MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu


§5. Pulun mahiyyəti və funksiyaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

§5. Pulun mahiyyəti və funksiyaları 
 
Pulun mahiyyəti onun yerinə yetirdiyi funksiyalarla izah olunur. Pul istehsal 
olunan əmtəələrin dəyərinin və xidmətlərin ifadə olunması formasıdır. Əmtəənin 
dəyərinin pulla ifadəsinə qiymət deyilir. Pul vasitəsilə  əmtəələr və xidmətlər 
dəyişdirilir. 
Tarixən əmtəə tədavülündə ümumi ekvivalent kimi pul rolunu duz, dəri, fil 
sümüyü və s. oynamışdır. Lakin bu barədə müxtəlif mübahisələr olduğu üçün 
pulun mənşəyi haqqında rasional və təkamül nəzəriyyələri yaranmışdır. 
Pulun yaranma mənşəyinin rasional nəzəriyyəsinə görə, pul insanlar arasında 
əmtəə mübadiləsi prosesində  dəyərlərin hərəkəti üçün ən  əlverişli vasitə kimi 
yaranmışdır. Məsələn, P.Samuelson pulu sün’i sosial şərt kimi müəyyən edir. 
Amerika iqtisadçısı C.Helbreyt belə hesab edir ki, nəcib metalların pul funksiyası 
yerinə yetirməsi insanlar arasında olan razılaşmanın məhsuludur. 
Pulun yaranma mənşəyinin təkamül konsepsiyasına görə pul heç də insanlar 
arasında olan razılaşmanın məhsulu deyil, o ictimai əmək bölgüsünün, 
mübadilənin və əmtəə istehsalının nəticəsidir. Mübadilənin və dəyər formalarının 
tarixi inkişaf prosesinin tədqiqi və təhlili göstərir ki, bütün əmtəələr içərisindən bir 
əmtəə ayrılır və pul rolunu oynamaqla ümumi ekvivalent kimi çıxış edir. Deməli, 
pul ümumi ekvivalent rolunu oynayan spesifik əmtəədir. 
Pulun ümumi ekvivalent rolu oynaması dedikdə, o başa düşülür ki, əmtəə hər-
hansı bir əmtəəyə, yə’ni pul-əmtəə bu və ya digər əmtəəyə dəyişdirilir. 
Pulun müəyyən bir mahiyyəti var. Pulun mahiyyəti onun yerinə yetirdiyi 
funksiyalar vasitəsilə  təzahür edir. Pulun yerinə yetirdiyi funksiyalar içərisində 
dəyər ölçüsü və tədavül vasitəsi funksiyaları xüsusi əhəmiyyət kəsb edirlər. Tarixi 
və  məntiqi nöqteyi-nəzərdən pulun bu iki funksiyası bir tərəfdən  əmtəələrin 
dəyərinin ölçüsü kimi, digər tərəfdən  əmtəələrin reallaşdırılması, onların satılması 
prosesində  həlledici rol oynayır. Pulun qalan iki funksiyası - yığım vasitəsi və 
tə’diyə vasitəsi birinci iki funksiyaların törəməsi kimi çıxış edirlər. Pulun  yığım 
vasitəsi və  tədiyə vasitəsi funksiyaları, ümumiyyətlə,  əmtəə  tədavülünün və 
xüsusilə pulun tarixən inkişafı  nəticəsində birinci iki funksiyanın törəməsi kimi 
meydana gəlmişdir.  
Dəyər ölçüsü kimi pulun funksiyası digər  əmtəələrin dəyərlərinin ölçüsü 
kimi çıxış etməsi deməkdir. Birinci növbədə, pulun vasitəsilə əmtəələrin dəyərini 
ölçmək üçün xüsusi bir əmtəə kimi pulun özünün dəyəri olmalıdır. Tarixən bu 
funksiyanı qızıl yerinə yetiribdir. 
Marksizm tə’liminə görə  əmtəənin dəyərinin pulla ifadəsinə qiymət deyilir. 
Pul ictimai əməyin məhsulu olmaqla dəyərə malik olsa da onun qiyməti yoxdur. 
Əmtəənin dəyərini pulla ifadə etmək üçün nağd pulun olması heç də  zəruri 
deyildir. Dəyərin pulla ifadə edilməsi ideal xarakter daşıyır, yə’ni dəyər ölçüsü 
funksiyasını nəzərdə tutulan ideal pul yerinə yetirir. 
Əmtəənin dəyərinin pulla ifadə olunması  nəinki keyfiyyət, eyni zamanda 
kəmiyyət müəyyənliyinə  də malikdir: mövcud əmtəələrin miqdarı müəyyən 
miqdarda olan qızıl kəmiyyətinə  bərabər olmalıdır.  Əmtəələrin və  qızılın 
dəyərinin kəmiyyət ölçüsü pulun texniki funksiyası olan qiymətlər miqyası ilə 
 
48


əlaqədardır.  Qiymət miqyası pul kimi qanunla qəbul olunan qızılın çəkisidir. 
Beləliklə, pul dəyər ölçüsü kimi ictimai əməyin təcəssümüdür, qiymət miqyası isə 
qızılın təsbit olunmuş çəkisidir. Dəyər ölçüsü kimi pul kortəbii fəaliyyət göstərir
qiymət miqyası kimi dövlət tərəfindən müəyyən olunur. 
Əmtəə  tədavülü prosesi tədavül vasitəsi kimi pula olan tələbi artırır.  Əmtəə 
tədavülündə pul vasitəçi rolunu oynayır, yə’ni pul alıcının əlindən satıcının, əmtəə 
isə satıcının əlindən alıcının əlinə keçir. Pul tədavül vasitəsi funksiyasını yerinə 
yetirərkən  əmtəələrin qiymətləri reallaşdırılır. Tədavül vasitəsi kimi pul özünün 
formaları ilə əlaqədardır. Pulun formaları dedikdə, sikkələr və kağız pullar nəzərdə 
tutulur. Sikkə xüsusi formada olan pulun çəkisini bildirir. Bu da dövlət tərəfindən 
müəyyən olunur.  
Dəyər ölçüsü funksiyasından fərqli olaraq təd avül vasitəsi funksiyasını 
dəyərə malik olmayan pullar yerinə yetirirlər; tam dəyərə malik olan pulu əvəz 
edən pullar (simvol, rəmz). Tədavül vasitəsi kimi kağız pullar çıxış edirlər. Kağız 
pullar tədavüldə  qızıl pulları  əvəz edirlər və onlar qızıl məzmununa malikdirlər. 
Hər bir ölkə daxilində pulun məcburi kursu olur. Kağız pulların real dəyəri ifadə 
etmələri dövlət hakimiyyətindən asılı deyildir, o obyektiv pul tədavülü qanunu ilə 
müəyyən olunur. 
Tədavülə daxil olan pulun miqdarı  zəruriyyəti meydana çıxır. Bu zərurət 
qiymət səviyyəsinin pul kütləsindən asılılığı formulu ilə müəyyən olunur: 
PQ
=
MY
 
M - pul vahidi kütləsi; Y - pul tədavülünün sür’əti; P - əmtəələrin qiyməti; Q 
- bazarlarda olan əmtəələrin miqdarı. 
Əmtəələrin qiyməti isə bu formul ilə müəyyən olunur:  
P =
MY
Q
 
Əmtəələrin tədavülü üçün zəruri pulun miqdarı  
                                       
M =
PQ
Y
 - formulu ilə  
müəyyən olunur. 
Əmtəə-pul münasibətlərinin inkişafı ilə  əlaqədar olaraq tədavül prosesində 
əmtəələrin satılıb pula çevrilməsi pulun yığım funksiyası rolunu zəruriləşdirir. 
Digər tərəfdən, Ə-P-Ə dövranının haçalaşması (Ə-P və P-Ə) pul yığımı zərurəti və 
imkanı yaradır. 
Əmtəələr satıldıqdan sonra satıcılar həmin pula satmaq üçün əmtəə ala 
bilmədikdə bu məbləğ satıcılarda qalır və onlar həmin pulu dəfinə kimi yığırlar. 
Pulu qızıl formasında və ya dəfinə ünsürü kimi saxlamaq üçün pul tədavüldən 
götürülməlidir. Dəfinə iki formada yığılır: a) qızıl külçələr və sikkələr; b) estetik 
formada yığım - qızıldan və ya gümüşdən hazırlanmış zinət şeyləri. 
Dəfinə funksiyasını qızıl yerinə yetirir. 
Əmtəə istehsalının və  tədavülünün inkişafı ilə  əlaqədar olaraq əmtəələrin 
kreditlə realizə olunması  zərurəti yaranır.  Əmtəələrin kreditə satılması rolunu 
pulun tə’diyə funksiyası yerinə yetirir. Əmtəələrin kreditə satılması onların 
müxtəlif müddətlərdə istehsalı və həmin əmtəələrin müxtəlif müddətlərdə satılması 
ilə əlaqədardır. 
 
49


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə