MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

malik olmurlar. Eyni zamanda müxtəlif iqtisadi resurslara, xüsusən təbii resurslara malik olmasından asılı olaraq 
bu ölkələr müxtəlif nisbi inkişaf səviyyəsinə malik olurlar. Təbii zənginliyin bə’zi ölkələrin dini əqidələrinə uyğun 
olaraq geniş imkanlar yaratmasına baxmayaraq (xüsusən islam əqidəli ölkələr) orada texnoloji istehsal üsulu üstün 
inkişafa malik deyil. Əhalinin bəşəri elmlərin, mədəniyyətin mənimsənilməsinə olan münasibəti olduqca aşağıdır. 
Bu da hər şəraitdə cəmiyyətdə müəyyən kübar və varlı tayfa qrupunun əmələ gəlməsinə səbəb olur.  
İqtisadi sistemin müxtəlif formalarında iqtisadiyyatın başlıca probleminin həlli, müxtəlif şəkildə həll edilsə də 
ümumi olan bir cəhət var ki, o da hüdudsuz tələbatların ödənilməsi üçün məhdud resurslardan daima səmərəli 
istifadə edilməsidir. Lakin tətbiq olunan ayrı-ayrı siyasi, dini, mədəni, hüquqi, əxlaqi və s. institutsional amillər 
bu problemin həllində müxtəliflik törədir. 
 
§3. İqtisadi resurslar və onların tərkibi 
 
Resurs dedikdə, istər-istəməz tələbatın ödənilməsi üçün zəruri olan vasitələr nəzərdə tutulur. Yə’ni əmtəə 
və xidmətlərin istehsalı üçün tətbiq olunan təbii, əmək, kapital və sahibkarlıq qabiliyyəti iqtisadi resurs formalarını 
təşkil edirlər. Bə’zi hallarda bu resurslar iki qismə, birincisi, maddi resurslara, xammal-materiallara və kapitala, 
ikincisi, insan resurslarına,  əmək və sahibkarlıq qabiliyyətinə bölünərək istehsal amilləri kimi təsnifatlaşdırılır. 
İqtisadi resurslar, bir qayda olaraq, insanların hüdudsuz tələbatlarının ödənilməsinə yönəldiyindən onlar daima 
məhdud xarakter daşıyır. 
Məhdudluq  əməklə materialların səmərəli birləşməsinə,  əmtəə  və  gəlirlərin müxtəlif fərd və ailələr 
arasında bölgüsünə  səbəb olur. Resursların məhdudluğu onlardan istifadə olunması qaydası, seçilməsi üsulları 
onları iqtisadi kateqoriya edir. Əgər belə olmasaydı, onların heç bir ne’mətin istənilən səviyyədə istehsalında əhə-
miyyəti olmazdı.  
Qurani-Kərimdə göstərilir ki, Allah-taala yer üzünə ne’mətləri ona görə  məhdud göndərdi ki, adamlar 
onların bölgüsündə  ədalətli olsunlar. Ümumiyyətlə, ne’mətlərlə bağlı  nə varsa, hamısı nisbi məhdudluğa malikdir. 
Hətta hüdudsuz görünən hava da, dağda, dəniz sahilində, cəngəllikdə, səhrada havaya olan tələbatın ödənilmə-
sində  məhdudluğa malikdir. Ayrı-ayrı ölkələrin müxtəlif iqtisadi sistemlərə malik olması, məhz məhdud 
resurslardan istifadə olunması və onların seçilməsi və mənimsənilməsində müxtəlif iqtisadi məkanların yaradılması 
ilə əlaqədardır. Ona görə də bütün cəmiyyətlərdə iqtisadiyyatın əsas düyün nöqtəsi insanların hüdudsuz tələbatları 
ilə məhdud resurslar arasındakı ziddiyyətlərin həll olunması ilə bağlıdır. 
İqtisadi resursların növlərindən danışarkən birinci növbədə  təbii resursları xüsusi qeyd etmək lazımdır. 
Çünki, o ilkin resurslardır. Təbii resurslara torpaqlar, meşələr, yerüstü və yerin təkində mövcud olan xammal, 
materiallar, mineral yataqlar, su hövzələri və s. daxildir. Lakin bir cəhəti də nəzərə almaq lazımdır ki, bu resurs 
növündə  əsas həlledici rola torpaq malikdir. Torpaq dedikdə isə birinci növbədə becərilən torpaqları, hasilat 
sənayesinə, tikintiyə və s. sahələrə cəlb olunan torpaqları nəzərə almaq lazımdır. Torpaq, onun münbitliyi və təkinin 
zənginliyi, bir növ Allahın insanlara bəxş etdiyi töhfə olduğundan, bütün digər resurs növlərindən müqəddəsdir.  
İqtisadi resursların mühüm növlərindən biri də  əməkdir.  İqtisadiyyatda işlədilən  əmək məfhumundan 
təsərrüfat prosesi zamanı insanın tətbiq etdiyi hər cür məqsədyönlü fiziki, mə’nəvi və əqli fəaliyyətinin məcmusu 
başa düşülür. Yalnız onun bir fərdi xüsusi növ qabiliyyəti - sahibkarlıq qabiliyyəti əmək resursuna daxil deyil.  
Klassik siyasi iqtisadın banilərindən olan Adam Smit əmək resursuna xüsusi əhəmiyyət vermiş  və onun 
sərvətin mənbəyi olduğunu qeyd etmişdir. A.Marşal isə göstərirdi ki, hər cür əməyin məqsədi bu və ya digər 
nəticəni istehsal etməsidir. Deməli, əmək faydalı nəticənin əldə olunması üçün insanın məqsədyönlü fəaliyyətidir. 
Beləliklə də qeyd etmək lazımdır ki, əmək resurs kimi sadəcə kəmiyyət, say e’tibarilə deyil, onun məhsuldarlığı və 
intensivliyi baxımından iqtisadiyyatda fəal rol oynayır. Deməli, mühəndisin, müəllimin, bənnanın, aşpazın yerinə 
yetirdiyi iş bir məfhumda, əmək anlayışında əks olunur.  
İqtisadi resurslar anlayışında kapitalın öz xüsusi yeri vardır. Kapital dedikdə, maddi ne’mətlər istehsalı  və 
xidmətlərin gerçəkləşməsi üçün yığılan istehsal vasitələri ehtiyatları başa düşülür. Bura hər cür maşın və 
avadanlıqlar, qurğular, dəzgahlar, nəqliyyat vasitələri, pul-valyuta vasitələri  və s. daxildir. 
Kapital istehsal vasitələri ilə eyni məzmuna malik deyil. Ancaq istehsal prosesi zamanı  yığılmış istehsal 
vasitələri kapitaldır. Ona investisiya resursları da deyilir.  
Bir cəhəti də qeyd etmək lazımdır ki, investisiya edilmiş istehsal vasitələri istehlak edilmiş istehsal 
vasitələrindən fərqlənir. Belə ki, investisiya üçün nəzərdə tutulmuş istehsal vasitələri istehsal prosesində dolayı 
yolla iştirak edir və  təsərrüfatçılıq prosesində  fəaliyyətdə olan kapitalın həcmini artırır.  İstehlak üçün nəzərdə 
tutulmuş istehsal vasitələri isə istehsal prosesində birbaşa iştirak edir. Deməli, investisiyalı istehsal vasitələri 
istehlak olunan istehsal vasitələrinə tə’minat yaradır. 
Kapital başqa  əmtəələrin istehsalı üçün iqtisadi prosesdə yaradılmış uzunmüddətli istifadə olunan 
ne’mətlərdən ibarətdir. Buna görə  də kapitalla real kapitalı  fərqləndirmək lazımdır.  Əgər faktik kapitala saysız-
hesabsız qurğular, yollar, elektrik xətləri, pul resursları  və s. daxildirsə, real kapitala alətlər, maşınlar və s. 
məhsullar, qurğular daxildir. İqtisadi resurs kimi yalnız real kapital daha fəaldır. Düzdür, kapitala pul formasında da 
baxılır və maliyyə kapitalı kimi iqtisadiyyatda təhlil edilir. Məs., C.Robinson göstərirdi ki, maliyyə resurslarında 
təcəssüm olunan, lakin investisiya edilməmiş kapital pul məbləğindən ibarətdir.  
Kapitala olan baxışın müxtəlifliyindən asılı olmayaraq, onun bir ümumi xüsusiyyəti vardır ki, o gəlir 
gətirmək qabiliyyətinə malikdir. Avstriya iqtisadi fikir məktəbinin görkəmli nümayəndələri (F.Vizer, K.Menger, 
E.Bem-Baverk) qeyd etdikləri kimi, kapital yüksək səviyyəli ne’mətdir. Məsələn, kartof aşağı səviyyəli ne’mətdir, 
 
29


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə