MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

ideyası irəli sürülmüşdür. Bu sistem keçmiş SSRİ-də,  Şərqi Avropa ölkələrində, hal-hazırda Kubada və bir sıra 
Asiya dövlətlərində  fəaliyyət göstərir. Bu da yalnız istehsal münasibətlərinin zahiri öyrənilməsinə  və iqtisadi 
münasibətlərdə baş verən köklü dəyişikliklərin kənarda qalmasına səbəb olmuşdur. Düzdür, marksistlər cəmiyyətdə 
ədalətli iqtisadi proseslərin gedişatının tərəfdarları idilər. Hamının cəmiyyətdəki resurslardan istifadədə bərabər 
və  ədalətli mövqedə durmalarını israr edirdilər. Lakin resursların bölgüsündəki sərt inzibatçılıq  ədalətsizliyə 
gətirib çıxarmış  və  cəmiyyətdə baş verəcək ziddiyyətlərin daha da dərinləşməsinə  səbəb olmuşdur. Eyni zamanda 
iqtisadiyyatın idarə olunmasındakı inzibatçılıq təkrar istehsal fazaları arasındakı  əlaqəni, mülkiyyət hüququnu 
tamamilə pozmuşdur. 
Beləliklə, bütünlükdə iqtisadiyyata aid edilən problemlər, istər resursların bölgüsü və istifadəsi sahəsində 
olsun, istər istehsalın strukturu, onun proporsiyaları, təşkil olunması sahəsində olsun, bütün məsələlər mərkəz-
ləşdirilmiş plan orqanları  tərəfindən müəyyənləşdirilir. Belə ki, istehsalın həcmi, onun resurs tə’minatı, hazır 
məhsulların reallaşdırılmasını plan orqanları həyata keçirir. Bütün istehsal istehlakçının mövqeyindən deyil, istehsal va-
sitələrinin üstünlüyünün nəzərə alınması baxımından planlaşdırılırdı. 
İnzibati-amirlik sisteminin xarakterik xüsusiyyəti, birincisi, ondan ibarətdir ki, ictimai mülkiyyət adı altında 
bütünlüklə o, dövlət mülkiyyətindədir. Faktiki olaraq iqtisadi resursların hamısı  sırf dövlətin nəzarətinə  və 
inhisarına keçir. İkincisi, təsərrüfat mexanizmi kimi mərkəzləşdirilmiş iqtisadi planlaşdırmanın ön mövqedə durma-
sıdır. Üçüncüsü, bütün yaradılmış ne’mətlər, regional xüsusiyyət nəzərə alınmadan bərabər bölgü adı altında bərabər-
ləşdirici şəkildə bölünür. Dördüncüsü, iqtisadi aktivliyin yüksəldilməsinə və şəxsi mənafeyin reallaşmasına şərait 
yaradılmır. Beşincisi, bütövlükdə iqtisadi resurslar hərbi sənaye kompleksinin tələbatı istiqamətində istifadə 
olunur. 
Qarışıq sistem. Artıq qeyd etdiyimiz kimi iqtisadi resurslardan istifadə olunması  və seçilməsində, eyni 
zamanda insanların təsərrüfat fəaliyyətinin  əlaqələndirilməsində bazar və inzibati sistemlər çıxış edir. Lakin 
göstərməliyik ki, bu sistemlər sırf xalis formada özlərini əks etdirmirlər. Belə ki, əgər azad iqtisadiyyatda şəxsiyyət 
öz  şəxsi mənafelərini rəhbər tutaraq çıxış edirsə, lakin mərkəzləşdirilmiş iqtisadiyyatda şəxsi mənafeyin fəaliyyəti 
məhdud çərçivədədir. O cümlədən, resursların və  gəlirlərin bölgüsü müxtəlif səviyyəli sərbəstlik və 
məhdudiyyətlərlə  həyata keçirilir. Ona görə  də yaranan çətinliklərin aradan götürülməsi və iqtisadi problemlərin 
həyata keçirilməsi üçün qarışıq sistemdən istifadə edilir. Qarışıq sistemdə iqtisadi fəaliyyətlərin  əlaqələndiril-
məsində dövlət  əsas, müəyyənedici rol oynayır. Bazar sistemli ölkələrdə dövlətlə ayrı-ayrı  sərbəst təsərrüfat 
subyektləri arasındakı  əlaqə  səmərəli  şəkildə özünü əks etdirirsə, inzibati sistemdə isə bu tamamilə  əksinədir. 
Çünki iqtisadi mühit, müxtəlif iqtisadi məsələlər əsasında formalaşır. 
Hər halda belə bir ümumi cəhəti qeyd etməliyik ki, iqtisadi sistemlər əsasən sərbəst bazar tipi ilə inzibati 
sistemin arasında fəaliyyət göstərir. Ona görə də qarışıq sistem, iqtisadiyyatın başlıca probleminin həlli, dövlətlə 
xüsusi bölmənin qarşılıqlı tə‘siri vasitəsilə həyata keçirilir.  
Dövlət xüsusi sektorun sabit artımının tə’min olunmasında aktiv rol oynamaqla, istehsalın və xidmətin 
müəyyən hissəsi vergilər, güzəştlərin verilməsi yolu ilə idarə edilir. Eyni zamanda dövlət fərdlərin öz şəxsi 
mənafelərini  əsas tutmaq dərəcəsini müəyyən edir. Aydındır ki, şəxsi mənafe heç də ölkənin hərbi potensialını, 
hüquq-mühafizə orqanlarının işini və s. müəyyənləşdirə bilməz. Digər tərəfdən milli mənafeyə xidmət edən strateji 
sahələrin inkişafına yalnız dövlət səviyyəsində tə’minat yaratmaq olar. 
Bütün bu deyilənlərlə  əlaqədar olaraq demək lazımdır ki, dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyata 
malikdir. Onların bir qismi sərbəst bazar iqtisadiyyatına, digər qismi isə inzibati sistemə daha çox yaxındır. Bə’zi 
ölkələrin iqtisadiyyatı qarışıq iqtisadiyyat çərçivəsində, kapitalist iqtisadiyyatı isə daha çox sahibkarlıq 
iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Qarışıq iqtisadi sistemlə sahibkarlıq iqtisadiyyatına üstün tə’mi-
nat verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə ədalətin tə’min olunmasına 
imkan yaradır. Azərbaycan iqtisadiyyatının belə inkişaf yoluna qədəm qoyması sosial yönümlü bazara keçidlə 
sahibkarlıq iqtisadiyyatının inkişafına səbəb ola bilər.  
Qarışıq iqtisadi sistemdə resursların bölgüsü müxtəlif  şəkildə  həyata keçirilir. İnzibati sistemdə resursların 
bölgüsündə  mərkəzi plan orqanları, bazar sisteminin sərbəst tipində resursların bölgüsündə xüsusi sahibkarlar 
iştirak edir. Qarışıq iqtisadi sistemdə xüsusi sahibkarlər, qismən də dövlət iştirak edir. Belə şəraitdə dövlətin rolu, 
bazar mühitinin sabit şəkildə  fəaliyyət göstərməsinə xidmət edir. Qarışıq iqtisadi sistem iqtisadiyyata dövlət 
müdaxiləsi səviyyəsinə görə  fəaliyyət göstərir. Qarışıq iqtisadi sistemin spesifik xüsusiyyəti ondan ibarətdir ki, 
iqtisadiyyat nə özü-özünə  tənzimlənir, nə  də ki, mərkəzləşdirilmiş formada həyata keçirilir. Lakin əsas məqsəd 
iqtisadi fəaliyyətin təşkili və  əlaqələndirilməsi üçün stabilliyin yaradılması  və  gəlirlərin yenidən bölgüsünün 
həyata keçirilməsidir. 
Ən’ənəvi sistem. Bir qayda olaraq, ən’ənəvi sistem dedikdə, milli adət və  ən’ənələrə, eləcə  də etik 
qaydalara və dini e’tiqadlara əsaslanaraq iqtisadiyyatın inkişaf etdirilməsi başa düşülür. Bu sistemdə xalqın, 
millətin lap keçmişdən miras qalmış adətləri ilə bəşəri sivilizasiyadan irəli gələn bə’zi müasir texnoloji üsullarının 
tətbiqi və fərdi göstərişlərin vəhdəti üstünlük təşkil edir. Bu sistem yarı inkişaf etmiş şəkildə olur, iqtisadiyyat vərəsə-
lik prinsipinə tabe edilir, resursların və gəlirlərin bölgüsü adət və ən’ənələrin tələb etdiyi prinsiplərə tabe edildi-
yindən iqtisadiyyat stabil inkişaf etmir. Düzdür, bu sistemə  əsaslanan iqtisadiyyat sərvət və ne’mətlər yaratmaq 
baxımından heç də süstlüyə və ətalətə qapanmır. Lakin bütün iqtisadi fəaliyyət dini və milli mədəni ən’ənələrə tabe 
edilir (Afrikanın bə’zi ölkələrini misal göstərmək olar). İqtisadiyyatın başlıca problemi, ölkənin tayfa və qəbilə baş-
çılarının göstərişi və məsləhətləri əsasında həyata keçirilir. 
Müxtəlif dini, mədəni və tarixi keçmişə malik olan ölkələr ən’ənəvi sistem şəraitində eyni iqtisadi məkana 
 
28


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə