MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   2   3   4   5   6   7   8   9   ...   74

dairələrində, istehsal, xidmət, idarəetmə, elm, təhsil, mədəniyyət və sairədə  fəa-
liyyət göstərən insanlardır. Bütün bunların arasında baş verən iqtisadi müna-
sibətlərin və onların inkişaf qanunauyğunluqlarının araşdırılması və aşkar edilməsi 
iqtisadi nəzəriyyənin predmeti və funksiyalarıdır. 
 
§2. İqtisadi nəzəriyyənin predmeti. İqtisadi anlayışlar və qanunlar 
 
İqtisadi nəzəriyyənin öyrəndiyi obyekt iqtisadiyyatdır. Lakin iqtisadi həyat elə 
bir məürəkkəb canlı orqanizmdir ki, burada insanların iqtisadi fəaliyyəti başqa fəa-
liyyət növlərilə  – ideoloji, siyasi, mədəni, inzibati və s. fəaliyyətlərlə çulğaşır və 
təsir göstərirlər. Başqa sözlə, cəmiyyətdə iqtisadi münasibətlər «xalis» şəkildə 
deyil, başqa münasibətlərlə qarışıq bir sistemdə özünü göstərir.  İqtisadi 
nəzəriyyənin də  vəzifəsi bu sistemdən insanın iqtisadi fəaliyyət formalarını, 
iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi 
nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin 
klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə iqtisadi nəzəriyyə 
cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişaf qanunauyğunluqlarını 
öyrənən elmdir. 
İqtisadi münasibətlər insanların şüurlu, məqsədli fəaliyyət sahələrini əhatə edən 
münasibətlərdir. Bu münasibətlər insanların yaşaması  və  həyat sürməsi üçün bir 
zərurətdir.  
İqtisadi nəzəriyyə bir humanitar elm kimi insanı, onun iqtisadi fəaliyyətini, 
həyat tərzini, davranışını öyrənməlidir və öz predmetinə daxil etməlidir. Bu 
baxımdan iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə müxtəlif mövqe-
lərdən yanaşılır. Klassiklərdən başlamış bu günə qədər iqtisadi nəzəriyyənin pred-
metinə və öyrəndiyi obyektə dair müxtəlif nəzəri fikirlər irəli sürülmüşdür. Böyük 
Azərbaycan alimi N.Tusi (XIII əsr) və ərəb sosioloqu İbn Xəldun (XIV əsr) insanın 
iqtisadi fəaliyyətini cəmiyyətin inkişafının təməli hesab etmişlər. N.Tusi 
iqtisadiyyatın öyrənilməsini «İctimaiyyat» adlandırdığı elmin obyekti hesab edir və 
yazır ki, «Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə, 
istehsalı  ən kamil təşkil edən  insanlar münasibəti sistemidir. Hamı bu elmi 
öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, - rəftar və davranışında 
səhvlərə yol verməsin» (Əxlaqi-Nasiri, səh. 210). Tusinin iqtisad elminə verdiyi bu 
tərifdə «İqtisadi münasibətlər sistemi», «İnsanın iqtisadi fəaliyyəti və idarəetməsi», 
«İnsanın rəftar və davranışı» kimi anlayışlar mühüm yer tutur. Bütün bunlar isə 
çox müasir və iqtisad elminə verilən təriflərə xeyli uyğun gələn fikirlərdir. Bunu da 
xatırlatmaq istərdik ki, iqtisad elmi tarixində həmişə sərvət, onun mənşəyi, bölgüsü 
və istifadə olunması Şərq və  Qərb klassiklərinin araşdırma obyekti olmuşdur.  İlk 
dəfə iqtisadiyyatı bütöv şəkildə götürüb araşdıran A.Smit (1723-1790) və 
D.Rikardo (1772-1823) sərvəti iqtisadi nəzəriyyənin predmeti hesab etmişlər. 
Onlar sərvətin istehsalı, artırılması, bölgüsü, mübadiləsi və istehlakı proseslərini 
bir sistem şəklində araşdırmış  və onun inkişaf qanunlarını  aşkara çıxarmışlar. 
Sərvət dedikdə, onlar maddi nemətlərin istehsalı, bölgüsü və istehlakını  nəzərdə 
tuturdular. Lakin, sərvət geniş anlayışlı bir məfhumdur. O, maddi nemətləri, bütün 
faydalı şeyləri, hava, su, torpaq kimi təbii resursları da əhatə edir. Lakin, sərvətin 
 
4


ən başlıca növü insanın özüdür, onun bacarığı, mənəvi və  mədəni səviyyəsidir. 
Məşhur alman iqtisadçısı F.List (XIX əsr) haqlı olaraq yazır ki, «Sərvət 
adlandırılan bütün şeylərin mənəvi  əsaslarını  ləğv etsək, onda biz ölü bir varidat 
əldə edərik». 
Klassiklər sərvəti «ölü bir varidat» kimi iqtisad elminin predmetinə daxil 
etməyiblər. Onlar insanı, onun iqtisadi və  mənəvi maraqlarını, həyat tərzini, 
davranış qaydalarını da araşdırıb qiymətli fikirlər yürütmüşlər. 
Marks və Engels iqtisadi nəzəriyyəni inkişaf etdirib onun predmetini daha 
konkret  şəkildə ifadə etməyə çalışmışlar. Marksist iqtisadi nəzəriyyə  cəmiyyətin 
iqtisadi münasibətlərini və onun obyektiv iqtisadi qanunlarını geniş,  əhatəli araş-
dıran bir məktəbdir. Bu məktəbdə istehsal münasibətləri, məhsuldar qüvvələr və 
onların vəhdəti anlayışı kimi istehsal üsulu əsas tədqiqat obyektidir. Marksist 
siyasi iqtisad elminin predmeti də istehsal münasibətləri və iqtisadi münasibətlər-
dir. K.Marks «Kapital» əsərində yazır: «Bu əsərdə  mənim tədqiqat predmetim 
kapitalist istehsal üsulu və ona müvafiq olan istehsal və mübadilə münasibətləridir. 
Mənim əsərimin son məqsədi isə müasir cəmiyyətin hərəkətinin iqtisadi qanununu 
kəşf etməkdir». Burada «kəşf» olunan izafi dəyər qanunudur. F.Engels «Anti-
Dürinq»  əsərində iqtisadi nəzəriyyənin predmetini «... ən geniş  mənada, bəşər 
cəmiyyətinin maddi həyat nemətlərinin istehsal və mübadiləsini idarə edən 
qanunlar haqqında elmdir» şəklində müəyyənləşdirmişdir.  
Müasir iqtisadi ədəbiyyatda, dərsliklərdə klassiklərin iqtisad elminə verdiyi 
təriflər inkar edilmir. Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı 
yeni iqtisadi şərait baxımından araşdırılır, insan və onun tələbatının ödənilməsi ön 
plana çəkilir. Bir sözlə, müasir iqtisad elmi ən çox sərbəst bazar iqtisadiyyatını, 
onun fəaliyyət mexanizmini, modellərini, qanunlarını  və prinsiplərini tədqiqat 
obyektinə çevirmişdir. Lakin, unudulmamalıdır ki, iqtisadi nəzəriyyə həyatın cari 
məsələlərini, keçici, təsadüfi hadisələri, ayrı-ayrı  fərdlərin davranışını, tək-tək 
müəssisələr və firmaların iqtisadi fəaliyyətini öyrənmir. Bu elm necə deyərlər, tək-
tək ağacları deyil, bütün meşəni öyrənir. Başqa sözlə o, bütövlükdə iqtisadiyyatın 
inkişafının başlıca qanunauyğunluqlarını  və prinsiplərini müəyyənləşdirir. Müəs-
sisə, firma, şirkət, ayrı-ayrı fərdlər və idarəetmə orqanları bu nəzəriyyənin verdiyi 
nəticələrdən faydalana bilərlər.  
İqtisadiyyat ona xas olan anlayışlar, kateqoriyalar və qanunlar vasitəsi ilə təhlil 
edilir və öyrənilir.  İqtisadi nəzəriyyənin də başlıca funksiyası bu kateqoriya və 
qanunları üzə çıxarmaq və şərh etməkdir. 
İqtisadi anlayışlar, kateqoriyalar və qanunlar - iqtisadi nəzəriyyənin 
bünövrəsidir.  İqtisadi nəzəriyyə bir elm kimi həyatın üzündə görünən hadisələrin 
təsvirindən ibarət deyildir. Çünki, iqtisadi həyatın üzdə görünən, gözlə seyr edilən 
hadisələri heç də onların daxili mahiyyətlərilə üst-üstə düşmür. Elmin vəzifəsi isə 
hadisələrin görünməyən tərəflərini, mahiyyətlərini aşkar etməkdir. Bu mahiyyətlər 
isə iqtisadi anlayışlar, kateqoriyalar və qanunlar vasitəsilə açılır və təhlil edilir. 
İqtisadi anlayış müəyyən iqtisadi hadisəni, prosesi ümumiləşdirmək və müəyyən 
terminlə ifadə etməkdir. Məs., mülkiyyət, istehsal, bölgü, əmtəə, pul, bazar, 
qiymət, mənfəət, faiz kimi yüzlərlə iqtisadi anlayışlar mövcuddur. «İqtisadi 
kateqoriya», «iqtisadi qanun», «iqtisadi prinsip» və sairə kimi işlədilən terminlər, 
 
5


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə