MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu


§6. Dövlətsizləşdirmə və özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

 
§6. Dövlətsizləşdirmə və özəlləşdirmə 
 
İqtisadi münasibətlər hansı formada təzahür etməsindən asılı olmayaraq (siyasi, sosial, məişət) son 
nəticədə mülkiyyətlə müəyyən olunur. Mülkiyyətin tarixi tipləri və formaları, istehsal vasitələrinin və istehsalın 
nəticələrinin mənimsənilməsinin xarakteri geniş mə’nada iqtisadiyyatın əsasını təşkil edir. Mülkiyyət, sistem əmələ 
gətirən mahiyyət kimi cəmiyyətin sosial-iqtisadi strukturunu müəyyən edir. İqtisadi sistemlərin tipləri ictimai və 
özəl mülkiyyətin kəmiyyət və keyfiyyətcə uyğunluluğu ilə fərqlənirlər. Bu mə’nada iqtisadi inkişafın tarixini saat 
kəfkirinin hərəkəti kimi «milliləşdirmədən özəlləşdirməyə qədər və əksinə» inkişaf edən proses kimi xarakterizə 
etmək olar. Ona görə  də tam aydındır ki, iqtisad elmi heç vaxt mülkiyyət problemlərinə biganə olmayıb. Bu 
mə’nada müasir dövr də istisna deyildir. Cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud iqtisadi sistemin 
transformasiyasının ən başlıca mühüm məsələsi mülkiyyət münasibətlərinin yenidən qurulması və təkmilləşdiril-
məsidir. Dünya ölkələrinin təcrübələri göstərir ki, mülkiyyət münasibətlərinin quruluşunda əhəmiyyətli dəyişiklik 
etmədən iqtisadiyyatı bazar münasibətlərinə uyğun yenidən qurmaq mümkün deyildir. Dünya təcrübəsində 
mülkiyyət çoxnövlülüyünün tə’min olunmasının  ən başlıca istiqamətlərindən biri dövlət mülkiyyətində olan 
müəssisələrin dövlətsizləşdirilməsi və özəlləşdirilməsidir
Dövlətsizləşdirmə, birbaşa təsərrüfat idarəçiliyi funksiyalarının dövlətdən alınaraq, mülkiyyətin 
xarakterində heç bir dəyişiklik etmədən müvafiq vəzifələrin müəssisələrə verilməsi, şaquli təsərrüfat əlaqə-
lərinin üfqi təsərrüfat  əlaqələri ilə  əvəz olunması deməkdir. Dəqiq desək, dövlətsizləşdirmə iqtisadiyyatda 
dövlətin həddindən çox olan rolunun bir qədər azaldılmasını  nəzərdə tutur. Əlbəttə, dövlətsizləşdirmə dövlətin 
iqtisadi sahələrdən tam təcrid olunması demək deyil, dövlətin fəaliyyət mexanizminin dəyişməsi, yə’ni onun yalnız 
nizamlayıcı və əlaqələndirici funksiyaları icra etməsidir. 
Mülkiyyətin dövlətsizləşdirilməsi onun özəlləşdirilməsi ilə  sıx  əlaqəlidir.  Özəlləşdirmə, dövlət 
mülkiyyətinin müəyyən  şərtlərlə  dəyişməsini nəzərdə tutur. Mülkiyyətin yeni sahibi onun təsərrüfat fəaliy-
yətində istifadəetmə nəticələrinə görə tam maddi mə’suliyyət daşıyır. Daha dəqiq desək, özəlləşdirmə dövlət 
mülkiyyətini ayrı-ayrı  şəxslərin,  əmək kollektivlərinin, hüquqi şəxslərin özəl mülkiyyətinə verərək mül-
kiyyətin dövlətsizləşdirilməsi üsullarından biri hesab olunur. Deməli, dövlətsizləşdirməni özəlləşdirmə ilə eyni-
ləşdirmək olmaz. Dövlətsizləşdirmə özəlləşdirməyə nisbətən daha geniş anlayışdır. 
Bu modellərin heç biri xalis formada tətbiq edilməyib, ona görə  də  Şərqi Avropanın müxtəlif ölkələrinin 
təcrübəsi bu modellərin müxtəlif nisbətindən istifadə edilməsi cəhətindən qiymətlidir. Çexiyada, Slovakiyada, 
Baltikyanı dövlətlərdə, Rusiyada özəlləşdirmənin birinci modelindən istifadə edilib. Bu ölkələrdə əsas model kimi 
dövlət mülkiyyətinin satışı seçilsə  də  əhalidə  sərbəst maliyyə vasitələrinin olmaması  və xarici investorların 
özəlləşdirməyə kifayət qədər az maraq göstərməsi nəticəsində pulsuz və  bərabər bölüşdürmə modeli daha geniş 
yayılmışdır. 
 
§7. Azərbaycanda özəlləşdirmənin xüsusiyyətləri 
 
Bazar iqtisadiyyatı ölkələrində özəlləşdirmə artıq bərqərar olmuş bazar münasibətlərinin və xüsusi 
mülkiyyətin fəaliyyət mexanizminin mövcud olduğu bir şəraitdə həyata keçirildiyinə görə mühüm siyasi və sosial 
dəyişikliklərlə müşayiət olunmur. Keçmiş sosialist ölkələrində, o cümlədən Azərbaycanda, özəlləşdirməyə iqtisadiy-
yatda bazar mexanizminin, xüsusi mülkiyyətin fəaliyyət göstərməsi üçün hüquqi qanunların və iqtisadi əsaslarının 
hələ tam olmadığı bir dövrdə başlanmışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda 1990-1993-cü illər 
ərzində baş verən mə’lum siyasi və sosial hadisələr hələ kütləvi özəlləşdirməyə  qədər bir çox ciddi nəticələrə 
gətirib çıxartmışdır. Buna iqtisadiyyatın böhran vəziyyətə düşməsi, ciddi nəzərə çarpan əmlak və sosial bəra-
bərsizlik, ölkə əhalisinin çox varlı və çox kasıb hissələrə bölünməsi aiddir. Azərbaycan üçün özəlləşdirmənin əsas 
xüsusiyyətlərindən biri də onun siyasi suverenliyinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyə nail olması  və 
respublikanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı xalq üçün taleyüklü problemlərin həll edilməsi və para-
lel olaraq həyata keçirilməsidir. 
Azərbaycan keçmiş sosialist dövlətləri içərisində özəlləşdirməyə gec başlayan respublikalardan biridir. 
Əlbəttə, gecikdirilmiş özəlləşdirmə bütövlükdə neqativ haldır. Lakin Azərbaycanda gec başlanmış özəlləşdirmənin 
müsbət cəhətləri də vardır. Özəlləşdirməyə gec başlanılması artıq bu yolu keçmiş  və keçməkdə olan digər 
ölkələrin təcrübəsini öyrənməyə  və onların buraxdığı  səhvləri təkrarlamamaq imkanı vermişdir. Hal-hazırda 
özəlləşdirmə onun əvvəlki variantlarına nisbətən daha az və sosial xərclərlə aparılır. 
Keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalar arasında  dövlət mülkiyyətinin özəlləşdirilməsi 
sahəsində ümumi və  fərqli cəhətlər vardır. Ümumi cəhətlərə  aşağıdakıları aid etmək olar: özəlləşdirmənin 
inqilabi sıçrayış yolu ilə deyil, təkamül yolu ilə, mərhələ-mərhələ aparılması; özəlləşdirməyə kiçik müəssisələrin 
özəlləşdirilməsindən başlanılması; özəlləşdirmənin pulsuz və satış modeli əsasında aparılması, onlardan 
mülkiyyətin  əhali arasında pulsuz bölüşdürülməsinə, yə’ni çek özəlləşdirilməsinə üstünlük verilməsi; 
özəlləşdirmənin qeyri-istehsal sahələrində daha yüksək templə aparılması və s. 
Özəlləşdirmə proqramını yerinə yetirərkən hər bir hökumət öz qarşısında minimum iki məqsədi qoyur: 
özəlləşdirmə bir tərəfdən iqtisadi münasibətlərin, onun əsası olan mülkiyyət münasibətlərinin yeniləşməsi, çox-
növlü mülkiyyət formalarının yaranması, idarəetmə sisteminin əsaslı surətdə dəyişdirilməsi, digər tərəfdən isə bazar 
münasibətlərinə keçid şəraitində iqtisadiyyatın tənəzzül vəziyyətindən çıxarılması, inflyasiyanın qarşısının alınması 
 
38


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə