dairələrində,
istehsal, xidmət, idarəetmə, elm, təhsil, mədəniyyət və sairədə fəa-
liyyət göstərən insanlardır. Bütün bunların arasında baş verən iqtisadi müna-
sibətlərin və onların inkişaf qanunauyğunluqlarının araşdırılması və aşkar edilməsi
iqtisadi nəzəriyyənin predmeti və funksiyalarıdır.
§2. İqtisadi nəzəriyyənin predmeti. İqtisadi anlayışlar və qanunlar
İqtisadi nəzəriyyənin öyrəndiyi obyekt iqtisadiyyatdır. Lakin iqtisadi həyat elə
bir məürəkkəb canlı orqanizmdir ki, burada insanların iqtisadi
fəaliyyəti başqa fəa-
liyyət növlərilə – ideoloji, siyasi, mədəni, inzibati və s. fəaliyyətlərlə çulğaşır və
təsir göstərirlər. Başqa sözlə, cəmiyyətdə iqtisadi münasibətlər «xalis» şəkildə
deyil, başqa münasibətlərlə qarışıq bir sistemdə özünü göstərir. İqtisadi
nəzəriyyənin də vəzifəsi bu sistemdən insanın iqtisadi fəaliyyət formalarını,
iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi
nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin
klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə
iqtisadi nəzəriyyə
cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişaf qanunauyğunluqlarını
öyrənən elmdir.
İqtisadi münasibətlər insanların şüurlu, məqsədli fəaliyyət sahələrini əhatə edən
münasibətlərdir. Bu münasibətlər insanların yaşaması və həyat
sürməsi üçün bir
zərurətdir.
İqtisadi nəzəriyyə bir humanitar elm kimi insanı, onun iqtisadi fəaliyyətini,
həyat tərzini, davranışını öyrənməlidir və öz predmetinə daxil etməlidir. Bu
baxımdan iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə müxtəlif mövqe-
lərdən yanaşılır. Klassiklərdən başlamış bu günə qədər iqtisadi nəzəriyyənin pred-
metinə və öyrəndiyi obyektə dair müxtəlif nəzəri fikirlər irəli sürülmüşdür. Böyük
Azərbaycan alimi N.Tusi (XIII əsr) və ərəb sosioloqu İbn Xəldun (XIV əsr) insanın
iqtisadi fəaliyyətini cəmiyyətin inkişafının təməli hesab etmişlər. N.Tusi
iqtisadiyyatın öyrənilməsini «İctimaiyyat» adlandırdığı elmin obyekti hesab edir və
yazır ki, «Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə,
istehsalı ən kamil təşkil edən
insanlar münasibəti sistemidir. Hamı bu elmi
öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, - rəftar və davranışında
səhvlərə yol verməsin» (Əxlaqi-Nasiri, səh. 210). Tusinin iqtisad elminə verdiyi bu
tərifdə «İqtisadi münasibətlər sistemi», «İnsanın iqtisadi fəaliyyəti və idarəetməsi»,
«İnsanın rəftar və davranışı» kimi anlayışlar mühüm yer tutur. Bütün bunlar isə
çox müasir və iqtisad elminə verilən təriflərə xeyli uyğun gələn fikirlərdir. Bunu da
xatırlatmaq istərdik ki, iqtisad elmi tarixində həmişə sərvət,
onun mənşəyi, bölgüsü
və istifadə olunması Şərq və Qərb klassiklərinin araşdırma obyekti olmuşdur. İlk
dəfə iqtisadiyyatı bütöv şəkildə götürüb araşdıran A.Smit (1723-1790) və
D.Rikardo (1772-1823) sərvəti iqtisadi nəzəriyyənin predmeti hesab etmişlər.
Onlar sərvətin istehsalı, artırılması, bölgüsü, mübadiləsi və istehlakı proseslərini
bir sistem şəklində araşdırmış və onun inkişaf qanunlarını aşkara çıxarmışlar.
Sərvət dedikdə, onlar maddi nemətlərin istehsalı, bölgüsü və istehlakını nəzərdə
tuturdular. Lakin, sərvət geniş anlayışlı bir məfhumdur. O, maddi nemətləri, bütün
faydalı şeyləri, hava, su, torpaq kimi təbii resursları da əhatə edir. Lakin, sərvətin
4
ən başlıca növü insanın özüdür, onun bacarığı, mənəvi və mədəni səviyyəsidir.
Məşhur alman iqtisadçısı F.List (XIX əsr) haqlı olaraq yazır ki, «Sərvət
adlandırılan bütün şeylərin mənəvi əsaslarını ləğv etsək, onda biz ölü bir varidat
əldə edərik».
Klassiklər sərvəti «ölü bir varidat» kimi iqtisad elminin predmetinə daxil
etməyiblər. Onlar insanı, onun iqtisadi və mənəvi maraqlarını, həyat tərzini,
davranış qaydalarını da araşdırıb qiymətli fikirlər yürütmüşlər.
Marks və Engels iqtisadi nəzəriyyəni inkişaf
etdirib onun predmetini daha
konkret şəkildə ifadə etməyə çalışmışlar. Marksist iqtisadi nəzəriyyə cəmiyyətin
iqtisadi münasibətlərini və onun obyektiv iqtisadi qanunlarını geniş, əhatəli araş-
dıran bir məktəbdir. Bu məktəbdə istehsal münasibətləri, məhsuldar qüvvələr və
onların vəhdəti anlayışı kimi istehsal üsulu əsas tədqiqat obyektidir. Marksist
siyasi iqtisad elminin predmeti də istehsal münasibətləri və iqtisadi münasibətlər-
dir. K.Marks «Kapital» əsərində yazır: «Bu əsərdə mənim tədqiqat predmetim
kapitalist istehsal üsulu və ona müvafiq olan istehsal və mübadilə münasibətləridir.
Mənim əsərimin son məqsədi isə müasir cəmiyyətin hərəkətinin iqtisadi qanununu
kəşf etməkdir». Burada «kəşf» olunan izafi dəyər qanunudur. F.Engels «Anti-
Dürinq» əsərində iqtisadi nəzəriyyənin predmetini «... ən
geniş mənada, bəşər
cəmiyyətinin maddi həyat nemətlərinin istehsal və mübadiləsini idarə edən
qanunlar haqqında elmdir» şəklində müəyyənləşdirmişdir.
Müasir iqtisadi ədəbiyyatda, dərsliklərdə klassiklərin iqtisad elminə verdiyi
təriflər inkar edilmir. Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı
yeni iqtisadi şərait baxımından araşdırılır, insan və onun tələbatının ödənilməsi ön
plana çəkilir. Bir sözlə, müasir iqtisad elmi ən çox sərbəst bazar iqtisadiyyatını,
onun fəaliyyət mexanizmini,
modellərini, qanunlarını və prinsiplərini tədqiqat
obyektinə çevirmişdir. Lakin, unudulmamalıdır ki, iqtisadi nəzəriyyə həyatın cari
məsələlərini, keçici, təsadüfi hadisələri, ayrı-ayrı fərdlərin davranışını, tək-tək
müəssisələr və firmaların iqtisadi fəaliyyətini öyrənmir. Bu elm necə deyərlər, tək-
tək ağacları deyil, bütün meşəni öyrənir. Başqa sözlə o, bütövlükdə iqtisadiyyatın
inkişafının başlıca qanunauyğunluqlarını və prinsiplərini müəyyənləşdirir. Müəs-
sisə, firma, şirkət, ayrı-ayrı fərdlər və idarəetmə orqanları bu nəzəriyyənin verdiyi
nəticələrdən faydalana bilərlər.
İqtisadiyyat ona xas olan anlayışlar, kateqoriyalar və qanunlar vasitəsi ilə təhlil
edilir və öyrənilir. İqtisadi nəzəriyyənin də başlıca funksiyası bu
kateqoriya və
qanunları üzə çıxarmaq və şərh etməkdir.
İqtisadi anlayışlar, kateqoriyalar və qanunlar - iqtisadi nəzəriyyənin
bünövrəsidir. İqtisadi nəzəriyyə bir elm kimi həyatın üzündə görünən hadisələrin
təsvirindən ibarət deyildir. Çünki, iqtisadi həyatın üzdə görünən, gözlə seyr edilən
hadisələri heç də onların daxili mahiyyətlərilə üst-üstə düşmür. Elmin vəzifəsi isə
hadisələrin görünməyən tərəflərini, mahiyyətlərini aşkar etməkdir. Bu mahiyyətlər
isə iqtisadi anlayışlar, kateqoriyalar və qanunlar vasitəsilə açılır və təhlil edilir.
İqtisadi anlayış müəyyən
iqtisadi hadisəni, prosesi ümumiləşdirmək və müəyyən
terminlə ifadə etməkdir. Məs., mülkiyyət, istehsal, bölgü, əmtəə, pul, bazar,
qiymət, mənfəət, faiz kimi yüzlərlə iqtisadi anlayışlar mövcuddur. «İqtisadi
kateqoriya», «iqtisadi qanun», «iqtisadi prinsip» və sairə kimi işlədilən terminlər,
5