MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

artımı buraxılışının 1/4-ni əldə etməyə imkan verir. 
Bu nəticələr bütün cəmiyyətə aid olduğuna görə göstərilən indekslər (3/4 və 
1/4)  aqreqat adlanır; məhsul buraxılışı  və istehsal amilləri arasındakı asılılıq isə 
Duqlas və Solou istehsal aqreqat funksiyası adı altında həyata daxil olmuşdur. 
Beləliklə, Duqlas və Solou nəticələri əsasında faydalılıq nəzəriyyəsi iqtisadi üsul 
adı ilə təklif olunmuşdur. Bu təklifə görə «insan kapitala vəsait qoyuluşu», əmək 
istehsal vasitələrinin, yə’ni kapitalın artımına nisbətən istehsalın yüksəlməsinə 
daha böyük fayda verir. 
Ona görə  də iqtisad elmi, hər  şeydən  əvvəl,  əmək kimi istehsal amilinin 
faydasını daha da yüksəltməyin yeni yollarını axtarır. Burada insan münasibətləri 
nəzəriyyəsi, sosial partnyorluq və i.a. müstəsna əhəmiyyət kəsb edir ki, bunlar da 
işçinin istehsalın nəticələrində daha çox marağını  təmin edən  şərtlərdir.  İşçinin 
marağı isə elə güclü amildir ki, onu səma cisimləri arasındakı cazibə 
qüvvəsinə bənzətmək olar.  
Deyilənlər istehsalın yalnız  əməkdən yaxşı istifadə olunması hesabına 
artırılması demək deyil. Söhbət başqa şeydən gedir. Duqlas və Solou göstərmişlər 
ki, indi əmək istehsalın ən mühüm amilidir; çünki o daha çox məhsul buraxılışı 
təmin edir. 
Müxtəlif istehsal növləri üçün istehsalın funksiyaları müxtəlif olsa da, 
onların hamısına ümumi xüsusiyyət xasdır.  
 
§4. İstehsal amillərinin optimal nisbəti  
və dövriyyəsini sür’ətləndirmək yolları 
 
Təbiətdə olduğu kimi cəmiyyətin iqtisadi həyatı da müəyyən nisbətliyə 
əsaslanır. Məsələn, təkrar istehsalın ümumi iqtisadi, sahələrarası, sahədaxili, 
istehsaldaxili və  ərazi kimi nisbətləri vardır. Bu nisbətlər  şübhəsiz istehsal 
amilləri nisbətilə  əlaqədardır. Doğrudur, maddi ne’mətlərin istehsalı prosesində 
həmin amillər dəsti müəyyən nisbətdə olur. Əsl məsələ onların optimal nisbətini 
tə’min etməkdir. Bunu resurslardan, xüsusilə tükənən resurslardan daha səmərəli 
istifadə etmək, istehsal amillərinin düzgün əlaqələndirilməsi və xeyirli əvəzlənməsi 
mənafeyi, getdikcə güclənən rəqabət mübarizəsi şəraitində bazarda üstün mövqe 
tutmaq cəhdi tələb edir. Ona görə  də müəssisə  və ya firma sahibi çalışır ki, is-
tifadə olunan istehsal amilləri dəstində  hər bir amilin daha çox gəlir gətirməsi 
üçün onların optimal nisbətdə sərfinə nail olunsun. Belə ki, müəyyən müəssisədə 
mövcud istehsal vasitələrini hərəkətə  gətirmək üçün lazım olduğu miqdarda işçi 
qüvvəsi cəlb edilərsə, istehsalın həm maddi, həm də canlı amillərinin imkanları 
tam reallaşar. Eləcə də əksinə, işçi qüvvəsi tələb olunduğundan çox olarsa, onda 
adamların qabiliyyətindən natamam istifadə edilər; onların yaradıcı imkanlarının 
bir qismi müəyyən miqdarda istehlak dəyərlərində maddiləşməz. Nəticədə, 
xərclərin quruluşunda canlı əmək məsrəflərinin xüsusi çəkisi artar, məhsul vahidi 
isə baha başa gələr. 
İnkişaf etmiş sivil ölkələrdə səmərəli təsərrüfatçılığa nail olmaq üçün istehsal 
amillərinin optimal nisbətini tə’min etmək problemi sahibkarlıq fəaliyyətinin diqqət 
mərkəzində durur. Bu problem cəmiyyətin iqtisadi həyatında getdikcə daha mühüm 
 
120


əhəmiyyət kəsb edir. Belə ki, istehsal amillərinin optimal nisbətdə sərfi nəticəsində 
onların imkanları daha çox və yüksək keyfiyyətli istehlak dəyərlərinə çevrilir, 
istehsalın səmərəliliyi yüksəlir. 
Bu problemin həllinə nail olunması respublikanın iqtisadiyyatını yüksəltmək 
baxımından çox vacibdir. Ölkəmiz hər cür istehsal resursları ilə çox zəngindir. 
Ölkəmizin mənafeyi və xalqın rifahının yüksəldilməsi onlardan səmərəli və optimal 
nisbətdə istifadə olunmasını təkidlə tələb edir. 
İstehsal prosesinin fasiləsizliyi,  əslində istehsal amilləri sərfinin fasiləsizliyi 
deməkdir. Bu fasiləsizlik daimi və vaxtaşırı bir prosesdir. Məhz burada istehsal 
amillərinin dövriyyəsi özünü büruzə verir. Bu baxımdan K.Marksın kapitalın 
dövriyyəsinə verdiyi tə’rifi istehsal amillərinə  də aid etmək olar: «Ayrıca bir 
əməliyyat kimi deyil, vaxtaşırı proses kimi müəyyən olunan kapital dövranına 
kapitalın dövriyyəsi deyilir». Kapital digər istehsal amillərindən ayrı-ayrılıqda 
dövr edə bilməz. Onda başqa istehsal amilləri də kapital ilə birlikdə dövr edir. 
Maddi nemətlər istehsalında istehsal amilləri bu və ya digər dərəcədə 
istehlak olunur. Belə ki, torpağın qida maddələri,  əmək cisimləri və  əmək bir 
istehlak tsiklində istehlak olunur, öz dəyərini yeni məhsulda maddiləşdirir; əmək 
vasitələri  şəklində olan kapital isə öz dəyərini yaradılan məhsula hissə-hissə 
keçirir. Bu proses daimi surətdə təkrarlanır və amillərin dövriyyəsini göstərir. 
Müəssisə  və ya firma sahibi istehsal amillərinin dövriyyəsini sür-
ətləndirməkdə bilavasitə maraqlıdır, çünki istehsal amilləri nə  qədər çox dövr 
etsə, bir o qədər çox gəlir - mənfəət gətirər. Amillərin hərəkəti müəyyən vaxt 
ərzində baş verir. Onların dövriyyəsi vaxtı amillərin istehsal və  tədavül 
mərhələlərindən keçdiyi vaxtın cəmindən ibarətdir. Bu baxımdan dövriyyə 
vaxtının qısaldılmasına istehsal və  tədavül vaxtı mühüm təsir göstərir.  İstehsal 
vaxtının mühüm tərkib hissəsi iş dövrüdür. İş dövrü nə qədər qısadırsa, amillərin 
dövriyyəsi də bir o qədər sür’ətlidir. Bunun üçün əmək məhsuldarlığı  və 
intensivliyini yüksəltmək, çoxnövbəli iş günü, müxtəlif növ texniki 
təkmilləşdirmələr və s. tətbiq etmək yolu ilə iş dövrü qısaldılır. 
 
§5. İstehsal amilləri üzrə gəlirlərin formalaşması 
 
İqtisad elmində yüz illər  ərzində  əmtəə  dəyərinin yaradılmasında hər bir 
amilin rolu barədə mübahisələr getmişdir. Klassik siyasi iqtisad bu prosesdə 
əməyin birinciliyini qəbul etdiyi halda, marksist ənənəsi, dəyəri yalnız  əməyin 
mücərrəd ifadəsində nəticəsi kimi şərh etmişdir. İndi də mübahisə davam etsə də, 
iqtisadçılar təcrübədə «üç amil nəzəriyyəsi» adlanan konsepsiyaya istinad edirlər.  
İstehsalın hər bir amili öz sahibinə  gəlir gətirməyə qabildir. Belə ki, 
«kapital» «mənfəət», «əmək» «əmək haqqı», «torpaq» isə «renta» gətirir. 
 
Рå ñ ó ð ñ ë à ð      À ì  è ë ë ÿ ð       Ý ÿ ë è ð ë ÿ ð 
«Ò ÿ á è è»       «ò î  ð ï  à ã »       «ð å í  ò à» 
«Ì  à ä ä è»        «ê à ï  è ò à ë»       « ì  ÿ  í   ô  ÿ ÿ ò» 
«Ì  à ë è é é ÿ» 
«ß  ì  ÿ ê»        «ÿ ì  ÿ ê»       «ÿ ì  ÿ ê   ù à ã ã û» 
 
 
 
121


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə