MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

4.  A.Smit «Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat» Moskva 
1962 
5.  P.Prudon «Mülkiyyət nədir?» (184 s). История  экономических  учений. 
Москва 2000 г. 
6.  K.Marks «Kapital» əsəri I cild II nəşri. Bakı – 1969 
7.  İqtisadi təlimlər tarixi. Dərslik.  İqtisad elmləri doktoru, professor 
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə. Bakı – 2002 
8.  İ.M.Lətifov «Mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi və inkişafı» 
Bakı-2003 
9.  İ.M.Lətifov «Mülkiyyət münasibətləri və onun əhatə dairəsi» Bakı – 2006 
 
 
 
 
 
 
 
 
 
 
 
§1. Mülkiyyət kateqoriyasının məzmunu 
və onun haqqında baxışlar 
 
Mülkiyyət çox zəngin ictimai-iqtisadi və sosial-siyasi məzmuna malikdir. Mülkiyyət dövlətin,  şəxsin, 
qrupun, kollektivin və bütünlüklə cəmiyyətin həyat məsələsidir. 
İqtisad nəzəriyyəsinə uyğun olaraq mülkiyyət probleminin üç cəhətini göstərməliyik: Birincisi, mülkiyyət 
həmişə  hər hansı  şey məzmununa malikdir, ikincisi, mülkiyyət həmişə müəyyən ictimai formanın köməyi ilə 
daxilən reallaşdırılır, yə’ni əşya barəsində insanlar arasında ictimai münasibət forması əmələ gəlir, nəhayət üçün-
cüsü, bu münasibətlərin məzmunu insanların təbiət predmeti, şeyləri mənimsəməsi olur. Deməli, mülkiyyətə 
təbiət predmetlərinin, maddi ne’mətlərin, istehsal vasitələrinin mənimsənilməsi ilə  əlaqədar olaraq və bunların 
əsasında meydana gələn insanların ictimai münasibəti kimi baxılmalıdır. Bu mənimsəmə ictimai təkrar istehsalın hər bir 
mərhələsində - istehsal, bölgü, mübadilə və istehlak mərhələlərinin hər birində həyata keçirilir. Qısa desək, mül-
kiyyət cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində  fərdlər tərəfindən maddi ne’mətlərin,  ən  əvvəl istehsal 
vasitələrinin mənimsənilməsi və bu əsasda insanlar arasında baş verən mülki və ya istehsal münasibətlərindən 
ibarətdir. O, əmlaka sahib olmağı, istifadəetməni və sərəncamverməni birlikdə ifadə edən iqtisadi kateqoriyadır, 
münasibətdir. 
Mülkiyyət iqtisadi kateqoriya kimi insanların  şüurundan asılı olmayaraq mövcuddur, bu iqtisadi kateqoriya 
faktiki cəmiyyətdə mövcud olan mülkiyyət münasibətlərinin təzahürüdür. Mülkiyyət istehsalın bütün formalarını 
əlaqələndirən kateqoriyadır. 
Ümumiyyətlə, mülkiyyətə istehsal münasibətlərinin, hətta cəmiyyətin bütün ictimai-iqtisadi 
münasibətlərinin həm  əsası, həm də bu münasibətlərin məzmununu özündə birləşdirən çox mürəkkəb və çox 
məzmunlu kateqoriya kimi baxmaq lazımdır. 
Şeylər,  əmlak, maşın və digər istehsal vasitələri özlüyündə mülkiyyət deyil, bunlar cəmiyyətin istehsal 
münasibətləri və ictimai sistemin iqtisadi əsası olduğuna görə spesifik ictimai xarakter alır və mülkiyyət olurlar. 
Bazar iqtisadi sisteminin məntiqinə isnad edərək belə bir ümumi metodoloji nəticəyə gəlmək olar: 
1.  İstehsal vasitələri üzərində mülkiyyət və onun hər bir forması elə fövqəl’adə xassəyə malikdir ki, o, 
başqa iqtisadi kateqoriyalarla yanaşı dura bilməz; əksinə o, bütün münasibətlərin əsasında durur. Biz mülkiyyətə 
başqa iqtisadi kateqoriyalarla yanaşı duran adi iqtisadi kateqoriya kimi baxsaq, hətta onu əsas iqtisadi kateqoriya 
adlandırsaq, onda biz nəzəri cəhətdən mülkiyyətin reallaşdırılması proseslərini dərin araşdırmaqla məşğul 
olmaqdan xeyli uzaqlaşmış olarıq, mülkiyyət və onun müxtəlif formaları  cəmiyyətin bütün iqtisadi proses və 
münasibətlərində reallaşır. 
2. Mülkiyyət münasibətləri onların sahibləri arasındakı münasibətlərdə təzahür edir. Mülkiyyət öz tərkibinə 
istehsal vasitələri və istehsal nəticələrindən istifadə sahəsində insanlar arasındakı çoxcəhətli münasibətlər 
 
32


sistemini, ölkənin regionları və kollektivləri arasındakı münasibətləri daxil edir. Mülkiyyət münasibətlərinin iqti-
sadi məzmunu var və bu münasibətlərin hər bir elementi mülkiyyətin iqtisadi varlığı formasıdır. 
3. Mülkiyyət elə müəkkkəb, çoxtərəfli münasibətlər sistemidir ki, o, istehsalın hərəkətinin ümumi forması 
tərəfindən, iş qüvvəsi və əməyin ictimai forması tərəfindən bilavasitə istehsal prosesində istehsal vasitələrinin iqtisadi 
reallaşması prinsiplərinin dərin araşdırılması ilə bərabər, həmçinin bölgü, mübadilə və istehlak proseslərinin gedişi 
mahiyyətini və buradakı əlaqələrin və qarşılıqlı tə’sirin xüsusiyyətlərinin araşdırılması mövqeyindən də öyrənilmə-
lidir. Burada göstərməliyik ki, mülkiyyətə iqtisadi məzmun verən, onun mahiyyətini ifadə edən  əsas cəhət 
bilavasitə istehsalın özündə, istehsalın özü vasitəsilə onun iqtisadi reallaşmasıdır. Deməli, bilavasitə istehsalatda is-
tehsalçıların istehsal vasitələri ilə birləşdirilməsinin üsulu və xarakteri mülkiyyətin iqtisadi məzmununun ilk pillə-
sini formalaşdırır. 
Bütün bu deyilənlərdən aydın olur ki, mülkiyyətin məzmunu zəngindir. O, vəsaitdən və istehsalın 
nəticələrindən istifadə olunmasında adamlar, kollektivlər, sahələr, ölkənin regionları arasında, habelə xarici iqtisadi 
münasibətlərin çoxcəhətli sistemini, iqtisadi mənafe çalarları məcmusunu əhatə edir; münasibətlərin bu mürəkkəb 
kompleksi müəyyən şəkildə daima əlaqələndirilməli və tənzimlənməlidir. 
Bütün bunlar mülkiyyətin iqtisadi kateqoriya olmasını təsdiq etməyə əsas verir. 
Mülkiyyət iqtisadi kateqoriya olmaqla yanaşı, o, həm də hüquqi kateqoriyadır. 
Mülkiyyətin iqtisadi və hüquqi kateqoriya cəhətlərini fərqləndirmək lazımdır. 
Hələ Solounun (eramızdan  əvvəl 594-cü il) və Klisfena (eramızdan  əvvəl 509-cu il) özlərinin yazdıqları 
hüquqi qanunlarında qeyd etmişlər ki, qanunlar (hüquqi qanunlar nəzərdə tutulur) mülkiyyət münasibətlərini 
yaratmır, faktiki cəmiyyətdə mövcud olan bu münasibətləri möhkəmləndirir. 
Sonralar müasir eramızda mülkiyyət hüququ nəzəriyyəsi xeyli inkişaf etmişdir. Amerika iqtisadçıları R.Kouz 
və A.Alçian müasir mülkiyyət hüququ nəzəriyyəsinin  əsasını qoymuşlar. Sonralar bu nəzəriyyənin işlənməsində 
İ.Barsel, Q.Bekker, D.Nort, R.Pozner və başqaları iştirak etmişlər. 
İstehsal vasitələri üzərində mülkiyyət hər  şeydən  əvvəl iqtisadi hadisədir, hüquqi münasibətin məzmunu 
iqtisadi münasibətdən doğur. Mülkiyyət, istehsal münasibətlərinin əsası, mülkiyyət hüququ isə bu münasibətlərin 
yazılı  və qeyri-yazılı qanunlarda əksidir. Mülkiyyət hüququ haqqında  ən mükəmməl tə’lim Qədim Romada 
yaranmışdır. «Roma hüququ»nda mülkiyyətçiyə mülkiyyətə sahibolma, istifadə və sərəncamvermə hüququ olan şəxs 
kimi baxılmışdır. İnsanın hansı əmlaka və nə qədər əmlaka, məsələn, nə qədər həcmə qədər torpaq sahəsinə malik olması 
məsələləri hüquqi qanunlarla müəyyənləşir, habelə mülkiyyətdə olan əmlakdan istifadə şəraiti də hüquqi qanunlarla 
tənzimlənir. Mülkiyyətə  sərəncamvermə amilləri, habelə mülkiyyətin qorunması, toxunulmazlığın problemləri də 
hüquqi qanunlarla nizamlanır. 
 
§2. Mülkiyyətin obyekti və subyekti 
 
Mülkiyyət münasibətlərinin obyekti və subyekti vardır. Bu, mülkiyyət münasibətlərinin mahiyyətini ifadə 
edən cəhətlərdən biri kimi struktur əlamətidir. Mülkiyyətin obyektinə torpaq, yerin təki, daxili sular və ərazi suları, 
qitə şelfi, hava hövzəsi, bitkilər, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal, sosial-
mədəni və başqa digər tə’yinatlı  əmlak, zavod, fabrik, əməyin məhsulları  və s. daxildir. Deməli, mülkiyyətin 
obyekti hər şeydən əvvəl onun maddi zəmini, varlığıdır.  
Azərbaycan Respublikasında mülkiyyət subyektləri: Azərbaycan Respublikası, Naxçıvan Muxtar 
Respublikası, rayonların yerli hakimiyyət orqanları, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri
təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər, dini təşkilatlar və vətəndaş-
lardır.  
Mülkiyyət obyekti sahibsiz ola bilməz. 
Subyektlərin obyektlər üzərində tam mülkiyyətçiliyi şəraitində onlardan səmərəli istifadə mümkün olur. 
 
§3. Mülkiyyətin əsas və törəmə formaları 
 
Mülkiyyətin müxtəlif formalarda olmasının iqtisadi tərəqqi üçün əsas amil kimi cəmiyyət tərəfindən qeyri-
şərtsiz qəbulu iqtisadi nəzəriyyənin fundamental nailiyyətidir. 
Dövlət mülkiyyəti.  Artıq biz respublikanın iqtisadi suverenliyi və bazar iqtisadiyyatı  şəraitində 
formalaşmaqda olan və perspektiv inkişafa malik müstəqil Azərbaycanın dövlət mülkiyyətindən danışa bilərik. Bu 
mülkiyyət formasının subyekti Azərbaycan dövlətidir. Hər bir dövlətə öz vəzifələrini yerinə yetirmək üçün müəyyən 
əmlak və istehsal növlərinə malik olması  zəruridir. Dünya təcrübəsində dövlət mülkiyyətinə  dəmir yolları, rabitə, 
kosmos sistemləri, müdafiə kompleksləri, dövlət idarələrinin əmlakı daxil edilir. Qərb ölkələrində əsas fondlarda 
dövlət mülkiyyətinin payı 7 faizdən 30 faiz arasındadır. Dövlət mülkiyyətinin xüsusi çəkisi tarixi şəraitindən asılı 
olaraq daima dəyişilə bilər. 
Bələdiyyə mülkiyyəti.  Dünyanın bir sıra ölkələrində  bələdiyyə mülkiyyəti mövcuddur. Yeni Azərbaycan 
şəraitində  bələdiyyə mülkiyyəti formalaşır. Bələdiyyə mülkiyyəti haqda Azərbaycan Respublikasının Qanununda 
onun obyektinin və subyektinin hüquqi əsasları, idarəetmə xüsusiyyətləri göstərilmişdir. 
Xüsusi mülkiyyət.  Özəlləşdirmə  və xüsusi mülkiyyət bazar münasibətlərinə keçidin çox vacib 
problemləridir. Özəlləşdirmə prosesində dövlət mülkiyyətinin obyektlərinin çox hissəsi özəl mülkiyyətə verilir. 
 
33


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə