zəruri iqtisadi amillərdən biri olmalıdır.
İqtisadi cəhətdən normal inkişaf edən ölkələrdə bu belədir və belə də olmalıdır. Çünki qiymətin ən vacib başlıca
funksiyalarından biri məhz onun stimullaşdırıcı xarakterə malik olmasıdır. Qiymət sistemi elə qurulmalıdır ki, o,
istehlakçının mənafeyinə toxunmadan istehsalçıda güclü stimul yaratsın, onu istehsalın genişləndirilməsinə və
iqtisadi səmərəliliyin yüksəldilməsinə sövq etsin.
Başqa sözlə, istehsalçıda istehsalın inkişafına və nəticələrinə güclü
maddi maraq yaratsın. Deməli, qiymətin bu funksiyası həmişə gözlənilməli və ona əməl olunmalıdır.
Bazar münasibətlərinə keçid daha iki anlayışın - «qiymətqoyma» və «qiymətlərin əmələ gəlməsi» anlayışlarının
fərqləndirilməsini də zəruri edir. Qiymətqoyma - istehlak bazarında məhsulun keyfiyyətindən, əhalinin sosial
müdafiəsi, dövlətin iqtisadi mənafeyindən irəli gələn, istehsalçılar və istehlakçılar üçün əlverişli prinsiplər əsasında
qiymətlərin formalaşmasıdır. O, həmçinin konkret dövrdə ictimai təkrar istehsalın iqtisadiyyatın inkişafı qanunlarına
uyğun olan nisbətlərini təmin etmək məqsədilə vahid sistem yaradan qiymətlərin dinamikasının, quruluşu və sə-
viyyəsinin formalaşması prosesidir.
Qiymətqoyma prosesinə istehsaldan sonra tədavül sferasına buraxılan əmtəələrə qiymətlərin
müəyyən edilməsi
üzrə təşkilati və metodoloji tədbirlərin məcmusu daxildir. Bu proses olduqca mürəkkəbdir. Belə ki, məhsul
istehsalçıdan istehlakçıya çatdırılana qədər çoxlu sayda aralıq (vasitəçi) və ticarət təşkilatlarından keçir.
Qiymətqoyma prosesi hər şeydən əvvəl qoyulan məqsədin konkretliyi ilə xarakterizə olunur. Məsələn,
maksimum mənfəət əldə etmək, satış bazarının zəbt edilməsi (mənimsənilməsi), xərclərin azaldılması, rəqiblərin
sıxışdırılması və s.
Bazar münasibətləri şəraitində əsasən «qiymətin əmələ gəlməsi» anlayışına üstünlük verilir. Bu da qiymətqoyma
prosesinin həyata keçirilməsində inzibati amillərin rolunun yüksək olması ilə əlaqədardır. İqtisadi idərəetmə
metodlarına keçid dövründə şübhəsiz ki, «qiymətin əmələ gəlməsi» prosesi daha üstün mövqeyə malik olmalıdır.
Həmin üstünlük «qiymətin əmələ gəlməsi»nin mahiyyətində də öz əksini tapır: qiymətlərin əmələ gəlməsi
konkret
əmtəələrə metodiki baxımdan qiymətlərin müəyyən edilməsi (hesablanması) prosesidir. Bu proses bilavasitə bazar
iqtisadiyyatı ilə əlaqədar olduğundan onun özünəməxsus nəzəri əsasları vardır. İqtisadi ədəbiyyatda öz əksini tapmış
müddəa və ideyaları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, dəyər qanunu, tələb-təklif qanunu və pul tədavü-
lü qanunu bir biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqda qiymətlərin əmələ gəlməsinin nəzəri əsaslarını təşkil edirlər.
Bazar münasibətləri şəraitində qiymətin əmələ gəlməsi mexanizmi qiymətlər və onların dinamikası ilə təzahür
edir. Qiymətlərin dinamikası iki mühüm amilin - strateji və taktiki amillərin təsiri altında formalaşır. Strateji amil
ondan ibarətdir ki, qiymətlər əmtəənin dəyəri əsasında əmələ gəlir. Qiymətlərin dəyər ətrafında
daim tərəddüdləri
baş verir. Taktiki amil ondan ibarətdir ki, konkret əmtəələrin qiymətləri bazar konyukturasının təsiri altında forma-
laşır. Birinci amil uzunmüddətli, perspektivli fəaliyyət amili, ikinci amil isə dəyişkən amildir, çünki konyuktura
dəyişmələrinin dinamikası çox yüksəkdir. Hər iki amil bazar iqtisadiyyatı şəraitində son dərəcə mühüm amillərdir və
onları daim təkmilləşmiş formada qavramaq və paralel olaraq istifadə etməyi öyrənmək lazımdır.
Birinci
amil müasir texnikaya, texnologiyaya malik olan, əməyin təşkilinin qabaqcıl metodlarından istifadə edən
müəssisələr üçün daha əlverişli şərait yaradır. Bu zaman daha aşağı istehsal xərclərinə malik müəssisələr yüksək
mənfəət əldə edirlər. İkinci amil isə konyukturadan daha təkmil və tez istifadə etməyi bacaran müəssisələr üçün
əlverişli şərait yaradır. Bu halda da çeviklik, istehsalın və istehsal infrastrukturunun mükəmməl hazırlığı, bazarın
dərindən öyrənilməsi (marketinq tədqiqi), habelə yüksək peşəkarlıq səviyyəsinə malik kadrların
mövcudluğu tələb
olunur. Lakin bazarda müvəffəqiyyət və qazanca daha böyük inamı hər iki amildən istifadə etmək imkanına və
qabiliyyətinə malik olan müəssisələr əldə edirlər.
§2. Qiymətin funksiyaları və qiymətəmələgəlmənin prinsipləri
İqtisadi ədəbiyyatda qiymətin əsas funksiyaları sırasına uçot, nəzarət və aqreqatlaşdırma, «ödəməli» və ya «gəlir
əmələ gətirən», informasion və ya indikator, stimullaşdırıcı, bölüşdürücü, tələb və təklifin balanslaşdırılması funk-
siyaları aid edilir.
Qiymətin funksiyaları onun iqtisadi mahiyyətini, təyinatını, təsərrüfat həyatındakı rolunu, habelə digər iqtisadi
kateqoriya və hadisələrlə qarşılıqlı münasibətlərini əks etdirir. Qiymətin əsas funksiyalarından biri sayılan uçot
funksiyasına bəzən ictimai əmək xərclərinin uçotu və ölçülməsi funksiyası da deyilir.
Bu funksiya dəyərin pul
ifadəsi kimi qiymətin mahiyyəti ilə müəyyən edilir. Qiymətlər göstərir ki, bu və ya digər məhsula tələbatın
ödənilməsi cəmiyyətə neçəyə başa gəlir. Qiymət əmtəənin hazırlanmasına nə qədər əmək, xammal, material,
komplektləşdirici məmulat sərf olunmasını müəyyən edir və əməyin hansı səmərəliliklə sərf olunmasını xarakterizə
edir. Son nəticədə qiymət təkcə məcmu əmtəə istehsalı və tədavülü xərclərinin kəmiyyətini deyil, həm də mənfəətin
ölçüsünü müəyyən edir.
Uçot funksiyasında qiymət bütün dəyər göstəricilərinin hesablanması vasitəsi kimi çıxış edir. Bunlara həm
kəmiyyət göstəriciləri - ümumi daxili məhsul (ÜMD),
milli gəlir, kapital qoyuluşunun həcmi, əmtəə dövriyyəsi
göstəriciləri, firma, müəssisə və sahələrin məhsul həcmləri, həm də keyfiyyət göstəriciləri - rentabellik, əmək məh-
suldarlığı, fond verimi və s. aiddir. Beləliklə, qiymət istehsalın səmərəliliyinin müəyyən edilməsi üçün istifadə
edilir, təsərrüfat qərarlarının
qəbul edilməsinin, firmadaxili planlaşdırmanın çox mühüm aləti kimi çıxış edir.
Qiymətlər əmtəə vahidini və ya kütləsini əldə etmək üçün alıcının satıcıya ödəməli olduğu pulun kəmiyyətini
ifadə edirlər. Əgər əmtəələrin siyahısına işçi qüvvəsi də daxil edilərsə, onda qiymətlər həmçinin müxtəlif bazar
agentlərindən daxil olan gəlirləri də əks etdirirlər. Onların bu rolu «ödəməli» və ya «gəlir əmələ gətirən» funksiya
adlandırılır.
67