MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

Ümumi istehsal xərclərinin və ümumi gəlirin müqayisəsi göstərir ki, firma 
mənfəət əldə etdiyi halda, məhsul istehsal etməyin mə’nası vardır. Yə’ni firmanı 
məhsul satışından gələn pul gəliri ilə istehsal xərcləri arasındakı  fərq 
maraqlandırır. Ona görə firma həmişə çalışır ki, «maksimum» gəliri və minimum 
itkini təmin edə biləcək miqdarda məhsul istehsal etsin. Ümumi gəlirin, xərclərin 
və istehsal edilən məhsulun kəmiyyəti arasında qarşılıqlı asılılıq vardır. Belə ki, 
istehsalın aşağı həddi daxilində ümumi xərclər ümumi gəlirdən çox olur və firma 
zərər çəkir; lakin həmin həddən yuxarı qalxdıqda firmanın gəliri olur, burada o 
maksimum mənfəəti optimal bir həddə çatanda əldə edir. Sahibkar öz firmasında 
istehsal amillərinin gəlirlilik səviyyəsini müəyyən etməkdə maraqlıdır. Onun 
məqsədi mənfəət normasında ifadə olunur. Mənfəət norması isə  mənfəətin 
istehsal xərclərinə nisbəti şəklində göstərilir. 
Mənfəət əmtəə istehsalı və bazar iqtisadiyyatının həm son məqsədi, həm də 
hərəkətverici  əsasıdır. Bu, istənilən müəssisə  və firmanın səmərəli fəaliyyətinin 
başlıca stimulu və  əsas göstəricisidir. Yüksək mənfəət kapitalı bir sahədən başqa 
sahəyə axmağa sövq edir. Müasir şəraitdə isə təsərrüfat həyatının beynəlmiləlləş-
məsi prosesində yüksək məhsuldar istehsal üçün milli hədlər dar olanda kapital, 
onun ardınca iş qüvvəsi də sərbəst olaraq bir ölkədən başqa ölkəyə axır. Bu halda 
gəlirlər və  mənfəət problemi daha aktual olur; lakin yalnız praktiklərin deyil
nəzəriyyəçilərin də diqqətini özünə  cəlb edir. Odur ki, mənfəətin təbiəti, onun 
mənbəyi və yaranma mexanizmi açılmayan əsas məsələ olaraq qalır. 
Mə’lumdur ki, kapital amilin gətirdiyi gəlir faizdir. Müasir iqtisadi 
nəzəriyyədə faizə çox vaxt sənayeçinin və ya borc kapitalı sahibinin sahibkar gəliri 
şəklində nə əldə etdiyindən asılı olmayaraq kapitalın qiyməti kimi baxılır. Yə’ni faiz 
özlüyündə mənfəətlə yanaşı gəlirin növlərindən birini təmsil edir. Beləliklə, qeyd 
edə bilərik ki, faiz, kapital sahibinin il ərzində əldə etdiyi gəlirin bir qismidir. Əgər 
bu, faizlə ifadə olunursa, onda belə gəlir faiz dərəcəsi adlanır. Məsələn, banka 10 
min dollar qoyulsa, onun gətirdiyi gəlir və ya faiz 1500 dollar təşkil etsə, faiz 
dərəcəsi 15 faizə bərabər olacaqdır. 
Uzun vaxt dövrü üçün müəyyən edilən orta faiz dərəcəsi hər gün yaranan və 
tez-tez tərəddüd edən  bazar faiz dərəcəsindən  fərqlənir. Faiz kəmiyyətinə  və 
onun tərəddüd etməsinə bir sıra  əsas amillər təsir göstərir. Onlardan ən 
mühümləri bunlardır: 
- kapitalın kəmiyyəti; 
- kapitalın məhsuldarlığı; 
- kapitala tələb və təklif arasındakı nisbət. 
Son vaxtlar «vaxtında üstünlük», «gözləmə» və «özünü saxlamaq üçün 
mükafatlandırma» haqqında danışılır.  Əgər cəmiyyət investisiya şəklində 
yığdığından çox sərf etməyə çalışsa, bu gələcəyə pis təsir edər və istehsalın 
səviyyəsini azaldar. Eləcə  də  əksinə,  əgər cəmiyyət bu gün artıq istehlakdan hər 
hansı şəkildə imtina etməsə, onda bu, onun istehlakını bugünkü əmanətlər hesabına 
xeyli artırar.  
İndi tələb və təklif nəzəriyyəsi əsasında faizin müəyyən edilməsi metodikasını 
nəzərdən keçirək. Bu ideyanın özü heç də sadə deyildir. Əgər sərbəst kapital 
çoxdursa və kapitala tələb böyükdürsə, təklif də azalırsa, onda faizin səviyyəsi 
 
124


yüksələcəkdir. Bu halda tərəddüdlərin həddini necə müəyyən etməli? 
Mənfəət və faiz dərəcəsi arasındakı müvazinətin şərti rəqabətdir. Fərz edək ki, 
investisiya üçün faiz, yığım üçün faizdən çoxdur. Onda borc kapital tələb olunur; 
belə ki, özünün kapitalı çatışmır. Firma kredit götürür, bunun üçün bazar faiz 
dərəcəsi ödəməli olur, nəticədə faizə tələbin yüksəlməsi başlayır. Bu, investisiya 
üçün gəlirləri azaldır; son nəticədə isə kapital üçün gəlir və bazar faiz dərəcəsi 
arasında müvazinət yaranır. Bu o səbəbdən baş verir ki, faiz dərəcəsinin cəhd 
etdiyi maksimum hədd, orta bazar mənfəətinin həddidir. Ciddi desək, onların 
arasındakı mütləq bərabərlik rəqabətin yoxluğu deməkdir, çünki belə vəziyyətdə 
kapital sahibinə kapitalını hara qoymasının əsla fərqi yoxdur. Lakin faiz dərəcəsi 
investisiya üçün faizdən çox olarsa, borc öz mənasını itirməyə başlar. 
Böhran dövründə iqtisadiyyatın sabitsizliyi kimi amillərin təsiri nəticəsində 
faiz dərəcəsi istehsalın ixtisarında maksimum səviyyəsinə çata bilər. Məsələn, 
Reyqan hökumətinin həvəsləndirici siyasəti nəticəsində 80-cı illərdə faiz dərəcəsi 
çox yüksək idi  (18-20 faizə çatmışdı); investisiya üçün real gəlir isə 8-10 faiz 
səviyyəsində dəyişirdi. Belə siyasət əlavə məsrəf tələb edirdi. 
Kapital amilin gətirdiyi faizə təsir edən başqa hadisə böhrandır. Böhran vaxtı 
istehsal edilmiş  əmtəələr bazar tapmır; müqavilə öhdəliklərini ödəmək üçün pula 
tələb yüksəlir, təklif azalır, faiz dərəcəsi artır və maksimum səviyyəyə çatır. 
Halbuki faiz dərəcəsinin minimal həddi nəzəri baxımdan sıfra bərabərdir. Bu, 
depressiya dövründə sənaye durğunluq keçirəndə maksimum azalır; borc kapitalı 
təklifi isə artır; belə ki, çoxlu kapital tətbiq sahəsi tapa bilmir. 
 
§6. Əmək haqqının mahiyyəti və formaları 
 
Yuxarıda qeyd olunduğu kimi istehsal amillərindən biri də  əmək amilidir. 
Əmək digər cansız amilləri hərəkətə  gətirərək insanların tələbatını ödəmək üçün 
lazım olan məhsul və ya xidmətlər istehsal edir. Əməyin bu xidmətindən istifadə 
edən istehsal vasitələri sahibləri və ya istehsal vasitələrinə  sərəncam verənlər 
əmək sərf edənə, yə’ni iş qüvvəsinin mülkiyyətçisinə müəyyən haqq ödəyirlər. 
İşləyənə ödənilən bu haqq əmək haqqı hesab olunur. 
Əmək haqqının elmi mahiyyəti müxtəlif nəzəriyyəçilər tərəfindən müxtəlif 
cür izah olunur. Klassiklər və onların müasir davamçıları  əmək haqqı dedikdə, 
əmək məhsulunun qiyməti və ya əmək xidmətinin qiyməti hesab edirlər. U.Petti 
və A.Smitin görüşlərini qəbul edən D.Rikardo əməyin «təbii» və «bazar» 
qiymətini fərqləndirmişdir. Əməyin «təbii» qiyməti dedikdə, fəhlənin mövcud ol-
ması  və sadə  təkrar istehsalı üçün lazım olan yaşayış vasitələrinin qiymətini 
nəzərdə tuturdu. Əməyin «bazar» qiyməti dedikdə isə bazarda tələb və təklifdən asılı 
olaraq əməyə verilən qiyməti nəzərdə tuturdu. O yazırdı ki, «bazar» qiyməti «təbii» 
qiymətə yaxınlaşmalıdır. 
Əmək haqqına dair D.Rikardonun baxışı  və T.Maltusun əhali artıqlığı 
nəzəriyyəsi F.Lassalın əmək haqqının «Dəmir qanunu»nun əsasını təşkil edir. Bu 
«qanun»da  əmək haqqını yaşayış minimumuna bağlayır, işçilərin yoxsulluğunu 
ictimai hadisə deyil, təbii hadisə hesab edir. 
İstehsal olunan məhsulun miqdarı  və keyfiyyəti ayrı-ayrı  işçilərin 
 
125


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə