MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   66   67   68   69   70   71   72   73   74

təsərrüfatının əsas istehsal vasitəsi olan torpaq mülkiyyət obyekti rolunu da yerinə 
yetirir. Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində mülkiyyətin müxtəlif 
formalarına təsadüf edilmişdir. Müasir mərhələdə torpaq üzərində mülkiyyətin 
əsas formalarına - xüsusi, dövlət, qrup (səhmdar) və  bələdiyyə mülkiyyətini aid 
etmək olar.  
Torpaq üzərində mülkiyyətlə və torpaqdan istifadə edilməsi ilə əlaqədar olan 
münasibətlər aqrar münasibətlər adlanır. Bu aqrar münasibətlər ilk növbədə istehsal 
vasitələri üzərində mülkiyyətin forması ilə müəyyən olunan ictimai istehsal 
münasibətlərinin tərkib hissəsidir. Məhsuldar qüvvələrin inkişafı aqrar 
münasibətlərin də dəyişilməsinə səbəb olur. Belə ki, feodalizmə iri torpaq sahib-
karlığı və torpaqdan istifadə edən təhkimli kəndlilərin olması xarakterik idi. Bə’zi 
ölkələrdə bu mülkiyyət forması və ona müvafiq mülkiyyət münasibətləri tədricən 
islahatlar həyata keçirmək yolu ilə dağılır. Bə’zi ölkələrdə isə baş verən burjua 
inqilabları  nəticəsində iri torpaq sahibkarlığı  ləğv edilmiş  və torpaq üzərində 
fermerlərin və ya dövlətin mülkiyyəti qərarlaşmışdır. Müxtəlif ölkələrdə bu proses 
müxtəlif cür həyata keçirilmişdir. Belə ki, bə‘zi ölkələrdə torpağın müəyyən hissəsi 
dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə  və fermerlərin mülkiyyətinə 
çevrilmişdir. Digər ölkələrdə isə torpaq üzərində dövlət mülkiyyəti bərqərar 
edilmiş və o, istifadə edənlərin sərəncamına verilmişdir. Məsələn, 1917-ci il Oktyabr 
inqilabından sonra Rusiyada formalaşan sosialist təsərrüfat sisteminə daxil olan 
respublikalarda, o cümlədən Azərbaycanda torpaqlar milliləşdirilərək dövlət 
mülkiyyətinə çevrilmiş  və onların  əsas hissəsi pulsuz olaraq kəndlilərin 
istifadəsinə verilmişdir. Tədricən kollektivləşdirmə həyata keçirilmiş və kollektiv 
kənd təsərrüfatı müəssisələri-kolxozlar yaranmışdır. Dövlət mülkiyyətində olan 
torpaqların bir hissəsində isə dövlət kənd təsərrüfatı müəssisələri - sovxozlar təşkil 
olunmuşdur. Hollandiyada da torpaq dövlət mülkiyyətindədir.  İsraildə isə  kənd 
təsərrüfatına yararlı torpaqların 80%-i dövlətə məxsusdur. 
Bazar iqtisadiyyatına keçidlə  əlaqədar olaraq aparılan islahatlar nəticəsində 
Azərbaycanda torpaq üzərində mülkiyyətin aşağıdakı formaları qərarlaşmışdır:  
a) dövlət mülkiyyətində olan torpaqlar: dövlət meşə fondu torpaqları, su 
fondu torpaqları, dövlət ehtiyatında olan torpaqlar və s. Dövlət mülkiyyətində 
olan torpaqlar ümumi torpaq fondunun çox hissəsini təşkil edir. 
b) bələdiyyə mülkiyyətində olan torpaqlara yaşayış məntəqələrinin yerləşdiyi 
və onların ətrafında olan torpaqlar aiddir. 
v) xüsusi mülkiyyətdə olan torpaqlara isə kolxoz və sovxozların ləğv 
edilməsi nəticəsində kəndlilərin mülkiyyətinə verilmiş torpaq sahələri daxildir. 
Torpaq üzərində mülkiyyət müxtəlifliyi ilə yanaşı torpaqdan istifadə edən 
təsərrüfatların da müxtəlif formalarına rast gəlmək mümkündür. Bunlardan ən 
geniş yayılmışı fermer təsərrüfatı formasıdır. Fermer təsərrüfatı dedikdə, bazar 
iqtisadiyyatı  şəraitində  əmtəəlik kənd təsərrüfatı  məhsulları istehsal edən xüsusi 
kənd təsərrüfatı müəssisəsi nəzərdə tutulur. Fermerlər ya özlərinin mülkiyyətində 
olan, ya da icarəyə götürülmüş torpaqlarda təsərrüfatçılıq edirlər. Bu 
təsərrüfatlarda  əmək prosesi ya təsərrüfatçıların özləri, ya da muzdlu işçilərin 
vasitəsilə həyata keçirilir. 
Kənd təsərrüfatı  məhsulları istehsal edən təsərrüfat formalarından biri də 
 
134


kollektiv təsərrüfat formasıdır. Bu təsərrüfatlar dövlət mülkiyyətində olan və 
istifadə etmək üçün kollektivlərin sərəncamına verilən torpaqlarda təsərrüfatçılıq 
edirlər. Bunlara SSRİ-də mövcud olmuş kolxozları,  İsraildə olan kibusları  və s. 
misal göstərmək olar. Kollektiv təsərrüfatda məhsul istehsalı kollektiv üzvlərinin 
birgə işləməsi, birgə əmək kooperasiyası əsasında həyata keçirilir. Bir çox şəxsin 
birgə  işləməsi isə fermer təsərrüfatına nisbətən bir çox üstünlüklərə malikdir. Bir 
çox şəxsin eyni zamanda birlikdə işləməsi, onlar arasındakı qarşılıqlı təmas fərdi 
qüvvələrə nisbətən daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb 
olur. Kollektiv təsərrüfatlarda kollektivin üzvlərinin birgə fəaliyyəti yoldaşlıq, bir-
birinə kömək etmək vərdişləri də aşılayır. Bütün bunlar isə kollektiv üzvlərinin şəx-
siyyət kimi formalaşmasına imkan yaradır. Şəxsiyyət isə fərdiyyətə nisbətən daha 
məhsuldar işləmək imkanına malikdir. Bu imkanın reallaşması isə işləyənlərin və 
idarəedənlərin sə’ylərindən asılıdır. Kollektiv təsərrüfatların malik olduğu imkanların 
nəticələrini İsraildəki təsərrüfatların təcrübəsində daha aydın görmək olur. 
Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan təsərrüfat formalarından 
biri də dövlət təsərrüfatlarıdır. Bunlara SSRİ-də  və digər sosialist ölkələrində 
mövcud olmuş sovxozları  və qosxozları, müxtəlif ölkələrdə olan elmi-təcrübə 
stansiyalarını, damazlıq və toxumçuluq təsərrüfatlarını misal göstərmək olar. Bunlar 
dövlət mülkiyyətində olan torpaqlarda fəaliyyət göstərirlər. 
Bazar iqtisadiyyatına keçidlə  əlaqədar iqtisadçıların çoxu Azərbaycan 
Respublikasının kənd təsərrüfatında quruluş    dəyişikliklərilə yanaşı  təşkilati 
dəyişikliklərin də  həyata keçirilməsini, yə’ni təsərrüfat formalarının da 
dəyişdirilməsini zəruri hesab edirlər. Onlar belə hesab edirlər ki, dövlət 
mülkiyyətindən xüsusi mülkiyyətə, kollektiv təsərrüfatçılıq formalarından fərdi 
təsərrüfatçılıq formalarına keçid kənd təsərrüfatı  məhsulları bolluğu yaratmağa 
imkan verəcəkdir. 
Müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi və ictimai həyatında 
başlıca  əhəmiyyət kəsb edən və vacib dövlət  əhəmiyyətli problemlərdən biri də 
aqrar sahədə özəl qurumların təşkil edilməsidir. Hazırda bu problemin həlli ilə 
əlaqədar çox mühüm dövlət qanunları işlənib hazırlanmış və qəbul edilmişdir. Bu 
qanunların həyata keçirilməsinə  şərait yaradacaq müxtəlif normativ sənədlərin 
hazırlanması da başa çatmaq üzrədir. 
Özəl qurumların təşkilinin əsas tərkib hissəsi olan özəlləşdirmə prosesi çox 
mürəkkəb, çoxpilləli və  məs’uliyyət tələb edən bir tədbirdir. Bu işin 
müvəffəqiyyətlə başa çatması üçün müasir elmi konsepsiya və icra-nəzarət 
mexanizmi işlənib hazırlanmışdır.  
Dünya aqrar təcrübəsində bir neçə tipik nümunə vardır ki, onlar uğurlu 
başlanğıc kimi təbii-iqlim şəraiti və mentalitetlərin oxşarlığı ilə diqqəti cəlb edən 
digər ölkələrdə  tətbiq oluna bilər. Belə bir təcrübə Azərbaycan üçün xüsusi 
əhəmiyyət kəsb edən İsrailin kənd təsərrüfatı təcrübəsidir. 
İsrailin kənd təsərrüfatı üçün səciyyəvi cəhət torpaq üzərində dövlət 
mülkiyyətinin saxlanması, torpaqdan istifadənin kollektiv (kibus) və kooperativ 
(moşav) formalarının tətbiqidir. Bu ölkədə kollektiv təsərrüfatın inkişaf 
etdirilməsi qəribə görünsə də bə‘zən elə hesab edirlər ki, inkişaf etmiş kapitalist 
ölkəsində bu mümkün deyildir. Lakin torpağın dövlət mülkiyyətində olmasına və 
 
135


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə