MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

istiqamət kimi ABŞ-da XX əsrin 20-30-cu illərində geniş təşəkkül tapmışdır. Bu vaxtdan  institutsionalizmin  iqtisadi  
nəzəriyyəyə  və iqtisadi siyasətə  təsiri olduqca böyük olmuşdu. ABŞ-da institutsionalizmin əsas yaradıcısı 
T.Veblen (1857-1929), digər nümayəndələri C.Kommons (1862-1945) və U.Mitçell (1874-1948) olmuşdu.  
İnstitutsionalizmin adı latın sözü olan «institut» sözündən  əmələ  gəlmişdi. «İnstitut» ifadəsi altında 
cəmiyyətdə  qəbul olunmuş, həmçinin qanun formasında möhkəmləndirilmiş müəyyən adətlər, qaydalar və 
tə’sisatlar başa düşülür. İnstitut anlayışı olduqca genişdir. O, həm dövlət, korporasiya, həmkarlar təşkilatı kimi; 
həm rəqabət, inhisar, vergi kimi; həm sabit təfəkkür tərzi kimi və  həm də hüquqi normalar kimi şərh edilir. 
İnstitutsionalistlər iqtisadi hadisələri adətlər, hüquqi və əxlaqi normalar və ən’ənələrlə örtülmüş formalar kimi izah 
edirlər. Onlar göstərirlər ki, iqtisadi kateqoriyalar yalnız ictimai psixologiyanın təzahür formasıdır. 
İnstitutsionalizmin tərəfdarları iqtisadi münasibətlərlə birgə sosioloji münasibətləri də öyrənirlər. İnsan davra-
nışını, siyasi və digər texniki iqtisadi amilləri iqtisadi nəzəriyyənin predmetinə daxil edirlər. Onlar siyasi iqtisad el-
minə fənlərarası elmi xarakter vermişlər və iqtisadiyyata iqtisadi və qeyri-iqtisadi amillərin qarşılıqlı fəaliyyət gös-
tərdiyi sistem kimi baxmışlar. İnstitutsionalizm təsərrüfat subyektlərinin fərdi fəaliyyətini deyil, kollektiv institutların: 
dövlətin, həmkarlar ittifaqının, iri korporasiyaların və inhisarların fəaliyyətini öyrənir. Onlar iqtisadi və sosial pro-
seslərin qarşılıqlı asılılıqlarını öyrənirlər. İqtisadi proseslərə sosioloji-psixoloji məlumatları cəlb etməklə baxırlar. 
İnstitutsionalizmin metodologiyasının digər xarakterik cəhəti iqtisadi hadisələrin təhlilinin təkamül prinsipidir-
Qərb iqtisad elmi üçün ən’ənəvi olan statiklikdən (sükunət halından) fərqli olaraq, onları tarixi ardıcıllıqla öyrən-
məkdir. Onların tədqiqat metodu-abstrakt-nəzəri metodun əksinə olaraq, geniş statistik və faktiki materiallardan 
istifadə etməklə konkret təhlil metodudur. O empirik metod adlanır. 
İnstitutsionalistlər klassik iqtisad elminin nümayəndələrini iqtisadi müvazinətə həddindən artıq diqqət yetir-
diklərinə, bütün hadisələri sükunət halında öyrəndiklərinə, iqtisadi insan ideyasına və gerçəkliyi sadələşdirdik-
lərinə görə  tənqid edirlər.  İnstitutsionalizm burjua siyasi iqtisadının  əhəmiyyətli dərəcədə yenidən qurulması 
mərhələsinin başlanğıcını və ondan yeni tarixi  şəraitə  (azad  rəqabətin  məhdudlaşması,  inhisarların hökmranlığı, 
dövlətin rolunun güclənməsi) uyğunlaşmasının  əsasını qoymuşdur. Onun nümayəndələri liberalizmin əsas 
müddəalarına və marjinalizmə qarşı  tənqidi çıxış edərək kapitalizmdə iqtisadiyyatda müvazinətin avtomatik 
yaradılması mexanizminin fəaliyyət göstərməsini inkar edirlər. Onlar inhisarların təzyiqini, azad bazar mühitinin 
nöqsanlarını, iqtisadiyyatın artan hərbiləşməsini və s. onlar üçün müasir olan kapitalizmin nöqsanları hesab 
edirlər. 
İnstitutsionalistlər kapitalist iqtisadiyyatının bir sıra hadisələrini tənqid edir və sosial proqramın genişləndi-
rilməsi uğrunda çıxış edirlər.  İnstitutsional istiqamətin  əsas mühüm xüsusiyyəti burjua cəmiyyətinə sosial tənqidi 
münasibət göstərməsidir.  İnstitutsionalizm kapitalist iqtisadiyyatının tsiklik hadisələrinə, xüsusən ifrat istehsal 
böhranlarına, onun işsizlik, bölgü, sosial və ümumbəşəri problemlərinə diqqət yetirmişdi. 
İnstitutsionalistlər burjua iqtisad elmində ilk dəfə olaraq kapitalist iqtisadiyyatı üzərində sosial nəzarətin, 
indikativ planlaşdırmanın və iqtisadiyyata dövlət müdaxiləsinin zəruriliyini əsaslandırmışdır. Bu ideya XX əsrdə, 
Qərbin iqtisad elmində kapitalist bazar iqtisadiyyatının azad inkişaf konsepsiyası ilə birgə  əsas ideyalardan biri 
olmuşdu.  
T.Veblen inhisarçı kapitalizm şəraitində iqtisadi liberalizmin əsassızlığını göstərən və  təsərrüfat fəaliyyəti 
üzərində sosial nəzarətin zəruriliyini  əsaslandıran ilk burjua iqtisadçısı olmuşdu. T.Veblen iqtisadi nəzəriyyədə 
yeni metodoloji üsulun - texniki determinizmin əsasını qoymuşdu. 
İnstitutsionalizm - həddindən artıq mürəkkəb və ziddiyyətli bir istiqamətdir. Onda konsepsiyaların 
mürəkkəb dəsti cəmləşmiş və onun nəzəriyyəçiləri geniş diapazonda çıxış etmişlər. İnstitutsionalizmin daxilində 
onun ideoloqlarının baxdıqları məsələlər dairəsilə tamamilə fərqlənən üç istiqamət mövcuddur: 1. Sosial-psixoloji  
(T.Veblen);  2. Sosial-hüquqi  (C.Kommons); 3. Empirik və ya konyuktur-statistik (U.Mitçell). İnstitutsionalizmin 
bütün nümayəndələri üçün bütöv iqtisadi nəzəriyyə yoxdur. Onlar üçün yeganə ümumi olan - kapitalist iqtisadiy-
yatı üzərində dövlət nəzarətinin həyata keçirilməsi təklifidir.  
İnstitutsionalizmin yaranması iqtisadi fikir tarixində mühüm dönüş nöqtəsidir.  İnstitutsionalistlərin  əsas 
konstruktiv tələbi iqtisadiyyat üzərində sosial nəzarətin həyata keçirilməsidir.  İnstitutsionalizm çərçivəsində ilk 
dəfə olaraq burjua iqtisad elmində inhisarçı kapitalizm şəraitinə uyğun iqtisadiyyata dövlət müdaxiləsinin zəruri-
liyi əsaslandırılmış və bu müdaxilənin variantları işlənib hazırlanmışdı. 
İnstitutsional-sosioloji cərəyanın əsas səciyyəvi xüsusiyyətləri aşağıdakılar olmuşdu: planlaşdırma vasitəsilə 
kapitalist istehsalı üzərində sosial nəzarətin həyata keçirilməsi; burjua cəmiyyətinin sosial problemlərinə diqqət 
verilməsi və onların həlli üzrə praktiki tədbirlərin təklif olunması; ilkin institutsionalizmin metodologiyasına xas 
olan texniki determinizmin güclənməsi və s.  
İnstitutsionalizmin təkamül prosesi kapitalizmin transformasiyasının çoxsaylı  nəzəriyyələrinin yaranması, 
onların inkişafı  və ETİ ilə  əlaqədar olan texnokratik nəzəriyyələrin yaranması ilə  səciyyələnmişdi. Kapitalizmin 
transformasiyası  nəzəriyyələrinə: xalq kapitalizmi, kollektiv kapitalizm, qarışıq iqtisadiyyat, rifah dövləti və s. 
daxildir. Xalq kapitalizmi nəzəriyyəsi özündə kapitalın demokratlaşması və yaxud mülkiyyətin diffuziyası, idarəedici-
lərin inqilabı, gəlirlərdə inqilab nəzəriyyələrini birləşdirir. Kollektiv kapitalizm nəzəriyyəsi də mahiyyətinə görə xalq 
kapitalizmi konsepsiyasının müxtəlif variantlarından biridir. ETİ ilə əlaqədar yaranmış texnokratik nəzəriyyələrə: 
sənaye cəmiyyəti, texnoloji cəmiyyət, yeni sənaye cəmiyyəti, postsənaye cəmiyyəti, kütləvi istehlak cəmiyyəti, 
informasiya cəmiyyəti və s. konsepsiyalar daxildir. 
Kapitalizmin transformasiyası  nəzəriyyələri kapitalizmin təkamül yolu ilə yeni bir ideal iqtisadi sistemə 
çevrilməsi ideyasını  təbliğ edir. Bu nəzəriyyələrin nümayəndələri iri korporasiyaları, səhmdar müəssisələri 
 
23


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə