MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

Marjinalizmin əsas kateqoriyaları: faydalılıq həddi, məhsuldarlıq həddi, məsrəf həddi və başqalarıdır. Marjina-
lizm kəmiyyət təhlilinə əsaslanır və onun metodu həddi təhlil metodudur, iqtisadi-riyazi metod və modellərdən də 
geniş istifadə edilmişdir. 
Marjinalistlər tərəfindən məhdud resurslardan səmərəli istifadə olunma problemi təntənəli  şəkildə 
ekonomiksin predmeti elan edilmişdir. 
Avstriya məktəbinin nümayəndələrinin fikrinə görə istehlak seçimi müəyyən  şəxs üçün alınmış  məhsulun 
əhəmiyyətlilik dərəcəsindən, həmin məhsulun kəmiyyətindən və tə’min olunma dərəcəsindən, onun təkrar istehsal 
imkanlarından asılıdır. Onlar iqtisadi seçimdə əsas amil kimi bu və ya digər məhsulun faydalılığını götürmüşlər. Ona 
görə  də Avstriya məktəbi faydalılığı istehlakçı mövqeyindən qiymətləndirmişdir. Onların təlimində faydalılıq 
istehlak sistemindən və  məhsulun mövcud ehtiyatından asılıdır. Müəyyən növ məhsulun hər sonuncu vahidi 
əvvəlkinə nisbətən istehlakçı  üçün  az  faydalılığa malikdir. İstehlak olunan məhsulun kəmiyyəti artdıqca, tələbat 
ödənildikcə konkret faydalılığın kəmiyyəti azalır. Faydalılıq həddi istehlakın həcmi ilə  tərs münasibətdə olur. 
Marjinalizmdə  məhsulun hər sonradan gələn vahidinin istehlakından alınmış  əlavə faydalılıq - faydalılıq həddi 
adlanır və qiymət onunla müəyyən olunur. Beləliklə, müəyyən növ məhsulun qiyməti, həmin məhsulun  ən az 
zəruri olan tələbatı ödəyən sonuncu vahidinin faydalılığı ilə müəyyən olunur. 
Neoklassik sistemdə  əsas metodoloji nəzəriyyələrdən biri məhsuldarlıq həddi nəzəriyyəsidir. Bu 
nəzəriyyənin  əsas müəllifi Amerika iqtisadçısı C.B.Klarkdır. Məhsuldarlıq həddi nəzəriyyəsi faydalılıq həddi 
nəzəriyyəsinin modifikasiyasıdır və müasir dövrdə onun ən geniş yayılmış variantlarından biridir. Məhsuldarlıq 
həddi nəzəriyyəsi faydalılıq anlayışının istehsal amillərinə şamil olmasıdır və onların qiymətinin faydalılıq həddi 
prinsipi ilə müəyyən edilməsidir. Məhsuldarlıq həddi nəzəriyyəsi məhsuldarlığın, yaxud gəlirin azalması qanununa 
əsaslanır. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, istehsal amillərindən hər hansı birinin, o birilərilə müqayisədə 
artması ilə onun məhsuldarlığı azalır. 
Marjinalizm nəzəriyyəsinin yaranmasından bir əsrdən çox vaxt keçməsinə baxmayaraq çoxlu məktəblərdən 
fərqli olaraq, o səhnədən getməmişdir. Hər bir müasir nəzəriyyə marjinalizmə  əsaslanaraq irəli getmişdi. Onun 
nəzəri müddəaları ilə iqtisadi nəzəriyyənin çox istiqamət və məktəbləri həmfikir olmuşdur. 
Neoklassik yönümlü cərəyanlardan biri neoliberalizmdir. Bu cərəyan XX əsrdə bütünlükdə neoklassizmi 
təmsil etmiş və müasir iqtisadi nəzəriyyələrin formalaşmasında əhəmiyyətli rol oynamışdı. Neoliberalizmin əsası 
A.Smit tərəfindən qoyulmuşdur. Neoliberalizm iqtisadiyyatı əlavə nizamlamadan, onun azad, öz-özünə tənzim olun-
ması ideyasını müdafiə etməklə, iqtisadi liberalizmin prinsiplərini  əsas götürərək özündə London (F.Xayek), 
Frayburq (V.Oyken, L.Erxard), Çikaqo (M.Fridmen) məktəblərini birləşdirir. Bütün bu məktəblərin nəzəri əsasında 
azad sahibkarlıq ideyası durur. 
Bu məktəblər təsərrüfat fəaliyyətində sahibkarların azad fəaliyyət göstərməsini müdafiə edirlər. 
İqtisadiyyatda dövlətin təsirini minimuma endirirlər. Onun rolunu ancaq azad rəqabətə  əlverişli olan şəraiti 
mühafizə etməkdə görürlər. 
Neoliberalizm Keynsçiliklə bir vaxtda yaranmışdır. Hər iki cərəyan kapitalizmin özünü tənzimlənməsi 
haqqında  ənənəvi təsəvvürü dağıtmış olan 1929-1933-cü illər böhranına iqtisad elminin münasibətini ifadə 
etmişdi. Bu vaxt iqtisadiyyata dövlətin fəal qarışması tələb olunurdu. Digər tərəfdən isə marksizmin və Keynsçili-
yin nüfuzu artırdı. Bu şəraitdə iqtisadi liberalizmin tərəfdarları klassik prinsipi saxlamaqla məhdud miqyasda 
iqtisadiyyata dövlətin müdaxiləsinin zəruriliyini məcburi qəbul edib, neoliberalizm formasında çıxış etmişlər. 
Neoliberalizmin  əsasını qoyan və onun metodologiyasını yaradan alman iqtisadçıları, birinci növbədə 
V.Oyken (1891-1950) olmuşdu. Neoliberalizm nəzəriyyəsi müxtəlif istiqamətlərdə inkişaf etmişdi. Onun klassik 
forması azad sahibkarlıq şüarı altında Qərbi alman variantıdır. Müharibədən sonra Qərbi Almaniya beynəlxalq li-
beralizmin mərkəzi olmuş  və bütün ölkələrin neoliberalları Frayburq məktəbinin  ətrafında cəmləşmişdi. Onun əsas 
nəzəriyyəçiləri V.Oyken, L.Erxard, L.Müller-Armaq, A.Rustov, V.Repke və başqaları olmuşdu. 
Neoliberalizmin metodologiyasının  əsasında, onun bütün tərəfdarlarını birləşdirən Oyken tərəfindən 
yaradılmış iqtisadi quruluşun iki tipləri haqqında konsepsiya durur. Oyken iqtisadi quruluşu təcrübədə reallaşmış 
təsərrüfat formalarının məcmusu kimi müəyyən edir. O, iki təsərrüfat formasını ideal sayır və tanıyır. Birincisi, 
mərkəzdən idarə olunan təsərrüfat, onun natural və mərkəzi-inzibati təsərrüfat növləri. İkincisi, bazar təsərrüfatı. Fray-
burq məktəbinin sosial iqtisadi proqramı bu konsepsiyaya əsaslanmışdı. Onlar tarixdə  mə’lum olmuş bütün iqtisadi 
sistemləri təsərrüfatın bu iki ideal tipi mövqeyindən təhlil etmişlər. 
Frayburq məktəbi ordoliberallar (üçüncü yol tərəfdarları) adlanırlar. Onların tə’liminin mərkəzində sosial 
bazar təsərrüfatı  nəzəriyyəsi durur. Sosial bazar təsərrüfatını kapitalizm və sosializm arasında cəmiyyətin 
inkişafının üçüncü yolu adlandırırlar. Sosial bazar təsərrüfatının  əsas səciyyəvi xüsusiyyəti sosial ədaləti bərpa 
etmək qabiliyyəti olan inhisar və  rəqabətin tənzimlənməsidir. Müller-Armak isə sosial bazar təsərrüfatının kapi-
talizmdən əsas fərqini sosial kompensasiya prinsipinə tabe olan fəal sosial siyasətdə görür. 
Sosial bazar təsərrüfatı modelinin əsas prinsipləri aşağıdakılardır:  1) qiymət azadlığı və sabit pul tədavülü; 2) 
inhisarsız rəqabət; 3) xüsusi mülkiyyətin sarsılmazlığı; 4) sahibkarlığın iqtisadi müstəqilliyi və cavabdehliyi; 5)döv-
lətin məhdud iqtisadi rolu. Azad bazar təsərrüfatının əsas siması sahibkar və əsas elementi azad rəqabətdir. 
Neoliberalizmin ideyaları  Qərbin  əksər ölkələrinin iqtisadi siyasətinə  təsir etmişdir. Müharibədən sonra 
neoliberalizm Qərbi alman dövlətinin rəsmi iqtisadi siyasəti olmuşdu. Neoliberal ideyaların praktiki tətbiqində 
L.Erxardın (1897-1977) böyük xidməti olmuşdu. O, sosial bazar təsərrüfatı  nəzəriyyəsini təcrübədə  həyata ke-
çirmiş və bunun nəticəsində 50-ci illərdə Qərbi Almaniya «iqtisadi möcüzələr» yaratmışdı.  
Neoliberalizmin əsas nəzəriyyəçiləri Amerika iqtisadçısı L.Mizes (1881-1973) və ingilis iqtisadçısı F.Xayek 
 
19


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə