MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

payçılar və onların əmlak payı müəyyənləşdirilmişdir. 
Azərbaycanın istehlak kooperasiyası xarici və daxili fəaliyyətlərində yeni istiqamətlər axtarır, maddi-
texniki təchizat, aqroservis, xarici firmalarla birgə kommersiya və istehsal müəssisələri, xırda istehsal-satış 
kooperativləri yaradır və digər sahələrdə canlı iş aparır. 
Səhmdar cəmiyyəti mülkiyyəti - Səhmlərin (qiymətli kağızlar) buraxılması və satılması yolu ilə yaradılır. 
«Səhmdar cəmiyyəti haqqında» Azərbaycan Respublikası Qanununun birinci maddəsində deyilir: «Səhmdar 
cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə 
formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir». 
Səhmdar cəmiyyəti açıq və qapalı formada yaradılır, yə’ni səhmlər hamıya satılırsa bu açıq, yalnız 
tə’sisçilərə satılarsa, qapalı qayda kimi səciyyələnir. 
Səhmdar cəmiyyəti, iştirakçılarının  əmanətləri hesabına yaradılmış, habelə onun təsərrüfat fəaliyyəti 
nəticəsində  əldə edilmiş  və qanunvericilikdə  nəzərdə tutulmuş başqa  əsaslar üzrə  əldə etdiyi əmlakın 
mülkiyyətçisidir. 
Səhmdar cəmiyyətlərində vətəndaşlar, xarici hüquqi və fiziki şəxslər, təşkilat və müəssisələr, iştiraketmə və 
səhm sahibi olma hüququna malikdir. Səhmdar cəmiyyəti mülkiyyəti formasında istehsal vasitələrinin və gəlirlərin 
mənimsənilməsi, səhmlərin dəyərinə - qiymətinə görə cəlb edilmiş istehsalçılara aiddir. 
İqtisadiyyatın dövlət inhisarından azad edilməsində, mülkiyyətin özəlləşdirilməsində  səhmdar 
cəmiyyətlərinin rolu əvəzedilməzdir; xüsusilə iri müəssisələrin özəlləşdirilməsi zamanı onların səhmdar mülkiyyətə 
çevrilməsi ən səmərəli üsul hesab edilir. 
Səhmdar cəmiyyətləri özünümaliyyələşdirmə prinsipləri ilə işləyir, hüquqi şəxsdir. 
Təsərrüfat cəmiyyətinin və şirkətinin mülkiyyəti - iştirakçılarının əmanətləri, təsərrüfat fəaliyyəti nəticə-
sində alınmış və qanunun yol verdiyi başqa əsaslarla aldıqları əmlak hesabına yaranır. 
Təsərrüfat cəmiyyəti və  şirkəti iştirakçılarının  əmlakına  əsas fondlar və dövriyyə fondları, pul vəsaiti və 
qiymətli kağızlar, habelə əmlakdan istifadə hüquqları daxil ola bilər. 
Təsərrüfat assosiasiyalarının (birliklərinin) mülkiyyəti.  «Azərbaycan Respublikasında mülkiyyət 
haqqında» qanunda bu problemə sahibkar birliyinin mülkiyyəti  kimi  baxılması göstərilir. Qanunda yazılır: 
«Sahibkar birliyi (konsernlər, assosiasiyalar, sahələrarası regional birliklər və başqa birliklər) iştirakçılar tərəfindən 
könüllü surətdə, habelə qanunun yol verdiyi başqa  əsaslarla alınan  əmlak üzərində mülkiyyət hüququna 
malikdirlər. Sahibkar birliyinin fəaliyyəti nəticəsində  əldə edilən  əmlak üzərində  də mülkiyyət hüququna 
malikdir». 
İctimai birliklərin mülkiyyəti. «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanunda yazılır: 
«Hüquqi  şəxslər sayılan ictimai birliklərin mülkiyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar, 
mədəni-maarif və sağlamlıq tə’yinatlı  əmlak, pul vəsaiti, səhmlər, digər qiymətli kağızlar və onların nizamnamə-
lərində nəzərdə tutulmuş fəaliyyətin maddi tə’minatı üçün zəruri sayılan başqa əmlak ola bilər». 
İctimai birliklər sahibkarlıq fəaliyyəti ilə  məşğul ola bilərlər və bu fəaliyyəti həyata keçirmək məqsədilə 
başqa əmlak da ala və yarada bilərlər. 
Xeyriyyə fondlarının və başqa ictimai fondların mülkiyyəti. «Azərbaycan Respublikasında mülkiyyət 
haqqında» qanunda yazılır: «Hüquqi şəxslər sayılan xeyriyyə fondları  və başqa ictimai fondlar öz nizamna-
mələrində nəzərdə tutulan fəaliyyəti həyata keçirmək üçün tə’sisçilərin onlara verdikləri əmlak üzərində mülkiyyət 
hüququna malikdir». 
Dini təşkilatların mülkiyyəti. «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanunda yazılır: 
«Hüquqi  şəxslər sayılan dini təşkilatların mülkiyyətində binalar, ayin predmetləri, istehsal, sosial və xeyriyyə 
tə’yinatlı obyektlər, pul vəsaiti və onların fəaliyyəti üçün zəruri sayılan başqa əmlak ola bilər». Dini təşkilatlar öz 
vəsaiti, dindarların verdikləri vəsait hesabına satın aldıqları, tikdikləri, yaratdıqları və istehsal etdikləri və ya dövlət, 
başqa  şəxslər tərəfindən verilmiş  və qanunvericilikdə  nəzərdə tutulmuş başqa  əsaslar üzrə  əldə edilmiş  əmlak 
üzərində birgə mülkiyyət hüququna malikdirlər. 
Qarışıq mülkiyyət.  Vətəndaşların, hüquqi şəxslərin mülkiyyəti ilə dövlətin mülkiyyətində olan əmlakın 
birləşdirilməsinə  və bunun əsasında mülkiyyətin qarışıq formalarının yaradılmasına yol verilir. Əsas və törəmə 
müxtəlif mülkiyyət formalarının sahiblərinin pay birliyindən yaranan əmlak ümumi və qarışıq mülkiyyət hüququ 
ilə eyni vaxtda bir neçə  şəxsə  məxsus ola bilər. Belə pay birliyi əsasında Azərbaycan və xarici ölkə hüquqi 
vətəndaşlarının da iştirakı ilə birgə müəssisələr yaradıla bilər. Bu, birgə, qarışıq mülkiyyətlə təşkil olunan müəssi-
sələrin mülkiyyətinə binalar, tikililər, avadanlıq, pul vəsaiti, nizamnamə fonduna daxil olan digər maddi sərvətlər, 
istehsal olunmuş məhsul, əldə edilmiş gəlirlər və birgə qarışıq mülkiyyət münasibətlərini həyata keçirmək üçün 
lazım olan başqa əmlak da daxildir. 
Vətəndaşların  paylarını könüllü birləşdirməklə yaranan və sonra fəaliyyət prosesində artırılan ümumi 
mülkiyyətdə olan əmlaka sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək qaydası mülkiyyətçilərin 
sazişi ilə müəyyən edilir. 
İntellektual mülkiyyət. Mülkiyyət haqqında ümumi metodoloji nəzəri müddəalar intellektual mülkiyyətə 
də aid olsa da, onun özünəməxsus xüsusiyyətləri var. «İntellektual» məfhumu latınca «dərk etmə», «başa düşmə», 
«ağıl» mə’nasını verir. O, təfəkkür qabiliyyəti, səmərəli dərketmə, ağılın inkişaf dərəcəsi kimi də qiymətləndirilə 
bilər. ««İntellektual» məfhumu ilə bağlı olaraq «intellektual mülkiyyəti» anlayışı meydana gəlib. İntellektual mül-
kiyyətə ayrıca bir mülkiyyət forması kimi baxmaqla bərabər, ona ümumən şəxsi, xüsusi mülkiyyətin bir qolu kimi 
yanaşmaq olar. 
 
35


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə