti də sahibkarlıq fəaliyyəti qarşısında 
dayanan cari və ya perspektiv məqsədlərlə müəyyən edilir. Göründüyü kimi, 
mənfəət əldə etmək və tez bir zamanda şəxsi sərvətini artırmaq istəyi heç də bütün 
hallarda sahibkarlıq fəaliyyətinin yeganə məqsədi kimi qəbul edilmir. 
Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin bir sıra formaları vardır. 
Bu formalar müxtəlif me’yarlar baxımından fərqlənirlər ki, onlardan da ən əsasları 
mülkiyyət və iqtisadi fəaliyyətin həcmi me’yarlarıdır. Belə ki, mülkiyyət meyarına 
əsasən sahibkarlıq fəaliyyəti fərdi (xüsusi), kollektiv və dövlət sahibkarlığı, iqtisadi 
fəaliyyətin həcminə görə isə - kiçik, orta və iri sahibkarlıq formalarında mövcud 
olur. Fərqləndirmə me’yarından asılı olmayaraq sahibkarlığın bütün formalarının 
təşkilati - iqtisadi forması kimi müəssisələr çıxış edirlər. Bu baxımdan, məsələn, 
fərdi (xüsusi) sahibkarlığın təşkilati - iqtisadi forması xüsusi müəssisələr, iri sahib-
karlığınkı isə iri müəssisələrdir (bu barədə başqa bir fəsildə  ətraflı  mə’lumat 
verilir). 
Sahibkarlığın bütün formaları  sıx qarşılıqlı  əlaqədardırlar və bir-birilərini 
tamamlayırlar. Məsələn, adətən fərdi (xüsusi) sahibkarlıq kiçik və orta sahiblik 
formasında, iri sahibkarlıq isə kollektiv və ya dövlət mülkiyyəti bazasında həyata 
keçirilir. Sahibkarlığın çoxsaylı formalarının qarşılıqlı  fəaliyyəti son nəticədə 
bazar sisteminin yüksək sosial - iqtisadi səmərəsini  şərtləndirən  əsas 
səbəblərdəndir. 
 
§4. Müasir dövrdə Azərbaycanda sahibkarlıq 
fəaliyyətinin xüsusiyyətləri 
 
Yeni iqtisadi sistemə, sosial yönümlü bazar iqtisadiyyatına keçidlə  əlaqədar 
olaraq Azərbaycanda həyata keçirilən iqtisadi islahatların  əsas istiqamətlərindən 
biri də sahibkarlıq fəaliyyətinin formalaşması  və inkişafı ilə bağlıdır. Bu sahədə 
həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müs-
 
112


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə