MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   2   3   4   5   6   7   8   9   ...   74

iqtisadi fəaliyyətinə və davranışlarına fəal təsir göstərir.  
 
§4. İqtisadi nəzəriyyə - iqtisad elmləri sistemində 
 
XVIII əsrdən başlamış iqtisad elmi bütün iqtisadi bilikləri əhatə edən vahid bir 
elm sahəsi kimi fəaliyyət göstərmişdir. Bu elmin tədrisinə XIX əsrin əvvəllərindən, 
xüsusilə onun ikinci yarısından başlanmışdır.  
XIX əsrin ikinci yarısından başlayan və XX əsrdə davam edən iqtisadi, texniki 
və mədəni yüksəliş iqtisad elminin təsnifatına, ayrı-ayrı elm sahələrinə bölgüsünə 
səbəb olmuşdur. Bu dövrdə iqtisadiyyatda əmək bölgüsünün, ixtisaslaşmanın 
genişlənməsi baş vermiş, iqtisadiyyat daha mürəkkəb xarakter almışdır. Hazırda in-
kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında yüz minlərlə istehsal, 
xidmət, sosial sahələr fəaliyyət göstərirlər. Bütün bu iqtisadi-sosial qurumlar 
arasında cərəyan edən mürəkkəb qarşılıqlı  əlaqələr, onların hər birinə xas olan 
xüsusi cəhətlər bir çox elm sahələri tərəfindən öyrənilir. İqtisad elmlərində baş ve-
rən təsnifat, bölgü bu tələbatdan irəli gəlmişdir. Bu səbəbdən indi iqtisadiyyatın 
müxtəlif sahələrini, hissələrini, onların ümumi funksional münasibətlərini öyrənən 
çoxsaylı iqtisad elmləri fəaliyyət göstərməkdədir. Bunların içərisində  sənayeni, 
kənd təsərrüfatını, tikintini, xidmət və sosial fəaliyyət dairələrini öyrənən elmləri 
göstərmək olar. İqtisadiyyatın ayrı-ayrı sahələrini, hissələrini öyrənən konkret 
elmlərlə yanaşı onun ümumfunksional fəaliyyətini, kəmiyyət və keyfiyyət tərəflə-
rini, idarə edilməsinin vasitələrini öyrənən elmlər də mövcuddur. Bu elmlərdən 
əməyin iqtisadiyyatı  və  təşkili, iqtisadiyyatın tənzimlənməsi, idarəetmə, maliyyə, 
kredit, statistika, marketinq, iqtisadi kibernetika kimi elmlər geniş fəaliyyət göstər-
məkdədir. Bütün bu iqtisad elmlərinin hər birinin predmeti və konkret funksiyaları 
mövcuddur. Buna baxmayaraq onların hamısı bir sistem şəklində, bir-biri ilə 
qarşılıqlı münasibətdə inkişaf edir və təkmilləşirlər. 
İqtisad elmləri sisteminə daxil olan bütün elm sahələrinin tədqiqat obyekti 
iqtisadiyyatdır. Vahid iqtisad elmindən ayrılan və xüsusiləşən bu elm sahələri 
iqtisadiyyatı, onun ayrı-ayrı  tərəflərini, kəmiyyət və keyfiyyət cəhətlərini daha 
konkret, nəzəri və əməli cəhətdən öyrənmək imkanlarına malikdir. 
İqtisad elmləri sistemində iqtisadi nəzəriyyə ilə digər iqtisad elmləri arasında 
fərqlər və  vəhdətlik mövcuddur. Burada iqtisadi nəzəriyyə iqtisad elmləri 
sistemində ən çox nəzəri-metodoloji funksiyalarla çıxış edir. Bu baxımdan iqtisad 
elmlərini iki yerə - nəzəri və tətbiqi elmlərə bölmək daha düzgün olardı. Bu bölgü 
ilə bağlı  məşhur Amerika iqtisadçıları K.Makkonnell və S.Bryu «Ekonomiks» 
dərsliyində yazırlar ki, iqtisadi nəzəriyyə özünün bütün praktiki fəaliyyətinə 
baxmayaraq dar ixtisaslı bir predmet deyil, akademik predmetdir. Bu elmin prob-
lemləri adətən fərdi iqtisadi fəaliyyətlər baxımından deyil, ictimai baxımdan 
öyrənilməlidir. Elmin predmeti isə əmtəələrin və xidmətlərin istehsalı, mübadiləsi 
və istehlakı proseslərinə bütövlükdə  cəmiyyət mövqeyindən yanaşmaqdan 
ibarətdir. 
Məşhur Amerika iqtisadçısı prof. P.Samuelson iqtisad elmini sosial elmlərin 
kraliçası adlandırır. Burada müəyyən qədər şişirtmə olsa da hər halda iqtisadi həyat 
və onu öyrənən elm çox böyük qüvvəyə malikdir.  
 
8


 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 2. İQTİSADİ FİKRİN YARANMASI VƏ İNKİŞAFI. 
AZƏRBAYCAN İQTİSADİ FİKİR TARİXİ 
 
§1. Qədim və orta əsrlərdə iqtisadi fikir və tə’limlər 
§2. İqtisad elminin yaranması  və formalaşması 
§3. Azərbaycan iqtisadi fikir tarixi (qısa icmalı) 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1. 
«İqtisadi nəzəriyyə» dərslik, T.S.Vəliyev,
 
Ə.P.Babayev, M.X.Meybullayev 
ümumi elmi redaktəsi ilə, Bakı-2001.
 
2.  Экономическая  теория  (Политэкономия):  Учебник / Под  общей  ред. 
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с. 
3.  Экономическая теория. Учебник для вузов. Под ред. Г.П. Журавлевой, 
В.М.  Юрьева. –Тамбов:  Изд-во:  Тамбовского  университета, 2000,–
757с. 
4.  Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
5.  Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И. 
Добрынина,  Л.С.  Тарасевича. –СПб.:  Изд-во:  СПб  ГУЭФ. 1997, –480 
с. 
6.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
7.  Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.: Гуманит. 
Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
8.  Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н. 
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997. 
9.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993. 
11. Экономика  переходного  периода / Под  ред.  В.В.          Радаева,  А.В. 
Бузгалина. –М.: Изд-во МГУ, 1995. 
12.  Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,  1994, –736 с. 
 
 
 
 
 
 
§1. Qədim və orta əsrlərdə iqtisadi fikir və təlimlər 
 
 
9


İqtisad elmi XVIII əsrdən başlayaraq bu günümüzə qədər böyük bir inkişaf yolu 
keçmişdir. Müasir iqtisadi nəzəriyyələr sistemini əhatəli öyrənmək üçün bu elmin 
yaranması və inkişafı tarixinə bələd olmaq gərəkdir.  
İqtisadi fikir tarixi iqtisadiyyatın tarixi qədər qədimdir. Başqa sözlə, iqtisadiyyat 
iqtisadi fikrin və nəzəriyyələrin öyrəndiyi obyektdir. 
Əsil iqtisadi fikir və biliklər isə icma quruluşunun dağıldığı, ictimai əmək böl-
güsünün, dövlətin və siniflərin yarandığı dövrdə meydana çıxmağa başlamışdır. 
Ümumiyyətlə, elm, biliklər cəmiyyətin daha yetkin mərhələsində, xüsusilə klassik 
quldarlıq dövründə yaranmışdır. 
İqtisadi fikir və biliklərin meydana çıxması üçün daha yetkin iqtisadiyyatın 
olması  zəruri idi. Belə bir iqtisadi, mədəni  şərait qədim Misirdə, Babilistanda, 
Çində, Hindistanda, İranda mövcud olmuşdur. Hələ eramızdan 4-5 min il əvvəl 
qədim böyük dövlətlər və  mədəniyyətlər  Şərq ölkələrində - qədim  şumerlərdə 
(indiki İraq ərazisində), Misirdə, Türküstanda və s. ölkələrdə meydana gəlmiş və 
nisbətən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu ölkələrdə istehsalın ən qədim və 
əsas sahələri olan əkinçilik, heyvandarlıq, suvarma sistemi, sənətkarlıq, ticarət, 
şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalxmışdır. F.Engels göstərir ki, Asiya-
nın ən qabaqcıl tayfalarında: arilərdə, semitlərdə, turanlılarda başlıca əmək sahəsi 
olan əkinçilik, heyvandarlıq, suvarma sistemi xeyli inkişaf etmiş, ilk ictimai əmək 
bölgüsü də bu ölkələrdə baş vermişdir. O, «Kapital»ın III cildinə  əlavədə yazır: 
«Əmtəə mübadiləsi hələ heç bir yazılı tarixin mövcud olmadığı zamanlarda Mi-
sirdə bizim tarixdən azı üç və ya beş min il qabaq, Babilistanda isə dörd-altı min il 
qabaq başlanır». 
Tarixi mənbələr göstərir ki, Qədim Şərqdə əmək bölgüsünün və bunun əsasında 
əmtəə mübadiləsinin erkən inkişafı pulun da bu ölkələrdə yaranmasına səbəb 
olmuşdur. Belə ki, Şərq ölkələrinin  əksəriyyətində qaramal, qoyun və bu kimi 
məhsullar mübadilədə vasitəçi rolunda çıxış etmişlər.  
Klassik quldarlıq sisteminə  əsaslanan qədim yunanlar təbiəti, cəmiyyəti və 
insanı öyrənən elmlərin  əsasını qoymuşlar. Qədim yunan mütəfəkkirləri elmin 
başqa sahələrində olduğu kimi, iqtisadiyyatın öyrənilməsi və araşdırılması sahəsin-
də də yüksək qabiliyyət nümayiş etdirə bilmişlər. Ksenofontun (e.ə.430-355), Pla-
tonun (e.ə.427-347), Aristotelin (e.ə. 348-322) əsərlərində quldarlıq quruluşunun 
iqtisadi münasibətləri nəzəri baxımdan araşdırılmış və əməli tövsiyələr verilmişdir. 
İlk dəfə «İqtisadiyyat» - «Oykonomiya» anlayışını elmə gətirən də onlar olmuşlar. 
Bununla da təsərrüfat və onun idarəedilmə qayda-qanunlarını ifadə edən iqtisadiy-
yat anlayışı elm tarixinə daxil olmuşdur. Əslində «Oykonomiya» sözü Ksenofon-
tun bir əsərinin adından alınmışdır. O, bu başlıq altında qul əməyinə əsaslanan ev 
təsərrüfatı və onun ağıllı idarə edilməsindən danışır. Ksenofont əmək bölgüsü, pe-
şələr üzrə ixtisaslaşmaq və bunların insanın iş qabiliyyətinə  təsiri haqqında 
qiymətli fikirlər yürüdür. Onun əsərlərində  sərvət və ondan istifadə qaydaları, 
əkinçilik və onun üstünlükləri haqqında fikirlər də əks olunmuşdur. Filosofun fik-
rinə görə  əkinçilik bütün sənətlərin anası  və qida mənbəyidir. Buna görə  də o, 
əkinçilik, bağçılıq, üzümçülüklə  məşğul olmağı,  ən ağıllı  sənət hesab edir və bu 
sahələrdə işləyənlərin əməyinə yüksək qiymət verir. 
Antik dünyanın  ən görkəmli zəkalarından biri olan Aristotel ilk iqtisadçı 
 
10


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə