məsi heç də o dəqiqə ona olan tələbi azaltmayacaqdır.
Lakin vaxt keçdikcə adamla-
rın bir qismi onun istehlakını azaldacaq və qəndə olan tələblərini şəkər tozu və
yaxud digər müvafiq məhsullarla əvəz edəcəklər.
Tələb kimi, təklif də elastikdir, yəni bazarda qiymətin artması və ya azalmasına
uyğun olaraq təklifin həcmi də yüksəlib əskilə bilər. Təklifin qiymətlə bağlı
elastikliyi, yəni qiymətin dəyişməsi nəticəsində təklifin dəyişməsi aşağıdakı
əmsalla ifadə olunur:
P
P
Q
Q
E
p
z
Δ
Δ
=
:
. Bu əmsal təklifin (z) qiymətlə bağlı (
p) elastikliyini (E) əks et-
dirir.
Göründüyü kimi, tələbin elastikliyi ilə təklifin elastikliyi arasında zahiri bir
oxşarlıq vardır. Fərq yalnız
ondan ibarətdir ki,
Δ
Q
birinci halda alıcı tərəfindən
tələb edilən, ikinci halda isə satıcı tərəfindən təklif edilən məhsulun səviyyəsindəki
dəyişikliyi əks etdirir.
Təklifin elastikliyi göstərir ki, bazarda əmtəənin qiymətinin yüksəlməsindən
əldə edilən gəlir təklif edilən əmtəənin çoxaldılması üçün
çəkilən xərclərdən çox
olarsa təklif elastik, az olarsa qeyri-elastikdir.
Tələb kimi, təklifin də elastikliyi səviyyəsinə təsir edən ən mühüm amil, müddət
amilidir. Həm də müddətin qısa, orta və ya uzun olması ilə əlaqədar, təklifin də
elastik olub-olmadığı müəyyən edilir.
Qısa müddət ərzində təklif əsasən
qeyri-elastikdir, yəni bazar qiymətindən asılı
olmayaraq təklifin həcmini dəyişmək əsasən mümkün deyildir. Məsələn, mağazaya
satmaq üçün 2 ədəd köynək gətirmiş istehsalçı köynəyə olan tələb nə qədər
yüksəlsə də, qısa müddət (məsələn, 1 gün) ərzində 2 ədəddən çox köynək təklif edə
bilməyəcəkdir. Nəticədə tələbin artması qiymətin də artmasına səbəb olacaqdır.
Orta müddət (məsələn, 1 ay) ərzində təklif nisbətən elastikdir.
Bazarda köynəyə
yüksək tələblə rastlaşan satıcı əlavə xammal almaq, mövcud dəzgahdan iş saatını
mümkün qədər uzatmaq və s. hesabına, məhsul təklifini nisbətən artıraraq, 2
ədəddən, məsələn, 10 ədədə çatdıracaqdır Deməli, bu müddət ərzində təklif bir
qədər artacaq, qiymət isə nisbətən aşağı düşəcəkdir.
Uzun müddət (məsələn, 6 ay) ərzində təklif tam elastikdir. Bu müddətdə
istehsalçı nəinki xammala çəkilən xərci artıracaq, həm də əlavə dəzgah alacaq, işə
əlavə işçi cəlb edəcək. Nəticədə köynək təklifini 1 gündə 10 ədəddən 50 ədədə
çatdıracaqdır.
Beləliklə,
uzun müddət ərzində həm qiymət, həm də təklif artacaqdır.
MÜHAZİRƏ MƏTNİ
MÖVZU 9. QİYMƏT VƏ ONUN ƏMƏLƏGƏLMƏSİ MEXANİZMİ
§1. Bazar münasibətləri şəraitində qiymətlərin əmələ gəlməsinin elmi əsasları
§2. Qiymətin funksiyaları və qiymətəmələgəlmənin prinsipləri
§3. Qiymətin növləri
§4. Bazar iqtisadiyyatı və qiymətlərin dövlət tənzimlənməsi
65
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1.
«İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev,
Ə.P.Babayev,
M.X.Meybullayev
ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.
11. Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.
§1. Bazar münasibətləri şəraitində qiymətlərin əmələ gəlməsinin
elmi əsasları
Bazar iqtisadiyyatına keçid müasir iqtisadi strategiyamızın ana xəttini təşkil edir və iqtisadi inkişafımız bu
istiqamətdə formalaşır. Yalnız bazar iqtisadiyyatına keçid, dünya iqtisadi sivilizaciyasına qayıdış respublikamızı
düşdüyü bu ağır iqtisadi vəziyyətdən qurtarmağa imkan verəcəkdir. Məhz bu baxımdan bazar iqtisadiyyatına keçid
sürətləndirilməli və onun şərtlərinə düzgün əməl edilməlidir. Bu şərtlərdən biri bazar iqtisadiyyatına uyğun gələn
qiymət mexanizmi və
onun düzgün formalaşdırılmasıdır.
Qiymət sistemi ən vacib amillərdən biri olub bütövlükdə iqtisadi mexanizmin formalaşdırılmasında və
fəaliyyətində xüsusi rol oynayır. Qiymət vasitəsilə istehlakçı ilə istehsalçı,
müəssisələrlə dövlət, dövlətlə əhali,
müəssisələrlə icarədarlar, müəssisə ilə müəssisə arasındakı iqtisadi münasibətlər formalaşır və inkişaf edir. Qiymət
istehsalın öz nəticələrini də qiymətləndirməyin ölçü meyarıdır. Ona görə də qiymət sisteminin düzgün qurulması,
onun səviyyəsinin elmi əsaslar üzrə müəyyənləşdirilməsi son dərəcə vacib bir məsələdir və bu həmişə iqtisadi
siyasətin mərkəzi nöqtələrindən biri olmalıdır.
Qiymət sistemi iqtisadi və sosial inkişafa mənfi və mücbət təsir edə bilər. Bu, qiymət
mexanizminin düzgün
təhlilindən və onun səviyyəsinin elmi cəhətdən əsaslandırılmasından asılıdır.
Qiymət elmi əsaslar üzrə qurulmalı və
əmtəə dəyərinin pulla ifadəsi kimi sərf olunan ictimai-zəruri əməyin kütləsinə uyğun gəlməlidir. Qiymətin əsasında
məhz ictimai-zəruri əmək dayanmalıdır. İctimai-zəruri əməyin kütləsinə uyğun olaraq əmtəələrə qiymət qoyulmalı
və o, subyektiv amillərdən kənar olmalıdır. Qiymətqoymanın nəzəri əsasını təşkil edən dəyər qanununun tələbi belə-
dir. Bu qanunun obyektiv tələbinə əməl olunmalıdır. Əks halda, bu qanunun tələbindən kənarlaşma neqativ hallara
gətirib çıxarır. Qiymət stimullaşdırıcı xarakterə malik olmalı və iqtisadi münasibətlərin düzgün qurulmasında ən
66