MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   2   3   4   5   6   7   8   9   ...   74

əsas, həlledici sahəsi olan istehsal dairəsinin öyrənilməsinə başlamışlar. Lakin, 
onlar bütün iqtisadiyyatı deyil, yalnız  əkinçiliyi  əsas götürmüş  və onu sərvətin 
yaradılmasının yeganə  mənbəyi hesab etmişlər. Bu fikir cərəyanı XVIII əsrdə 
Fransada, kənd təsərrüfat istehsalının üstünlük təşkil etdiyi bir şəraitdə meydana 
çıxmışdır. Fiziokrat iqtisadi nəzəriyyəsinin  əsasını qoyan da fransalı  həkim və 
təbiətşünas Fransua Kene (1694-1774) olmuşdur. Altmış yaşında iqtisadi məsələ-
lərlə məşğul olmağa başlayan Kene XVIII əsrin ən böyük iqtisadçısı kimi dünyada 
tanınmışdır. Bu məktəbin görkəmli nümayəndələri Jak Turqo (1727-1781), Viktor 
Mirabo (1715-1789) və başqaları iqtisadi təlimlər tarixində xüsusi yer tuturlar.  
F.Kene «fermerlər», «taxıl», «vergilər» və s. kimi iqtisadi məqalələr yazmış və 
1758-ci ildə özünün məşhur «İqtisadi cədvəl»ini nəşr etdirmişdir. Turqo isə 1766-
cı ildə «Sərvətin yaranması  və bölgüsü haqqında düşüncələr»  əsəri ilə  çıxış 
etmişdir. Kene başda olmaqla fiziokratların  əsas nəzəri-iqtisadi görüşləri sərvətin 
yaranması, mənbələri və bölgüsünün təhlilinə yönəldilmişdir. Onlar sərvətin  əsas 
mənbəyini təbiətin, torpağın iştirak etdiyi əkinçilikdə görürlər və əkinçinin əməyini 
də məhsuldar əmək hesab edirlər.  
İqtisad elmi tarixində ilk dəfə  təkrar istehsal nəzəriyyəsinin  əsası da Kene 
tərəfindən qoyulmuşdur. Kenenin iqtisad elminə daxil olan və  əsrimizdə  də öz 
aktuallığını saxlayan məşhur «İqtisadi cədvəl»i dəfələrlə  dərc olunmuş  və onun 
davamçıları  tərəfindən istifadə edilmişdir. Bu cədvəldə  rəqəmlərin və qrafiklərin 
köməyi ilə əkinçilikdə yaranan ümumi və xalis məhsulun natural və pul formasında 
dövranı təsvir olunur. 
Klassik məktəb - klassik iqtisad elminin və onu yaradanların  əsil vətəni 
İngiltərə olmuşdur. Avropanın bu ölkəsində XVII-XVIII əsrlərdə  və sonrakı 
dövrdə iqtisadiyyatda, onun əsas sahələri olan sənayedə, kənd təsərrüfatında, 
nəqliyyatda, ticarətdə  sıçrayışlar baş vermişdir. Burada, sərbəst sahibkarlıq və 
təşəbbüsə, azad bazar və  rəqabətə  əsaslanan yeni kapitalist sistemi daha sürətlə 
inkişaf etməyə başlamışdır. Belə bir şəraitdə iqtisadiyyatın bütöv bir sistem kimi 
öyrənilməsinə və təhlil edilməsinə ehtiyac duyulurdu. Dövrün ehtiyac və tələbləri 
bu elmi yaradanları da yetişdirirdi. Bunların içərisində ən məşhurları Uilyam Petti 
(1623-1687), Adam Smit (1723-1790) və David Rikardo (1772-1823) olmuşdur. 
İqtisad elminin baniləri və klassiklərinin böyük xidməti ondadır ki, ilk dəfə onlar 
cəmiyyətin iqtisadiyyatını bütöv halda götürüb tədqiqat obyektinə çevirmişlər. 
Merkantilizm cərəyanından fərqli olaraq klassiklər sərbəst bazar iqtisadiyyatı 
nəzəriyyəsini yaratmışlar. 
Cəmiyyətin iqtisadi həyatını  və onun inkişaf qanunlarını daha sistemli şəkildə 
araşdıran dahi ingilis iqtisadçısı Adam Smitdir. A.Smit uzun müddət axtarışlardan 
və müşahidələrdən sonra iqtisadi məsələlərlə məşğul olmağa başlamışdır. Nəticədə 
«Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat» (1776) adlı şah əsəri ilə 
məşhur olmuşdur. Smitin əsərində başlıca məsələ insanın iqtisadi azadlığı, onun 
sərbəst surətdə öz qabiliyyətlərini reallaşdıra bilməsidir. O göstərir ki, insanın 
iqtisadi fəaliyyətinin başlıca amilini, motivini şəxsi maraq təşkil edir. Bu mənafe 
isə öz əməyini, məhsullarını azad surətdə mübadilə etmək vasitəsilə həyata keçirə 
bilər. Bu yolla insanlar bir-birinə xidmət edir və münasibətlər yaradırlar. Onun 
fikrincə istehsalçılar, alıcılar və satıcılar arasında sərbəst rəqabət olmadan iqtisa-
 
13


diyyat inkişaf edə bilməz. O, rəqabəti insanların sərbəst iqtisadi fəaliyyətlərini 
tarazlaşdıran başlıca qanun hesab edir. Onun «Görünməyən əl» adlandırdığı «gizli 
fikri» də bazar münasibətlərini tənzimləyən təbii, obyektiv qanunlardır. Smit hətta 
azad rəqabətin söndürülməsini iqtisadiyyatın sərbəst inkşafı üçün bir fəlakət hesab 
edir. 
A.Smit iqtisadiyyatın inkişafında insan amilini, onun aparıcı rolunu düzgün 
qiymətləndirir.  
A.Smitdən sonra iqtisad elminin inkişafında  ən böyük xidməti olan D.Rikardo 
olmuşdur. O, iqtisad elminin pul tədavülü, kredit, vergi, beynəlxalq əmək bölgüsü
dünya ticarəti kimi konkret sahələri üzrə qiymətli nəzəri və əməli əhəmiyyətli fikir 
söyləmişdir. Rikardo belə hesab edir ki, cəmiyyətin inkişaf və tərəqqisinin yeganə 
hərəkətverici qüvvəsi insanların şəxsi mənafeyidir. Bu şəxsi mənafelər isə sərbəst 
bazara, sərbəst rəqabətə əsaslanan iqtisadi sistemdə reallaşa bilər. O, hətta ölkələr, 
xalqlar arasında mövcud ticarət münasibətlərində belə sərbəst rəqabət imkanların-
dan istifadə edilməsini məqsədəuyğun sayırdı. 
Marksist məktəb - bu məktəbin baniləri K.Marks (1818-1883) və F.Engels 
(1820-1895) klassik iqtisad elmindən bir mənbə kimi istifadə etmişlər. Tarixi 
materializm baxışlarını  əsas tutan Marks və Engels keçmişdə  və öz dövrlərində 
yaşayan iqtisadçıların nəzəri görüşlərini təhlil və  tənqid süzgəcindən keçirmişlər. 
Onlar ictimai-iqtisadi fikrin təhlilində sinfi mövqedən çıxış etmişlər. Marks və 
Engels kapitalizmin kommunizm ilə  əvəz olunmasının nəzəriyyəsini  əsaslan-
dırmağa çalışmışlar. 
Marksın iqtisadi təhlilinin məğzini izafi dəyər və onun formaları haqqındakı 
nəzəriyyə  təşkil edir. Kapital yığımı, proletariatın mütləq və nisbi yoxsullaşması 
Marksın nəzəriyyəsində  əsas yer tutur. Buna baxmayaraq Marks və Engelsin 
«Kapital», «Anti-Dürinq», «Təbiətin dialektikası», «Ailənin, xüsusi mülkiyyətin 
və dövlətin mənşəyi» və s. əsərlərində obyektiv və ümumbəşəri dəyərlərə malik 
olan ideyalar da öz əksini tapmışdır. 
K.Marks «Kapital»ın birinci cildinə yazdığı müqəddimədə göstərir ki, 
«Cəmiyyət... öz inkişafının təbii qanununun izinə düşdükdə... nə  təbii inkişaf 
mərhələləri üzərindən sıçraya bilməz, nə  də bu mərhələləri dekretlə  ləğv edə 
bilməz». Bu inkar olunmaz nəzəri müddəa cəmiyyətin inkişafının təbii qa-
nunauyğunluq əsasında baş verdiyini göstərir. O göstərir ki, bir ictimai-iqtisadi qu-
ruluş başqa bir quruluşla nə vaxt və hansı maddi-mənəvi şərtlər yetişdiyi şəraitdə 
əvəz oluna bilər. Buna cavab olaraq Marks yazır: «Heç bir formasiya... yeni yük-
sək istehsal münasibətləri, köhnə cəmiyyət daxilində onların mövcud olması üçün 
maddi şərait yetişməyincə meydana gəlmir».  
 
§3. Azərbaycan iqtisadi fikir tarixi (qısa icmalı) 
 
Tarixin ilkin dövrlərindən başlayaraq Azərbaycanda, Şərqdə iri şəhərlər, elm və 
mədəniyyət mərkəzləri yaranmış  və özünün yüksək inkişaf mərhələsini 
keçirmişdir. Çindən Avropaya uzanan qədim ipək yolu Azərbaycanın və bir çox 
Şərq ölkələrinin iqtisadi, mədəni inkişafında mühüm yer tutmuşdur.  İndi bərpa 
olunmağa başlanılan bu qədim karvan yolu xalqlar arasında iqtisadi, mədəni və 
 
14


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə