MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

MÖVZU 3. MÜASİR İQTİSADİ NƏZƏRİYYƏLƏR 
 
§1. Müasir iqtisadi nəzəriyyələrin formalaşması və əsas istiqamətləri 
§2. Neoklassik istiqamət 
§3. Keynsçilik 
§4. İnstitutsional-sosioloji istiqamət 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1.  «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin,  Ə.P.Babayevin və 
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999. 
2.  İqtisadi təlimlər tarixi. Dərslik, M.X.Meybullayevin elmi redaktəsi ilə. B. 
2005. 
3.  M.Meybullayev, XIX əsr iqtisadçılarının əsərlərində klassik elmi sistemin 
inkişafı. Bakı, 2001. 
4.  Q.S.Əlləzov. «Müasir iqtisadi nəzəriyyələr». Bakı, 1999. 
5.  Q.Əlləzov, Klassik burjua siyasi iqtisadının yaranması  və inkişafı. Bakı, 
1992. 
6.  Q.Əlləzov, J.B.Seyin iqtisadi nəzəriyyəsi və metodologiyası. Jurnal, 
«İqtisad elmləri: nəzəriyyə və praktika». № 1-2, Bakı, 2005 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
§1. Müasir iqtisadi nəzəriyyələrin formalaşması və 
əsas istiqamətləri 
 
Müasir iqtisadi nəzəriyyələr iqtisad elminin çoxəsrlik inkişafının nəticəsi olmaqla, müasir iqtisadi həyatın 
obyektiv şəraiti, tələbatı və mənafeyi ilə sıx əlaqədə yaranıb formalaşmışdır. Bu nəzəriyyələrin əksəriyyəti Qərbi 
Avropanın inkişaf etmiş ölkələrinin və Amerikanın iqtisadi fikrinə  məxsus olmasına baxmayaraq, onlar İkinci 
Dünya müharibəsindən sonra dünyəvi xarakter almışdır.  
Müasir iqtisadi nəzəriyyələrin formalaşması və inkişafı iki mərhələdən keçib. Birinci, yaranma və təşəkkül 
tapma mərhələsi. Bu, XIX əsrin axırını  və  İkinci Dünya müharibəsinə  qədər olan dövrü əhatə edir. İkinci, inkişaf 
etmə və təkamül mərhələsi. Bu müharibədən sonrakı dövrü əhatə edir. 
Müharibədən sonrakı dövrün özü də iki mərhələyə ayrılır. Birincisi, 1945-ci ildən 70-ci illərin  əvvəlinə 
qədər; ikincisi, 70-ci illərin ortasından indiyə  qədər olan dövrdür. Birinci mərhələdə iqtisadi fikrin inkişafında 
müharibədən qabaqkı iqtisadi sarsıntılar və bilavasitə müharibənin nəticəsi dərin iz qoymuşdu. İkinci mərhələdə 
həlledici amil ETİ və bunun nəticəsində iqtisadiyyatda baş verən dərin sosial-iqtisadi dəyişikliklər olmuşdur. 
Müasir iqtisadi nəzəriyyələrin formalaşmasında XX əsrin 20-30-cu illərini xüsusi qeyd etmək lazımdır. 
Çünki, bu illər iqtisadi fikrin inkişafında dönüş dövrü olmuşdur. 
Bu dövrdə ortodoksal neoklassik nəzəriyyədə mühüm dərəcədə  dəyişiklik baş vermişdir. Ona dövlət 
müdaxiləsinin məqsədi, hüdudu, forma və metodları, qeyri-mükəmməl və inhisarçı rəqabət və s. daxil olmuşdur. 
 
17


Ən  əsası isə bu dövrdə kapitalist iqtisadiyyatının fəaliyyət mexanizminin makroiqtisadi nəzəriyyəsi və ona 
əsaslanan kapitalist iqtisadiyyatını «tələbi idarəetmə» yolu ilə dolayı tənzim etmə konsepsiyası yaranmışdı. 
İqtisadi  ədəbiyyatda müasir iqtisadi nəzəriyyələr aşağıdakı istiqamətlərə ayrılır: 1) Neoklassik istiqamət. 
Buna azad iqtisadiyyat nəzəriyyələri daxildir. 2) Keynsçilik və yaxud tənzimlənən iqtisadiyyat nəzəriyyələri. 3) 
İnstitutsional-sosioloji istiqamət.  
Bu istiqamətlərin hər biri digəri üçün alternativ nəzəriyyələr, müxtəlif ideyalar, baxışlar və konsepsiyalar 
sistemidir. Hər bir istiqamətdə istər nəzəri və istərsə də praktiki fikir ayrılıqları vardır. 
Müasir dövrdə cərəyanlar və məktəblər arasındakı hüdudların silinməsi prosesi gedir, çünki əsas istiqamət-
lərdən heç biri müasir iqtisadiyyatın həqiqi vəziyyətini əks etdirmir. Onların hər biri bu və ya digər real prosesləri 
əsas götürür və bu prosesləri birtərəfli izah edirlər. Ona görə də müasir dövrdə iqtisadi proseslərin mürəkkəbləşməsi, 
müəssisələrin iriləşməsi, satış probleminin kəskinləşməsi ilə iqtisadi problemlərin praktiki həllinin çətinləşməsi 
üzündən müxtəlif istiqamətlərin yaxınlaşma və sintez prosesi güclənmişdi. Bu yaxınlaşmanın obyektiv əsası 
praktiki vəzifələrin həllində dövlətin rolunun artmasıdır. 
Əsas istiqamətlərin sintezləşməsinin əsasında onların tədqiqat predmetinin ümumiliyi durur. Müasir dövrdə 
müxtəlif istiqamətin iqtisadçıları öz diqqətlərini iqtisadi artım, onun amilləri və  nəticələri, inhisarlar, dünya 
iqtisadiyyatı, inkişaf edən ölkələrin iqtisadi problemləri,  ətraf mühitin mühafizəsi məsələləri kimi aktual prob-
lemlərə cəmləşdirmişlər. 
 
§2. Neoklassik istiqamət 
 
İqtisadi nəzəriyyənin neoklassik istiqaməti XIX əsrin 90-cı illərində iqtisad elmində ingilis-amerikan 
adlanan yeni məktəbin yaranması ilə  təşəkkül tapmışdır.  İqtisadi nəzəriyyənin bu istiqaməti K.Marksın iqtisadi 
tə’liminin tə’sirinə cavabvermə kimi yaranmışdır.  
Neoklassik istiqamətin nümayəndələri sübut edirlər ki, bazar mexanizminə əsasən tələb və təklif arasında 
tarazlığı  tə’min etmək mümkündür. Ona görə  də onlar dövlətin rolunu, yalnız azad rəqabət üçün əlverişli olan 
şərtlərin müdafiəsində görürlər. İstiqamətin adı da buradan irəli gəlmişdi. 
Neoklassik adlanan iqtisadçılar siyasi iqtisada (ekonomiks, iqtisadi nəzəriyyə, iqtisad adı altında) ya sərvət 
və onun bölgüsü; sərvətin bölgüsü və istehlakı ilə əlaqədar insanların fəaliyyətinin motivləri; resursların nadirliyi 
problemləri və onların istifadəsinin alternativləri haqqında və yaxud  bunlara uyğun olan insanların davranışını 
öyrənən elm kimi baxmışlar. 
Neoklassiklərin nümayəndələri mikroiqtisadi təhlilə  əsaslanmışlar və iqtisadiyyata bazar vasitəsilə bir-
birinə bağlanmış təsərrüfat vahidlərinin məcmusu kimi baxmışlar. 
Neoklassik istiqamətin yaradıcısı ingilis iqtisadçısı A.Marşal (1842-1924) olmuşdu. Onu 1890-cı ildə 
çapdan çıxmış «İqtisad elminin prinsipləri» əsəri məşhur etmişdi. 
A.Marşal «siyasi-iqtisad» terminindən imtina edib, onun əvəzinə «iqtisad» (ekonomiks) terminini qəbul 
etmişdir. A.Marşal tərəfindən siyasi sözünün çıxarılmasına iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırıl-
ması ideyasının məntiqi nəticəsi kimi baxmaq lazımdır. Çünki o, bütün iqtisadiyyatı makrosəviyyədə dövlət 
prizmasından deyil, mikrosəviyyədə  fərdi təsərrüfatlar mövqeyindən təhlil etmişdir. Bununla A.Marşal elmin 
tədqiqat obyektindən siyasi, sinfi problemləri çıxarmış  və iqtisad elmini ideologiyadan kənar elmə çevirmişdi. 
Onun bu mövqeyini Böyük Britaniyanın və ABŞ-ın əksər nəzəriyyəçiləri müdafiə etmişdi. 
A.Marşal iqtisad elminə iqtisadiyyatın mikrosəviyyəsində bazar fəaliyyətinin prinsipləri haqqında xüsusi 
elm kimi baxır. Onun vəzifəsini bazar təsərrüfatının real fəaliyyət mexanizmini öyrənməkdə  və onun işləmə 
prinsipini dərk etməkdə görür. İqtisad elminin predmetini ictimai-sinfi problemlərdən ayırıb, iqtisadi seçim və 
onun qanunları ilə əlaqələndirir. İnkişafın ancaq təkamül yolunu qəbul edir. 
A.Marşal iqtisadi hadisələrə subyektiv-psixoloji mövqedən yanaşır. Əsasən, psixoloji amilə üstünlük verir. 
O, tədqiqatın funksional metodundan istifadə edir. Bu metodla müəyyən edir ki, bütün iqtisadi hadisələr bir-birilə 
səbəb-nəticə əlaqəsində deyil, funksional asılılıqdadırlar. 
A.Marşalın nəzəri mühakiməsinin mərkəzində qiymət nəzəriyyəsi durur. A.Marşal diqqətini qiymətin 
səbəbinə deyil, onu müəyyən edən amillərə, onun necə dəyişdiyinə və iqtisadiyyatda yerinə yetirdiyi funksiyalara 
yönəldir. O, tədqiqatın ağırlıq mərkəzini dəyərin mənbəyi ətrafındakı nəzəri mübahisələrdən qiymətə, tələb və təklifin 
qarşılıqlı fəaliyyəti probleminin öyrənilməsinə keçirir. O, əsaslı surətdə tələb və təklifin necə əmələ gəldiyini və 
qarşılıqlı fəaliyyət göstərməsini təhlil etmiş, iqtisadi nəzəriyyəyə indiyə kimi öz əhəmiyyətini saxlamış qiymətə görə 
tələb və təklifin elastikliyini gətirmişdi. 
Qiymətin əmələ gəlməsini istehlakçı mövqeyindən ilk dəfə öyrənən Avstriya məktəbi olmuşdu. Faydalılıq 
həddi nəzəriyyəsini də onlar yaratmışdı. Avstriya məktəbinin nəzəriyyəçiləri K.Menger (1840-1921), E.Bem-
Baverk (1851-1914) və F.Vizer (1851-1926) olmuşdu. Avstriya məktəbi neoklassik istiqamətin əsasını qoymuşdu. 
Bu sonradan Kembric məktəbi tərəfindən Rikardoçuluğun ayrı-ayrı elementlərilə  zənginləşdirilmiş, XIX əsrin 
axırında və XX əsrin əvvəllərində neoklassik istiqamət adı almış və aparıcı ölkələrdə hakim mövqe tutmuşdu. 
Marjinalizm istehlaka üstünlük verən, iqtisadi hadisə  və proseslərin izahında həddi, son kəmiyyətin 
təhlilinə əsaslanan nəzəriyyədir. Marjinalizmin əsas prinsipi faydalılığın azalması prinsipidir. 
Marjinalizmin klassikləri Avstriya məktəbinin yuxarıda adı  çəkilən nümayəndələri, ingilis iqtisadçısı 
U.S.Cevons (1835-1882), amerikan iqtisadçısı C.B.Klark (1847-1938), İsveç iqtisadçıları L.Valras (1834-1910) 
və V.Pareto (1848-1923) olmuşdu. 
 
18


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə