MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

(1899-1992) olmuşlar. Onlar iqtisadi liberalizmin prinsiplərini XX əsrin 20-30-cu illərində israrla müdafiə etmişlər. 
Onları iqtisadiyyatın tam mərkəzdən planlı tənzimləmə sisteminin, yəni sosializmin gələcəyi narahat etmişdi. Onlar 
mərkəzdən idarə edilən iqtisadiyyatın uzun müddət yaşaya bilməyəcəyini inadla qeyd etmişlər. Ona görə də bazar 
iqtisadiyyatını qarışıq və hər hansı bir mərkəzdən idarə edilən iqtisadi sistemdən üstün tutmuşlar. L.Mizesin fikrinə 
görə dövlət tərəfindən bazarın tənzimlənməsi tələb və  təklifi  əks etdirmir, istehsalın hansı istiqamətdə inkişaf 
etməsinə göstərici ola bilmir. O hesab edir ki, yeganə  ağıllı iqtisadi siyasət-liberalizmdir və iqtisadi inkişafın 
mütləq əsasları xüsusi mülkiyyət və azad mübadilədir.  
Neoliberalizmi ABŞ-da  monetarizm  təmsil etmişdi. Monetarizm müasir mühafizəkarlığın  ən aparıcı 
cərəyanıdır. Müasir mühafizəkarlıq monetarizmlə yanaşı özündə  təklif və  səmərəli gözləmə  nəzəriyyələrini 
birləşdirir. Amerikan monetarizminin banisi Çikaqo məktəbinin yaradıcısı M.Fridmendir. Amerikan monetarizmi 
sübut etməyə çalışır ki, yalnız azad sahibkarlıq şəraitində tam azadlığa, iqtisadi səmərəyə və bölgüdə bərabərliyə 
nail olmaq mümkündür. Monetaristlər hesab edirlər ki, tələbin tənzimlənməsi təsərrüfat düzəlişinin təbii prosesini 
pozur. Onlar azad sahibkarlığa təhlükə kimi qiymətləndirilən dövlət müdaxiləsinin formalarının aradan 
qaldırılması uğrunda mübarizə aparmışlar.  
Monetarizm 70-80-cı illərdə iqtisadi nəzəriyyənin və iqtisadi siyasətin mərkəzində olmuşdu. Bu zaman 
istehsalın azalması ilə eyni vaxtda inflyasiya əsas problem olmuşdu. Bu vəziyyətdə Keynsin büdcə  xərclərini 
artırmaq təklifi, yaxud kəsirli maliyyələşdirmə siyasətinin yeridilməsi əlverişli olmamışdı. Büdcəyə əl gəzdirmək 
inflyasiyanı gücləndirmişdi. 
Monetarizm - pul kütləsinin iqtisadi fəallığa, monetar vasitələrin və monetar siyasətin iqtisadi inkişafa 
təsir mexanizmini əsaslı surətdə öyrənən nəzəriyyədir. Monetarizm əsasən pul kütləsinin tənzimlənməsinə 
yönəldilmiş kredit-pul siyasətidir. 1976-cı ildə iqtisadiyyat üzrə Nobel mükafatı alan, Çikaqo məktəbinin başçısı 
M.Fridmen qeyd edir ki, bizim adət etdiyimiz pul kəmiyyəti nəzəriyyəsi indi monetarizm adlanır. O göstərir ki, 
pulun kəmiyyət nəzəriyyəsi pula tələbin xüsusi nəzəriyyəsidir. Çox hallarda monetarizm bütünlükdə antikeynsçilik 
kimi qiymətləndirilir. 
Monetarizm təkcə pul nəzəriyyəsi olmayıb, həm də  təkrar istehsalın spesifik konsepsiyasıdır, pulun təkrar 
istehsalda rolu haqqında nəzəriyyədir. 
Monetarizmin fərqləndirici xüsusiyyəti iqtisadiyyatın bütün əsas problemlərinə (qiymət, işsizlik, inflyasiya, 
gəlirlərin nominal səviyyəsinə  və s.) pul tədavülü prizmasından yanaşmasıdır. Monetarizmin mahiyyəti iqtisadi 
tarazlığın sabit gedişinin pozulmasının səbəbini səhv pul siyasəti və pul sferasındakı  dəyişiklik ilə  əlaqədar 
olduğunu sübut etməkdir. M.Fridmen özünün bütün əsər və məqalələrində uzunmüddətli dövrdə təsərrüfat həyatında 
baş verən böyük dəyişikliyin hər  şeydən  əvvəl pul kütləsi və onun hərəkəti ilə  əlaqədar olduğunu sübut etməyə 
çalışmışdı. O, 1929-1933-cü illərin böhranı daxil olmaqla bütün iqtisadi sarsıntıları bazar iqtisadiyyatının qeyri-
sabitliyi ilə deyil, pul siyasətinin nəticəsi kimi izah edir.  
   Monetaristlərin konsepsiyası iqtisadiyyatın iki sahəyə: real iqtisadiyyat və pul tədavülü sferasına 
bölgüsünə  əsaslanır. Birinci-əmtəələrin və xidmətin istehsalı  və satışı olan sahə tamamilə bazar qüvvələrinin 
fəaliyyət göstərdiyi sfera hesab olunur; daxilən sabit və tarazlı sistem kimi şərh edilir. İkinci sferaya real iqti-
sadiyyatla müqayisədə xarici amil kimi, böhran hadisələrinin əsas törədicisi kimi baxılır və o, dövlətin fəaliyyət 
sferası sayılır.   
Monetaristlər dövlətin vəzifəsini real sahəyə qarşılıqlı münasibətdə pul sferasını neytrallaşdırmaqda, bazar me-
xanizminin  əlverişli  şəraitini təmin etməkdə,  əmtəə bazarını  zəruri miqdarda pulla təchiz etməkdə görürlər. 
Onların fikrinə görə  tələbin dövlət tərəfindən tənzimlənməsi (Keyns proqramı) bazar qüvvələrini pozur, 
uzunmüddətli planda isə inflyasiya meyllərinin güclənməsinə aparır. Fridmen hesab edir ki, bazar sisteminə dövlət 
müdaxiləsi qısamüddətli müsbət nəticə verə bilir və ona görə də dövlət bazar münasibətlərinə mümkün qədər az və 
ehtiyatlı müdaxilə etməlidir. O, pul tədavülünə dövlətin müdaxiləsini minimuma endirməyə çalışır. Dövlət tənzim-
lənməsini pul kütləsinə və pul emissiyasına nəzarətlə məhdudlaşdırır. Qısamüddətli pul siyasətindən uzunmüddətli pul 
tənzimlənməsinə keçməyi məqsədəuyğun hesab edir. Uzunmüddətli pul tənzimlənməsini mütləqləşdirir. Fridme-
nin ideyası öz ifadəsini ABŞ-da «reyqanomikada», Böyük Britaniyada «tetçerizmdə» tapmışdır.  
Monetarizm ilə  əlaqədə olan nəzəriyyələrdən biri iqtisadi təklif  (A.Laffer) nəzəriyyəsidir. Təklif 
nəzəriyyəsinin tərəfdarları da Fridmen tərəfindən yaradılmış metodoloji prinsipə əsaslanmışlar. Monetarizmin və 
təklif nəzəriyyəsinin hər ikisinin eyni metodoloji və ideya mövqeyindən çıxış etmələrinə baxmayaraq iqtisadi 
problemlərə baxışlarındakı fərqə görə bir-birindən seçilirlər. 
İqtisadi təklif nəzəriyyəsi məcmu təklifi öyrənən cərəyandır. Onun mahiyyəti məcmu təklifi 
stimullaşdırmaq, istehsalı  və  məşğulluğu fəallaşdırmaqdır. Bu nəzəriyyənin tərəfdarları bazarı iqtisadiyyatın 
təşkilinin ən səmərəli üsulu və təbii qərarlaşmış iqtisadi fəaliyyət sistemi kimi qələmə verirlər. 
Təklif nəzəriyyəsinin tərəfdarları qeyd edirlər ki, təbii işsizliyin  əsas amili dövlətin sosial tə’minat sistemidir. 
Geniş miqyaslı sosial proqrama dövlət büdcəsinin xərclərinin artmasının, sonuncuya isə vergi rüsumlarının yüksək 
dərəcəsinin səbəbi kimi baxırlar. 
Təklif nəzəriyyəsinin nümayəndələri büdcə  kəsirini tamamilə  qəbul etmirlər. Dövlətə gözlənilməyən 
inflyasiyanın büdcə kanalını tam kəsməyi və pul təklifini başqa yolla, kəsiri nəzərə almayaraq dəyişməyi tövsiyə 
edirlər. 
Təklif nəzəriyyəsinin tərəfdarları dövlətə  yığımı vergi islahatının köməyi ilə, dövlətin sosial xərclərini 
azaltmaqla, büdcə  kəsirini aradan qaldırmaqla artırmağa imkan yaratmağı tövsiyə edirlər. Onlar amortizasiyanı 
sür’ətləndirmək siyasətilə istehsalın stimullaşdırılmasına xüsusi əhəmiyyət verirlər. Dövlətdən vergi tənzimlənməsilə 
 
20


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə