MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

bazar sisteminin normal fəaliyyətini tə’min etməyi tələb edirlər. Vergiləri aşağı salmaq yolu ilə iqtisadiyyatı stimul-
laşdırmağın yüksək səmərəliliyini qeyd edirlər. Onlar büdcə siyasətini pul siyasətindən ayırırlar. Monetarizmin 
uzunmüddətli pul siyasətinin mütləqləşdirilməsinə qarşı çıxırlar.  
Təklif nəzəriyyəsinin nümayəndələrinin, iqtisadiyyatın dövlət tənzimlənməsi sisteminə münasibəti ondan 
ibarətdir ki, bu tənzimləmə uzunmüddətli xarakterə malik olmalıdır və  məcmu tələbin antitsiklik idarə 
olunmasına deyil; əmtəələrin, kapitalların və digər istehsal amillərinin təklifinin stimullaşdırılmasına yönəldilmə-
lidir. 
Monetarizm ilə sıx əlaqəsi olan nəzəriyyələrdən biri də səmərəli gözləmə nəzəriyyəsidir. Bu nəzəriyyə 70-ci 
illərin ortalarında ABŞ-da yaranmışdır. Onun görkəmli nümayəndələri R.Lukas, T.Sarcent, N.Uolles, C.Mut və 
başqaları olmuşdu.  
Səmərəli gözləmə  nəzəriyyəsi mikroiqtisadi nəzəriyyəyə  əsaslanır. O, iqtisadçıların çoxdan gözlədiyi 
makro- və mikro nəzəriyyələr arasında əlaqələr yaratmağa çalışır. 
Səmərəli gözləmə  nəzəriyyəsi sayəsində iqtisadçılar və siyasətçilər siyasətin nəticəsinin dəyişməsinə, 
gözləmənin mümkün təsirinə, mikro- və makroiqtisadi nəzəriyyələrin  əlaqəsinə olduqca böyük diqqət yetirirlər. 
Səmərəli gözləmə məktəbinin fikrincə dövlət iqtisadiyyata nə qədər az müdaxilə edərsə, o qədər yaxşıdır. Çünki, 
məhz bu müdaxilə iqtisadiyyatın sabitliyini pozur və onu daima şok vəziyyətinə salır. 
Beləliklə, monetarizmin və  səmərəli gözləmə  nəzəriyyəsinin makroiqtisadi nəzəriyyəyə  və siyasətə güclü 
tə’sir göstərməsinə baxmayaraq, hamı  tərəfindən qəbul olunmuş nöqteyi-nəzər, özünün əmələ  gəlməsinə görə 
Keynsçilikdə qalır. 
 
§3. Keynsçilik 
 
İqtisadi nəzəriyyədə Keynsçilik, sənayecə inkişaf etmiş ölkələrdə  dərin iqtisadi böhran baş verdiyi və 
neoklassik nəzəriyyənin bu böhranı aradan qaldırmaqda gücsüz olduğu XX əsrin 30-cu illərində yaranmışdı. 
Keynsçi baxışlar sisteminin əsas müddəaları C.M.Keynsin «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» 
(1936)  əsərində yaradılmışdı. Keyns iqtisadiyyatın bazar mexanizmi vasitəsilə özünü tənzim etməsi haqqında 
neoklassik nəzəriyyəni qəbul etmir və göstərir ki, təbii (kənarda müdaxilə olmadan) inkişaf edən bazar iqtisadiyyatı 
ideal sistem deyil, bu sistemə iqtisadi sarsıntılar xasdır. O hesab edir ki, azad iqtisadi sistem maddi və əmək resurs-
larından dolğun və səmərəli istifadə olunmasını, həmçinin iqtisadiyyatın fasiləsiz artımına sərbəst şəraiti tə’min edə 
bilmir. Keyns bazar iqtisadiyyatını saxlayıb, yalnız onu dövlət siyasətilə düzəltməyi təklif edir.  
Keynsin nəzəriyyəsi məşğulluq nəzəriyyəsi adını almış iqtisadi siyasət proqramıdır. Məşğulluq adı altında 
isə istehsalın vəziyyəti, onun həcmi, milli gəlirin miqyası başa düşülür. Keyns diqqətini iqtisadiyyatda qısamüddətli 
dəyişikliklərə yönəltmişdir. Təhlilin ağırlıq mərkəzini resurslara təklifdən (onların nadirliyi və qiyməti 
məsələsindən) tələbə, səmərəli tələb və onun sabitliyi probleminə keçirmişdi. Onun bütün nəzəri təhlili səmərəli 
tələbin tərkib hissələrinin dəyişməsini müəyyən edən amillərin tədqiqinə yönəlmişdi. Onun tədqiqatının 
mərkəzində səmərəli tələbin hərəkətinin və milli gəlirin artımının qanunauyğunluqlarını müəyyən etmək durur.  
Keynsçilik dövlət tənzimlənməsi sisteminə əsaslanan makroiqtisadi nəzəriyyədir. Bu, əvvəlki məktəblərlə 
müqayisədə Keynsçiliyin yeniliyidir. Keynsçi nəzəriyyə dövlətin kapital qoyuluşundan və istehlakdan əmələ 
gələn, dövlət xərclərilə tamamlanan məcmu tələbə  tə‘sir etmək yolu ilə iqtisadiyyata müdaxilə formasıdır. 
Keynsçiliyin mahiyyəti səmərəli tələbi müəyyən edən xərclər və  gəlirlər arasındakı nisbətin tənzimlənməsidir. 
Tənzimlənmə obyekti səmərəli tələbin  ən mühüm tərkib hissəsi olan kapital qoyuluşudur. Məqsəd dövlətin kö-
məyilə kapital qoyuluşlarının sabit artımını təmin etməkdir. Məhz onların artımına səmərəli tələbin təmin olun-
masının həlledici amili kimi baxılır. 
Keynsçi makroiqtisadi nəzəriyyədə  əsas məqsəd iqtisadi tsikli sabitləşdirmək və  məşğulluğun yüksək 
səviyyəsini tə’min etməkdir. Həlledici rol büdcə-vergi siyasətinə verilir. Büdcə-vergi siyasəti antitsiklik 
tənzimlənmənin həyata keçirilməsinin, həmçinin uzun perspektivdə iqtisadi artımın stimullaşdırılmasının  əsas 
aləti hesab edilir. Lakin məcmu tələbi genişləndirmək və azaltmaq məqsədilə büdcə  kəsirinin idarə edilməsinə 
xüsusi əhəmiyyət verilir. 
Keynsə görə işsizliyin əsas səbəbi tə’diyə qabiliyyətli (səmərəli) tələbin çatışmamasıdır. Buna əsaslanaraq, 
o səmərəli tələbin artırılması tələbini irəli sürür. Keynsin iqtisadi proqramı bu tələbin reallaşmasına tabe edilmişdi. 
Keyns səmərəli tələbi işləməklə iqtisadi nəzəriyyənin inkişafını zənginləşdirmişdi. Bu, onun iqtisadi nəzəriyyənin 
inkişafına qiymətli hədiyyəsidir. 
Keynsin metodologiyası fərdin psixologiyasına yox, məcmu psixoloji amillərə əsaslanır. Keyns iqtisadiyyatın 
vəziyyətini onun fəaliyyəti ilə əlaqələndirir və iqtisadi tarazlığın pozulmasının əsas səbəbini onda görür. Keyns «əsas 
psixoloji qanun» yaradır. Bu qanuna uyğun olaraq məcmu real gəlirin artması ilə istehlak da artır. Lakin o, gəlirin 
artımı kimi artmır. Keyns hesab edir ki, cəmiyyətdə milli gəlirin hərəkətinin əsas meyllərini, istehlakın həcmini bu 
qanun açır. Onları belə izah edir: gəlirlərin artması ilə birgə  əhalinin istehlakı da artır; bu istər-istəməz tələbin 
artmasına səbəb olur. Lakin bununla yanaşı istehlakın artmasının qarşısını alan gəlirin bir hissəsini yığmaq meyli 
fəaliyyət göstərir. Keyns tarazlığın pozulmasının, böhranlı tənəzzülün, işsizliyin əsas səbəbini yığmaq meylində 
görür. Keynsə görə səmərəli tələb üç amillə: istehlaka meyllik, kapital qoyuluşunun faydalılıq həddi və likvidliyin 
üstün tutulması ilə müəyyən olunur. İstehlaka meyllik tələbin kəmiyyətini, investisiyaya meyllik istehsal tələbini mü-
əyyən edir. Hər ikisi bir istiqamətdə fəaliyyət göstərir və məcmu tələb birbaşa onlardan asılı olur. Likvidliyi üstün 
tutmaq məcmu tələbə əks tə’sir göstərir. Keyns qeyd edir ki, likvidliyə üstünlük vermək kapitalın borc formasında 
 
21


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə