tunellər, yollar,
gəmi tərsanələri və s; səhiyyənin infrastrukturuna - xəstəxanalar,
poliklinikalar, tibbi diaqnostika mərkəzləri və s; tədrisin infrastrukturuna - ali və
orta ixtisas məktəbləri və s. aid edilirlər.
Bütövlükdə infrastrukturun məzmunu haqqında deyilənlər bazar
iqtisadiyyatının müstəqil quruluşu kimi fəaliyyət göstərən bazar infrastrukturu
anlayışına da aiddir. Belə ki,
bazar infrastrukturu dedikdə, iqtisadiyyatın ümumi
quruluşunun bazar sisteminə xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait
yaradan tərkib hissəsi başa düşülür.
Mə’lumdur ki, inkişaf etmiş bazar sistemi çox mürəkkəb və zəngin quruluşa
malikdir. Müasir bazar münasibətləri şəraitində bazarın ən vacib quruluşlarından
biri onun obyektlərinin iqtisadi təyinatına görə bir-birindən fərqləndirilməsi
nəticəsində yaranır və özünə aşağıdakıları daxil edir: istehlak şeyləri bazarı, əmək
bazarı, elmi-texniki yeniliklər bazarı və s. Bazar iqtisadiyyatı şəraitində bu
bazarların hər birinin həm ayrılıqda normal fəaliyyəti, həm də onların səmərəli
qarşılıqlı əlaqəsi inkişaf etmiş bazar infrastrukturu şəraitində mövcud
olur və
onun vasitəsilə həyata keçirilir.
Deməli, bazar infrastrukturu bazarın müxtəlif formalarının fəaliyyəti üçün
zəruri iqtisadi mühitin yaranmasına xidmət edir, nəticədə isə bütövlükdə bazar
iqtisadi sisteminin normal fəaliyyəti təmin edilir.
Bazar infrastrukturunun ən vacib tərkib hissələri kimi əmtəə, fond, valyuta
və əmək birjaları, lizinq kampaniyaları, banklar, auksionlar, yarmarkalar və s.
çıxış edirlər.
§2. Birja və onun növləri
İnkişaf etmiş Qərb ölkələrinin təcrübəsi bazar iqtisadiyyatı şəraitində
birjaların mühüm rol oynadığını sübut edir. Birjaların əsas vəzifəsi iqtisadiyyatı
yalnız xammal, kapital və ya xarici valyuta ilə tə’min etmək deyil, o əmtəə,
kapital, valyuta və iş qüvvəsi bazarlarının işini qaydaya salmalı, onların
normal
fəaliyyətini təşkil etməlidir.
Birja dedikdə, (latınca «bursa» - sözündən olub pul kisəsi deməkdir)
əmtəələrin alqı-satqı prosesi ilə məşğul olan bazarın təşkilati forması başa
düşülür. Bununla belə birja, bazarın digər növlərindən fərqli olan bir sıra
xüsusiyyətlərə malikdir. Məsələn, birjada alqı-satqı əməliyyatları bilavasitə
istehsalçı və istehlakçı arasında deyil, öz əlində hər hansı bir əmtəəyə olan tələb və
təklifi mərkəzləşdirmiş vasitəçilər - ticarət agentləri, dəllallar və s. vasitəsilə hə-
yata keçirilir. Birjalar bazarın digər növlərindən (məsələn, yarmarkadan,
auksiondan) fərqli olaraq daim fəaliyyət göstərir. Onun öz daimi iş yeri və iş saatı
vardır. Birjada bağlanılan sövdələşmələrin haqqı qarşı tərəfin hesabına
ya dərhal,
ya da ki, müəyyən müddətdən sonra köçürülə bilər. İkinci halda, birjada satılan
məhsul dərhal sahibini dəyişib alıcının sərəncamına daxil olsa da, onun haqqı
tərəflər tərəfindən razılaşdırılmış müddətdə ödənilir. Həm də bu zaman alınmış
əmtəənin haqqının ödənilməsi ilə birgə satış vaxtı mövcud olan kursla (səviyyə
ilə) hazırkı (faktiki) kurs arasındakı fərq tərəflərdən biri tərəfindən də ödənilir.
Birjada alqı-satqı əməliyyatları buranın üzvü olub, vasitəçi rolunda çıxış
77
edən brokerlər və dilerlər tərəfindən həyata keçirilir. Hər şeydən əvvəl göstərmək
lazımdır ki, birjada vasitəçi rolunda çıxış etmək üçün orada yer almaq lazımdır.
Birjada yerin kəmiyyəti məhduddur (məsələn, Nyu-York birjasında 1366 yer var)
və onun qiyməti tələb və təklifin tə’siri altında formalaşır.
Broker birjanın hər bir növündə: əmtəə, qiymətli kağızlar və valyuta
birjasında vasitəçilik edən şəxsdir. Broker ona almaq və satmaq tapşırığı verənin
adından və onun hesabına fəaliyyət göstərir, vasitəçiliyə görə müəyyən gəlir
(brokerc) əldə edir.
Diler dedikdə, fond birjasının üzvü olan ayrıca şəxs, firma başa düşülür. Əgər
broker alqı-satqıda yalnız vasitəçilik edir və buna
görə də mənfəət götürürsə,
diler həm də sonradan daha baha qiymətə satmaq məqsədi ilə qiymətli kağızlar
alır.
Bundan əlavə, dilerlər bir-birilə, brokerlərlə, bilavasitə alıcı və ya satıcılarla
sövdələşmələrə girə bilərlər. Bəzi hallarda ayrı-ayrı kommersiya bankları da diler
simasında çıxış edə bilərlər. Birjaların qeyd edilən üzvlərindən başqa dünyanın
bəzi fond birjalarının özünə məxsus üzvləri də vardır. Buna misal olaraq Nyu-
York birjasında mütəxəssisləri (yalnız müəyyən qiymətli kağızlar ilə ticarət aparır-
lar), London birjasında cobberləri (alqı-satqı əməliyyatlarını yalnız brokerlərlə
aparırlar) göstərmək olar. Bundan əlavə demək olar ki, hər
birjada dövlət
brokerləri (yalnız dövlətin qiymətli kağızları ilə ticarət əməliyyatları aparanlar),
bəzi birjalarda isə əməliyyat dəllalları (brokerlərin tapşırıqlarını yerinə yetirib
buna görə haqq alanlar) fəaliyyət göstərirlər.
Birjaların fəaliyyətində onların adı çəkilmiş üzvlərinin (brokerlərin, dilerlərin
və s.) rolu çox böyükdür. Belə ki, onlar çox vaxt öz əllərində əmtəəyə olan tələb
və təklifi cəmləşdirir və bunun əsasında qiymətli kağızların kursunu
müəyyənləşdirirlər.
Birjada keçirilən əməliyyatlar ya onu təşkil edənin, ya da ki, müvafiq dövlət
idarəsinin nəzarəti altında baş verir. Birjada qiymətlərin səviyyəsinə təsir etmək
məqsədilə iri
həcmli sövdələşmələr aparmaq, sün’i surətdə birja kursunun
səviyyəsinin enməsi və qalxmasına təsir edə biləcək şayiələr buraxmaq qəti
qadağandır. Hər bir ölkədə birjanın normal işini sün’i surətdə pozan halların
tədqiqi ilə birja ticarəti qaydaları üzrə komitə və yaxud buna uyğun digər
təşkilatlar məşğul olur, günahkarlar ciddi (cərimə ödəməklə, hətta azadlıqdan
məhrum edilməklə və s.) cəzalandırılır. Birjanın işində alıcı və satıcı simasında
iştirak edən bütün tərəflər birja tərəfindən görülən xidmətlər üçün uyğun ödənclər
verirlər. Bundan əlavə, birjada yer almaq üçün verilən haqq, bağlanmış
sövdələşmələrdən komisyon ayırmaları və s. birjanın mənfəətini təşkil edir.
Birjanın əmtəə, fond, valyuta, əmək birjaları kimi növləri vardır.
Əmtəə birjasında alqı-satqı əməliyyatları nümunələr və standartlar əsasında
topdansatış formasında (yəni iri həcmlərlə) həyata keçirilir. Birjanın yerinə
yetirdiyi əməliyyatlara ticarət sövdələşmələri bağlayanlar arasında vasitəçilik
etmək, satılmağa təklif edilən əmtəələrin əvvəlcədən ekspertizasını (müayinəsini)
keçirmək, alqı-satqı ilə bağlı əməliyyatları sür’ətləndirmək və sadələşdirmək,
ticarət mübahisələrini həll etmək, istehsalın həcmi, məhsulun qiyməti, faydalı
xüsusiyyətləri haqqında məlumatları yaymaq və s. daxildir. Əmtəə birjasında
ticarət əməliyyatları onun ümumi yığıncağı tərəfindən təsdiq edilmiş ticarət
78