MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

kollektiv istehsalın ünsürləri hesab edirlər və onları müasir cəmiyyətin inqilabi elementləri adlandırırlar.  
İnstitutsional-sosioloji cərəyan 60-cı illərin ortalarında və 70-ci illərdə neoinstitutsionalizm forma alır. Bu 
dövrdə institutsionalizmə marağın artması və bütünlükdə institutsional sosioloji istiqamətin əhəmiyyətli dərəcədə 
güclənməsi, sosial amillər və onların cəmiyyətin inkişafında rolu, texnokratik adlanan çoxsaylı transformasiya 
nəzəriyyələri üçün əsas olan müasir ETİ, iqtisadi nəzəriyyənin  ənənəvi istiqamətlərinin-neoklassizmin və neo-
keynsçiliyin nüfuzdan düşməsi ilə əlaqədar olmuşdu.  
Yeni institutsionalizmin nümayəndələri sosial iqtisadi dəyişikliyin və 
kapitalizmin inkişaf edib, yeni ali forma almasının əsasını elmin, texnikanın və 
texnologiyanın tərəqqisində görürlər. 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 4. İQTİSADİ SİSTEM 
 
§1. İqtisadi sistem və onun formalaşması prinsipləri 
§2. İqtisadi sistemin formaları 
§3. İqtisadi resurslar və onların tərkibi 
§4. İstehsal imkanları və iqtisadi seçimin qarşılıqlı əlaqəsi 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1.  «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin,  Ə.P.Babayevin və 
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999. 
2.  M.X.Meybullayev, «İqtisadi sistem və onun strukturu», Bakı, 1995. 
3.  M.X.Meybullayev, «Bazar sistemi və iqtisadi artım», Bakı, 1996. 
4.  «Экономическая  теория»,  учебник,  под.  общ.  ред.  В.И.Видянина., 
А.И.Вобрынина и др. Москва, 2005. 
5.  Ş.Qafarov. «Müasir iqtisadi sistem və qloballaşma», Bakı, 2005 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
§1. İqtisadi sistem və onun formalaşması prinsipləri 
 
Bəşəriyyətin tarixi inkişaf mərhələlərində  cəmiyyətin inkişafı onun iqtisadi həyatında fəaliyyət göstərən 
elementlərin təşkili və idarə olunması ilə səciyyələnir.  
 Lakin iqtisadi həyat birdən-birə formalaşmamış, oradakı iqtisadi elementlərin fəaliyyəti üçün eyni şərait 
yaranmamışdır. Belə ki, bütün cəmiyyətlər üçün birincisi,  iqtisadiyyatın təşkilinin əsas problemi olan nə? necə? kimin 
üçün? yaxud başqa cür demiş olsaq iqtisadi həyatın «üç fundamental məsələsi» necə dərk və həll edilir. 
 
24


İkincisi, iqtisadiyyatın başlıca probleminin həllini,  əslində mövcud resurs imkanları  şəraitində iqtisadi 
seçim üsulu müəyyən edir. Ona görə  də iqtisadi sistem üsulları  fərqlənir. Deməli, hansı  əmtəələrin istehsalı  və 
xidmətlərin görülməsi, eyni zamanda onların necə və kimin üçün istehsal olunması iqtisadiyyatın əsas məsələsinə 
və iqtisadi məqsədlərin obyektinə çevrilir. Nə istehsal olunmalıdır sualına istehlakçıların köməyi ilə cavab veril-
məlidir.  İstehlakçıların istəyi istehsalın həcminə  sərf olunan xərclərlə  gəlirlərin həddini müəyyən edir. Eyni 
zamanda istehsalın həcmi gəlirlərin kəmiyyətini müəyyən edir. Bu qapalı idarə daima hərəkətdə olduğundan, 
buradakı  əlaqələrin saysız-hesabsızlığı özünü əks etdirir. Necə istehsal olunmalıdır sualını isə müxtəlif istehsalçılar 
arasındakı rəqabət müəyyən edir. Burada əsas aparıcı qüvvə ehtiyac, mənfəət, qiymət və xərclərdir. Rəqabət şəraiti 
məhsulları istehlakçıların ala biləcəyi qiymətlə, minimum xərclə, maksimum mənfəətlə istehsalı nəzərdə tutur. 
Kimin üçün istehsal olunmalıdır sualını isə bazarda qeyri-bərabər gəlir əldə edənlərin tələb və təklifi müəyyən 
edir. Əmək haqqı, torpaq rentası, mənfəət, faiz kimi əldə olunan gəlirlərin səviyyəsi əsas müəyyənedici rol oynayır. 
Üçüncüsü, məhdud resurslardan: xüsusən torpaqdan, əməkdən, kapitaldan necə istifadə etmək olar ki, 
mövcud texniki biliklərlə əmtəələrin və xidmətlərin seçilməsi  mümkün olsun. 
Dördüncüsü, istehsal imkanları  məhsuldar qüvvələrin inkişafına, istehsal xərclərinin dəyişilməsinə  və 
gəlirlərin azalmasına necə tə’sir göstərir. 
Beşincisi, bütün iqtisadiyyatların əsasını təşkil edən əhalinin sakinliyi və davranışı formalaşır. Sadaladığımız 
bu amillər qrupu bütün cəmiyyətlərdə eyni olmuş, lakin orada qeyd olunan “necə”yə görə onlar bir-birindən 
fərqlənmişlər. 
Məhz iqtisadi həyatda inhisarın və rəqabətin obyektinə bütün cəmiyyətlər üçün son dərəcə vacib olan iqtisadi 
elementlər daxil olmağa başlamışdır. Bu elementlər sırasına  tələbatı, məhdud resursları, iqtisadi məqsədləri, 
iqtisadi seçimi, istehsal imkanlarını, istehsal xərclərini, gəlirlərin səviyyəsini, məhsuldar qüvvələri və 
iqtisadiyyatın təşkil olunmasını daxil etmək olar. Deməli, bir mə’nalı olaraq qeyd olunmalıdır ki, bu elementlər 
iqtisadi həyatla qarşılıqlı şəkildə fəaliyyət göstərməklə müəyyən parametrlərlə sistem şəklini almış olur. Sistemə 
daxil olmuş elementlərin fəaliyyətinə görə cəmiyyətlərdə insanların iqtisadi azadlığı, hökmranlığı, köləliyi əmələ 
gəlmiş, maddi ne’mət və sərvətlərin yaradılmasında və istifadə olunmasındakı yeri müəyyən olunmuşdur. Bu ba-
xımdan istər antik dövr, istərsə  də kapitalizmə  qədərki dövr üçün, istərsə  də müasir təzadlı, sivilizasiyalı dövr 
üçün olsun, iqtisadi sistemdəki elementlərin fəaliyyətindən asılı olaraq, onların iqtisadi həyatı barədə fikir irəli 
sürmək olar. 
İqtisadi sistem özündə iqtisadi həyatla bağlı olan təbiətin, cəmiyyətin və insan təfəkkürünün qarşılıqlı əlaqə 
və inkişafından irəli gələn prinsipləri özündə birləşdirir. Bu prinsiplər insanların davranış qaydalarının ümumiləşmiş 
cəhətlərini xarakterizə edir. İqtisadi sistem iqtisadi hadisələrin, prinsiplərin inkişafının qarşılıqlı  əlaqəsini  əks et-
dirir. 
İqtisadi sistem başlıca olaraq istehsalın mövcud vəziyyətinə, onun səmərəli fəaliyyət göstərməsinə uyğun 
gəlməlidir. Demək olar ki, belə yanaşma, bütün iqtisad elminə qəbul edilmişdir. 
Yuxarıda qeyd olunanları ümumiləşdirərək iqtisadi sistemə belə bir tə’rif verə bilərik. İqtisadi sistem-iqtisa-
diyyatın başlıca probleminin həllinin təşkili və idarə  olunmasına görə, mövcud məhdud resurslardan istifadə 
olunması  səviyyəsinə görə, eləcə  də  cəmiyyət və onun üzvlərinin  tələbatlarının ödənilməsinə görə, bir-birindən 
fərqlənən iqtisadi şəraitlərin və amillərin məcmusuna deyilir. 
İqtisadiyyatın idarə və təşkil olunma prosesi başlıca olaraq iki istiqamətdə həyata keçirilir. Biri amirlik isti-
qamətləridir ki, bura ən’ənəvi, inzibati təsərrüfatçılıq formalarına xas olan xüsusiyyətlər daxildir. Digəri isə bazar 
istiqamətidir ki, buraya onun azad və tənzimlənən xüsusiyyətləri daxildir. Bu xüsusiyyətlərə uyğun olaraq, onların 
tətbiqi müxtəlif modellərin meydana gəlməsinə  səbəb olmuşdur. Bu istiqamətlərin fəaliyyəti tarixi inkişaf baxı-
mından müxtəlif olsa da, onların bir ümumi cəhəti var ki, hər hansı bir məsələnin həlli qərarına gəlməsi üçün 
onlar informasiyaya iqtisadiyyatın başlıca probleminin həlli iştirakçılarına  öz fəaliyyətlərinin  əlaqələndirilməsi, 
qiymətləndirilməsi, seçilməsi imkanı  üçün  siqnallar verir. Lakin bu siqnallar qarşıya qoyulan məqsədlərə uyğun 
olaraq ya mərkəzləşdirilmiş şəkildə, ya da öz-özünə tənzimlənən şəkildə daxil olur. Bu da cəmiyyətdə iqtisadi pro-
seslərin idarə və təşkil olunmasında müxtəliflik yaradır.  
Deməli, iqtisadiyyat vasitəsi ilə insanlar başlıca olaraq təsərrüfat həyatında mövcud və mümkün imkanlar 
daxilində  məqsədlərini müəyyən etməlidirlər. Bu məhdud imkanlardan məqsədlərinə daha çox uyğun gələn 
istiqamətləri seçmək qaydalarına görə iqtisadi sistemlər biri-birindən fərqlənir.  
İqtisadi seçim prosesinin əlaqələndirilməsinə görə irəli sürülən məqsədlərin həyata keçirilməsinə səmərəli 
və qeyri-səmərəli təsərrüfat fəaliyyəti formalaşır. Belə  təsərrüfat fəaliyyəti  şəraitində hüdudsuz tələbatların 
ödənilməsinə  məhdud və mümkün imkanları  nəzərə alan iqtisadi məqsədlərin yönəldilməsi vacib şərtlərdəndir. 
Çünki real resurs tə’minatı və istehsal imkanları nəzərə alınmadan irəli sürülən məqsədlər qeyri-səmərəli fəaliyyət 
forması alır, lakin cəmiyyətin inkişafı və tərəqqisi yalnız səmərəli iqtisadi fəaliyyətdə hüdudlaşır. 
Deməli, məhdud və mümkün istehsal imkanlarını nəzərə alan məqsədlərə istiqamətlənən şüurlu fəaliyyətə, 
səmərəli fəaliyyət deyilir. İqtisadi məqsədlər dedikdə, bu, insanların tələbatlarının ödənilməsinə çatmaq istəyi kimi 
başa düşülməlidir. 
Tələbatların, yə’ni istehlakçıların faydalı və yararlı məhsul və xidmətlərlə tə’min olunması üçün məhdud 
resurslardan istifadə olunması qaydalarının seçilməsinə görə iqtisadi sistemlər biri-birindən fərqlənir. 
Məhdudluq nisbi xarakter daşıyaraq hamının istəyinə uyğun olaraq tələbatlarının ödənilməsi üçün 
resursların çatışmazlığı deməkdir. 
Bəşəriyyətin tarixi inkişafının sivilizasiyalı  tərəqqisi baxımından bölgüsünə ilk dəfə  şotland filosofu Adam 
 
25


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə