MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   66   67   68   69   70   71   72   73   74

ilkin istehsal vahidi olan kəndli - fermer təsərrüfatı əvəzində aqrar-sənaye birlikləri 
əmələ gəlir. Bu birliklər bitkiçilik və heyvandarlıq məhsulları istehsalı ilə onların 
ilkin e’malı, saxlanılması, reallaşdırılması  və s. prosesləri  əhatə edən vertikal 
inteqrasiyanı  həyata keçirir. Aqrar-sənaye birlikləri adətən birinci və üçüncü 
sahələrin sənaye şirkətlərinin bilavasitə təşəbbüsü ilə yaradılır. 
Aqrar-sənaye kompleksinin tərkibində infrastruktur da mühüm yer tutur. 
İnfrastruktur istər istehsal prosesinin, istərsə  də insanların yaşayışının tə’min 
edilməsində mühüm rol oynayır.  İnkişaf etmiş infrastrukturun olması  kənd 
təsərrüfatı istehsalı sahələrində itkilərin xeyli azaldılmasına, xammalın vaxtında 
istehlakçılara çatdırılmasına, yemlərin normal keyfiyyətdə saxlanılmasına və s. 
şərait yaradır. İnkişaf etmiş ölkələrdə ot, küləş elevatorlarda, üstüörtülü yerlərdə 
saxlanıldığı halda, Azərbaycanda tayalarda saxlanılır və  nəticədə  də çox hissəsi 
çürüyür və keyfiyyətsiz hala düşür.  
Son dövrlərdə iqtisadi ədəbiyyatda rast gəldiyimiz iqtisadi terminlərdən biri 
də aqrobiznesdir. Aqrobiznes dedikdə, iri şirkətlərin kənd təsərrüfatı istehsalında 
birbaşa təsərrüfatçılıq etməsi nəzərdə tutulur. İri şirkətlər geniş torpaq sahələrinin 
mülkiyyətçilərinə, iri kənd təsərrüfatı istehsalının təşkilatçısına və idarəedicisinə 
çevrilmişdir. Onlar torpaq sahələrini satın almaqla yanaşı  kənd təsərrüfatını 
getdikcə daha çox ipoteka banklarına, sığorta cəmiyyətlərinə  və s. tabe edirlər. 
Beləliklə, kənd təsərrüfatı istehsalı iri biznes dairələrinin fəaliyyət sahəsinə çevri-
lir. 
 
§4. Torpaq rentası və torpağın qiyməti 
 
Torpaq sahibləri malik olduqları torpaq sahələrində ya özləri təsərrüfatçılıq 
edir, ya da başqalarına icarəyə verirlər. Onlar icarəyə verdikləri torpaq sahələri 
müqabilində icarədarlardan icarə haqqı alırlar.  İcarə haqqının müəyyən hissəsini 
torpaq sahələrində olan əsas kapital ünsürlərindən (suvarma qurğuları, fermalar, 
anbarlar və s.) istifadə müqabilində alınan haqq təşkil edir. 
İcarə haqqının  əsas hissəsini torpaq rentası  təşkil edir. Torpaq rentası 
dedikdə, torpaq sahiblərinin torpağı icarəyə götürənlərdən aldıqları torpaqdan 
istifadə haqqı formasında olan gəlir nəzərdə tutulur. Torpaq rentasının  əmələ 
gəlmə  səbəbləri torpağın mülkiyyət obyekti olması, torpaq sahələrinin 
münbitliyinin müxtəlif olması, təsərrüfatçılığın müxtəlif intensivlikdə aparılması 
və s. ilə  əlaqədardır. Torpaq rentasının mənbəyi isə torpağı becərənlərin  əməyi, 
daha doğrusu, izafi əməyidir. Belə ki, insan bu və ya digər dərəcədə  əmək sərf 
etməsə ən yaxşı torpaq belə özlüyündə məhsul yetirə bilmir. Atalar demişkən «Bi-
tirər sünbülü iki şah damar - bir adı zəhmətdir, bir adı torpaq». 
İqtisadi  ədəbiyyatda torpaq rentasının öyrənilməsi tarixi 300 ildən artıqdır. 
Rentanın elmi tədqiqinə 1662-ci ildə çap olunmuş «Vergilər və rüsumlar 
haqqında traktat»da rast gəlmək mümkündür. Klassik siyasi iqtisadın banisi olan 
V.Petti rentanın  əmələ  gəlməsində  əməyin rolunu, diferensial rentanı geniş izah 
etmişdir. O, topağın qiymətini və onu müəyyən edən amilləri göstərmişdir. Son-
ralar A.Smit və D.Rikardo tərəfindən də torpaq rentası haqqında maraqlı 
tədqiqatlar aparılmışdır. Torpaq rentası  nəzəriyyəsinin inkişafında K.Marksın da 
 
138


xidməti çox olmuşdur. K.Marksa görə kapitalist torpaq rentası icarədarların torpağa 
tətbiq etdikləri kapital üçün orta mənfəət çıxıldıqdan sonra izafi məhsulun torpaq 
sahiblərinə çatan hissəsidir. 
Müasir dövrdə  dəbdə olan «Ekonomiks» kitabının müəlliflərinə görə isə 
«iqtisadi renta çox kəskin surətdə məhdud olan torpaqlardan və digər resurslardan 
istifadəyə görə ödənilən qiymətdir». 
Rentanın tarixi formalarından - quldar, feodal və kapitalist torpaq rentasını 
göstərmək olar. Quldarlıq cəmiyyətində torpaq rentası qulların, kolonatların və 
xırda azad kəndlilərin  əməyi ilə yaradılmış  və quldarlar tərəfindən 
mənimsənilmişdir. Quldarlar torpağı becərənlərin nəinki izafi məhsulunu, hətta 
zəruri məhsulunun bir hissəsini də mənimsəyirdilər. Qul əməyinin məhsuldarlığı-
nın aşağı olmasına baxmayaraq qulların ucuzluğu və çoxluğu quldara imkan 
verirdi ki, külli miqdarda sərvət sahibi olsunlar. 
Feodal torpaq rentası təhkimli kəndli əməyinin nəticəsi idi. Təhkimli kəndli 
qula nisbətən müəyyən qədər müstəqil olsa da o torpağa bağlı idi. İri torpaq 
sahibləri olan feodallar torpağı becərən təhkimli kəndlilərin izafi məhsulunu torpaq 
rentası formasında mənimsəyirdilər. Feodalizm cəmiyyəti inkişaf etdikcə feodal 
torpaq rentası da müxtəlif formalarda təzahür etmişdir. Feodalizm cəmiyyətinin 
inkişafının ilk dövrlərində  işləyib ödəmə rentası üstünlük kəsb edirdi. Təhkimli 
kəndli həftənin müəyyən günlərini feodalın torpağını, müəyyən günlərini isə 
özünün və ya feodaldan icarəyə götürdüyü torpağı becərirdi. Feodal torpağını 
becərməsi müqabilində  təhkimli kəndli heç bir haqq almırdı. Təhkimli kəndlinin 
sərf etdiyi zəruri və izafi əmək zaman və məkanca aydın hiss olunurdu. Feodalın 
torpağında sərf olunan əmək  izafi, öz təsərrüfatında sərf olunan əmək isə zəruri 
əmək idi. 
Bazar iqtisadiyyatı  şəraitində isə torpaq rentasının aşağıdakı formalarına 
təsadüf edilir. Mütləq torpaq rentası torpaq üzərində xüsusi mülkiyyət inhisarı ilə 
bağlıdır. Torpaq sahibləri (ayrı-ayrı  şəxslər, səhmdar cəmiyyətləri, dövlət)  ən pis 
torpaq sahələrini belə icarədarlara  əvəzsiz, pulsuz vermirlər. Onlar bu sahələrin 
istifadəyə verilməsi müqabilində  də müəyyən haqq tələb edirlər. Bir çox nə-
zəriyyəçilər torpağın milliləşdirilməsi, kənd təsərrüfatının sənaye  əsasları ilə 
aparılmasını misal göstərərək müasir mərhələdə mütləq rentanın aradan çıxdığını 
iddia edirlər. Bizə belə  gəlir ki, bu proseslər bir qrup inkişaf etmiş ölkələrin 
iqtisadiyyatına xarakterikdir. Digər ölkələrdə isə torpaq üzərində xüsusi mülkiyyət 
inhisarı və bununla əlaqədar olaraq mütləq renta da qalmaqdadır. 
Müasir mərhələdə mövcud olan torpaq rentasının  əsas forması diferensial 
rentadır. Bu renta fərq rentası da adlanır. Diferensial rentanın  əmələ  gəlməsi 
şərtləri torpaq sahələrinin münbitliyinin müxtəlif olması, onların satış bazarlarına 
yaxın və ya uzaqda yerləşməsi, torpaqdan müxtəlif intensivlikdə istifadə edilməsi və 
s. ilə əlaqədardır. Bu rentanın mənbəyi torpağı becərənlərin izafi əməyi, səbəbi isə 
torpaq sahələrinin təsərrüfat obyekti inhisarında olmasıdır. Torpaq üzərində 
təsərrüfat obyekti inhisarı o deməkdir ki, müəyyən torpaq sahələrində bu və ya 
digər dövrlərdə yalnız müəyyən  şəxslər təsərrüfatçılıq edə bilərlər. Diferensial 
renta yaranma mənbəyinə  və  mənimsənilmə subyektinə görə birinci və ikinci 
diferensial renta şəklində olur. Birinci diferensial renta torpaq sahələrinin 
 
139


münbitliyi ilə  əlaqədardır. Belə ki, daha münbit sahələrdə  məhsuldarlıq daha 
yüksək olur. Bunun nəticəsində də bu sahələrdə təsərrüfatçılıq edənlər daha yük-
sək gəlir götürürlər. Birinci diferensial renta eləcə  də torpaq sahələrinin satış 
bazarlarına, nəqliyyat qovşaqlarına və sairəyə yaxın-uzaqda olmasından asılı olaraq 
qərarlaşır. Belə ki, yaxınlarda təsərrüfatçılıq edənlər nisbətən az nəqliyyat xərcləri 
çəkir, məhsulları nisbətən az xarab olur. Nəticədə də onlar uzaqlarda təsərrüfatçılıq 
edənlərə nisbətən çox gəlir əldə edirlər. Birinci diferensial rentanın əmələ gəlməsi 
icarədarların fəaliyyəti ilə  əlaqədar olmadığı üçün torpaq sahiblərinə çatır. Torpaq 
sahibləri bu şərtlərdən xəbərdar olduqları üçün həmin sahələr üçün daha çox icarə 
haqqı tələb edirlər. İkinci diferensial renta isə təsərrüfatın daha intensiv aparılması 
ilə əlaqədardır. Belə ki, ayrı-ayrı icarədarlar torpaq sahələrinə əlavə kapital tətbiq 
etməklə  məhsuldarlığı artırmağa nail olurlar. Bunun üçün onlar torpağın 
becərilməsində elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edir, suvarma-
meliorasiya tədbirlərini həyata keçirirlər. Bütün bu tədbirlərin nəticəsində  də 
məhsuldarlıq artır və üstəlik mənfəət əldə edirlər. Bu mənfəət icarədarın fəaliyyəti 
ilə əlaqədar olduğu üçün torpaq sahibinə deyil, icarədara çatır. Ona görə də icarə 
müddəti dövründə ikinci diferensial renta icarədarın, icarə müddəti qurtardıqdan 
sonra isə icarə haqqını artırmaq yolu ilə torpaq sahibinin əlinə keçir. Torpaq 
rentasının formalarından biri də hasilat rentasıdır. Mə’lum olduğu kimi bu və ya 
digər torpaq sahələrinin təkində müəyyən mineral maddələr olur. Hasilat sənayeçiləri 
həmin yeraltı  sərvətlərdən istifadə etmək üçün torpaq sahələrini icarəyə götürürlər. 
İcarəyə götürdükləri sahələr üçün torpaq sahiblərinə icarə haqqını hasilat rentası şək-
lində verirlər. Hasilat rentasının həcmi faydalı qazıntı yatağının həcmi və 
keyfiyyəti, torpaq səthinə  və torpaq sahələrinin kommunikasiya xətlərinə yaxın 
və uzaqda olması  və s. amillərdən asılı olaraq müxtəlif olur. Hasilat rentası da 
diferensial renta şəklində təzahür olunur.  
Torpaqdan istifadə ilə  əlaqədar olaraq əmələ  gələn rentanın formalarından 
biri də inhisar rentasıdır. Mə’lum olduğu kimi bə’zi kənd təsərrüfatı məhsullarının 
yetişdirilməsi xüsusi şəraitin olmasını  tələb edir. Məsələn, hər yerdə  zə’fəran, 
subtropik bitkilər və s. yetişdirmək mümkün deyildir. Belə xüsusi şəraiti olan tor-
paqlar olduqca məhdud, məhsullara olan tələbat isə xeyli yüksəkdir. Buna görə də 
bu məhsullar yüksək inhisar qiymətilə satılır və  təsərrüfatçılıq edənlər inhisar 
mənfəəti, üstəlik mənfəət əldə edirlər. Bu üstəlik mənfəət daimi xarakter daşıdığı 
üçün torpaq sahibləri həmin sahələri inhisar rentası müqabilində icarəyə verirlər. 
Tikinti sahələri üçün olan renta da torpaqdan istifadə ilə  əlaqədar yaranan 
rentanın formalarından biridir. Tikinti sahələri üçün renta - yaşayış binaları, sənaye, 
ticarət müəssisələri və başqa müəssisələr tikməkdən ötrü torpaq icarə edən 
sahibkarların torpaq sahibinə verdikləri rentadır. Torpaq sahələrinin 
kommunikasiya xətlərinə, yaşayış məntəqələrinin mərkəzinə yaxın və uzaq olma-
sından asılı olaraq bu rentanın da miqdarı müxtəlif olur. 
Torpaq müəyyən mə’nada  əmək məhsulu olmasa da mülkiyyət obyekti ol-
duğu üçün bazar iqtisadiyyatı  şəraitində alqı-satqı obyekti rolunu oynayır. 
K.Marksa görə torpağın qiyməti kapitallaşmış rentadır, yə’ni torpağın qiyməti 
torpaq sahəsindən götürülən rentanın miqdarından asılı olaraq müxtəlif olur. 
Torpağın qiymətinə tə’sir edən amillərdən biri də bank faizi normasıdır. Torpağın 
 
140


qiyməti renta ilə düz, bank faizi norması ilə tərs mütənasibdir: 
                                                renta  
               Torpağın qiyməti = 
⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯ x 100% 
                                       bank faizi norması 
 
Cəmiyyətin inkişafı ilə əlaqədar torpağın qiyməti də artır. Çünki məhsuldar 
qüvvələrin inkişafı bir tərəfdən rentanın yüksəlməsinə, digər tərəfdən isə faiz 
normasının aşağı düşməsinə səbəb olur. 
 
§5. Azərbaycanda aparılan aqrar islahatların 
əsas istiqamətləri   
 
Bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin 
ərzaq məhsullarına olan tələbatının yaxın gələcəkdə ödənilməsinin  ən güclü 
ehtiyat mənbəyidir. Məhsul bolluğunun yaradılması 
kəndli-fermer 
təsərrüfatlarının inkişafı  şəraitində bir sıra  şərtlərin və amillərin düzgün nəzərə 
alınmasından asılıdır. Bunlardan ən başlıcası  kəndli-fermer təsərrüfatlarının 
inkişafının əsas istiqamətlərini müəyyən etməkdir. 
Əvvəla, nəzərə almaq lazımdır ki, kəndli-fermer təsərrüfatları xüsusi 
təsərrüfatçılıq forması olub, müstəqil fərdi və ya kollektiv əməyə və iqtisadi fayda 
götürmək prinsipinə  əsaslanan sahibkarlıq formasıdır. Onun fəaliyyəti «Kəndli-
fermer təsərrüfatları haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq 
olaraq, fərdi  şəxsin, ailənin, yaxud qarşılıqlı razılıq  əsasında yaradılmış bir qrup 
əmək qabiliyyətli  şəxslərin  əməyinə istinad edir. Kəndli-fermer təsərrüfatları 
ölkəmizdə mövcud olan kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin 
əsasında yaradılmaqla, digər özəl və dövlət qurumları ilə bərabər hüquqa malikdir 
və istehsalın quruluşunu müəyyən etməkdə istehsal olunan məhsulun qiymətləndiril-
məsi, e’malı, mübadiləsi, satışı və sair məsələlərin həllində sərbəstdir. 
Göstərmək lazımdır ki, bazar münasibətlərinə keçid dövründə kəndli-fermer 
təsərrüfatlarının çoxukladlı  kənd təsərrüfatında bərabərhüquqlu təsərrüfatçılıq 
forması kimi təşəkkül tapması  və inkişaf etməsi bir çox vacib şərtlərin olmasını 
tələb edir. Respublikada hazırki  şəraitdə  kəndli-fermer təsərrüfatlarının inkişafına 
yardım etmək imkanları olduqca məhduddur. Təsərrüfatların inkişafı fermerin 
maddi imkanından asılıdır. Gübrə, toxum, yanacaq, traktora ehtiyat hissələrini almaq 
üçün təsərrüfatlar çətinlik çəkir. 
Respublikada müxtəlif bitkilər üzrə  kəndli-fermer təsərrüfatlarına ayrılan 
torpaqların optimal ölçüsü, onların ixtisaslaşdırılması, kooperasiya formalarının 
müəyyən edilməsi, kəndli-fermer təsərrüfatları üçün kadr hazırlığı sahəsində 
tədbirlərin işlənib həyata keçirilməsi olduqca vacib məsələlərdəndir. Təchizat və 
xidmət sahələrinin özəlləşdirilməsi aqrar sahədə infrastrukturun yeni əsaslarla 
formalaşmasını və səmərəli işləməsini tə’min edən amillərdən asılıdır.  
Bazar iqtisadiyyatında təbii-iqlim  şəraiti, ixtisaslaşma dərəcəsi və digər 
xüsusiyyətlər nəzərə alınmaqla iri, orta və kiçik sahibkarlıq formalarından biri 
digərini tamamlamalı, sağlam rəqabət  şəraitində  hər biri özünəməxsus yerini 
tutmalıdır. 
 
141


Ümumiyyətlə, təcrübə və təhlil nəticəsində aydın olur ki, respublikanın bazar 
münasibətlərinə keçid şəraitində  kənd təsərrüfatında müsbət meyllər  əmələ 
gəlməyə başlamışdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir: 
1. Kənd təsərrüfatında bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq 
tələb-təkliflə əlaqədar yeni struktur dəyişiklikləri baş verir. 
2.  Əhalidə mülkiyyətçilik psixologiyası formalaşmağa başlamış, sərbəst 
fəaliyyətə, yaradıcılığa və sahibkarlığa meyl güclənmişdir. 
3. İslahatın həyata keçirildiyi ilkin mərhələdə dünya təcrübəsinə meyl artmış, 
respublikanın təbii-iqtisadi şəraitinə, kənd təsərrüfatının spesifik xüsusiyyətlərinə, 
adət-ən’ənə və vərdişlərinə uyğun mülkiyyət formalaşmağa başlamışdır. 
4. Respublikada rəqabət mühitinin yaradılması, dünya standartlarının 
tələblərinə uyğun məhsul istehsalı və daxili bazarın qorunması üçün meyllər artır. 
5. Kənd təsərrüfatında istehsalın mərkəzdən, planlı idarə edilməsi özünüidarə 
ilə əvəz edilməyə başlayır, idarəetmə funksiyaları təkmilləşdirilir. 
Bazar münasibətləri  şəraitində  kənd təsərrüfatının inkişafı aqrar islahatının 
aparılmasından, onun əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən, 
islahatın məqsəd və prinsiplərinin nəzəri məsələlərinin elmi cəhətdən 
əsaslandırılmasından asılıdır. «Aqrar islahatın  əsasları haqqında» Azərbaycan 
Respublikasının Qanununda yazılmışdır: «İslahatın məqsədi aqrar bölməni böh-
randan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini 
yaxşılaşdırmaqdır». Söhbət respublikanın aqrar bölməsini yaranmış iqtisadi 
böhrandan çıxarmaq üçün bu barədə  nəzəri və metodoloji məsələlərin 
qoyuluşundan və onun elmi cəhətdən  əsaslandırılmış istiqamətlərinin düzgün 
müəyyənləşdirilməsindən gedir. Bu baxımdan ölkəmizdə  həyata keçirilən aqrar 
islahatının məqsədinin nəzəri cəhətdən əsaslandırılmasının çox böyük əhəmiyyəti 
vardır. 
Azərbaycan Respublikasının «Sovxoz və kolxozların islahatı haqqında» 
qanunu ilə «Aqrar islahatın  əsasları haqqında» qanununda islahatın məqsədinin 
yazılış  məzmunu arasında müxtəlifliyin olması da müşahidə edilir. Belə ki, 
«Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 
islahatın məqsəd və vəzifələri bölməsində qeyd edilir ki, «islahatın məqsədi bazar 
iqtisadiyyatına uyğun müxtəlif növlü təsərrüfat formalarını yaratmaq və aqrar 
bölmədə sahibkarlığı inkişaf etdirməkdir». 
Halbuki, «Aqrar islahatın  əsasları haqqında» Azərbaycan Respublikasının 
Qanununda yuxarıda qeyd etdiyimiz kimi göstərilir ki, «islahatın məqsədi aqrar 
bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək,  əhalinin sosial-iqtisadi 
vəziyyətini yaxşılaşdırmaqdır». Aqrar islahatın məqsəd və  vəzifələrinin  şərhində 
belə yarımçıq ifadələrin işlədilməsi perspektiv məqsədləri dəqiq başa düşməyə 
imkan vermir. 
Aqrar bölmənin və bütünlükdə iqtisadiyyatın bazar münasibətlərinə keçildiyi 
şəraitdə  əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün aşağıdakı 
istiqamətlərdə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir: 
1. Aqrar bölmədə yeni mülkiyyət münasibətlərini formalaşdırmaq. 
2. Torpaq, meliorasiya və su təsərrüfatlarının islahatlarının kompleksliyini 
tə’min etmək. 
 
142


3. Müxtəlif növlü yeni təsərrüfatçılıq formaları yaratmaq. 
Sovxoz və kolxozlar yenidən təşkil edildikdə  və ya onlarda islahat 
aparıldıqda islahatın xüsusiyyətləri nəzərə alınmalıdır. 
1. Sovxoz və kolxozlarda islahat aparılarkən Azərbaycan Respublikasının 
aqrar islahatına dair qəbul etdiyi qanunlar, normativ-hüquqi sənədlər, tövsiyə  və 
tə’limatlarla bərabər islahat aparılan təsərrüfatların ümumi yığıncağının qərarı da 
nəzərə alınır və ümumi yığıncaqlarda baxılır; 
2. İslahatın aparılmasında könüllülük prinsipi bankrot e’lan olunmuş sovxoz 
və kolxozlara şamil edilir; 
3.  İslahat prosesində  əgər iqtisadi cəhətdən məqsədəuyğundursa, hər bir 
sovxoz və kolxozun əsasında bir neçə müxtəlif növlü təsərrüfatlar da yaradıla 
bilər; 
4.  İslahat prosesində  təsərrüfatın rəhbərliyi və maddi-mə’sul  şəxsləri islahat 
başa çatanadək onun maddi-texniki əmlakının saxlanılmasına və qorunmasına 
qanunvericilik daxilində cavabdehlik daşıyır;   
5. Sosial və mühəndis infrastruktur obyektləri kollektivin razılığı ilə 
bələdiyyə mülkiyyətinə verilə bilər. Bu şərtlə ki, həmin obyektlərdən hamı 
bərabər hüquqla məqsədə uyğun surətdə istifadə edə bilsin; 
6.  İslahat prosesində  əvvəlcədən bağlanmış müqavilə öhdəliklərini yerinə 
yetirmək,  əsas və  kənd təsərrüfatı  məhsulları üzrə tapşırıqlara  əməl etmək və s. 
məqsədlər üçün ixtisaslaşdırılmış hüquqi səlahiyyətə malik olan nəzarət qrupları 
yaradıla bilər. 
Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşması üçün yeni 
müxtəlif növlü müəssisələrin yeni təşkilati-hüquqi formaları da yaradılmalıdır. Bu 
obyektiv zərurət ondan irəli gəlir ki, müxtəlif növlü müəssisələr yaradılmadan 
(müxtəlif mülkiyyətə  əsaslanan) bazar infrastrukturu formalaşdırmaq və bu 
şəraitdə azad rəqabət mühiti yaratmaq da qeyri-mümkündür. Məhz ona görə  də 
«Aqrar islahatın  əsasları haqqında» Azərbaycan Respublikasının Qanununda 
göstərilir: «Sovxoz və kolxozların islahatı onların kəndli-fermer təsərrüfatlarına 
bölünməsini, birgə sahibkarlığa  əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı 
müəssisələrinə çevrilməsini, sovxozların bazasında dövlət kənd təsərrüfatı 
müəssisələrinin yaradılmasını,  şəxsi yardımçı  təsərrüfatların inkişafını  nəzərdə 
tutur». Burada eyni zamanda qeyd edilir ki, dövlət kənd təsərrüfatı müəssisələri 
istisna olmaqla inzibati qaydada bir təsərrüfat formasının başqa bir formaya 
çevrilməsinə  və ya ləğv edilməsinə yol verilmir. Deyilənlərdən belə  qənaətə 
gəlmək olur ki, bazar münasibətlərinə keçid və bu şərait üçün rəqabət mühitinin 
yaradılması obyektiv zərurət olub, qanunauyğun bir prosesdir. Odur ki 
Azərbaycan Respublikasında yaradılmış konkret şəraitdən, real hüquqi bazadan is-
tifadə edib, təsərrüfatçılığın müxtəlif növləri inkişaf etdirilməlidir. 
Proqnozlara görə çoxnövlü təsərrüfatçılığı inkişaf etdirmədən aqrar bazarın 
formalaşdırılması üçün rəqabət mühiti yaratmaq qeyri-mümkündür. Odur ki, kənd 
təsərrüfatının bazar münasibətləri  şəraitinə keçirildiyi hazırkı dövrdə ölkəmizdə 
başqa təsərrüfat növləri kimi, elmi cəhətdən  əsaslandırılmış  kəndli-fermer təsər-
rüfatlarının yaradılması da obyektiv zərurət olmaqla yanaşı, qanunauyğun bir pro-
sesdir. Eyni zamanda kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin tənzimlənməsi 
 
143


və onun daha da təkmilləşdirilməsi vacibdir. Çünki, bazar iqtisadiyyatı şəraitində 
kəndli-fermer təsərrüfatları respublikada əhalinin  ərzaq məhsullarına olan tə-
ləbatının yaxın illərdə ödənilməsində  ən güclü ehtiyat mənbəyi hesab edilir. 
Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində 
bir sıra  şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən 
başlıcası  kəndli-fermer təsərrüfatlarının inkişaf parametrlərinin elmi əsaslarla 
hazırlanması və onların əsas istiqamətlərinin müəyyən edilməsidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
144

Document Outline

  • İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə