MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   2   3   4   5   6   7   8   9   ...   74

sayılmağa layiqdir. O, özünün çoxsaylı əsərlərində, xüsusilə «Siyasət» və «Etika» 
adlı  əsərlərində  «İqtisadiyyat» anlayışının nəzəri təhlilini verir, onun məqsəd və 
funksiyalarını göstərir. Onun fikrincə  «İqtisadiyyat» insanın təsərrüfat fəaliyyəti 
dairəsidir. Bu, həyat üçün lazım olan məhsulların istehsalı zərurətindən doğan təbii 
təsərrüfat fəaliyyətidir.  İqtisadiyyat anlayışlarına təsərrüfatın inkişaf qanunları  və 
idarəedilmə qaydaları da daxildir. 
Aristotel quldarlıq quruluşunu təbii və qanunauyğun bir cəmiyyət hesab edirdi. 
O, qula, qul əməyinə  də  təbii hadisə kimi baxırdı. Aristotelin nəzərində qul 
əməyinə  əsaslanan kiçik əkinçilik təsərrüfatları  hər  şeylə özünü təmin etməlidir. 
Lakin, tələbatın ödənilməsi üçün çatışmayan bəzi məhsulları  ədalətli mübadilə 
yolu ilə başqalarından ala bilərlər. O, sərvətin təbii formasını da qul əməyi ilə 
yaradılan və pula çevrilməyən sərvət kimi təsəvvür edirdi. Beləliklə, o, qul 
əməyinə əsaslanan natural təsərrüfat sisteminə və onun idarə edilməsinə üstünlük 
verirdi. Bununla yanaşı elm tarixində ilk dəfə Aristotel əmtəə-pul münasibətlərinin 
mahiyyətini və qanunauyğunluqlarını araşdırmışdır. O, bir sıra əsərlərində sərvət, 
onun formaları, mübadilə,  əmtəə, pul, qiymət, ticarət, kapital və faiz kimi 
kateqoriyaları nəzəri baxımdan tədqiq və təhlil edir və öz fikirlərini bildirir. Onun 
ən böyük xidməti əmtəənin təhlilidir. Bu yolla o, əmtəənin ikili xarakterini, isteh-
lak dəyəri və mübadilə dəyəri olması xassələrini müəyyənləşdirmişdir.  
Yeni eranın IV əsrindən başlayaraq xristian dini rəsmi dövlət dini (Roma 
imperiyasında) elan edilmişdir. Bunun nəticəsində ictimai-iqtisadi həyatın yönəl-
dilməsi və  tənzimlənməsi «Bibliya» və  «İncil»in ehkamlarının təsirinə  məruz 
qalmışdır. Heç təsadüfi deyil ki, K.Marks Avropada orta əsrlər dövründə iqtisadi 
fikrin inkişaf edə bilməməsinin səbəbini katolik dininin hökmranlığı nəticəsi kimi 
izah etmişdir. 
İlkin xristianlıqda, onun müqəddəs kitabı  «İncil»də insanların  əməkdə, işdə, 
bölgüdə  bərabərliyi təbliğ olunur. İnsanlarda dözümlülük, sərvətə, var-dövlətə 
uymamaq fikri əsas götürülür. Xristianlıq hamının  əməyinin, işinin bəhrəsi ilə 
həyat sürməsini vacib sayır. «İncil»də deyilir: «İşçi öz əmək haqqına layiqdir» 
(İncil, Azərb. dilində, səh.524). «...başqaları  əmək sərf edirlər və siz onların 
əməyinə şərik olursunuz» (səh.221). Müqəddəs Pavelin bir açıqlamasında deyilir: 
«Kim işləmirsə, onun dişləməyə haqqı yoxdur». 
Məşhur din xadimi italiyalı rahib Foma Akvinski (1225-1274) özünün dini-
fəlsəfi görüşlərində  cəmiyyətin təbəqələrə bölgüsünü dini ehkamlarla əsaslandır-
mağa çalışmışdı. O, insanların maddi və  mənəvi cəhətdən aşağı  və yüksək dərə-
cələrə, təbəqələrə bölgüsünün səbəbini ilahi qanunlarla izah etməyə çalışır. Belə 
bir şəraitdə o, hamını dözümlü olmağa, öz taleyi ilə barışmağa çağırırdı.  
 
§2. İqtisad elminin yaranması və formalaşması 
 
Yuxarıda göstərildi ki, iqtisadi fikir və təlimlər uzun tarixi dövr ərzində xüsusi 
bir elmin öyrənmə obyekti olmamışdır. Bu elm yalnız XVII-XVIII əsrlərdə bir nə-
zəriyyələr sistemi kimi formalaşmağa başlamışdır. Həmin dövrlərdə elmlərin 
təsərrüfatı, yeni elm-bilik sahələrinin meydana çıxması üçün maddi, iqtisadi və 
mənəvi  şərtlər də yetişmişdir. Belə ki, XVI əsrin sonu, XVII əsrin  əvvəllərində 
 
11


Avropa ölkələrinin ictimai-iqtisadi həyatında böyük dönüş yaranmağa başlamışdır. 
Xüsusi mülkiyyətin müxtəlif formalarına, azad sahibkarlığa, xüsusi təşəbbüs və 
rəqabətə əsaslanan yeni cəmiyyətin yaranması və təşəkkül tapması bu dövrün sə-
ciyyəvi xüsusiyyəti idi. Bu şəraitdə  əmək bölgüsünün dərinləşməsi, ma-
nufakturanın yaranması, daxili və xarici bazarların genişlənməsi, pul tədavülünün 
rolunun artması kimi proseslər baş verirdi. Bir sözlə, yeni, daha yetkin və 
mürəkkəb bir iqtisadi sistem meydana gəlirdi. Yeni yaranan və inkişaf edən bu iqti-
sadi münasibətlər sistemi onu nəzəri cəhətdən öyrənən, araşdıran və  təhlil edən 
xüsusi bir elm sahəsinin də meydana çıxmasını zəruri edirdi. Eyni zamanda həmin 
iqtisadi, ictimai şərait iqtisad elminin yaradıcılarını  və klassiklərini də yetişdir-
mişdir. 
İqtisad elmi yaranmasından başlayaraq sistemli bir elmə çevrilməsinə qədər bir 
sıra mərhələlər keçirmişdir. Onun əsas mərhələlərindən biri Merkantilizm deyilən 
məktəb olmuşdur. 
Merkantilizm - italyan dilində ticarət, tacir deməkdir. Bu əslində Avropada 
XVI-XVII  əsrlərdə iqtisad elminin bünövrəsini qoyan bir nəzəri məktəbin adıdır. 
Müxtəlif elm və peşə sahələrindən olan bu nəzəri məktəbin görkəmli 
nümayəndələrindən ingiltərəli Vilyam Staffor (1554-1612), Tomas Man (1571-
1641), italiyalı Qaspar Skarufari (1519-1584), fransalı Antuan Monkretyen (1575-
1621) kimi şəxslər iqtisadi-nəzəri fikrin inkişafına böyük xidmət göstərmişlər. Elə 
elmin ilk adı da Merkantilist Monkretyen tərəfindən verilmişdi. Monkretyen qədim 
yunan sözlərindən olan «siyasət» və «iqtisadiyyat» anlayışlarını birləşdirərək əsər 
yazmışdır. Onun Fransa kralı XIII Lüdviqə həsr etdiyi bu əsəri 1615-ci ildə «Siyasi 
iqtisad traktatı» adı ilə  nəşr olunmuşdur. O, bu kiçik həcmli  əsərində dövlətə 
müraciət edir, onu Fransada milli iqtisadiyyatın dirçəlməsinə kömək göstərməyə 
çağırırdı. Monkretyen ölkə daxilində  sənayeçilərin, tacirlərin,  əkinçilərin sərbəst 
inkişaf etməsi üçün xaricdən gətirilən mallar üçün yüksək gömrük rüsumları 
qoyulması təklifini bildirirdi. Onun bu əsəri nəzəriyyədən çox praktiki məsələlərin 
həllinə yönəldilmişdir. Lakin «Siyasi iqtisad» adı altında yazılan bu birinci əsər 
iqtisadi məsələlərin öyrənilməsinə və tədqiqinə nəzəri cəlb edirdi. 
Merkantilistlərin nəzəri-iqtisadi görüşlərində iqtisadiyyat vahid bir sistem kimi 
öyrənilmir. Onlar, yalnız iqtisadiyyatın bir sahəsini,  əmtəə  tədavülü dairəsini 
tədqiq və  təhlil edirlər. Bunun obyektiv səbəbi ondadır ki, merkantilistlər ticarət 
kapitalının həlledici rol oynadığı dövrdə yaşamış, ilkin kapital yığımı dövrünü 
keçirmişlər. Buna görədir ki, merkantilistlər sərvəti və onun artırılmasını, top-
lanmasını pul formasında təsəvvür edirdilər.  
Merkantilizm bir iqtisadi-nəzəri cərəyan kimi əmtəə  və pul tədavülü dairəsini, 
sərvətin pul formasını  və onun artırılması yollarını  tədqiq və  təhlil etmişdir. 
Onların çoxsaylı  əsərlərində ifadə edilmiş  nəzəri görüşləri iqtisad elminin 
yaranmasına və inkişafına böyük xidmət göstərmişdir. 
Fiziokratlar - Fiziokratiya sözü, iki yunan sözündən - «fizis» təbiət və «kratos» 
hakimiyyət sözlərinin birləşməsindən törəyən «Təbiətin hakimiyyəti» deməkdir. 
Bu iqtisad elmi tarixində yeni bir nəzəri məktəbin adıdır. Tədavül sferasını öyrənən 
merkantilistlərdən fərqli olaraq fiziokratlar təbiətlə bağlı olan əkinçilik, kənd 
təsərrüfatı istehsalını  tədqiq etməyi  əsas tutmuşlar. Bununla onlar iqtisadiyyatın 
 
12


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə