MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

mənfəətli olması deməkdir və o, borc faizinin kəmiyyətindən asılıdır. Faiz nə  qədər yüksək olursa, kapitalı 
istehsaldan götürmək, onu pul formasına çevirmək və faiz almaq arzusunda olanlar, o qədər çox olur. Keynsə görə 
məşğulluğun ümumi həcminin müəyyən olunmasında investisiya həlledici rola malikdir.  
İnvestisiya tələbini yüksəltməyin yolunu, Keyns hər şeydən əvvəl mənfəətin yüksək normasında (kapitalın 
faydalılıq həddindən yüksək) görür. Bunun qayğısına qalmasını o dövlətin tənzimləyici təsirinin üzərinə qoyur. 
Bununla bərabər Keynsçi nəzəriyyə borc faizinin aşağı salınması üzrə tədbirlər işləyib hazırlamışdı. Bunların həyata 
keçirilməsini də həmçinin dövlətlə, onun iqtisadi siyasəti ilə əlaqələndirir. 
Keyns səmərəli tələbi stimullaşdırmaq üçün dövlət xərclərini, investisiyanı və dövlət sifarişlərini artırmağı, 
kredit faizini azaltmağı  və  gəlirlərin  əhalinin  ən az tə’minatlı  təbəqəsi və sosial qruplarının mənafeyinə uyğun 
yenidən bölgüsünü təklif edir.  
Keynsin nəzəriyyəsi makroiqtisadi göstəricilərin və  kəmiyyətlərin proporsionallığını  və funksional 
asılılıqlarını öyrənir. Onun mühüm vəzifəsi kapital qoyuluşu, istehlak və milli gəlir arasında əlaqə yaratmaqdır. Bu 
əlaqə multiplikator mexanizmi vasitəsilə yaradılmışdı. Multiplikator iqtisadi böhranları  və  işsizliyi zəiflətmək 
üçün dövlət xərclərini artırmağı nəzəri cəhətdən əsaslandıran vasitədir. O, iqtisadiyyata dövlət tə’sirinin zəruriliyi-
nin  əsaslandırılmasına yönəldilmiş  dəlildir. Multiplikator gəlirin artımının kapital qoyuluşlarının artımına olan 
nisbətini ifadə edir və o kapital qoyuluşunun hər yeni artımı  nəticəsində  gəlirin artımını avtomatik tə’min edən 
çoxaldıcı rolunu yerinə yetirir. Onun köməyilə əlavə kapital qoyuluşundan gözlənilən səmərə ölçülür. 
Keyns göstərir ki, kapital qoyuluşlarının hər bir artımı  cəmiyyətdə milli gəlirin artımını  təmin edən 
məşğulluğu artırır. Milli gəlirin artımı isə öz növbəsində yeni əlavə kapital qoyuluşu üçün çıxış nöqtəsi olur. 
Müharibədən sonrakı dövrdə iqtisadiyyatın müvazinətinin pozulması və onun sabitliyinin tə’min edilməsi ilə 
əlaqədar olaraq ABŞ-da antitsiklik tədbirlərin hazırlanmasında nəzəri əsas kimi Keynsçi nəzəriyyədən geniş istifadə 
edilmişdir. Bunun tə’siri altında 50-ci illərin birinci yarısında Qərbdə və ABŞ-da xüsusi istiqamət kimi ortodoksal 
Keynsçilik (neokeynsçilik) yaranmışdı.  
Neokeynsçiliyin nümayəndələri (C.Hanson, R.Xarrod, P.Samuelson, E.Domar) həm Keynsin nəzəriyyəsini 
dəqiqləşdirmiş, onu «iqtisadi-dinamika» nöqteyi-nəzərdən işləmişlər. Həm də iqtisadi tənzimlənmənin konkret 
proqramlarını  işləyib hazırlamışlar. Onlar diqqətlərini iqtisadi tsikl və iqtisadi artım problemlərinə  cəmləşdir-
mişlər. 
Neokeynsçiliyin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, Keynsin nəzəriyyəsində olduğu kimi hərdən bir və 
dolayı  şəkildə deyil, sistematik və özü də birbaşa kapitalist iqtisadiyyatına dövlət tə’sirinin zəruriliyini müdafiə 
edir. Müharibədən sonrakı dövrdə Keynsçiliyin inkişafı bu əsas vəzifəyə tabe edilmişdir. 
Neokeynsçilər Keynsin nəzəriyyəsinə neoklassik təfsir vermişlər. Onu neoklassik iqtisadçı adlandırmışlar və 
onun iqtisadi nəzəriyyəsinin neoklassik ən’ənələri və kökləri haqqında danışmışlar. Keynsçiliyin inkişafının bu 
istiqaməti neoklassik sintezin (C.Xiks, P.Samuelson) yaranmasının əsası olmuşdu.  
Neoklassik sintezin görkəmli təbliğatçısı  və yaradıcılarından biri amerikan iqtisadçısı P.Samuelson 
olmuşdur. O, 50-ci illərin əvvəlində neokeynsçiliyin və neoklassik məktəbin bir vahid istiqamətdə birləşməsinin 
zəruriliyini əsaslandırmışdı. Neoklassik sintezin əsası Keynsçi səmərəli tələb nəzəriyyəsinin və neoklassik istehsal 
və bölgü nəzəriyyəsinin birləşməsi olmuşdu. Neokeynsçiliyin və neoklassik iqtisadi artım nəzəriyyəsinin yaxın-
laşmasının və sintezinin əsasında onların tədqiqat predmetinin  ümumiliyi  durur.  Hər iki nəzəriyyənin tədqiqat 
obyekti təkrar istehsal prosesinin kəmiyyət və funksional asılılıqları olmuşdur.  
Ortodoksal Keynsçilik iqtisadi tsikl haqqında tə’lim ilə sıx əlaqədə formalaşmışdı. 
Tsiklin yayılmış  nəzəriyyələrindən biri Keynsin konsepsiyasının  əsas müddəalarını  mənimsəmiş  və 
akselerator (sür’ətləndirici) mexanizmi ilə  zənginləşmiş investisiya nəzəriyyəsidir. Harvard Universitetinin 
professoru A.Hanson (1887-1976) bu nəzəriyyənin yaradıcısıdır. Bu nəzəriyyə investisiyanın artımının gəlirin ar-
tımına olan nisbətini əks etdirir. İnvestisiya nəzəriyyəsində əsas amil kimi investisiyanın dinamikası götürülür. Han-
son investisiyaya iqtisadi böhranların vaxtında qabağını almağın  əsası kimi baxmış  və Keyns kimi onun 
stimullaşdırılmasına xüsusi əhəmiyyət vermişdi.  
Müharibədən sonra yaranmış Keynsçi nəzəriyyələrdən biri də iqtisadi artım nəzəriyyəsidir. Keynsçi 
iqtisadi artım nəzəriyyələrinin  əsasları ingilis iqtisadçısı R.Xarrod və amerikan iqtisadçısı E.Domar tərəfindən 
yaradılmışdı. 70-ci illərin ortalarında neokeynsçiliyi postkeynsçilik (sol Keynsçilik) və yeni Keynsçilik əvəz 
etmişdi. Onun nümayəndələri ingilis iqtisadçıları C.Robinson, N.Kaldor, P.Sraff, amerikan iqtisadçıları A.Eyxner, 
S.Vayntraub olmuşdu. Postkeynsçi iqtisadçılar ortodoksal Keynsçiliyi tənqid edirlər, lakin Keynsin təlimindən 
imtina etmirlər. Onlar Keynsin nəzəriyyəsini yeni iqtisadi baxışların mənbələrindən biri hesab edirlər.  
Postkeynsçi nəzəriyyədə mərkəzi yeri artım və bölgü problemi tutur. Postkeynsçilər göstərirlər ki, istehsalın 
artım sürəti milli gəlirin bölgüsündən; gəlirin kəmiyyəti və onun artımı  yığımdan asılıdır; yığımın ümumi 
kəmiyyəti isə əmək haqqı və mənfəətdən yığılan məbləğdən əmələ gəlir. Yığıma meyllik əmək haqqı və mənfəət 
alanlarda müxtəlif olduğundan, həqiqətən bölgüdəki dəyişiklik yığımın ümumi məbləğinə tə’sir göstərir. Deməli, 
milli gəlirin bölgüsü onun artımına təsir edir. 
Postkeynsçilər kapitalist iqtisadiyyatını islahat yolu ilə  dəyişdirməyin tərəfdarı olmuşlar.  İslahatları daha 
realist nəzəriyyələrlə möhkəmləndirməyə çalışmışlar. 
 
§4. İnstitutsional-sosioloji istiqamət 
 
İqtisadi nəzəriyyədə institutsionalizm XIX əsrin axırı  və XX əsrin  əvvəllərində yaranmışdır. Lakin, o bir 
 
22


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə