MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu


§2. İqtisadi sistemin formaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

 
§2. İqtisadi sistemin formaları 
 
İqtisadi sistemin mahiyyətini aydınlaşdırdıqdan sonra, onun keyfiyyət halını əks etdirən iqtisadi proseslərin 
məcmusunu  şərh etmək məqsədəuyğundur. Bu baxımdan iqtisadi sistemin formalarını, ayrı-ayrılıqda 
aydınlaşdırmaq yerinə düşər.  
Ümumiyyətlə, iqtisadi sistemin bəşəriyyətin tarixi inkişaf prosesinə uyğun olaraq, ayrı-ayrı  mərhələlərdə 
malik olduğu sərvət və maddi ne’mətlərin istehsalı, bölgüsü və mübadiləsi sahəsindəki iqtisadi münasibətlər, eyni 
zamanda onların təşkili müxtəlif formalarda həyata keçirilmişdir. Bu baxımdan iqtisadi sistemin bazar, inzibati, 
ən’ənəvi və qarışıq formalarını qeyd edə bilərik. İqtisadi sistemin bu və ya digər formasına uyğun olaraq ayrı-ayrı 
ölkələrdə onların müxtəlif modelləri həyata keçirilmişdir.  
Bazar sistemi. Göstərməliyik ki, iqtisadi sistemin ən mütərəqqi forması hesab olunan bazar sistemi son 
ikiyüzillikdə meydana gəlmişdir. Bazar insanların fəaliyyətinin  əlaqələndirilməsi, onların aktivliklərinin 
artırılması və tələbatlarının ödənilməsi üçün iqtisadi resursların səmərəli seçilməsinə imkan verir. Bazar sistemi 
iqtisadi fəaliyyət şəraitində adamların qarşılıqlı əlaqəyə girməsinin ən yaxşı forma və üsullarının təşkilini əks et-
dirir. Bazar sisteminin ən vacib elementləri tələb, təklif, qiymət və rəqabətdən ibarətdir. Bu elementlərin birinin 
mövcud olmaması deməli, bazar fəaliyyətini dayandırır və öz yerini istər-istəməz digər sistemlərə verir.  
Bazar sisteminin ən mühüm və  həlledici rolu, onun iqtisadi seçimin sür’ətlə  əlaqələndirilməsi üçün 
adamların qərar qəbul edilməsində stimullaşdırıcı motivin yaradılmasındadır. Özü də bu motivlər orada iştirak 
edənlərin hər birinin şəxsi və eqoist mənafeyinə uyğun olaraq yaranır. Məhz iqtisadi fəaliyyətlə adamların dav-
ranış qaydaları onların fərdi və sərbəst qəbul etdikləri qərarlar əsasında formalaşır.  
İqtisad elminin atası hesab olunan Adam Smit hesab edirdi ki, bazar iqtisadiyyatında yaradılan sərvətin ən 
mühüm xüsusiyyəti, onun təşkil olunmuş plan əsasında deyil, «görünməz əllərlə» fəaliyyət göstərən külli miqdar 
adamların şəxsi mənafelərinə uyğun gəlməsidir. O, 1776-cı ildə yazmış olduğu «Xalqların sərvəti...» əsərində gös-
tərirdi ki, «Biz öz naharımızı almağı gözləyirik, ona görə yox ki, qəssab, pivə bişirən və bulka satan bizə qarşı 
xeyirxahdır, ona görə ki, onlar öz şəxsi qazancları üçün çalışırlar». 
Ümumiyyətlə, bazarın özü tarixən çox keçmiş zamanlarda yaranmasına baxmayaraq bir sistem kimi XVIII 
əsrdə formalaşmışdır. Bazar sisteminin öz daxili qanunauyğunluqlarının inkişafına uyğun olaraq onun iki 
mərhələsini qeyd etmək olar. Biri, kapitalizmin meydana gəlməsi ilə onun sərbəst və ya azad tipi, ikincisi, sahibkar-
lar təbəqəsinin meydana gəlməsi ilə bağlı olan tənzimlənən tipi. Bazar sisteminin hər iki tipi rəqabətin və 
inhisarçılığın iqtisadiyyatda aparıcı mövqeyə çatması ilə əlaqədar olmuşdur.  
Bazar sisteminin birinci tipinin müxtəlif ölkələrdə  fəaliyyət göstərməsinə baxmayaraq, onun ən klassik 
nümunəsi 18-19-cu əsrlərdə və 20-ci əsrin ilk onilliyində İngiltərədə olmuşdur. Belə ki, bazar sisteminin bu tipi 
üçün azad rəqabətin fəaliyyət göstərməsi xarakterik hal almışdır. Bə’zən ona görə  də bazar sisteminin bu tipinə 
xalis kapitalizm deyilir. Belə şəraitdə iqtisadi fəaliyyət sferasına daxil olanların hamısı, istər kapitalistlər, istərsə 
də muzdlu işçilər  şəxsi azadlığa malik olurlar. Lakin bazarda əsas «oyun qaydalarını» müəyyən edənlər kapitala 
malik olanlardır. Qiymət əsas müəyyənedici amil rolunu oynayır. Bu da iqtisadiyyatda böhranlı tənəzzül vəziyyətləri 
törədir. 
Makroiqtisadi müvazinətə nail olmaq olmur, azad bazarın malik olduğu çeviklik aradan qalxır. 
İqtisadiyyatda hərc-mərclik artır və  cəmiyyətin ictimai tələbatı ödənilməmiş qalır. Ona görə  də kapitalizm həm 
daxili çətinliklərə, həm də xarici amillərin roluna, xüsusən sosial inqilablara əsaslanan sosializmin meydana 
gəlməməsi üçün, onun inkişafına imkan verən bazar sisteminin ikinci, tənzimlənən tipini meydana çıxartdı. Bu 
tipin ən üstün xüsusiyyətləri, dəyişilən şəraitə uyğun gələn, əsas aparıcı amil hesab olunan sahibkarlar təbəqəsinin 
meydana gəlməsi və resurslardan istifadə etmək hüququnun dövlət nəzarətinə keçməsindən ibarət olmuşdur. Ən 
başlıcası isə dövlətin qiymət, kredit, vergi vasitəsi ilə iqtisadiyyata müdaxilə etməsi və onun hüquqi funksiyasının 
təsərrüfat subyektlərinin iqtisadi əlaqələrinin möhkəmlənməsinin özəyində durması olmuşdur.  
Təsadüfi deyildir ki, müasir bazar sisteminə «insan əməkdaşlığının qaydalarının genişlənməsi» kimi 
qiymət verilir. Bazar sisteminin bu tipində resurslardan istifadə etmək hüququ mülkiyyəti təşkil etdiyindən burada 
təşkilatçılıq, yenilikçilik və risk etmək qabiliyyətinə malik olan hər kəsə mülkiyyətçi olmaq imkanı verilir. Mülkiyyət 
hüququ «oyun qaydaları»nı müəyyən edən əsaslar, «cəmiyyətdə tələb və təklif prinsipinin həyata keçirilməsini müəyyən 
edir».  
Bazar sisteminin ən mühüm üstünlüyü, onun daima istehsalın səmərəliliyinin stimullaşdırılması, maddi-
texniki bazasının təkmilləşdirilməsi,  şəxsi və ictimai mə’nafeyin birləşməsi ilə bağlıdır.  Əvvəla, o, gəlirlərin 
bölgüsündə qeyri-bərabərlik törətdiyindən orada ədalətli iqtisadi prosesləri qurmaq mümkün olmur, ikincisi o, tam 
məşğulluq və sabit qiymət səviyyəsinə tə’minat vermir. Bununla əlaqədar olaraq bazar sisteminin müasir tipi üçün 
onun  biri-birindən  fərqlənən amerikan, yapon, İsveçrə, alman və s. modelləri meydana gəlmişdir.  
İnzibati-amirlik sistemi. İnsanlara gələcəkdə yüksək rifah halının tə’min olunmasını elan edən, lakin 
praktiki olaraq onun həyata keçirilməsi olduqca çətin və mürəkkəb proses olan inzibati-amirlik sisteminin 
meydana gəlməsi öz başlanğıcını marksizm nəzəriyyəsindən götürür. Bu nəzəriyyə əsasında cəmiyyətin iqtisadi 
tərəqqisi məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətlərin aradan götürülməsi nəticəsində 
baş verəcəyi və bir formasiyanın digəri ilə  əvəz olunmasına gətirib çıxaracağı dururdu. Lakin marksist 
nəzəriyyədə kapitalizmin inkişaf mərhələləri onun ilkin pillələrindən nəzərdən keçirildiyindən və daxili ziddiyyət-
lərinin həll olunmasındakı tədrici və keçici proses nəzərə alınmadığından, onun inqilabi yolla dəyişəcəyi labüdlüyü 
 
27


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə