MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   2   3   4   5   6   7   8   9   ...   74

adlar da iqtisadi anlayışlardır. Bədii  ədəbiyyatın obrazları insanlardır, iqtisad 
elminin «obrazları» isə iqtisadi anlayış və kateqoriyalardır.  
İqtisadi kateqoriyalar iqtisadiyyatın ayrı-ayrı  cəhətlərinin, tərəflərinin 
ümumiləşdirilmiş nəzəri ifadələridir.  
İqtisadi qanunlar iqtisadiyyatın inkişaf qanunlarıdır. Təbiətdə olduğu kimi 
cəmiyyətdə də ona xas olan obyektiv inkişaf qanunlarını inkar etmək olmaz. Lakin, 
təbiətin mütləq mənada obyektiv qanunlarından fərqli olaraq iqtisadi qanunlar 
şüurlu fəaliyyətin, insanın, cəmiyyətin və dövlətin fəaliyyəti  şəraitində  təsir 
göstərən qanunlardır. Bunlar insanların  şüurlu, məqsədli fəaliyyətlərində özünü 
göstərən və reallaşan qanunlardır. Bu səbəbdən iqtisadi qanunlara iradi, subyektiv 
anlayışlar kimi də baxmaq olmaz. Təbiət qanunları kimi iqtisadi qanunlar da 
obyektiv qanunlar kimi fəaliyyət göstərirlər. 
Ən ümumi şəkildə götürüldükdə qanun, hadisələrin, şeylərin daxili mahiyyətidir. 
Bütün hadisələr isə bir-biri ilə qarşılıqlı əlaqə və asılılıq şəraitində, daim inkişaf və 
hərəkətdə fəaliyyət göstərirlər. Bunların arasında təsadüfi, keçici, bir an fəaliyyətdə 
olan hadisə  və  əlaqələr də mövcuddur. Qanun isə baş verən hadisələr arasındakı 
hər cür əlaqəni deyil, onlarda sabit qalan, təkrar olunan ən mühüm səbəb-nəticə 
əlaqələrini ifadə edir. Deməli, qanun hadisələrin bütün cəhətlərini və  tərəflərini 
yox, onların ən mühüm mahiyyətini əks etdirir. Məsələn, əmtəənin alqı-satqısına, 
qiymətinə çoxlu təsadüfi hadisələr təsir göstərə bilər. Lakin burada əsas cəhət onun 
istehsalına sərf edilən xərclər və faydalılığıdır. 
İqtisadi qanunlar sistem şəklində  fəaliyyət göstərirlər. Bu o deməkdir ki, onlar 
bir-birilə bağlı  və qarşılıqlı asılılıq  şəraitində  təsir göstərir və  təzahür edirlər. Bu 
qanunların dərk edilməsi, öyrənilməsi və üzə  çıxarılması iqtisadi nəzəriyyənin 
funksiyasıdır.  
İqtisadi qanunları  dərk etməyin, öyrənməyin  əsas  şərti, o qanunların fəaliyyət 
köstərdiyi şəraiti araşdırmaqdır. 
Təbiət qanunlarından fərqli olaraq iqtisadi qanunların normal fəaliyyət 
göstərməsi üçün zəruri  şərtlərin olması lazımdır. Məsələn, rəqabət qanununun 
normal fəaliyyəti üçün sərbəst sahibkarlığın, azad təşəbbüsün sərbəst bazar 
qiymətlərinin olması tələb olunur. 
 
 
§3. İqtisadi nəzəriyyənin metodu 
 
Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod 
yunanca «Methodos» sözündən olub tədqiqat yolu deməkdir. Məşhur ingilis 
filosofu F. Bekon (XVII əsr) demişdir ki, metod yolçunun yolunu işıqlandıran bir 
fanardır.  İqtisadi nəzəriyyə bir elm kimi iqtisadi hadisələrin və proseslərin 
araşdırılmasında özünəməxsus metodlardan istifadə edir.  
Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Həm də 
bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çulğaşan hadisələr kimi fəaliyyət 
göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən 
tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bil-
mək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün birinci növbədə  elmi abstraksiya 
 
6


metodundan istifadə etmək tələb olunur. Elm tarixində  sınaqdan çıxmış 
abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər 
aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat 
hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar 
şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və 
təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara 
çıxarılır. Abstrakt (mücərrəd) anlayışlar heç də məzmunsuz, mahiyyətsiz anlayışlar 
deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdi-
rir. 
İqtisadi nəzəriyyənin tətbiq etdiyi digər bir metod da analiz və sintez 
metodudur. Analiz metodunda iqtisadi münasibətlər vahid bir sistem halında 
götürülür və o, elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə ayrılır. Bu halda 
iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil (analiz) edilir, onun mühüm cəhətləri 
və mahiyyəti konkret olaraq araşdırılır. Sonra sintez etmək yolu ilə həmin cəhətlər 
və  tərəflər yenə  də iqtisadi sistemdə birləşdirilir. Bu proses yəni vahid iqtisadi 
sistemin bölünməsi və birləşdirilməsi təfəkkürümüz, fikrimiz vasitəsilə  həyata 
keçirilir. Bu üsullarla biz bütöv bir iqtisadi sistem və forma haqqında ümumi bilik 
əldə edə bilirik. 
İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də  tarixi və  məntiqi 
metoddur. Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları, 
kateqoriyaları, onların yarandığı tarixi ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu 
üsulla iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini 
nəzərə almaqla, onları məntiqi metodun vasitəsilə araşdırır.  
Müasir iqtisadi nəzəriyyədə araşdırma vasitələrindən biri də  induksiya  və 
deduksiyadır.  
İnduksiya-latınca «yönəltmə» mənasını ifadə edən bir anlayışdır. Bu metod 
vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. 
Bu iş  hələ «iqtisadi qanun», «prinsip» və «modellər» çıxarmaq üçün kifayət 
deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləş-
dirmək və izahını verməkdir. 
Deduksiya - latın dilindən alınan və «hasiletmə» mənasını daşıyan bir sözdür. 
Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqtisadi 
prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Beləliklə, bu üsulla nəzə-
riyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə 
gəlmək mümkün olur. Bu həm deduksiya, həm də induksiya metodlarının birlikdə 
tətbiq edilməsi deməkdir. 
İqtisadi hadisə  və proseslərin keyfiyyət və  kəmiyyət tərəfləri mövcuddur. Bu 
hadisələrin keyfiyyət tərəfləri, mahiyyətləri yuxarıda göstərilən üsullarla dərk 
olunursa, kəmiyyət tərəfləri statistikanın, riyazi üsulların, modelləşdirmə  və s. 
üsulların vasitəsilə  dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriy-
yələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində geniş istifadə 
olunur. 
İqtisadi nəzəriyyə fundamental, metodoloji bir elm sahəsidir. Onun əsas 
funksiyası iqtisadiyyatı bütövlükdə tədqiq etmək və nəzəri təhlilini verməkdir. Bu 
baxımdan o, insanların iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsədyönlü 
 
7


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə