MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   66   67   68   69   70   71   72   73   74

fəaliyyətindən asılı olan sahələrdə  işə görə  əmək haqqı ödənilir. Bu sahələrdə 
işləyənlərin aldıqları haqq işin miqdar və keyfiyyətindən, iş vahidinin 
qiymətindən asılı olur. 
Əmək haqqının ödənilməsinin bu iki formasının müxtəlif sistemləri də tətbiq 
olunur.  Əsrin  əvvəllərində teylorizm, fordizm sistemləri üstünlük kəsb etmişdir. 
60-cı illərdə bu sistemlər nisbətən kobud olduğu üçün, insan amilini istehsal va-
sitələrinin hissəsinə çevirdiyi üçün xeyli tənqid olunmuşdur. Müasir mərhələdə da-
ha incə sistemlər «mənfəətdə  iştirak», «iş yerinin analitik qiymətləndirilməsi», 
«xidmətə görə» və s. tətbiq olunur. Əmək haqqının təşkilinin bu incə sistemlərinin 
tətbiqində  məqsəd işçinin  əməyi ilə yaradılan izafi məhsul «gülə-gülə, işçinin 
ruhu incimədən» mülkiyyətçilər tərəfindən mənimsənilməsini tə’min etməkdir. 
Mülkiyyət sahibləri və onların sərəncam verənləri lazım olduqda «xidmətə görə» 
haqq alanların işsiz qalmalarına da sərəncam verirlər. 
İstehsalın şəxsi amilinin aldığı əmək haqqı səviyyəsinə görə: nominal və real 
əmək haqqına ayrılır. Nominal əmək haqqı dedikdə, işçinin pul formasında aldığı 
haqq nəzərdə tutulur. 100 min manat, 500 rubl, 100 dollar və s. Nominal əmək 
haqqının səviyyəsi müxtəlif ölkələrdə, müxtəlif sahə  və müəssisələrdə 
(firmalarda) çox müxtəlifdir. 
Nominal  əmək haqqının müxtəlif ölkələrdə müxtəlifliyi ölkənin iqtisadi 
inkişaf səviyyəsindən, həmkarlar təşkilatlarının mübarizliyindən, təbii şəraitdən və 
s. asılıdır. Ölkənin iqtisadi inkişaf səviyyəsinin  əsas göstəricisi  əmək 
məhsuldarlığı olduğu üçün onun yüksək olduğu ölkələrdə nominal əmək haqqının 
səviyyəsi də yüksək olur və əksinə. Əmək məhsuldarlığı ilə əmək haqqı arasında 
müəyyən nisbət, qanunauyğunluq mövcuddur. Belə ki, nisbətən yüksək əmək haqqı 
alan işçi daha məhsuldar işləyir və nəticədə ölkədə ictimai əmək məhsuldarlığı daha 
yüksək olur. Əmək məhsuldarlığı yüksəldikcə əmək haqqı da artırılmalıdır. Lakin 
əmək məhsuldarlığının artım sürəti daha yüksək olmalıdır. 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 17. KAPİTAL HAQQINDA NƏZƏRİYYƏLƏR.  
ONUN DÖVRANI VƏ DÖVRİYYƏSİ 
 
§1. Kapital nəzəriyyələri 
§2. Kapitalın tarixi ilkin formaları 
§3. Ticarət və borc kapitalı 
§4. Kapitalın dövranı və dövriyyəsi 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1. 
«İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev,
 
Ə.P.Babayev, 
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
 
 
126


2.  Экономическая  теория  (Политэкономия):  Учебник / Под  общей  ред. 
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с. 
3.  Экономическая  теория.  Учебник  для  вузов.  Под  ред.  Г.П. 
Журавлевой,  В.М.  Юрьева. –Тамбов:  Изд-во:  Тамбовского 
университета, 2000,–757с. 
4.  Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
5.  Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И. 
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 
с.  
6.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
7.  Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.: 
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
8.  Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н. 
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997. 
9.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993. 
11.
 
Экономика  переходного  периода / Под  ред.  В.В.     Радаева,  А.В. 
Бузгалина. –М.: Изд-во МГУ, 1995. 
12.
 
 Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,  1994, –736 с. 
 
 
 
 
 
§1. Kapital nəzəriyyələri 
 
Müasir bazar iqtisadiyyatı şəraitində kapital kateqoriyasının öyrənilməsi, onun 
hərəkətinin nəzərdən keçirilməsi azad sahibkarlar üçün böyük nəzəri və təcrübəvi 
əhəmiyyətə malikdir. Kapital nəzəriyyələrini belə qruplaşdırmaq olar: birinci, 
kapitalın merkantilist təsviri; ikinci, kapitalın fiziokrat tədqiqi; üçüncü, kapitalın 
klassik burjua tərifi; dördüncü, kapitalın marksist tərifi; beşinci, kapitalın 
neoklassik və müasir izahı. 
Merkantilistlər sərvəti pul ilə eyniləşdirirdilər. «Sərvət puldur» - deyə onu 
qızıl və gümüş yığımından ibarət sayırdılar.  
Merkantilistlər pula həqiqi kapital kimi yanaşırdılar. Onlar göstərirdilər ki, 
pulun yeni pul «yaratması» üçün o, hərəkətə gətirilməlidir. 
Fiziokratlar öz «xalis məhsul» təlimində izafi məhsul mənbəyini 
merkantilistlərin  əsas fikirlərinin  əksinə olaraq, tədavül dairəsindən istehsal 
dairəsinə keçirmiş  və beləliklə, kapitalist istehsalını  təhlil etməyin  əsasını 
qoymuşlar. Lakin fiziokratlar ancaq kənd təsərrüfatının məhsullarını  əsil sərvət 
hesab edirdilər. Fiziokratların təliminə görə  məhz  əkinçilikdə  təbiətin yardımı ilə 
 
127


«xalis məhsul»  əmələ  gəlir. Onlar əkinçi  əməyindən başqa, bütün digər istehsal 
sahələrində, o cümlədən sənaye sahələrində  sərf olunan əməyi qeyri-məhsuldar 
əmək adlandırırlar. Klassik siyasi iqtisadın banilərindən biri olan A.Smit kapitalın 
təhlilini bütün maddi istehsal dairəsinə  şamil edirdi. O, fiziokratların fikirlərini 
dəqiqləşdirib əsas və dövriyyə kapitalının nə olduğunu göstərirdi. Deməli, əsas və 
dövriyyə kapitalı kateqoriyalarını A.Smit kəşf etmişdir. 
D.Rikardo A.Smitin iqtisadi təlimini davam etdirmişdir. Dəyərin yaradılması 
prosesində kapitalın oynadığı rol haqqında D.Rikardonun A.Smitə nisbətən təhlili 
daha aydındır. O, kapitala istehsal vasitələrində  təcəssüm etmiş, yığılmış  əmək 
kimi tərif verir. Lakin D.Rikardo da kapitalı istehsal vasitələri ilə eyniləşdirir. 
A.Smit kapitalın ancaq bəşər cəmiyyətinin müəyyən inkişaf mərhələsində meydana 
gəldiyini qəti bildirdiyi halda, D.Rikardo kapitalın müəyyən bir ictimai münasibət 
olduğunu tamamilə inkar edir. D.Rikardo mənfəəti izafi məhsulla eyniləşdirir. 
D.Rikardo kapitalı ölkənin sərvətinin istehsal prosesində istifadə edilən və əməyi 
hərəkətə  gətirmək üçün zəruri olan qidadan, geyimdən, alətlərdən, xammaldan, 
maşınlardan və sairdən ibarət olan tam hesab edirdi. 
Nəhayət, XIX əsrdə siyasi iqtisad sahəsində yeni bir məktəb də meydana gəldi 
- Marksizm məktəbi. Marks kapitalın burjua klassikləri tərəfindən verilmiş 
təriflərini rədd edirdi. O deyirdi ki, kapital şey deyil, müəyyən ictimai istehsal 
münasibətidir və bu münasibət şeydə təmsil olunub və həmin şeyə spesifik ictimai 
xarakter verir. Kapital maddi və istehsal olunmuş istehsal vasitələrinin məcmuyu 
deyildir. Ka-pital kapitala çevrilmiş istehsal vasitələridir ki, bunlar özlüyündə 
kapital deyildir, necə ki, qızıl və ya gümüş özlüyündə pul deyildir. İstehsal 
vasitələri və pul o zaman kapitala çevrilir ki, muzdlu əməyin istismar olunmasında 
vasitə kimi çıxış edir. 
Neoklassiklərin kapital və faiz haqqındakı fikirləri hələ E.Bem-Baverk, 
K.Viksell, Y.Şumpeter, L.Valras, Con Klark, A.Marşal,  İrvinq Fişer və başqaları 
tərəfindən irəli sürülmüşdür. Neoklassiklərin nəzəriyyəsində başlıca nailiyyət 
«klassik üç amil» formulunun ümumiyyətlə  rədd edilməsidir. Kapital onlar üçün 
adi istehsal vasitələri deyildir. Kapital sahiblərinə manevr etmək imkanı verən 
vasitədir. Y.Şumpeter kapitala belə bir tərif verir: «Kapital sahibkarın  əlində ona 
lazım olan sərvəti mənimsəmək, öz sərəncamına almaq üçün, istehsalı yeni 
istiqamətə yönəltmək üçün vasitədən başqa bir şey deyildir». 
 
§2. Kapitalın tarixi ilkin formaları 
 
Sənaye kapitalı bugünkü yeganə  və hökmran formaya birdən-birə 
çatmamışdır. Onun sələfləri hələ kapitalizmdən  əvvəlki quruluşlarda fəaliyyətə 
başlamışdır. Kapitalın ilkin tarixi formaları ikinci və üçüncü iri ictimai əmək 
bölgüsü ilə əlaqədar meydana gələn sələm və tacir kapitalı adlanır.  
Sələm kapitalı kapitalizmdən  əvvəlki dövrlərin məhsulu idi və o, həmin 
quruluşlarda  şəhər və  kənd zəhmətkeşlərinin istismarını daha da gücləndirirdi. 
Sələm və borc kapitalı bir-birindən borclunun xarakteri etibarı ilə  fərqlənir. 
Quldarlıq və feodalizm dövründə borc verənlər pul kapitalı sahibləri - tacirlər, 
məbədlər, kilsələr, monastırlar olmuşlar. Borc alanlar isə, bir tərəfdən iri torpaq 
 
128


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə