MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   2   3   4   5   6   7   8   9   10   ...   74

mənəvi yaxınlığa və tərəqqiyə də səbəb olmuşdur. 
IX-XIV  əsrlərdə  Şərqdə  və Azərbaycanda elm, sənət və  mədəniyyət yüksək 
inkişaf dövrü keçirmişdir. Bu dövrdə  Şərqin dünya şöhrətli dahi mütəfəkkirləri 
yetişmişdir. Bunlardan Fərabi (870-950), İbn Sina (980-1037), Biruni (973-1048), 
Bəhmənyar (993-1066), Nizami (1141-1209), Tusi (1201-1274), İbn Xəldun 
(1332-1406) kimi mütəfəkkirlər çoxcəhətli elmi və ədəbi yaradıcılıqları ilə dünya 
mədəniyyətini zənginləşdirmişlər.  
Çox erkən dövrlərdə heyvandarlıqla,  əkinçiliklə  məşğul olan türk tayfaları 
dəmir-metal  əşyalardan sənət məmulatları istehsal etməyə başlamışlar. 
Azərbaycanda dəmir filizi, mis istehsalı və onlardan istifadə olunması qədim tarixə 
malikdir. Məşhur türkoloq alim Lev Qumilyev «Qədim türklər»  əsərində yazır: 
«Türklər dəmirin sənaye üsulu ilə istehsalını mənimsəyən ilk xalq kimi tarix səhnə-
sinə çıxmışlar». 
Azərbaycanda ilkin iqtisadi fikir və  təsəvvürlər türk dünyasının böyük abidəsi 
olan «Kitabi-Dədə Qorqud» dastanlarında da əks olunmuşdur. Bu dastanda əks 
etdirilən həyat səhnələri, qəhrəmanlıq hadisələri ilə yanaşı, oğuz qəbilələrinin yaşa-
dığı iqtisadi və sosial həyat şəraiti haqqında da məlumatlar verilir. Dastanın boyla-
rından aydın olur ki, qədim oğuzlar maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, 
sənətkarlığın müxtəlif növləri ilə  də  məşğul olmuşlar. Bu sənətlərdən dəmir və 
poladdan düzəldilmiş alətlər, döyüşdə istifadə edilən qılınc, nizə, xəncər, ox və 
yay, zirehli paltar və sairələri daha çox yayılmışdır. Bununla yanaşı, xalçaçılıq, 
keçəçilik, toxuculuq, zərgərlik və  şərabçılıq kimi sənət növləri də xüsusi yer 
tuturdu. Bütün bu sənət və peşə növlərinin inkişafı  qədim türk-oğuz tayfalarında 
əmtəə mübadiləsinə və ticarətə də şərait yaratmışdır. 
İslam mədəniyyəti xalqların həyat tərzinə,  əxlaqi davranış  və düşüncələrinə 
daxil olmaqla yanaşı iqtisadi-sosial həyat məsələlərinin də  tənzim edilməsində 
özünü göstərir.  İslamın müqəddəs kitabı «Qurani-Kərim»də  və  Məhəmməd 
Peyğəmbərin kəlam və nəsihətlərindən ibarət olan «Hədislər»də mülkiyyət, sərvət, 
əmək, bölgü, mübadilə, ticarət, pul, sələm və vergilər kimi iqtisadi məsələlərə mü-
nasibət bildirilir. 
Quran»ın bir çox surələrində ticarətdə, alqı-satqıda bərabərlik prinsipinə  əməl 
olunması göstərilir. Çəkidə, ölçüdə, malın keyfiyyətində aldatmaq şəriət qanununa 
zidd bir əməl kimi pislənilir. 
«Quran»da insanlar arasında mübadilə, alış-veriş münasibətləri faydalı bir 
fəaliyyət sayılır. Lakin borc verib faiz almaq, sələmçilik isə  qəti qadağan edilir. 
Bundan başqa, «Quran»da və «Hədislər»də vergilərin ödənilməsi üçün çox sadə və 
aydın qaydalar müəyyən edilir. Zəkat, xüms və fitrə ödəməyin miqdarı, onları ödə-
yənlərin əmlak vəziyyəti nəzərə alınır. 
Azərbaycanda iqtisadi fikrin inkişafında Nizami Gəncəvi önəmli yer tutur. O, 
dahi şair və mütəfəkkirdir. Onun beş böyük poemadan ibarət olan «Xəmsə»sində 
iqtisadi fikir və ideyaları əks olunmuşdur. 
Nizaminin sosial-iqtisadi görüşlərində mühüm yer tutan məsələlərdən biri əmək 
və sərvət, onların daxili bağlılığıdır. O, bütün əsərlərində maddi və mənəvi sərvət-
ləri yaradanların  əməyinə yüksək qiymət vermiş, sadə  əmək adamının surətlərini 
yaratmışdır. Nizami əməyin ancaq insana xas olan bir fəaliyyət olduğunu göstərir, 
 
15


insanın başqa canlılardan fərqini və üstünlüyünü onun əmək fəaliyyətində, çalış-
mağında görür.  
Nizami belə bir həqiqəti də dərk etmişdir ki; «hər cür çalışmaqda son məqsəd, 
yemək və geyməkdən başqa bir şey deyildir». Nizamiyə görə əmək prosesi ictimai 
məna daşıyır, burada hər kəs həm özü üçün, həm də başqaları üçün çalışır, hər 
kəsin hamıdan, hamının isə  hər kəsdən asılılığı mövcuddur. O, «Dünya tarlasına 
diqqət yetirsək, hamımız bir-birimiz üçün əkinçiyik» fikrini söyləyir. 
Azərbaycan nəzəri-iqtisadi fikrinin inkişafına böyük xidmət göstərənlərdən biri 
də  Nəsirəddin Tusidir (XIII əsr). Dünyada astronom, riyaziyyatçı kimi tanınan 
N.Tusi filosof və iqtisadçı kimi də məşhurdur. Onun iqtisadi-nəzəri və əməli fikir-
ləri məşhur «Əxlaqi-Nasiri» və «Maliyyə haqqında tədqiqat»  əsərlərində ifadə 
olunmuşdur. 
Tusi göstərir ki, əmək bölgüsü, ixtisaslaşma cəmiyyətin müəyyən dövrü üçün 
yaşamasının zəruri  şərtidir. O yazır: «İnsanlar bir-birinə kömək etdikdə, onların 
hərəsi bu işlərin birini yerinə yetirdikdə, özlərinə lazım olandan çox istehsal edər, 
artığını başqalarına vermək və almaq yolu ilə müvazinət və tarazlıq əmələ gətirər, 
yaşayış vasitələrini təmin edər, özünü və cinsini mühafizə edər, nizama salar və 
sistem yaradarlar». Tusinin göstərdiyi bu sistemdə istehsalla istehlak arasındakı 
qarşılıqlı əlaqə, onların birinin digəri üçün şərt olması ideyası da əks olunmuşdur.  
Dünya iqtisadi fikir tarixində xüsusi xidməti olan alimlərdən biri də 
Əbdürrəhman İbn Xəldundur.  
Avropa alimləri  İbn Xəldunu «Tarix filosofu», islam Şərqinin Monteskyesi 
adlandırmışlar.  
İbn Xəldunun böyük elmi xidmətlərindən biri cəmiyyətin keçdiyi təbii-tarixi 
inkişaf mərhələləri və onun hərəkətverici qanunları haqqındakı fikirləridir. O 
göstərir ki, cəmiyyət öz inkişafında köçərilik, oturaq həyat və mədəniyyət mər-
hələlərindən keçməlidir. Müəllif bu inkişaf mərhələlərinin birindən digərinə 
keçməsi prosesini əmək bölgüsü və  məhsuldar qüvvələrin inkişafında baş verən 
dəyişiklik və tərəqqilə izah edir. 
İbn Xəlduna görə dövlətin və məmurların bilavasitə iqtisadi fəaliyyətlə, ticarətlə 
məşğul olması o ölkənin təbəələri üçün zərərli haldır.  
Azərbaycanın və  Şərqin ictimai fikrinin mühüm hissəsi olan iqtisadi fikir 
sonrakı dövrlərdə  də  məşhur mütəfəkkirlərin  əsərlərində bu və digər dərəcədə öz 
əksini tapmışdır. Xüsusilə Azərbaycanda iqtisadi fikir və təlimlər XIX əsrin ikinci 
yarısında M.F.Axundovun, H.B.Zərdabinin, N.B.Vəzirovun, Z.Marağayinin və 
başqa mütəfəkkir və yazıçıların əsərlərində inkişaf etdirilmişdir.  
XX  əsrin  əvvəllərində baş verən ictimai-siyasi hadisələr Azərbaycanda xeyli 
qəzet və jurnalların yaranmasına, müxtəlif fikir cərəyanlarının meydana çıxmasına 
təkan vermişdir. Bu dövrün mətbuatında, böyük mütəfəkkir, şair, yazıçı və siyasi 
xadimlərin əsərlərində Azərbaycanın mövcud iqtisadi və mənəvi mühiti ifadə edil-
mişdir. 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
 
16


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə