MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

çünki o tələbatı bilavasitə ödəyir. Kartof bişirilən qazan isə yüksək səviyyəli ne’mətdir, ona görə ki, o tələbatı bilavasitə 
deyil, dolayı yolla ödəyir. 
Deməli, kapitalın yüksək səviyyəli ne’mət kimi, insan sivilizasiyanın inkişafı, o cümlədən onların istehsalı 
üçün tətbiq olunan vasitələrin əhəmiyyəti durmadan artacaqdır. 
İnsanların xüsusi növ qabiliyyəti kimi fərqlənən  sahibkarlıq qabiliyyəti  - iqtisadi resursların tərkibində 
fəal rola malikdir. İnsan biliklərinin, düşüncəsinin məhsulu olan sahibkarlıq, yeni imkanların tapılması, yeni 
istehsal üsullarının tətbiq olunması, köhnə, hər cür məhdudiyyətlərin aradan qaldırılması, yeniliklər naminə risk 
edilməsi qabiliyyətini  əks etdirir. Sahibkarlıq daima axtarışlarla bağlı olduğundan o dinamik prosesdir. Yeni 
perspektiv istiqamətlərin müəyyən edilməsi ilə  əlaqədar olaraq sahibkarlıq hər cür məhdudiyyətlərə üstün gəlir, 
mütərəqqi təşkilatçılıq və idarəetmə formasını törədir. 
Lakin sahibkarlıq yeniliklərlə bağlı olduğundan bu heç də o demək deyildir ki, o nəyinsə ixtirası və ya kəşf 
olunmadır. Lakin o gəlir  əldə etmək yolunda yeni biznesin axtarılmasıdır. Sahibkarlıq mövcud biznes sferasında 
mövcud resursların bölgüsündə və seçilməsində yeni təşkilatçılıq metodlarının həyata keçirilməsi, təşəbbüskarlığa 
malik olması və risk etmək qabiliyyəti ilə səciyyələnir. 
Bə’zən də sahibkarlıq qabiliyyətinə istehsalın üç təbii,  əmək və kapital amillərinin daha yaxşı üsullarla 
birləşməsini axtaran proses kimi də baxılır (Edvin C.Dolan, Deyvid E.Lindiy, Mikroekonomika, San-P. 1994, 
s.14). Lakin sahibkarlıq insanın xüsusi növ qabiliyyəti kimi, öz iş vaxtından,  əməyindən, işgüzarlığından, mül-
kiyyətindən səmərəli istifadə etməklə  əlavə  gəlir  əldə etmək qabiliyyətidir. Daha doğrusu, sahibkarlıq mənfəətli 
işlərin görülməsinin əsasıdır. 
 
§4. İstehsal imkanları və iqtisadi seçimin qarşılıqlı əlaqəsi 
 
Resursların məhdudluğu onlardan istifadənin alternativliyini əsaslandırır. Alternativliyi iki səviyyədə qeyd 
etmək olar. Birincisi, mövcud ictimai əmək bölgüsü şəraitində istehsal olunan ne‘mətlərdən birindən digərinə 
keçilməsi. İkincisi, eyniadlı resursdan faydalılıq və səmərəlilik baxımından müxtəlif səviyyədə istifadə olunması.  
Konkret olaraq alternativ resurs seçiminin əsaslandırılması texnoloji istehsal üsulunun meydana gəlməsinə 
səbəb olur. Bunu əyaniləşdirmək üçün görkəmli Amerika iqtisadçısı A.Samuelsonun gətirmiş olduğu misaldan 
istifadə edək.  
Hesab edək ki, cəmiyyət yalnız mövcud resurslarla iki növ əmtəəni, 15 min ədəd top və 5 ton yağ istehsal 
etməyə imkan verir. Bu əmtəələr mülki və  hərbi istehsalın alternativliyini xarakterizə etmək üçün istifadə edilir. 
Məs., belə hesab edək ki, cəmiyyətin bütün resursları yağ istehsalına istiqamətlənir və onun həcmi mövcud resurs 
tə‘minatı baxımından maksimum 5 tona bərabər tutulur. 
Alternativ məhsul olan top istehsalı isə mövcud resurslarla maksimum 15 min ədədə bərabərdir. Göründüyü 
kimi, cəmiyyət bu məhsulların hər birinin maksimum istehsalı üçün digərindən imtina etməlidir. Məs., yağ 
istehsalını azaltmaqla və ya əksinə. Bir cəhəti də qeyd etmək lazımdır ki, məhdud resurslardan istifadə etmək 
nəinki alternativdir, eyni zamanda qarşılıqlı əvəz olunmalıdır.  
İstehsal imkanlarının iqtisadi mə’nası ondan ibarətdir ki, bütün resurslardan tam istifadə etməklə belə, 
iqtisadiyyat daima alternativ səviyyədə olur. Yə’ni gətirdiyimiz misaldan belə nəticəyə gəlirik ki, cəmiyyətdə hərbi 
və mülki istehsal üçün resursların yenidən bölgüsü istiqamətləri seçilməlidir.  İqtisadi seçim, təsərrüfatçılığın alter-
nativ inkişafını  əsaslandırır.  İstehsal imkanlarının qrafik təsnifatındakı  əyri xətt alternativliyin cəmiyyət üçün 
daşıdığı əhəmiyyəti əks etdirir. İstehsal imkanları mövcud resurslarla maksimum məhsul kəmiyyətlərinin əldə etmək 
mümkünlüyünü  əks etdirir. İstehsal imkanları  məhsulların mübadilə prosesini də  əks etdirir. Belə ki, bir məhsul 
növünün buraxılışının artırılması, digər məhsul növünün azalmasına səbəb olur. 
Bütün resurslardan tam istifadə etməklə yağ  və top istehsalının mümkün kombinasiyaları özünü imkan 
əyrisindəki nöqtələrdə göstərir.  İmkan  əyrisindəki hər nöqtə istehsalın səmərəliliyi variantlarını göstərir. Başqa 
cür qeyd etmiş olsaq, cəmiyyətdə bütün resurslardan maksimum istifadə etməklə heç də mülki və hərbi istehsalın 
eyni vaxtda artırılmasına nail olmaq olmaz. İstehsal imkanları əyrisinin mahiyyəti bir də onu göstərir ki, hər hansı 
müddət  ərzində ölkənin iqtisadi potensialı  məhdud çərçivə dairəsində  fəaliyyət göstərir və özünün imkan əyrisi 
hüdudlarından kənarlaşa bilməz. Yə’ni ölkədə əgər hər il ərzində 200 mln. ton sement istehsal olunursa, bunun 100 
min tonu mülki tikintiyə, 50 min tonu sosial tikintiyə, 50 min tonu hərbi tikintiyə, başqa sözlə, 10 yaşayış binasına, 
2 xəstəxanaya, 3 hərbi bunkerə yönəldilərsə, əlavə olaraq ya bir bina, yaxud da bir hərbi bunkerin tikilməsi istər-
istəməz ya bir xəstəxananın tikilməsinə, yaxud bir bunkerin, ya da ki, bir mənzilin tikintisinin yarımçıq qalmasına 
səbəb olacaq. 
Cəmiyyət hər şəraitdə iqtisadi sistemin yaratdığı şəraitə uyğun olaraq iqtisadi 
aktivliyə imkan verən yığımla istehlak arasındakı  həddi seçməlidir.  Əgər 
müəyyən müddət ərzində şəxsi istehlaka daxil olan məhsullardan imtina edilirsə 
(yə’ni az ət, yağ, yumurta, geyim və məişət əşyaları və s.) və yığımın həcmi (yeni 
qurğuların, fabrik və zavodların, mə’dənlərin tikilməsi) artırılırsa, müəyyən 
müddətdən sonra daha yüksək səviyyəli imkan əyrisinə nail olmaq olar. 
Artıq qeyd etdiyimiz kimi yalnız məhdud resurslar şəraitində adamların fəaliyyəti, davranışı  və onların 
 
30


istifadə üçün seçmə üsullarına görə iqtisadi sistemlər fərqlənir. Məhz məhdudluq cəmiyyətin inkişafının iqtisadi 
əsasını müəyyən edir. İstər təbiətdəki hazır məhsullar, istərsə də insan əməyi tətbiq olunan məhsulların hamısı nisbi 
məhdudluğa, nadirliyə, çatışmazlığa malikdir. Əgər belə olmasaydı onda insanların tələbatı tam ödənilərdi və 
hansı məhsulun az və ya çox istehsal olunmasının heç bir əhəmiyyəti olmazdı. Eləcə də resursları iqtisadi tə’yinatı 
baxımından təsnifatlaşdırmağa ehtiyac qalmazdı. Deməli, tələbatın ödənilməsi üçün vasitə hesab olunan ne’mətlərdə 
«arzulanan  şey» (A.Marşal) kimi mövcud olmazdı. Beləliklə, birmə’nalı qeyd olunmalıdır ki, iqtisadi sistemdə 
məhdudluq qanunauyğun hal kimi çıxış edir. Ümumiyyətlə, məhdudluq dedikdə, ayrı-ayrı adamların tələbatının 
ödənilməsi üçün resursların çatışmazlığı başa düşülür. Belə ki, iqtisadi resurslardan eyni zamanda iki yerdə tam 
istifadə etmək mümkün deyil. Ətlik üçün nəzərdə tutulan heyvanlardan heç vaxt süd istehsalı üçün istifadə etmək 
mümkün deyil. Yaxud da fortopianodan dərs deyən musiqiçidən futbol hakimi kimi istifadə etmək mümkün deyil. 
Bu da adi bir məntiqdən doğur ki, hətta uşağa müraciət edəndə ki, «sən bu adamlardan birini seç» onda o, heç vaxt 
deməz ki, «mən onların hər ikisini istəyirəm». Bir yerdə istifadə olunan resurs başqa yerlərdə istehsal olunacaq 
məhsulların imkanının itkisi deməkdir. Deməli, iqtisadi sistemdə resursların məhdudluğu qanununun tələblərinə 
uyğun olaraq iqtisadi resurslardan elə istifadə olunmalıdır ki, əldə olunacaq səmərənin faydası itirilmiş imkanın 
faydasından qat-qat yüksək olsun. 
Bütün növ resursların məhdudluğu şəraitində bir sıra xərclər çəkmədən, ümumiyyətlə, istehsal mövcud ola 
bilməz.  İş orasındadır ki, mövcud tələbatların ödənilməsi üçün resurslar həmişə istənilən qədər olmur. Belə 
şəraitdə bir məhsul növünün istehsalı üçün lazım olan resurslardan istifadə etmək qərarına gəldikdə onun başqa 
növ məhsul istehsalı üçün imtina olunmasına səbəb olur. Beləliklə, məhsul istehsalı üçün tətbiq olunan bütün 
resurslar xərc formasında çıxış edir və alternativ qaydada fəaliyyət göstərir.  İstehsalın hər  şəraitində müəyyən 
qisim xərclərlə başa gəldiyindən onların alternativ qaydada tətbiqinin seçilməsi zəruriliyi meydana gəlir. Bir qisim 
əlavə  məhsul  əldə olunması üçün istifadə olunan xərclərin başqa sahələrdə  tətbiqindən imtina olunmasına, 
istehsal xərcşərinin artması deyilir. Başqa cür demiş olsaq, mövcud resurslar şəraitində faktiki istehsal olunan bir 
məhsul növünün digərinə nisbətən artırılması, hər  əlavə istehsal olunan məhsula görə digər növ məhsulların 
qurban verilməsi meydana gəlir ki, bu da xərclərin artmasına səbəb olur. Bunun da əsas səbəbi iqtisadi resursların 
alternativ məhsul növlərinin istehsalı üçün tam yararlı olmasından irəli gəlir. Hesab edək ki, cəmiyyətdə yalnız 
kondisioner və buğda istehsal olunur. İstehsal imkanları baxımından məhsuldarlıqları istənilən səviyyədədir. Lakin 
daha gəlirli sahə olan kondisioner istehsalını mövcud resurslarda artırmaq fikrinə gəldikdə hər əlavə kondisioner 
üçün buğda istehsalında tətbiq olunan resurslardan imtina olunması deməkdir. Yə’ni çox kondisioner əldə etmək 
üçün artıq taxılçılıqla, məhsuldarlığı kondisioner istehsalındakından daha yüksək olan resurslardan istifadə 
olunması tələb olunur. Aydındır ki, hər əlavə kondisioner istehsalı üçün ehtiyac artır. Deməli, buğda istehsalından 
daha çox resurs kəmiyyətlərini çıxartmaq ehtiyacı irəli gəlir və yaxud buğda istehsalının hər  əlavə tonu üçün 
kondisioner istehsalında tətbiq olunan resursların çıxarılması zəruriləşir. Bu proses olduqca elastik, zahiri görünmə və 
qarşılıqlı əvəz olunma qaydası ilə fəaliyyət göstərir. Xərclərin artması təkcə bir məhsul növünün dəyərcə azalması 
deyil, eyni zamanda onun natural formada azalmasına və qıtlaşmasına, digər məhsul növünün isə bahalaşmasına səbəb 
olur. Ona görə  də alternativ məhsul istehsal olunarkən, mütləq mövcud məhdud resurs növlərindən istifadə 
olunması imkanlarını nəzərə almaq lazımdır. 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 5. MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ 
 
§1. Mülkiyyət kateqoriyasının məzmunu və onun haqqında baxışlar 
§2. Mülkiyyətin obyekti və subyekti 
§3. Mülkiyyətin əsas və törəmə formaları 
§4. Mülkiyyət formalarında sahibolma, istifadəetmə və sərəncamvermə 
§5. Mülkiyyətin iqtisadi reallaşdırılması 
§6. Dövlətsizləşdirmə və özəlləşdirmə 
§7. Azərbaycanda özəlləşdirmənin xüsusiyyətləri 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
1.  «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin,  Ə.P.Babayevin və  
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999. 
2.  Qurani-Kərim. Bakı, 2004 Əl-Bəqərə, Ali-Huran, Ən-Nəhl və Əl-İsra surəsi. 
3.  M.X.Meybullayev. «İslam iqtisadiyyatı» Bakı – 2001 
 
31


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə