MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

Bütün amillərin gəlirliliyi o deməkdir ki, onların sahiblərinin hamısı sərbəst 
və bərabərhüquqlu müttəfiqdir. Hətta burada iqtisadi ədalət haqqında söhbət gedə 
bilər ki, istehsalın hər bir iştirakçısının gəliri məcmu gəlirin yaradılmasında iştirak 
edən ona məxsus amillərin töhfəsinə mütabiqdir. 
Biz deyəndə ki, istehsal onun üç amilinin qarşılıqlı  fəaliyyətidir, onda 
istehsalın texnoloji xarakterini veririk. Lakin nə qədər ki, hər bir amil öz sahibini 
təmsil edir, onda istehsal ictimai xarakter alır, sosial proses olur. İstehsal, onun 
amillərinin sahibləri arasında istehsal münasibətlərinin nəticəsinə çevrilir. Belə 
olan halda isə mülkiyyətçi rolunda həm fərdlər, həm onların qrupları, həm də 
sosial təsisatlar çıxış edə bilər; onda istehsal müxtəlif iqtisadi subyektlərin 
qarşılıqlı münasibətlərini təmsil edir, yəni fərdi, kollektiv, dövlət kimi müxtəlif 
mülkiyyət formalarının qarşılıqlı fəaliyyəti özünü büruzə verir. 
Artıq deyildiyi kimi istehsal amilləri mülkiyyətçilərinin hamısının istehsalda 
bilavasitə  iştirakı  zəruri deyildir. Lakin bu, yalnız «torpaq» və «kapital» kimi 
özgəninkiləşdirilmiş istehsal amilləri mülkiyyətçilərinin imtiyazıdır.  Əmək 
qabiliyyətini isə özgəsinə vermək mümkün deyil. Ona görə yalnız «əmək» amilini 
təmsil edən kəs istehsal prosesində həmişə, bilavasitə iştirak etməlidir. Beləliklə, 
onun «muzdlu işçi» statusu obyektivdir; həm də bu, başqa istehsal amillərinin 
mülkiyyətçisi olmaqda ona mane olmur. Belə ki, muzdlu işçi də səhm, daşınmaz 
əmlak və s. əldə edə bilər.  
Konkret iqtisadi şəraitdə  hər bir amilin gəlirlilik ölçüsü iqtisadi 
nəzəriyyənin mərkəzi problemlərindən biridir. Bütün sonrakı mühazirələr 
faktiki olaraq buna həsr edilmişdir. Axı, iqtisad elmi istehsal amillərinin gəlirliliyi 
haqqında elmdir. Lakin indiki halda bizi «əmək», «torpaq» və «kapital»ın qarşılıqlı 
fəaliyyət sistemi kimi istehsal prosesi maraqlandırır.  
İstehsal amillərinin sahibi üçün gəlir olan şey həmin amilləri alan üçün 
xərcdir. Belə ki, iş qüvvəsinin sahibi üçün əmək haqqı gəlir, müəssisə üçün isə bu, 
istehsal xərcidir.  
İqtisadi nəzəriyyədə gəlirin iki fərqli növündən bəhs edilir. Birincici, xücuci 
təcərrüfat anlayışı kimi, yə’ni mikrocəviyyədə  gəlir. Buraya muzdlu işdən, 
cahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gəlirlər aiddir; ikincici, xalq təcərrüfat 
anlayışı kimi, yəni makroiqticadi cəviyyədə gəlir. 
Burada ictehcal amillərindən ictifadə olunmacı  əcacında,  funkcional bölgü 
nəticəcində  əldə edilən gəlirləri təhlil etmək lazımdır. Funkcional bölgüdən 
gəlirlərin fərdi bölgücü fərqləndirilir ki, bu da cəmiyyətin məcmu gəlirinin ayrı-
ayrı şəxclər, ailələr, ev təcərrüfatları və i.a. arasında bölgüsünü göstərir. Bu bölgü 
makroiqtisadiyyat haqqında bölmədə  nəzərdən keçirilir. Makrosəviyyədə  gəlir 
haqqında ən ümumi təsəvvürü aşağıdakı tərifdən görə bilərik: 
Gəlir - müəyyən vaxt ərzində təsərrüfat fəaliyyəti nəticəsində əldə edilən 
pul vəsaitidir. Bu, müəssisə (firma),  fiziki şəxs və ya bütün cəmiyyətin işinin pul 
ifadəsində, yə’ni manat, dollar, marka və s. ilə yekunudur.  
Gəlirlərin təsnifatı müxtəlif meyarlar üzrə aparılır.  Əgər gəlirləri 
mənimsəmə subyektindən asılı olaraq fərqləndirsək, bu halda gəlirlər aşağıdakı 
kimi bölünür:  
- əhali gəlirləri;  
 
122


- müəssisənin (firmanın) gəlirləri; 
- dövlətin gəlirləri; 
- cəmiyyətin gəlirləri. 
Həmin gəlirlərin məcmusu cəmiyyətin maksimum tələbini müəyyən edir. 
Əldə olunan və real sərəncamda olan gəlirin kəmiyyətindən asılı olaraq əhalinin 
gəlirləri bir neçə yerə  bölünür: 
- nominal gəlir - bu, əldə olunan pulun ümumi məbləğidir; 
- sərəncamda olan və ya xalis gəlir - bu, vergilər çıxılandan sonra qalan 
qalıqdır; 
- real gəlir - yəni qiymətlərin dəyişilməsinə edilən düzəlişlə xalis gəlir. 
Müəssisə və ya firma gəlirlərinin təhlilində belə anlayışlardan istifadə edilir: 
-  ümumi gəlir  - bu, bütün məhsulun reallaşmasından  əldə edilən məbləğə 
bərabərdir. 
orta gəlir - satılmış məhsul vahidinə hesablanmış məbləğ. 
son gəlir - bu, əlavə məhsul vahidinin satışından əldə olunan ümumi gəlirin 
artmasını göstərir. O, ümumi gəlir artımının məhsulun kəmiyyət artımına nisbəti 
kimi hesablanır. 
 
                                               Ümumi gəlir artımı 
Son gəlir = 
⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯ 
                                               Məhsul artımı 
 
Ümumi və son gəlirlərin fərqləndirilməsi gəlirlərin azalması qanununun 
fəaliyyəti ilə əlaqədar mühüm əhəmiyyət kəsb edir. 
Gəlirlərin azalması qanununun mahiyyəti ondan ibarətdir ki, başqa 
istehsal amillərinin kəmiyyəti dəyişmədən,  əlavə  sərf edilən hər bir amil 
məsrəfi getdikcə az həcmdə əlavə məhsul, yəni az ümumi gəlir verir. 
Başqa nəticə bütün istehsal amillərini eyni və eyni vaxtda artırmaqla  əldə 
oluna bilər. Bu halda müəssisənin məhsul buraxılışı  və ümumi gəliri istehsal 
amillərinin artmasına nisbətən o qədər və ya daha çox artır. Belə vəziyyət istehsal 
miqyasının artması  əsasında gəlirlilik artımı adlanır. Bu fenomen 
aşağıdakılarla şərtlənir: 
- birincisi, iri istehsal miqyasında əmək əməliyyatlarının ixtisaslaşması əmək 
məhsuldarlığını və onun artması hesabına müəssisənin gəlirlərini yüksəldir; 
- ikincisi, idarəetmə funksiyalarının ixtisaslaşması da həmin nəticəni verir; 
- üçüncüsü, baha qiymətli və güclü kompüterlərin, robottexnika kompleksinin 
səmərəli tətbiqi. 
Firmanın ümumi gəlirinin dinamikası göstərir ki, müəyyən vəziyyət həddinə 
qədər  əmtəə istehsalı ümumi gəliri artırır. Həmin həddən sonra onun səmərəsi 
aşağı düşür. Deməli, istehsalın miqyası maksimal həddinə doğru hərəkət etdikcə 
onun amillərinin gətirdiyi gəlir artmağa başladığı halda, sonra tədricən azalmağa 
meyl edir. Həmin həddən sonrakı son gəlir də sıfra çatır. 
Bazarın əmtəə kütləsilə dolduğu şəraitdə son gəlir adətən qiymətdən az olur. 
Bu onunla əlaqədardır ki, əmtəə təklifinin artması bazar qiymətlərinin azalmasına 
səbəb olur. 
 
123


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə