MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   66   67   68   69   70   71   72   73   74

baş verən proseslər nəticəsində öz xassəsini itirir.  
Əsas kapitalın mənəvi aşınması onun fiziki aşınma dərəcəsindən asılı 
olmayaraq, kapitalın qiymətdən düşməsi nəticəsində baş verir. Müasir dövrdə ETT 
ilə bağlı olaraq əsas kapitalın mənəvi aşınması çox yüksəkdir. Mənəvi aşınmanın 
da iki növü var. Birinci, əmək məhsuldarlığının artması  nəticəsində  əvvəlki kon-
struksiyalı maşınların dəyərinin aşağı düşməsi sayəsində onların istehsalının 
ucuzlaşması ilə  əlaqədardır.  İkinci növ mənəvi aşınma eyni qəbildən olan, lakin 
daha təkmil konstruksiyalı  məhsul vahidinə  sərf edilən məsrəflərin azalmasına 
səbəb olan maşınların yaradılması ilə əlaqədardır. 
Əsas kapitalın aşınmasına müvafiq olaraq onun dəyərinin pul formasında 
ödənilməsinə  amortizasiya deyilir. Amortizasiya ayırmalarının məbləğinin  əmək 
vasitələrinin dəyərinə faizlə ifadə olunan nisbətinə amortizasiya norması deyilir.  
 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 18. AQRAR MÜNASİBƏTLƏR 
 
§1. Cəmiyyətin inkişafında kənd təsərrüfatının rolu 
§2. Aqrar münasibətlər və təsərrüfatçılığın əsas formaları 
§3. Aqrar-sənaye kompleksi. Aqrobiznes 
§4. Torpaq rentası və torpağın qiyməti 
§5. Azərbaycanda aparılan aqrar islahatların əsas istiqamətləri 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1.
 
«İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin,  Ə.P.Babayevin və 
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999. 
2.
 
T.Babayev, «Aqrar sahədə özəl qurumların təşkili və iqtisadi əsasları». Bakı, 
1998. 
3.
 
H.Xəlilov, «Milli ərzaq təhlükəsizliyi: bazar transformasiyaları  və iqtisadi 
qloballaşma arzuları», Bakı 2001. 
4.  S.Salahov, «Aqrar sahənin dövlət tənzimlənməsi problemləri», Bakı, 2004. 
5.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
6.  Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.: Гуманит. 
Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
7.  Курс общей экономической теории. Учебник / Под ред. М.Н. Чепурина, 
Е.А. Киселевой. –Киров: АСА, 1997. 
8.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
9.
 
Портер  М.  Международная  конкуренция. –М.:  Международные  отно-
шения, 1993. 
 
131


10.
 
Экономика переходного периода / Под ред. В.В.     Радаева, А.В. Бузга-
лина. –М.: Изд-во МГУ, 1995. 
11.
 
 Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,  1994, –736 с. 
 
 
 
 
 
 
 
 
 
 
§1. Cəmiyyətin inkişafında kənd 
təsərrüfatının rolu  
 
Bildiyimiz kimi iqtisadiyyatın  ən mühüm sahələrindən biri də  kənd 
təsərrüfatıdır. Bu sahə sənaye sahələrini xammalla təchiz etməklə yanaşı əhalinin 
istehlak  şeylərinə olan tələbatının ödənilməsində mühüm yer tutur. Əhalinin 
istifadə etdiyi istehlak şeylərinin çox hissəsi kənd təsərrüfatı təbiətlidir, yə’ni onlar 
az və ya çox dərəcədə  kənd təsərrüfatı ilə bağlıdır.  Əmək qabiliyyətli  əhalinin 
müəyyən hissəsi kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. Ölkənin inkişaf 
səviyyəsindən asılı olaraq kənd təsərrüfatı sahələrində  fəaliyyət göstərənlərin 
xüsusi çəkisi daima dəyişilir.  
Təbii münbitlik torpağın fiziki, kimyəvi və bioloji xassələrinin məcmusudur. 
Təbii münbitlikdən asılı olaraq torpağın məhsuldarlığı, bioiqlim potensialı çox 
müxtəlif olur. Torpağın bioiqlim potensialı dedikdə, torpağın fiziki və kimyəvi 
quruluşu ilə yanaşı illik günəşli günlərin sayı, torpağın suvarma və meliorasiya ehti-
yacı  və s. nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, keçmiş SSRİ torpaqlarının 
bioiqlim potensialı  Qərbi Avropa torpaqlarından 2-2,5 dəfə, ABŞ torpaqlarından 
isə 3-3,5 dəfə pis idi. Həmin rəqəmləri müəyyən dərəcədə Azərbaycan torpaqlarına 
da aid etmək olar. Respublikamızda günəşli günlərin sayı çox olduğu üçün torpaq 
daha çox suvarmaya möhtacdır, su problemi isə müşküldür. Buna görə də mövcud 
torpaqların çox hissəsi lazımi səviyyədə istifadə olunmur. 
Torpağın süni münbitliyi isə  cəmiyyət üzvlərinin fəaliyyətinin nəticəsidir. 
Əlavə əmək, kapital, elm sərfi münbitliyin artmasına səbəb olur. 
Torpaq, xüsusilə münbit torpaq sahələri insanların fəaliyyəti nəticəsində 
getdikcə  məhdudlaşır. Bir tərəfdən urbanizasiyanın inkişafı - şəhər və  şəhərtipli 
yaşayış məntəqələrinin çoxalması və genişlənməsi, yolların və boru kəmərlərinin, 
elektrik ötürücüləri  şəbəkəsinin genişlənməsi münbit torpaq sahələrinin kənd 
təsərrüfatı dövriyyəcindən  çıxmasına  səbəb  olur. Digər tərəfdən, torpağa 
«ögey» münasibət onun şoranlaşmasına, eroziyaya uğramasına, bataqlığa 
çevrilməsinə və s. gətirib çıxarır. 
Başqa istehsal vasitələrindən fərqli olaraq torpağın münbit qatının 
məhsuldarlığı ona olan münasibətdən asılı olaraq dəyişilir. Buna görə  də torpağa 
 
132


ayaq qoyan hər bir şəxs keçmiş nəsillərdən  əmanət qalmış bu təbii ne’məti gələcək 
nəsillərə çatdırmağa çalışmalıdır. 
Kənd təsərrüfatı istehsalının xarakterik cəhətlərindən biri də onun mövsümi 
xarakter daşımasıdır. İstehsalın mövsümi xarakteri əmək və istehsal vasitələrindən 
istifadə edilməsinə  də  tə’sir göstərir.  Əmək cismi olan torpaq əkildikdə, toxum 
səpildikdə və məhsul becərildikdə əməyin tə’siri altında olur. Qalan vaxtlarda isə 
istehsal prosesi təbii qüvvələrin tə’siri ilə baş verir. Kənd təsərrüfatında maşın və 
mexanizmlərdən istifadə mövsümi xarakter daşıyır. Məsələn, toxumsəpən 
maşınlardan 7-10 gün, taxılyığan kombaynlardan 9-15 gün istifadə edilir. 
Kənd təsərrüfatı istehsalının mövsümi xarakteri məhsuldarlığa və qiymətlərə 
də müəyyən tə’sir göstərir. Məsələn, yaz-yay aylarında süd və tərəvəz məhsulları, 
payız aylarında meyvə nisbətən ucuz olur; qış aylarında tərəvəz istehsalı daha çox 
xərc tələb edir və səmərəlilik nisbətən aşağı olur və s. 
Kənd təsərrüfatı istehsalının xarakterik xüsusiyyətlərindən biri də bir sahənin 
tullantısından digər sahədə istifadə edilməsidir. Bitkiçilik sahəsinin tullantısı olan 
küləş  və s. heyvandarlıq sahəsində yem kimi, heyvandarlığın tullantısı olan 
peyindən isə  əkinçilikdə gübrə kimi istifadə olunur. Kənd təsərrüfatının müxtəlif 
sahələri arasında olan bu qarşılıqlı  əlaqəni təbiətin bərqərar etdiyi tullantısız 
texnologiya adlandırmaq olar. Bu texnologiyadan elmi cəhətdən  əsaslandırılmış 
qaydada istifadə edilməsi kənd təsərrüfatı istehsalının səmərəliliyini xeyli 
yüksəltməyə imkan yaradır. 
Kənd təsərrüfatının xarakterik xüsusiyyətlərindən biri də  kənd təsərrüfatı 
məhsullarının qiymətyaranma prosesidir. Əvvəllərdə öyrəndiyimiz kimi 
iqtisadiyyatın digər sahələrində qiymətyaranma prosesində orta sahə  xərcləri 
mühüm yer tutur. Bu xərclərdən (maddi və canlı  əmək məsrəflərindən) çox 
xərcləyənlər rəqabət mübarizəsində müf-lisləşir, az xərcləyənlər isə öz mövqelərini 
möhkəmləndirirlər. Kənd təsərrüfatı sahələrində, xüsusilə  əkinçilikdə qiymətya-
ranma tamamilə  fərqli  şəraitdə baş verir. Bu məhsulların qiymətləri orta sahə 
xərcləri əsasında deyil, pis torpaq sahələrində çəkilən xərclər əsasında qərarlaşır. 
Çünki yaxşı və orta münbitlik səviyyəsinə malik olan torpaq sahələri məhduddur, 
onlar cəmiyyətin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək üçün kifa-
yət deyildir. Bu tələbatı ödəmək üçün pis torpaqlardan da istifadə etmək lazımdır. 
Pis torpaqlardan isə o vaxt istifadə olunar ki, ondan istifadə edənlər müəyyən 
miqdarda mənfəət əldə etmiş olsunlar. Pis torpaq sahələrində mənfəətliliyi tə’min 
etmək üçün dövlət istehsalçılara bə’zi güzəştlər edir. Buna görə də əksər ölkələrdə 
kənd təsərrüfatı istehsalı dövlət büdcəsindən olan dotasiya hesabına həyata keçirilir. 
Dövlət suvarma-meliorasiya sistemləri yaratmaqla, rekultivasiya işlərini həyata 
keçirməklə kənd təsərrüfatı üçün yararsız torpaqları yararlı hala salır, istehsalçıları 
daha məhsuldar toxum və tinglərlə  tə’min edir. Bütün bunlar məhsuldarlığın art-
masına və istehsalçıların əlavə mənfəət əldə etməsinə şərait yaradır. 
 
§2. Aqrar münasibətlər və təsərrüfatçılığın 
əsas formaları 
 
Mülkiyyət münasibətlərini nəzərdən keçirərkən mə’lum oldu ki, kənd 
 
133


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə