MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu


§3. Əmtəə istehsalının formaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

 
§3. Əmtəə istehsalının formaları 
 
Tarixən  əmtəə istehsalı  təşkilinin üç forması (tipi) mövcuddur: sadə  əmtəə 
təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı. 
Sadə əmtəə istehsalı təsərrüfat təşkilinin elə bir formasıdır ki, burada istehsal 
vasitələri üzərində istehsalçıların xüsusi mülkiyyəti var və onlar məhsulu mübadilə 
üçün, bazarda satmaq məqsədilə istehsal edirlər. Bu proses daxilində istehsalçıların 
öz əməkləri fəaliyyət göstərir, yə’ni istehsal vasitələrinin sahibləri özləri istehsal 
edirlər. Sadə  əmtəə  təsərrüfatı tipində  məhsul bazarda satılmaq üçün istehsal 
olunur. 
Sadə  əmtəə  təsərrüfatı ilə  xırda istehsalçılar - sənətkarlar və  kəndlilər məşğul 
olurlar. Bu təsərrüfat formalarında istehsalçıların özləri istehsal vasitələrilə bila-
vasitə birləşirlər. Belə bir təsərrüfat formasında istehsal vasitələri üzərində olan 
mülkiyyət sahibi istehsaldan təcrid olunmur, istehsalçı həm istehsal vasitələrinin 
sahibi kimi, həm də istehsalçı kimi çıxış edir. Deməli, sadə  əmtəə  təsərrüfatında 
istehsal mülkiyyət sahiblərinin şəxsi əməyinə əsaslanır. Belə bir təsərrüfat tipində 
əmtəə istehsalı istehsalçılar tərəfindən ayrı-ayrılıqda həyata keçirilir. 
Əmtəə  təsərrüfatı  əmtəə istehsalına  əsaslanan, istehsalçılar və istehlakçılar 
arasında olan qarşılıqlı  fəaliyyəti bazar vasitəsilə  tə’min edən iqtisadiyyatın 
təşkilinin ictimai formasıdır.  Əmtəə  təsərrüfatı  şəraitində istehsalçılar müstəqil
fərdi, ayrı-ayrılıqda məhsul istehsal edir, müəyyən bir əmtəə istehsalı üzrə ix-
tisaslaşır, ictimai tələbatlar alqı-satqı, bazar vasitəsilə  tə‘min edilir, əmtəə-pul 
mübadiləsi hökm sürür. 
Tarixi təcrübə göstərir ki, müxtəlif mülkiyyət sahibləri arasında olan mübadilə 
əmtəə mübadiləsi şəklini alır. Təsərrüfat fəaliyyətində iqtisadi müstəqillik xüsusi, 
kollektiv, icma, korporativ mülkiyyət sahibləri arasında da ola bilər. Göstərilən 
amillərin inkişaf səviyyəsindən və xarakterindən asılı olaraq əmtəə istehsalı mo-
deli, ümumiyyətlə, bazar sistemi formalaşır. 
Əmtəə istehsalı modelinin ilkin, geniş inkişaf etmədiyi bir şəraitdə 
mərkəzləşdirilmiş dövlət hakimiyyətinin iqtisadi və siyasi hökmranlığı mövcud 
idi. Bazar iqtisadiyyatı ünsürlərinin fəaliyyət göstərdiyi iqtisadi sistemdə 
mülkiyyətin dövlət hakimiyyətilə qovuşması iqtisadi dinamizmin inkişafını 
ləngidir, geriyə salır və yoxsulluq yaradır. 
Əmtəə istehsalının digər, daha çox inkişaf etmiş forması kapitalist 
təsərrüfatıdır. 
Hər  şeydən  əvvəl belə bir sual meydana çıxır: müasir kapitalizm və hal-
hazırda dünya miqyasında qəbul olunmuş sivilizasiyalı bazar sistemi necə 
yaranmışdır? 
Marksizm tə’liminə görə kapitalizm sadə  əmtəə  təsərrüfatından törəmişdir. 
Bu nəzəriyyə göstərir ki, kapitalizm iqtisadi sistemində  əmtəə istehsalı 
münasibətləri ümumi hal kəsb edir. Bu o deməkdir ki, kapitalizmin bütün inkişaf 
mərhələlərində insanlar arasında olan münasibətlər  əmtəə münasibətləri 
formasında çıxış edir. Əmtəə münasibətləri ümumi münasibətlər forması kimi çıxış 
etməklə yanaşı müstəqildir. Bu münasibətlərin xüsusiyyəti ondan ibarətdir ki, 
 
44


onlar bütün digər münasibətlərin  əsasını  təşkil edirlər. Deməli, bu münasibətlər 
hüceyrə şəklində kapitalizmin əsas xüsusiyyətlərini və ziddiyyətlərini özündə əks 
etdirirlər. Digər tərəfdən isə sadə  əmtəə münasibətlərindən tarixi inkişafın 
müəyyən bir mərhələsində və məntiqi ardıcıllıqla kapitalizmin mürəkkəb istehsal 
münasibətləri formalaşıb inkişaf edir. 
Kapitalizm daima və fasiləsiz olaraq əmək məhsulunu  əmtəə formasında 
istehsal edir. Məhz buna görə  də  həm tarixi, həm də  məntiqi baxımdan  əmtəə 
münasibətləri kapitalizmin qərarlaşmasının və sonrakı inkişafının başlanğıc 
nöqtəsi kimi çıxış edir. Eyni zamanda əmtəə təsərrüfatının ziddiyyətləri kapitalist 
əmtəə istehsalının ziddiyyətlərilə üst-üstə düşür.  Əgər kapitalizmdən  əvvəlki cə-
miyyətlərdə  əmtəə münasibətləri məhdud və tabeçilik xarakteri daşıyıb natural 
təsərrüfat çərçivəsi daxilində fəaliyyət göstərirdisə kapitalizmdə bu təsərrüfat forması 
hakim mövqe tutur və ümumi hal alır. 
Kapitalist  əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, 
müstəqil olan kapitalist-sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini 
təşkil edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar-
kapitalist nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, kapitalist-sahibkar iri 
istehsalı  təşkil edir. Fərdi kapitalist istehsalı ilə yanaşı kollektiv təsərrüfat for-
maları da təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və 
s.  
Sadə və kapitalist əmtəə təsərrüfatlarının ümumi cəhətləri də vardır. İstehsalı 
müstəqil təşkil edən istehsalçıları ictimai əmək bölgüsü, əmtəə istehsalı, bazar 
vasitəsilə  əlaqə saxlamaq birləşdirir.  Əmtəə istehsalının ümumi qanunları 
kapitalizm təsərrüfatında öz əhəmiyyətini saxlayırlar, lakin bu qanunlar müəyyən 
modifikasiyaya uğrayırlar. Çünki əmtəə təsərrüfatında inkişaf etmiş bazar sistemi 
fəaliyyət göstərir. 
İnkişaf etmiş kapitalist əmtəə münasibətlərinin bazar sisteminin yaranması 
müəyyən qanunauyğunluqlara malikdir. Belə bir iqtisadi bazar modelinin 
yaranması, hər  şeydən  əvvəl, dövlət hakimiyyətindən asılı olmayaraq torpaq 
üzərində xüsusi mülkiyyətin formalaşması ilə  əlaqədardır. Dövlət torpağı 
mənimsəməyə bilməmiş, torpaq bölgüsünə qarışmamaqla iqtisadi sistemin bir 
ünsürünə çevrilmiş və xüsusi mülkiyyət münasibətləri təşəkkül tapıb inkişaf etmiş-
dir.  İqtisadi sistemin bazar modelinin yaranması prosesində icma mülkiyyəti öz 
yerini dövlətə deyil, xüsusi mülkiyyətçilərə vermişdir. 
Beləliklə, xüsusi sahibkarlıq fəaliyyətinin inkişafı iqtisadiyyatda yeni 
törənən ünsürləri stimullaşdıraraq istehsalın səmərəliliyini artırmışdır. Xüsusi 
mülkiyyət nəticəsində törənmiş ünsürlər iqtisadi artımı  tə’min edə bilmişdir. 
Məhz buna görə  də bazar iqtisadi modelinin birincisindən - sadə  əmtəə 
istehsalçılarından fərqli olaraq, ikinci model - sahibkar-kapitalistlərin xüsusi 
mülkiyyətə əsaslandığı inkişaf etmiş bazar iqtisadi modeli meydana gəlmişdir.  
Bazar iqtisadiyyatının ikinci modeli birincidən fərqli olaraq şəxsiyyətin 
dövlətdən üstünlüyü ilə xarakterizə edilir ki, bu model daxilində inkişafa əsas və 
həlledici hərəkət verən qüvvə xüsusi mülkiyyət hesab olunur.  
Kəndlilərin və  sənətkarların bazar üçün istehsal etdikləri sadə  əmtəə 
təsərrüfatından fərqli olaraq inkişaf etmiş  əmtəə istehsalı olan kapitalist iqtisadi 
 
45


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə